Məhkəmə qərarları › İş №2(102)-5913/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5913/2021

02.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5913/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5913/21 (Açar sözlər: əmlakın həbsdən azad edilməsi) Bakı şəhəri, 02 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5032/2021 nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilm iş kasasiya şikayəti üzrə işə 02 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona mülkiyyət hüququ əsasında məxsus olan, E saylı mənzilinin həbsdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı təmin edilmiş, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X22Mamed oğluna məxsus olan E saylı mənzilinin üzərinə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulmuşdur. Mənzil üzərinə səhvən həbs qoyulmuşdur. Belə ki, mənzil onun xüsusi mülkiyyətindədir, yuxarıda qeyd olunmuş şəxsə məxsus deyildir. O, CPM-nin 253-cü maddəsinə uyğun olaraq cinayət prosesini həyata keçirən orqana (Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsi) müraciət edərək Mənzilin həbsdən azad edilməsini xahiş etmişdir. Cinayət prosesini həyata keçirən orqan onun müraciətini təmin etməyərək mənzili həbsdən azad etməmişdir. O, bu səbəbdən, yəni cinayət prosesini həyata keçirən orqan mənzilin həbsdən azad edilməsi barədə müraciətinin təmin etməsindən imtina etdiyinə görə, MPM-nin 253-cü maddəsinin müddəalarına müvafiq olaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəh əri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 fevral 2021-ci il tarixli, 2(009)-289/2021 saylı qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, E saylı mənzili 12.03.2013-cü il tarixdə X3 adına xüsusi mülkiyyət kimi qeydə alınmış, sonradan X3 həyat yoldaşı vasitəsilə hər hansı bir məbləğdə pul ödənilmədən 2016-cı ilin payız aylarında Vnın adına rəsmiləşdirilmiş və 05 iyun 2017-ci il tarixdə X2 əvəzinə (etibarnamə ilə) X15 tərəfindən E saylı mənzilini İddiaçı satılmış və 06.06.2017-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, 17 oktyabr 2015-ci il tarixd ə Azərbaycan Respublikasının CM-nin 308.2 və 309.1-ci maddələri ilə cinayət işi başlanmış, 28 noyabr 2016cı il tarixdə X8 Azərbaycan Respublikasının CM-nin 178.3.1, 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə onun barəsində axtarış elan edilmiş, 12 mart 2019-cu il tarixdə X6 Azərbaycan Respublikasının CM-nin 178.3.1, 178.3.2, 193-1.3.2, 318.1, 320.1 və 320.2-ci maddələri ilə yenidən ittham elan edilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə X6 məxsus olan ünvan 2, R, arvadı Tnın adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, X14 küçəsi, ev 19 mənzil 005 a ünvanında yerləşən mənzillərin üzərinə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulmuşdur. Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, həmin sübutları iddiaçının dəlilləri ilə müqayisəli şəkildə təhlil edərək, qanunvericiliyin tələbini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı iddia ərizəsində göstərdiyi kimi, ona mülkiyyət hüququ əsasında məxsus olan E saylı mənzilinin üzərinə səhvən həbs qoyulması halı öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə iddiaçının bununla bağlı dəlillərinin əsassız olması qənaətinə gəlir və ünvan 2 ünvanında yerləşən mənzilin həbsdən azad edilməsini mümkün hesab etmir. Məhkəmə onu da qeyd edir ki, hazırda E saylı mənzilin üzərinə səhvən həbs qoyulması halı öz təsdiqini tapmadığından müvafiq mənzilin üzərindən həbsin götürülməsi ilə bağlı məsələ mülki mühakimə icraatı qaydasında deyil, həmin cinayət i şi üzrə cinayət təqibini aparan orqana müraciət etməklə həll edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 178.1-ci, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 253-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnam ə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) 27 may 2021-ci il tarixli, 2(103)-5032/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(009)-289/2021 saylı qətnаməsinin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, müəyyən edilmişdir ki, 17 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 308.2 və 309.1ci maddələri ilə cinayət işi başlanmış, 28 noyabr 2016-cı il tarixdə X8 Azərbaycan Respublikasının CM-nin 178.3.1, 17 8.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə onun barəsində axtarış elan edilmiş, 12 mart 2019-cu il tarixdə X6 Azərbaycan Respublikasının CM-nin 178.3.1, 178.3.2, 193-1.3.2, 318.1, 320.1 və 320.2-ci maddələri ilə yenidən ittham elan edilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə X6 məxsus olan ünvan 2, R, arvadı Tnın adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, X14 küçəsi, ev 19 mənzil 005 a ünvanında yerləşən mənzillərin üzərinə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, işin müəyyən edilmiş halları ndan və iddiaçının məhkəmədə verdiyi izahatından məlum olur ki, üzərinə həbs qoyulmuş mənzilin əvvəlki mülkiyyətçisi olmuş X4 Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilməsinə dair onun barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində cinayət işi istintaq edilir və həmin cinayət işi ilə bağlı məhkəmə qərarı əsasında qeyd edilən mənzilin üzərinə həbs qoyulmuşdur. Belə olan halda, əvvəllər cinayət törədilməsində təqsirləndirilən şəxsin mülkiyyətində olmuş, hazırda isə iddiaçının mülkiyyətinə keçmiş əmlakın üzərinə həbsin qoyulması iddiaçının qeyd etdiyi kimi, əmlakın üzərinə səhvən həbs qoyulması kimi qiymətləndirilə bilməz. Çünki, həmin əmlakın üzərinə həbs, Bakı şəhəri Səbail rayon məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qərarından da göründüyü kim i, mübahisəli mənzilin cinayət yolu ilə əldə edilmiş maliyyə vəsaitləri hesabına əldə edilməsinə əsaslı şübhələr olduğu üçün qoyulmuşdur. Göründüyü kimi, işlə bağlı həyata keçirilən istintaq hərəkətlərinin qarşısında duran məsələlərdən biri də, həmin əmlakın cinayət yolu ilə əldə edilib-edilməməsini müəyyən etmək və buna uyğun zəruri addımların atılmasından ibarətdir. Bundan başqa müəyyən edilir ki, mübahisəli mənzilin üzərinə həbs qoyulsa da, mənzil iddiaçının mülkiyyətinə keçdiyi vaxtdan hal-hazıradək onun sahibliyində və istifadəsində olmuşdur və bu hüquqlarının həyata keçirilməsində ona hər hansı maneə yaradılmamış, yalnız onun əmlak üzərində sərəncam vermək (əmlakı özgəninkiləşdirmək, ipoteka qoymaq və s.) hüququ məhdudlaşdırılmışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, mə hkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilib iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsinin gəldiyi qənaətə görə. İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan mənzilin üzərinə səhvən həbs qoyulması halı öz təsdiqini tapmamışdır. Odur ki, həmin mənzilin həbsdən azad edilməsini mümkün hesab etməmişdir. Məhkəmə həmçinin CPM-nin 253-cü maddəsinin tələblərini səhv təfsir edərək hesab etmişdir ki, həmin mənzil üzərinə səhvən həbs qoyulması halı öz təsdiqini tapmadığından müvafiq mənzilin üzərindən həbsin götürülməsi ilə bağlı məsələ mül ki mühakimə icraatı qaydasında deyil, həmin cinayət işi üzrə cinayət təqibini aparan orqana müraciət etməklə həll edilə bilər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsinə hüquqi qiymət verərkən qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, həmin mənzilin iddiaçı tərəfindən vicdanlı əldə edən olmasına dair işin hallarına məhkəmələr tərəfindən düzgün hüquqi qiymət verilməmiş, məhkəmələr nəzərə almamışlar ki, o, həmin əmlakı əvəzi ödənilməklə əldə etmiş və bununla da vicdanlı əldə edən kimi mülkiyyət hüquqlarını qorunub, təmin edilməli idi. Beləliklə, apelyasiy a instansiyası məhkəməsi isə hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işi hərtərəfli və düzgün araşdırmadan birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmışdır. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Baş Prokuro rluğunun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İddiaçının vəkili məhkəməyə ərizə ünvanlayaraq ərizəsində kasasiya şikayətini müdafiə etdiyini Covid pasportu olmadığına görə məhkəmə iclasında iştira edə bilməyəcəyini göstərib, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə oluna n nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübut lara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 27 may 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya kollegiyası apelyasiya kolle giyasının mövqeyi ilə razılaşmayaraq bildirir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, 17 oktyabr 2015-ci il tarixli qərarla bir qrup vəzifəli şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 308.2 və 309.1-ci maddələri ilə cinayət işi başlanmış, 28 noyabr 2016-cı il tarixdə X8 Azərbaycan Respublikasının CM-nin 178.3.1, 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə Azərbaycan Respublikasının CM-nin 178.3.1, 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X8 barəsində axtarış elan edilmişdir. 30.11.2017-ci il tarixli qərarla ********* nömrəli cinayət işi X11 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanda yerləşən həyətyanı torpaq sahəsi, 2015-ci il buraxılışlı, ban n ömrəsi SAJAA22A7E8V86307 olan “Jaquar XJ” markalı 99-XP958 dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı, ban nömrəsi WDD2120591A993075 olan “Mercedes Benz E-350” markalı, **-YY-*** dövlət qeydiyyat nişanlı avtomaşınların, həmçinin təqsirləndirilən şəxs X6 məxsus olan ünvan 2, R, arvadı Tnın adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, X14 küçəsi, ev 19 mənzil 005 a ünvanında yerləşən mənzillərin üzərinə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulmuşdur. Üzərindən həbsin götürülməsi xahiş edilən mənzillə bağlı isə müəyyən edilmişdir ki, 05 mart 2013-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı Müqaviləsinə əsasən, tam mülkiyyət hüququ ilə X9 adından etibarnamə ilə çıxış edən X10 E saylı mənzili X5 satmış, E saylı mənzili 12.03.2013-cü il tarixdə X3 a dına xüsusi mülkiyyət kimi qeydə alınmış, 04 noyabr 2016-cı ildə mənzil Vnın adına alqı-satqı edilmiş, 05 iyun 2017-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı Müqaviləsinə əsasən, tam mülkiyyət hüququ ilə X2 əvəzinə X15 E saylı mənzilini İddiaçı 270000 manata satmışdır və E saylı mənzili 06.06.2017ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. 30.11.2017-ci il tarixli əmlakın üzərinə həbs qoyulması barədə Səbail Rayon Məhkəməsinin qərarından görünür ki, X6 məxsus olan ünvan 2-in üzərinə həbs qoyulmuşdur. İşə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşıb mənzilin üzərinə səhvən həbs qoyulmadığını göstərsə də, yuxarıda qeyd edilənlərdən görünür ki, X8 28.11.2016-cı ildə təqsirləndirilən şəxs qismind ə cəlb edilmiş və həmin tarixdə barəsində axtarış elan edilmiş, mənzil isə R adlı şəxsin mülkiyyətinə 04.11.2016cı ildə keçmiş, R mülkiyyətçi kimi P adlı şəxsə mənzillə bağlı etibarnamə vermiş, P adlı şəxs isə Rnin adından 06.06.2017-ci ildə həmin mənzilin alqı-satqısını həyata keçirmişdir. Qeyd edilməlidir ki, üzərinə həbs qoyulmuş əmlak təqsirləndirilən şəxs X6 aidiyyəti olmuş əmlak olsa da, o, cinayət məsuliyyətinə cəlb olunmamışdan əvvəl 04.11.2016-cı ildə R adlı şəxsə satılmış və M 28.11.2016-cı ildə cinayət məsuliyyətinə cəlb edilmişdir. Göründüyü kimi, mənzilin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməmişdən 5 aydan da artıq müddət əvvəldən mənzil hazırki iddiaçının mülkiyyətində olmuşdur. Buradan da aydın olur ki, qərar qəbul edilərkən həmin mənzil X6 məxsus olmadığı halda o na məxsus əmlak kimi mənzilin üzərinə həbs qoyulmuşdur. Apelyasiya kollegiyası isə bu xüsuata diqqət etməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barə də iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. İşə mahiyyəti üzrə baxmış apeliyasiya kollegiyası həmçinin üzərinə həbs qoyulmuş mənzilin özəlləşdirilmə prosedurunun ardıcıllığına da diqqət yetirməmiş, iddiaçının vicdanlı şəkildə mənzili əldə edib dəyərini ödəməsini də nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdı r. Bundan başqa apelyasiya kollegiyası qeyd etmişdir ki, əmlakın üzərinə həbs, Bakı şəhəri Səbail rayon məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qərarından da göründüyü kimi, mübahisəli mənzilin cinayət yolu ilə əldə edilmiş maliyyə vəsaitləri hesabına əldə edilməsinə əsaslı şübhələr olduğu üçün qoyulmuşdur. Bundan başqa müəyyən edilir ki, mübahisəli mənzilin üzərinə həbs qoyulsa da, mənzil iddiaçının mülkiyyətinə keçdiyi vaxtdan halhazıradək onun sahibliyində və istifadəsində olmuşdur və bu hüquqlarının həyata keçirilməsində ona hər hansı maneə yaradılmamış, yalnız onun əmlak üzərində sərəncam vermək (əmlakı özgəninkiləşdirmək, ipoteka qoymaq və s.) hüququ məhdudlaşdırılmışdır. Göstərilənlərlə bağlı qeyd edilməlidir ki, hər hansı şübhənin olması araşdırma aparmadan kimsənin mülkiyyət hüq uqunun pozulması ilə onun mülkiyyətinə müdafilə edilməsinə əsas verə bilməz. Apelyasiya kollegiyasının iddiaçının mülkiyyəti üzərində sərəncam hüququnun məhdudlaşdırılmasının onun mülkiyyət hüququnun pozulmaması hesab etməsi də absurd yanaşmadır. Belə ki, sərəncam hüququ mülkiyyət hüququnun 3 tərtib elementindən biridir və həmin elementlərdən hər hansı birinə müdaxilə və ya pozulması mülkiyyət hüququnun pozulması deməkdir. Nəzərə alınmalıdır ki, hər kəsin mülkiyyət hüququ Konstitusiya ilə qorunmaqdadır və yuxarıda qeyd edilən formada pozuntulara yol verilməsi birbaşa Konstitusiyanın, insan hüquq və azadlıqlarının pozulması hesab edilir. Beləliklə göründüyü kimi, apellyasiya kollegiyası işin hallarını, işdə olan sübutları tam araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirmə miş, işdə olan sübutlara müqayisəli şəkildə düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qa nunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib -edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhk əmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respu blikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallar ını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstərilmiş hallarının sübutların müqayisəli tədqiqi şəraitində tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2021-ci il tarixli, 2(103)-5032/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsa sən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27.05.2021-ci il tarixli, 2(103)5032/2021 nömrəli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar