Məhkəmə qərarları › İş №2(102)-591/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-591/2025

13.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-591/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin hesablanması, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2024-cü il tarixli, 2(103)11444/2021 nömrəli qərardadından cavabdehin hüquqi varisi tərəfindən v erilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(006)4852/2021 nömrəli qətnaməsi iddia tələbi təmin edilərək, 12.000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 2(103)-11444/2021 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Cavabdeh 17 fevral 2022-ci il tarixdə ölmüşdür.

4. İddiaçı2 kassasiya şikayəti və prosessu al müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə verərək, vəfat etmiş Cavabdeh hüquqi varisi olduğunu bildirmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 2(103)11444/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2024-cü il tarixli, 2(103)-11444/2021 nömrəli qərardadı ilə (hakim F.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər A.İmanov və M.Məmmədov) kassasiya şikayəti qaytarılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə prosessual müddətin bərpa edilməsi ba rədə ərizə deyil, prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə yerləşdirilmişdir ki, mövcud qanunvericiliyə əsasən apellyasiya instansiya məhkəməsi tərəfindən prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizəyə qiymət verilməsi ilə bağlı prosessual əsaslar müəyyən edilmir.

7. Məhkəmə həmçinin qeyd etmişdir ki, 17 fevral 2022-ci il tarixdə vəfat etmiş cavabdeh apellyasiya icraatında vəkili ilə təmsil edilmiş və 08 dekabr 2021-ci il tarixli qətnamə 20 dekabr 2021-ci il tarixdə onun qeydiyyatda olduğu ünvana göndərilmiş, qanuni qüvvəsini alaraq 10 mart 2022-ci il tarixdə icraya yönəlmişdir. Eyni zamanda, kassasiya şikayəti verən şəxsin işdə prosessual vəziyyəti müəyyən edilmir. Belə ki, kassasiya şikayətinə Bakı şəhəri 6 saylı Notariat Ofisinin 14 iyun 2022-ci il tari xli məktubu əlavə edilmiş və məktubda qeyd edilmişdir ki, miras açıldığı gündən altı ay keçdikdən sonra vərəsə İddiaçı2 miras əmlakdan tam hissədə paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə notarius tərəfindən veriləcəkdir. Lakin, vərəsəlik hüququ haqqında şəhadətnamə və prosessual hüquq varisi kimi tanınma barədə ərizə məhkəməyə təqdim edilməmişdir. Beləliklə, qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüş və müddətin bərpası barədə ərizə təqdim edilməmişdir. Bundan əlavə, kassasiya şikayəti üzrə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu deyil, 15 manat məbləğində rüsum ödənilmişdir.

8. Apellyasiya məhkəməsi qərardadını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 146, 393, 108.1.7, 402, 403, 407.4-cü maddələrinə və “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

9. İddiaçı2 cavabdehin hüquqi varisi qismində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2024-cü il tarixli, 2(103)-11444/2021 nömrəli qərardadının ləğv edilməsini və kassasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı, Mülki Prosessual Məcəllənin 58, 218.1, 254-cü maddələrinin tələbləri pozulmuşdur.

11. Belə ki, qanunvericiliklə ölmüş şəxsin prosessual hüquq varisi kimi tanınma barədə ərizə ilə məhkəməyə müraciət etməsi nəzərdə tutulmamışdır. Şəxsə təqdim edilmiş vərəsəlik haqqında şəhadətnamə və Bakı şəhəri 6 saylı Notariat Ofisinin 14 aprel 2022-ci il tarixli məktubu İddiaçı2 prosessual hüquq varisi kimi əvəz edilməsi üçün əsasdır. Belə ki, Mülki Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Qanunvericilik şəxsin ölməsi halını məhkəmə üçün icraatın dayandırılması vəzifəsi kimi müəyyən etmişdir. Bu, məhkəmənin hüququ deyil, vəzifəsidir. Məhkəmə isə öz vəzifəsini yerinə yetirməyərək prosessual müddətin axımını dayandırmamış, hətta işi məcburi icraya belə yönəltmişdir. Cavabdeh üçün qanunvericilikdə nəzərdə tutulmuş 2 aylıq şikayət müddəti bitmədən, o, ölmüşdür. Belə olan halda prosessual müddətin axımı dayandırılmış hesab edilməli və yalnız onun hüquqi varisi olduqdan və qətnamə həmin hüquqi varisə rəsmi qaydada təqdim edildikdən sonra həmin müddətin axımı davam etdirilməli idi. Bundan başqa, iddiaçı məhkəmədə iddia qaldırarkən dövlət rüsumu kimi 30 manat məbləğində ödəniş etmişdir. Belə olan halda “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən həmin məbləğin 50%-i 15 manat təşkil edir ki, həmin məbləğdə cavabdeh tərəfindən ödənilmişdir.

12. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uy ğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

13. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təş kil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və y a işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnam əsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişsə; 408.1.4-cü maddəsinə əsasən isə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin veri lmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini n pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 15. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumunun ödənilməsi müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

16. Yuxarıda qeyd olunduğu kimi, kassasiya şikayətini geri qaytaran apellyasiya instansiyası məhkəməsi mövqeyini bir neçə hal ilə əsaslandırmışdır: - kassasiya şikayəti verən şəxsin prosessual statusu qeyri-müəyyəndir; - kassasiya şik ayəti verilməsi üçün müəyyən olunan prosessual müddət ötürülmüşdür və bu müddətin bərpası barədə deyil, ötürülməmiş hesab edilməsi barədə ərizə verilmişdir; - dövlət rüsumu düzgün ödənilməmişdir.

17. Kassasiya kollegiyası bu halların hər birinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

18. İlk olaraq qeyd olunmalıdır ki, Cavabdeh 17 fevral 2022-ci il tarixdə ölməsi işin mübahisəsiz halıdır.

19. Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinin məzmununa əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda, o cümlədən şəxs öldükdə məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

20. Kassasiya şikayəti verən şəxs cavabdehin oğlu olmaqla, kassasiya şikayətinə əlavə etdiyi Bakı şəhəri 6 saylı Notariat Ofisinin 14 aprel 2022-ci il tarixli məktubuna əsasən onun vərəsəsi kimi tanınmışdır. 21. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında izah olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsəl ərin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır.

22. Göründüyü kimi, kassasiya şikayəti verən şəxsə kassasiya şikayəti verilən anadək vərəsəlik şəhadətnaməsi verilməsə də, o, cavabdehin vərəsəsi kimi tanınmış, bundan irəli gələn hüquq və vəzifələrə malik olmuşdur.

23. Həmçinin qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyində tərəfin onun prosessual hüquq varisi ilə əvəz edilməsi üçün ayrıca ərizə ilə müraciət etməsi nəzərdə tutulmamışdır.

24. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 kassasiya şikayəti verməklə, varisi olan şəxsi əvəz etməyə iradə ifadəsini bildi rmiş və bununla bağlı MPM-in 58-ci maddəsi ilə nəzərdə tutulan prosessual qərarın qəbul edilməsi artıq məhkəmənin üzərinə düşür.

25. Müddətin ötürülməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi həmçinin hazırkı vəziyyətdə əsassızdır.

26. Belə ki, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətini cavabdeh vermiş, işə onun iştirakı ilə baxılaraq müvafiq qətnamə qəbul olunmuş və qətnamənin əsaslandırılmış surəti xəbərnaməli poçt vasitəsi ilə onun ünvanına göndərilməklə, zərf 24 dekabr 2021-ci il tarixdə “bina sökülüb” qeydi ilə apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

27. Qətnamənin başqa qaydada cavabdehin özünə və ya, onun səlahiyyətli nümayəndəsinə rəsmi qaydada təqdim edilməsini təsdiq edən sənəd iş mater iallarında mövcud deyildir.

28. Bununla belə, müəyyən olunur ki, cavabdeh 17 fevral 2022-ci il tarixdə, yəni hətta 24 dekabr 2021-ci il tarixdən hesablandığı halda da qanunvericiliklə müəyyən olunmuş 2 aylıq prosessual müddət ötürülmədən ölmüşdür.

29. Birinci instansiya məhkəməsinin qətnaməsi 10 mart 2022-ci il tarixdə icraya yönəldilmişdir.

30. İcra sənədi üzrə sonrakı icra hərəkətləri, o cümlədən cavabdehin vərəsələrinin məhkəmə qətnaməsinin mövcudluğundan xəbərdar edilmələri, icranın onlardan tələb edilmələri, tələbin miras əmlaka yönəldilməsi və s. hərəkətlər barədə məlumat iş materiallarında mövcud deyildir, apellyasiya məhkəməsi mübahisələndirilən qərardadı qəbul edərkən icra işini tələb edərək, öyrənməmişdir.

31. İş materiallarına əsasən İddiaçı2 nümayəndəsi, Vəkil Firuddin oğlu yal nız 14 iyun 2024cü il tarixdə birinci instansiya məhkəməsinə müraciət edərək, qətnamənin surəti 28 iyun 2024-cü il tarixdə ona rəsmi qaydada təqdim olunmuş, qətnamədən kassasiya şikayəti isə 12 iyul 2024-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sisteminə yüklənmişdir.

32. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qətnamənin cavabdehə rəsmi olaraq təqdim olunmamasını, qətnamə qəbul edildiyi tarixdən qısa müddətdən sonra cavabdehin ölməsini, onun varisi kimi özünü təqdim edən şəxsin isə qətnaməni 28 iyun 2024-cü il tarixdə almaqla, 14 gün sonra kassasiya şikayətini verməsini nəzərə almamış, icra işini tələb edərək onu öyrənmədən, əsassız olaraq kassasiya şikayəti verilməsi üçün müəyyən olunan prosessual müddətin ötürülməsi qənaətinə gəlmişdir.

33. Nəhayət, döv lət rüsumunun az ödənilməsi ilə bağlı apellyasiya məhkəməsinin mövqeyinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin apellyasiya məhkəməsinin istinad etdiyi redaksiyası 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmişdir.

34. Hazırkı iddia ərizəsi isə 22 iyun 2021-ci il tarixdə verilmiş və iddianın verilməsi ilə bağlı 30 manat dövlət rüsumu ödənilmişdir.

35. Məhkəmə təcrübəsində 01 oktyabr 2021-ci il tarixədək verilmiş iddialar üzrə yuxarı instansiya məhkəmələrinə verilən şikayətlər üçün həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən iddia ərizəsinin verilməsinə görə müəyyən edilən dövlət rüsumunun 50 faizi miqdarında rüsumun ödənilməsi tələb olunur.

36. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları İddiaçı2 ərizəsinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2024-cü il tarixli, 2(103)-11444/2021 nömrəli qərardadı ləğv edilsin və iş materialları İddiaçı2 ərizəsinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar