Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5918/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 cavabdeh X2 qarşı iddiası və İddiaçı Müzaffəddin oğlunun Cavabdeh2 və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: möhür və ştampın alınması, bələdiyyənin protokol və qərarının etibarsız sayılması tələbləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı Cavabdeh2 cavabdeh X2 qarşı «Şabran rayon Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın ləğv edilməsi və Şabran rayonu Pirəbədil Bələdiyyəsinin balansınd a olan köhnə möhür və ştampın İddiaçı qanunsuz sahibliyindən alınıb Şabran rayonu Pirəbədil Bələdiyyəsinə təhvil verilməsi» barədə ilkin iddiası, İddiaçı Müzaffəddin oğlunun Cavabdeh2 qarşı «Şabran rayonu Pirəbədil Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız hesab edilməsi» barədə qarşılıqlı iddiası, həmçinin İddiaçı Müzaffəddin oğlunun Cavabdeh2 və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə qarşı «12 avqust 2020-ci il tarixli, 03 saylı protokolun və qərarın etibarsız hesab edilməsi, Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılması» tələbinə dair birləşdirilmiş mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 iyul 2022-ci il tarixli, 2(105)-1373/2022 nömrəli qətnaməsindən X4 tərəfindən verilmiş kassasiya şikayəti üzrənə Azərbaycan Respu blikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 23 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasında təyin olunmuş bələdiyyə seçkilərində, Cavabdeh2 Şabran rayonu Pirəbədil Bələdiyyəsinə üzv seçilmişdir. 18 yanvar 2020-ci il tarixində Şabran rayon Pirəbədil Bələdiyyəsinin seçilmiş 9 bələdiyyə üzvünün 7-nin iştirakı ilə keçirilən iclas zamanı gündəlik məsələlərdən biri də bələdiyyə sədrinin seçilməsi məsələsi müzakirə olunmuşdur. İştirak edən 7 nəfər bələdiyyə üzvünün səsverməsi əsasında o Şabran rayon Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Seçkinin nəticəsi olaraq, 18 yanvar 2020-ci il tarixli 01 saylı protokol tərtib tərtib edilmişdir və 54 saylı X7nə təqdim edilmişdir.
2. Eyni zamanda İddiaçı Şabran rayo nu Pirəbədil Bələdiyyəsinə xx.xx.2020-ci il tarixdə sədr seçilməsi barədə protokol tərtib olunmuşdur (Bundan əvvəl də həmin bələdiyyənin sədri İddiaçı olmuşdur). 3. 54 saylı Şabran - X9 Dairə Seçki Komissiyası tərəfindən verilmiş 25 fevral 2020ci il tarixli, 57 saylı məktubundan görünür ki, 18 yanvar 2020-ci il tarixdə ilk olaraq 54 saylı X7 Dairə Seçki Komissiyasına təqdim olunmuş 1 nömrəli protokola əsasən Cavabdeh2 Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri seçilmişdir.
4. Şabran rayonu Pirəbədil Bələdiyyəsinin üzvləri tərəfindən tərtib edilmiş 12 avqust 2020-ci il tarixli aktda qeyd olunur ki, xx.xx.2020-ci il tarixdə Şabran rayonu Pirəbədil Bələdiyyəsinin bələdiyyə üzvləri Cavabdeh2, Şahid1, Şahid3, P.Mirzəyevanın, A.Axundovanın və Şahid4 iştirakı ilə keçirilmiş, iclasın protokolunu n möhürlənməsi üçün bələdiyyənin üzvü X2 müraciət olunmuş, lakin o möhürün itirildiyini bildirmişdir. Yeni möhür alınması ilə əlaqədar X11 İdarəsinə müraciət olunması zərurəti yaranmışdır. Aktın doğruluğunu Cavabdeh2, Şahid1, Şahid3, P.Mirzəyeva, A.Axundova və Şahid4 öz imzaları ilə təsdiq etmişlər.
5. Şabran rayon Pirəbədil Bələdiyyəsinin 12 avqust 2020-ci il tarixli, 03 saylı iclas protokoluna əsasən Cavabdeh2 Şabran rayon Pirəbədil bələdiyyəsinin sədri seçilmişdir. Həmin protokolu Cavabdeh2, Şahid1, Şahid3, P.Mirzəyeva, A.Axundova və Şahid4 öz imzaları ilə təsdiq etmişlər.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən Şabran rayon Pirəbədil Bələdiyyəsinə ünvanlanmış 27 avqust 2020-ci il tarixli, 08/40 saylı məktubunda qeyd olunur ki, Şabran rayo n Pirəbədil Bələdiyyəsinin xx.xx.2020ci il tarixli, 03 saylı iclasında İddiaçı bələdiyyə sədri vəzifəsindən azad edilməsi və Cavabdeh2 Pirəbədil Bələdiyyəsinin sədri seçilməsi barədə qərar qəbul edilmişdir. Şabran rayon Pirəbədil Bələdiyyəsinin 6 nəfər bələdiyyə üzvünün iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 03 saylı iclas protokolu bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən Şabran rayonu Pirəbədil Bələdiyyəsinə ünvanlanmış 18 avqust 2020-ci il tarixli, 05/Ş138in saylı məktuba əsasən Pirəbədil Bələdiyyəsinin 12 avqust 2020-ci il tarixli, 03 saylı iclasının qərarlarına inzibati nəzarət icraatı qaydasında baxılarkən bələdiyyə üzvlərinin yarıdan çox h issəsi tərəfindən İddiaçı bələdiyyə sədri vəzifəsindən azad edilməsi barədə, yeni bələdiyyə sədrinin Cavabdeh2 seçilməsi barədə və bələdiyyə əmlakının və sənədlərinin yeni seçilmiş bələdiyyə sədrinə təhvil-təslim edilməsi üçün komissiyanın yaradılması barədə qərarlar qəbul edildiyi müəyyən edilmiş, lakin bələdiyyənin qeyd olunan protokolu Pirəbədil Bələdiyyəsinin möhürü ilə təsdiq edilməmişdir. 8. 24 avqust 2020-ci il tarixli aktda əsasən Pirəbədil Bələdiyyəsinin (Cavabdeh2) rayon İH-nə və rayon PŞ-nə ünvanladığı eyni məzmunlu məktublarda, bələdiyyə sədri seçkisindən sonra bələdiyyəyə məxsus binanı və binada olan ləvazimatları təhvil ala bilmədiyi, binanın keçmiş bələdiyyə sədri tərəfindən qıfıllandığı bildirilir. Cavabdeh2 bələdiyyə binasının, binada olan ləvazimat və sənədlərin təhvil alınma prosesində rayon İH-i və rayon PŞ-nin nümayəndələrinin iştirakının təmin edilməsini xahiş etmişdir. Bu müraciət əsasında onların iştirakı ilə bələdiyyənin sədri və təhvil-təslim komissiyası üzvü tərəfindən keçmiş bələdiyyə sədri İddiaçılə telefon əlaqəsi saxlanılmış, sözügedən məsələ ona izah olunsa da, o, gəlməkdən qəti şəkildə imtina edərək qapının qıfılının açılmasından və bələdiyyəyə məxsus əmlak və sənədlərin təhvil-təslimindən imtina etmişdir. Bu səbəbdən onların şahidliyi, bələdiyyə sədri, habelə bələdiyyə üzvü Ülvü Orucov tərəfindən qapının qıfılı sındırılmış, içəridə olan avadanlıqlar və sənədlərin təhvil-təsliminə başlanılmışdır. Bələdiyyə məxsus otaqlarda 10 köhnə stul, 2 köhnə masa, 2 seyf, 1 köhnə kitab şkafı, 1 printer, 2 otun sobası, 1 modem aşkarlanaraq qeydə alınmış dır. Seyfləri açmaq mümkün olmadığından, onların işində nə olduğu müəyyən edilməmişdir. Binada bələdiyyəyə məxsus önəmli sənəd aşkar edilməmişdir. Aktın doğruluğunu R.Ağayev, D.Məmmədov, V.Əhmədov, R.Ələkbərov, K.Süleymanov, Cavabdeh2 və Şahid3 öz imzaları ilə təsdiq etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. Cavabdeh2 İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şabran rayon Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın ləğv edilməsi və Şabran rayonu Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın cavabdeh İddiaçı qanunsuz sahibliyindən alınıb Şabran rayonu Pirəbədil Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəyişdirilmişdir).
10. İddiaçı qarşılı qlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ona qarşı qaldırdığı ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunaraq Cavabdeh2 sədr seçilməsinə dair tərtib etdiyi xx.xx.2020-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı Müzaffəddin oğlu əlavə olaraq Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı 12 avqust 2020-ci il tarixli iclas protokolunun və onun əsasında alınmış yeni möhür və ştempelin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə 09 sentyabr 2020-ci il tarixdə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Şabran rayon Pirəbədil Bələdiyyəsinin 12 avqust 2020-ci il tarixli, 03 saylı iclas protokolunun və qərarının etibarsız hesab edilməsinə dair qətnamə çıxarılması nı xahiş etmişdir.
12. Şabran Rayon Məhkəməsinin 03 mat 2021-ci il tarixli 2(031)-272/2021 saylı qərardadına əsasən Şabran rayon məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı 12 avqust 2020-ci il tarixli iclas protokolunun və onun əsasında alınmış yeni möhür və ştempelin etibarsız hesab edilməsi tələbinə dair 2(031)-178/2021 nömrəli və iddiaçı Cavabdeh2 cavabdeh X2 qarşı “bələdiyyə əmlakını, sənədləri, xəritələri, möhür və ştampı özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi” tələbinə dair 2(031)-272/2021 nömrəli mülki işlər birlikdə baxılmaları üçün 2(031)-178/2021 nömrə altında bir icraata birləşdirilmişdir.
13. Cavabdeh2 birinci instansiya məhkəməsindəki icraatda iddiasını müdafiə edərək, İddiaçı qarşılıqlı iddiasını və id diasını qəbul etməyərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikasında təyin olunmuş bələdiyyə seçkilərində, o, Şabran rayonu Pirəbədil Bələdiyyəsinə üzv seçilmişdir. xx.xx.2020-ci il tarixdə Şabran rayonu Pirəbədil Bələdiyyəsinin seçilmiş 9 bələdiyyə üzvünün 7-nin iştirakı ilə keçirilən iclas zamanı gündəlik məsələlərdən biri də bələdiyyə sədrinin seçilməsi məsələsi müzakirə olunmuşdu. İştirak edən 7 nəfər bələdiyyə üzvünün səsverməsi əsasında o, Şabran rayon Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Seçkinin nəticəsi olaraq, xx.xx.2020-ci il tarixli 01 saylı protokol tərtib edilmişdir və 54 saylı Şabran - X13nə təqdim edilmişdir. 54 saylı Şabran - X13nə ünvanladığı məktuba cavab olaraq, xx.xx.2020-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə ilk olaraq 54 saylı Şabran - X13nə təqdim olunmuş 1 nömrəli protokola əsasən o, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Seçildikdən sonra keçmiş bələdiyyə sədri İddiaçı Müzaffəddin oğluna bələdiyyənin balansında olan əmlakı, sənədləri, xəritələri, möhürü və ştampı təhvil verməsini təklif etmişdir. Lakin keçmiş bələdiyyə sədri İddiaçı hazırda da bələdiyyə sədri olmasını bildirirərək, xx.xx.2020-ci il tarixində aldatma yolu, kobud qanun pozuntusuna yol verərək, bələdiyyə üzvləri seçilmiş şəxslərin xoş niyyətlərindən istifadə edərək boş protokola imza etdirmişdir. Bələdiyyə sədri seçkisinə müdaxilə etmək üçün otaqda kənar şəxsin olmasına şərait yaradılmış, bələdiyyə üzvlərinin tam sayda yığılmasını gözləməyərək iclası başlamışdır. İddiaçı qanunsuz hərəkətinin qarş ısının alınması üçün, sonradan həmin günü onun guya ki «sədr seçilməsi» protokolu etibarsız hesab edilməsinə dair müvafiq akt tərtib olunmuşdur və İddiaçı bu barədə bildirilərək, tam qanuni bələdiyyə sədri seçkisi keçirilmişdir. Həmin iclasda bələdiyyə sədri özü seçilmiş və bu barədə protokol 54 saylı Şabran - X13nə göndərilmişdir. Eyni zamanda, protokolu Ədliyyə azitliyinin Xaçmaz Regional Ərazi İdarəsinə göndərmişlər. Lakin idarədən protokolda ştamp, möhür olmadığından qəbul etməmişlər. Onlar İddiaçı möhürü tələb etsələr də, İddiaçı bildirmişdir ki, bələdiyyə sədri o özüdür və o, özünü hər yerdə bələdiyyə sədri kimi qələmə verirdi. Həmin vaxtlarda həm də, pandemiya xəstəliyi ilə əlaqədar işlər dayandırılmışdır. Sonra İddiaçı bildirmişdir ki, möhür, ştamp onda yoxdur, itib. Bundan sonra o nlar qəzetdə sənədlərin itməsi barədə elan vermişlər. Sonradan müəyyən olundu ki, möhür və ştamp itməyib, İddiaçıdir. Bələdiyyənin iş fəaliyyəti də dayanmışdır. Bundan sonra onlar – 06 nəfər bələdiyyə üzvü bir yerdə müzakirə etmişlər ki, bələdiyyənin fəaliyyətini dayandırmaq olmaz. Eləcə də, İddiaçı bələdiyyənin möhürünü və ştampını verməyib özündə saxladığından, bələdiyyənin iş fəaliyyəti dayandığından, 12 avqust 2020-ci il tarixdə 6 nəfər bələdiyyə üzvünün iştirakı ilə iclas keçirib, iclasın qərarı ilə İddiaçı bələdiyyə sədri vəzifəsindən azad edilmiş, Cavabdeh2 bələdiyyə sədri seçilmişdir. Bundan sonra o, bələdiyyənin iş fəaliyyətini bərpa etmiş, bələdiyyə ərazisində təmir-abadlıq işləri aparmış, artezyan su quyusu qazdırılmış, şəhid ailələrinə yardımçı olmuş, kənd camaatının çoxdan yığ ılıb qalmış problemlərini həll etməyə başlamışdır. xx.xx.2020-ci il tarixində İddiaçı bələdiyyənin balansında olan əmlakı, sənədləri, xəritəni, möhür və ştampı təhvil vermədiyinə görə, Şabran rayon Polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində araşdırma gedən zaman, xx.xx.2020-ci il tarixində bələdiyyənin balansında olan bir neçə əmlakı birtərəfli qaydada komissiyanın iştirakı ilə təhvil almışdır. xx.xx.2020-ci il tarixində onun polis şöbəsinə müraciətinin nəticəsi olaraq, toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edərək, müraciəti mülki xarakterli olduğuna görə, məhkəməyə müraciət etməyi bildirilmişdir. xx.xx.2020-ci il tarixində İddiaçı Zeyvə kənd sakini X8 ilə birlikdə bələdiyyə binasının qıfılını sındıraraq, bələdiyyə binasının qıfılı nı dəyişdirmişlər və bələdiyyə sədri kimi fəaliyyətə başlamışdır. Bu barədə Şabran rayon Polis Şöbəsinə və Şabran rayon Prokurorluğuna müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı ona və bələdiyyənin digər üzvlərinə məlumat göndərərək, xx.xx.2020-ci il tarixdə bələdiyyə iclasının olmasını bildirmişdir.
14. İddiaçı birinci instansiya məhkəməsindəki icraatda qarşılıqlı iddiasını müdafiə edərək, Cavabdeh2 iddiasını qəbul etməyərək bildirmişdir ki, 23 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasında keçirilmiş bələdiyyə seçkilərində iştirak etmiş, o və ondan başqa 8 nəfər Şabran rayon Pirəbədil Bələdiyyəsinə üzv seçilmişdir. Bələdiyyəyə üzv seçilmiş 9 bələdiyyə üzvündən 7-nin iştirakı ilə 18 yanvar 2020-ci il tarixdə bələdiyyənin ilk iclası keçirilmiş, iclasda bələdiyyə üzvlərinin t anınması, bələdiyyə sədrinin seçilməsi, bələdiyyə sədrinin müavininin seçilməsi və bələdiyyə əmlakının və sənədlərinin yeni seçilmiş bələdiyyəyə təhvil verilməsi üçün komissiyanın yaradılması məsələləri müzakirə olunmuş və o, Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Həmin iclasda Cavabdeh2 iştirak etmiş, təkcə Cavabdeh2 onun sədr seçilməsinin əleyhinə səs vermiş, lakin o, özünün bələdiyyə sədri seçilməsində iddialı olmamış və iclasın sonunda digər iştirakçılarla birlikdə iclas protokoluna imza etmişdir. Bundan sonra Bələdiyyənin xx.xx.2020-ci il tarixli iclasın qərarı ilə onun sədr seçilməsi barədə məlumatlar qanunvericiliyin tələblərinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəs inə göndərilmişdir. 18 yanvar 2020-ci il tarixdə axşam saatlarında onu Şabran rayon İcra Hakimiyyətinə dəvət edərək, ona bildirmişlər ki, rayonun İcra başçısının bələdiyyə sədrliyinə öz namizədi var, tələb edir ki, o, sədrlikdən imtina edərək istefa versin.. O, təbii ki, bununla razılaşmamış və bildirmişdir ki, bələdiyyə seçkili orqandır, icra hakimiyyətinin buna qarışacağı olmamalıdır. Bundan sonra bələdiyyə üzvlərinə təsir göstərilməklə onları öz tərəflərinə cəlb etmişlər. Hərçənd icra başçısının təsir göstərməsini, eləcə də, ƏN-nin Xaçmaz Regional İdarəsinə təsir göstərilməsini təsdiq edən sübutu olmasa da, dediklərinin hamısı reallıqdır. Bundan bir neçə gün sonra ona məlum olmuşdur ki, Bələdiyyənin üzvlərinin adından 01 nömrəli xx.xx.2020-ci il tarixli protokol tərtib olunub və Cavabd eh2 bələdiyyə sədri seçilməsi barədə qərar qəbul olunub. Onun bələdiyyə sədri seçilməyi ilə bağlı iclas keçirilmiş, orada onunla yanaşı 6 bələdiyyə üzvü, o cümlədən Cavabdeh2 iştirak edərək digər iclas iştırakçılari ilə birlikdə iclas protokoluna imza etmişdir. 18 yanvar 2020-ci il tarixdə və ondan sonrakı günlərdə Pirəbədil Bələdiyyəsinin inzibati binasında üzvlərin iştirakı ilə iclas keçirilməmiş, ümumiyyətlə onun belə bir iclasdan məlumatı olmamışdır. Buna baxmayaraq, Cavabdeh2 özünün bələdiyyə sədri seçilməsi barədə iclas protokolu tərtib edərək özünü bələdiyyə sədri kimi təqdim etmiş, hətta möhürün, künc ştampının və digər sənədlərin verilməməsi ilə bağlı Şabran rayon Polis Şöbəsinə müraciət etmişdir. Eyni zamanda tərəfindən Cavabdeh2 və digər şəxslər tərəfindən bələdiyyənin inzibati binasının qapısının sındırılaraq ora daxil olması və onun inzibati binaya girməsinə maneə yaradılması ilə bağlı Şabran rayon Polis Şöbəsinə müraciət olunmuşdur. Şabran rayon X10 Qrupunun təhqiqatçısı Pərviz Babayevin xx.xx.2020-ci il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» qərarına əsasən hər iki ərizə əsasında toplanılmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, ərizədə göstərilənlərin araşdırılmasının məhkəmənin səlahiyyətində olduğu və məhkəməyə müraciət etmə hüquqlarının olması izah edilmişdir. Bundan sonra Cavabdeh2 ona qarşı iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək Şabran rayonu, Pirəbədil Bələdiyyəsinin əmlakının, sənədlərinin, xəritələrinin, möhürünün və ştampının onun qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə q ətnamə qəbul edilməsini xahiş etmişdir. İş yubanır deyə Cavabdeh2 böyük qanunsuzluqlar etmiş, guya özlüyündə dövləti, məhkəmə sistemini aldadaraq 12 avqust 2020-ci il tarixli, 03 saylı protokol tərtib etmişdir. Həmin protokola əsasən Cavabdeh2 guya yenidən sədr seçilmişdir. Hansı ki, həmin protokolu məhkəmə qaydasında mübahisələndirmişdi və Cavabdeh2 məhkəmədə bildirmişdi ki, 18 yanvar 2020-ci il tarixdə qanuni sədr seçilmişdir. Əgər Cavabdeh2 18 yanvar 2020-ci il tarixdə sədr seçilmişdisə bəs 12 avqustda yenidən nəyə görə sədr seçilirdi? Deməli, Cavabdeh2 artıq 12 avqust 2020-ci il tarixli protokolu üzə çıxarmaqla 18 yanvar 2020-ci il tarixli iclas protokolunu şübhə altına alır. Bu onu deməyə əsas verir ki, Cavabdeh2 icra başçısının qanunsuz göstərişlərinə əsasən istədiyi vaxt iclas proto kolu tərtib edə bilir, üzvləri qorxudaraq onlara imza etdirir və s. Göstərdiyi əsaslara görə Cavabdeh2 tərəfindən Şabran rayon Pirəbədil Bələdiyyəsinin adından hazırlanmış xx.xx.2020-ci tarixli, 03 saylı protokol etibarsız hesab edilməlidir. Belə ki, yuxarıda qeyd etdiyi kimi onun və A.X3 sədri seçilməsi ilə bağlı eyni tarixli və eyni nömrəli protokol mövcud olmuş və hər iki protokol məhkəmədə mübahisələndirilmiş və məhkəmə tərəfindən həmin protokollara hüquqi qiymət verilməmişdir. Digər tərəfdən bələdiyyə üzvləri tərəfindən yeni sədrin seçilməsi ilə bağlı iclasın keçirilməsi barədə ona və digər bələdiyyə üzvlərinə heç bir məlumat verilməmiş, 12 avqust 2020-ci il tarixdə bütün gün bələdiyyənin inzibati binasında olmuş, lakin heç bir bələdiyyə üzvü ora gəlməmiş, onların harada və necə icl as keçirilməsi məlum deyildir.
15. Şabran Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(031)-178/2021 nömrəli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) ilk iddia təmin edilmiş, Şabran rayon Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın ləğv edilməsi, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın cavabdeh İddiaçı qanunsuz sahibliyindən alınıb Şabran rayonu Pirəbədil Bələdiyyəsinə təhvil verilməsi, İddiaçı Müzaffəddin oğlunun Cavabdeh2 qarşı xx.xx.2020-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız hesab edilməsi barədə qarşılıqlı iddianın və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı 12 avqust 2020-ci il tarixli iclas protokolunun və onun əsasında alınmış yeni möhür və ştempelin etibarsız hesab edilməsi tələbinin təmin edilməm əsi qət edilmişdir.
16. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh2 Şabran rayonu Pirəbədil Bələdiyyəsinin sədri seçildikdən sonra keçmiş bələdiyyə sədri İddiaçı bələdiyyənin balansında olan əmlakı, sənədləri, xəritələri, möhürü və ştampı təhvil verməsini təklif etmişdir. Lakin keçmiş sədr bələdiyyənin balansında olan əmlakı, sənədləri, xəritələri, möhürü və ştampı Cavabdeh2 təhvil verməkdən imtina etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı bələdiyyənin balansında olan əmlakı, sənədləri, xəritələri, möhürü və ştampı Cavabdeh2 təhvil vermədiyinə görə, Şabran rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis Şöbəsində araşdırma gedən zaman, xx.xx.2020-ci il tarixdə bələdiyyənin balansında olan bir neçə əmlakı birtərəfli qaydada komissiyanın iştirakı ilə təhvil almışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh2 polis şöbəsinə müraciətinin nəticəsi olaraq, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarda müraciəti mülki xarakterli olduğu qeyd edilərək məhkəməyə müraciət etməyi bildirilmişdir.
17. Məhkəmə Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı özünü bələdiyyə sədri kimi hesab etsə də, heç bir iş görməmiş, bələdiyyənin iş fəaliyyəti dayanmışdır. Bundan sonra 6 nəfər bələdiyyə üzvləri toplanıb 12 avqust 2020-ci il tarixdə iclas keçirmişlər. İclasda İddiaçı bələdiyyə sədri vəzifəsindən azad edilməsi, Cavabdeh2 isə bələdiyyə sədri seçilməsi qərara alınmışdır. İclasdan sonra bələdiyyənin yeni möhür və ştampı alınmışdır. Bələdiyyənin iclasları “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçirilmiş və Cavabdeh2 qanuni yolla bələdiyyə sədri seçilmişdir. İclas protokollarının etibarsızlığına əsas yoxdur. İddiaçı bələdiyyənin balansında olan köhnə ştampı və möhürü qanunsuz olaraq özündə saxlamışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 2(105)-2504/21 nömrəli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(031)-178/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ilk iddianın təmin olunmaması, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh2 Şabran rayonu Pirəbədil Bələdiyyəsinin sədri seçilməsinə dair Şabran rayonu Pirəbədil Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız hesab edilməsi, İddiaçı Müzaffəddin oğlunun Cavabdeh2 və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə qarşı iddianın qismən təmin edilməsi, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı iclas protokolu və qərarının etibarsız hesab edilməsi, İddiaçı Cavabdeh2 və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə qarşı iddiasının qalan hissədə təmin edilməməsi, iddia, qarşılıqlı iddia və apellyasiya şikayətinin verilməsi üçün İddiaçı Müzaffəddin oğlu tərəfindən ödənilmiş cəmi 31 manat dövlət rüsumu Cavabdeh2 tutularaq ona ödənilməsi qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin 1-ci bəndinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, qeyd edilən iclası nə bələdiyyə sədri çağırmış, nə də istinad olunan maddə ilə müəyyən edilmiş qaydalar əsasında çağırılıb keçirilmişdir. 20. xx.xx.2020-ci ilədək ilk olaraq seçilmiş bələdiyyə sədri kimi Cəmaləddin Nuriyev fəaliyyət göstərir. Cavabdeh2 sədrliyi kağız üzərində qalır. Bundan sonra o, digər bələdiyyə üzvləri ilə birlikdə yenidən, daha öncə qeyd olunan qanun normasını pozmaqla iclas çağırır və yenidən sədr seçilir. Bu halın özü də, Cavabdeh2 legitimliyini iddia etdiyi xx.xx.2020-ci il tarixdə sonradan çağırılmış iclasın və orada qəbul edilmiş qərarların etibarsızlığına dəlalət edir. Cavabdeh2 ilk iddianı öz adından qaldırmışdır. İlk iddia üzrə cavabdeh tərəf haqlı olaraq sual edir ki, əgər o, özünü bələdiyyə sədri hesab edirdisə, niyə həmin iddianı bələdiyyənin adından qaldırmırdı? Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 belə bir iddia qaldırmağa subyektiv hüququ olmamışdır.
21. İşə baxan birinci instansiya məhkəməsi bu iddianı qaldırmış Cavabdeh2 müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmamış, qanunsuz nəticəyə gəlmişdir. 22. xx.xx.2020-ci ildə keçirilən iclası bələdiyyə sədri çağırmamışdır. Həmin iclasın keçirilməsi üçün istinad olunan qanun normalarına əsasən tələb olunan qaydalara da əməl olunmamışdır. Bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə olsa belə, iclasın çağırılması üçün bələdiyyə sədrinə müraciət, onun həmin müraciəti nəzərə almaması, yaxud iclasın çağırılmasına mane olması, bələdiyyə üzvlə rinə çağrılacaq iclas barədə xəbərdarlıq edilməsini təsdiq edəcək heç bir sübut iş materiallarında yoxdur. Daha doğrusu, ikinci iddia üzrə cavabdeh tərəf keçirilmiş iclasın legitimliyini əsaslandırmaq üçün belə bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İşə baxan məhkəmə isə mübahisə üzrə bu vacib məsələyə əhəmiyyət verməmiş, qeyri-legitim iclasın nəticələrini etibarsız saymamaqla əsassız nəticəyə gəlmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
23. İddiaçı Cavabdeh2 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2504/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 aprel 2022-cu il tarixli, 2(102)1352/2022 nömrəli qərarı ilə (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və A.Hüseynov) kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2504/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
25. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, İddiaçı inzibati orqan olan Şabran rayon Pirəbədil bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 01 saylı və xx.xx.2020-ci il tarixli 03 saylı protokol-qərarının etibarsız hesab olunması tələbi mahiyyət etibarilə mülki mühakimə icraatı qaydasında deyil, inzibati qaydada baxılmalıdır. Belə ki, Bələdiyyə sədrinin seçilməsi barədə mübahisə, inzibati orqanın özünün fəaliyyətin in təşkili ilə bağlı olmaqla, xüsusi hüquq sahəsinə deyil, ümumi (publik) hüquq sahəsinə aiddir. Bu barədə bələdiyyənin aktları da inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər.
26. Bələdiyyə sədrinin seçilməsi barədə mübahisə, inzibati orqanın özünün fəaliyyətinin təşkili ilə bağlı olmaqla, xüsusi hüquq sahəsinə deyil, ümumi (publik) hüquq sahəsinə aiddir. Bu barədə bələdiyyənin aktları da inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Çünki, həmin məsələlər məhkəmə mübahisəsinin predmeti olduqda iddia mülki qanunvericilik əsasında deyil, “İnzibati icraat haqqında” Qanunu və digər aidiyyəti normativ hüquqi aktlar tətbiq edilməklə həll oluna bilər. Belə səlahiyyət isə inzibati məhkəmələrə aiddir.
27. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən, şəxs in hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
28. Mülki prosessual qanunvericiliyə görə, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir.
29. Qeyd edilənləri nəzərə alaraq kollegiya bu qənaətə gəlir ki, İddiaçı iddiasına mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından ümumi məhkəmələrin iddiaya mahiyyəti üzrə baxması və müvafiq qətnamə çıxarması prosessual hüquq normalarına uyğun olmamışdır.
30. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 iddiası digər iddianın həlli ilə əlaqəli olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla işə yenidən baxılması üçün mülki iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1 və 416.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 iyul 2022-ci il tarixli, 2(105)-1373/2022 nömrəli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) ilk iddia üzrə cavabdeh X1 apellyasiya şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(031)-178/2021 nömrəli qətnaməsinin ilk iddia üzrə hissədə dəyişdirilmədən saxlanılmış, İddiaçı Müzaffəddin oğlunun Cavabdeh2 qarşı 18 yanvar 2020-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı 12 avqust 2020-ci il tarixli iclas protokolunun və onun əsasında alınmış yeni möhür və ştempelin etibarsız hesab edilməsi tələbi hissəsində ləğv edilmişdır.
33. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 iyul 2022-ci il tarixli, 2(105)-1373/2022 nömrəli, qərardadı ilə İddiaçı Müzaffəddin oğlunun Cavabdeh2 qarşı Şabran rayonu Pirəbədil Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasına, həmçinin İddiaçı Müzaffəddin oğlunun Cavabdeh2 və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə qarşı 12 avqust 2020-ci il tar ixli, 03 saylı protokolun və qərarın etibarsız hesab edilməsi tələbinə dair iddia üzrə icraata xitam verilmiş, iddiaçıya həmin tələblə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
34. Məhkəmə kollegiyası “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 1-ci bəndinə, 15-ci maddəsinin 1-ci bəndinə, 16-cı maddəsinin 1-ci 2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunduğu kimi 23 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasında təyin olunmuş bələdiyyə seçkilərində, Cavabdeh2 Şabran rayonu Pirəbədil Bələdiyyəsinə üzv seçilmişdir. 18 yanvar 2020-ci il tarixində Şabran rayon Pirəbədil Bələdiyyəsinin seçilmiş 9 bələdiyyə üzvünün 7-nin iştirakı ilə keçirilən iclas zamanı gündəlik məsələlərdən biri də bələdiyy ə sədrinin seçilməsi məsələsi müzakirə olunmuşdur. İştirak edən 7 nəfər bələdiyyə üzvünün səsverməsi əsasında ilkin iddiaçı Şabran rayon Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Seçkinin nəticəsi olaraq, 18 yanvar 2020-ci il tarixli 01 saylı protokol tərtib tərtib edilmişdir və 54 saylı X7nə təqdim edilmişdir.
35. İşə əlavə edilmiş 54 saylı Şabran - X9 Dairə Seçki Komissiyası tərəfindən verilmiş 25 fevral 2020-ci il tarixli, 57 saylı məktubundan görünür ki, 18 yanvar 2020-ci il tarixdə ilk olaraq 54 saylı X7 Dairə Seçki Komissiyasına təqdim olunmuş 1 nömrəli protokola əsasən Cavabdeh2 Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri seçilmişdir.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnam əli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.
37. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində dəlilləri qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh2 iddiasını təmin etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. X4 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib işin yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
39. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və p rosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə işində məhkəmə iddiaçının belə bir tələblə çıxış etməsi üçün müvafiq subyektiv hüquqa malik olmamasını nəzərə almamışdır. İddiaçının bələdiyyə sədri seçilməsi barədə bələdiyyə qərarı onun tərəfindən mübahisələndirildiyi halda, həmin bələdiyyə qərarı Cavabdeh2 məhkəmədə bu tələblərlə çıxış etmək hüququ vermir. Eyni zamanda Cavabdeh2 iddia tələblərini öz adından irəli sürmüşdür ki, bu da iddia tələblərinin tələb hüququ olmayan şəxs tərəfindən irəli sürüldüyünü əyani şəkildə sübuta yetirir. Beləliklə, iddiaçının müvafiq iddia tələblərini məhkəmədə irəli sürməsi üçün əsas sayıla bilməz və iddiaçının bu tələblərlə çıxış etməsi üçün subyektiv hüququ olmadığı halda, məhkəmə bu hala əhəmiyyət verməyərək növbəti qanun pozuntusun a yol vermişdir. Bundan əlavə, Cavabdeh2 iddiası, icraatına xitam verilmiş iddia tələblərinin həlli ilə əlaqəli olduğundan, apelyasiya instansiyası məhkəməsi Cavabdeh2 iddia tələbləri üzrə icraata onun iddiası inzibati mühakimə icraatı qaydasında həll olunanadək dayandırmalı olduğu halda, qanunun bu tələbinə riayət edilməmiş və iddiaçının iddia tələblərinə qanunsuz şəkildə mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışdır. İş materiallarından da görünür ki, bələdiyyə sədrinin seçilməsi ilə bağlı Pirəbədil Bələdiyyəsinin adından bir neçə qərar qəbul edilmişdir. Həmin qərarlardan iddiaçının guya bələdiyyə sədri seçilməsi barədə 18 yanvar 2020-ci il tarixli qərarın saxtalığı, 12 avqust 2020-ci il tarixli digər qərarın isə qanunvericiliyin tələbləri gözlənilməməklə çıxarıldığı məhkəmə tərəfindən nəzə rə alınmamış, həqiqətin və işin hallarının sübutlara qərəzsiz və obyektiv qiymət verməklə aşkara çıxarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri olan tədbirlər görülməmişdir. İddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə sədri seçilməsini təsdiq edən müvafiq sənədlər və sübutlar təqdim edilmədiyi halda, məhkəmə iddiaçının bələdiyyənin adından iddia tələbləri ilə çıxış etməsinə əsas verən hüququnun olmamasına, ümumiyyətlə qiymət verməmiş, sübutlarla bağlı obyektiv və hərtərəfli araşdırma aparmadan, sübut kimi qəbul edilən sənəd və dəlillərə müvafiq əsaslandırma aparmaqla qiymət verə bilməyərək iş üzrə aşkar səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hə dləri
41. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
42. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq «Bələdiyyələlərin statusu haqqında» Azərbaycan Respublikası Qanunu
43. Maddə
18. Bələdiyyənin icra orqanı onun icra aparatıdır. İcra aparatı bələdiyyənin sədrindən və onun bu Qanunla və bələdiyyənin nizamnaməsi ilə müəyyənləşdirilmiş qaydada formalaşdırdığı struktur bölmələrindən və bələdiyyənin nizamnaməsinə müvafiq surətdə yaradılan digər icra strukturlarından ibarətdir.
44. Maddə 19, 4-cü hissə. Bələdiyyənin sədri əmr və sərəncamlar verir, bələdiyyənin qərarlarını imzalayır.
45. Maddə 19, 6-cı hissə. Səlahiyyət müddəti bi tən və ya vaxtından əvvəl vəzifədən azad edilən bələdiyyə sədri və ya bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxs 10 gün müddətində bələdiyyənin fəaliyyəti ilə bağlı bütün sənədləri bələdiyyənin yeni sədrinə (bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxsə) təhvil verməlidir. Bələdiyyənin nümunəvi Nizamnaməsi (Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli, 709-İQ saylı Qanunu ilə təsdiq edilmişdir)
46. Xİ. Bələdiyyə sədri və bələdiyyənin icra aparatı struktur bölmələrinin rəhbərləri bələdiyyə qulluğu ilə bağlı təşkilati rəhbərliyi həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəli llər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Belə ki, cavabdehdən tələb olunan möhür və ştamp “Bələdiyyələrin statusu haqqında” Qanunun 11-ci maddəsinə əsasən Şabran rayonu Pirəbədil Bələdiyyəsinin balansındadır və cavabdehin bələdiyyəyə aid möhürlə ştampı özündə saxlamağa hüquqi əsası yoxdur. Çünki “Bələdiyyələrin statusu haqqında” Qanunun 19-cu maddəsinin 6-cı hissəsinin tələbinə görə, səlahiyyət müddəti bitən və ya vaxtından əvvəl vəzifədən azad edilən bələdiyyə sədri və ya bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxs 10 gün müddətində bələdiyyənin fəaliyyəti ilə bağlı bütün sənədləri bələdiyyənin yeni sədrinə (bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxsə) təhvil verməlidir.
56. Kassatorun “icraatına xitam verilmiş iddia tələblərinin həlli ilə əlaqəli olduğundan, apelyasiya instansiyası məhkəməsinin Cavabdeh2 iddia təl əbləri üzrə icraata onun iddiası inzibati mühakimə icraatı qaydasında həll olunanadək dayandırmalı olduğu” barədə dəlili əsasszıdır.
57. Çünki iş üzrə icraatın dayandırılması üçün Azərbaycan Respublikası MPM-nin 254 və 255-ci maddələrində nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. Cavabdehin gələcəkdə iddia vermə niyyəti icraatın dayandırılmasına səbəb olan hal deyildir.
58. Kassatorun Cavabdeh2 bələdiyyə sədri təyin olunmasının qanunazidd olması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillərin araşdırılması və qiymət verilməsi mülki məhkəmə icraatının predmeti deyildir. Hazırda bələdiyyə sədrinin seçilməsi barədə xx.xx.2020-ci il tarixli qərar qüvvədədir və həmin qərara əsasən Cavabdeh2 bələdiyyə sədridir.
59. İddiaçının verilmiş tələblə çıxış etməyə sübyektiv hüququ nun olmaması, yəni bələdiyyə adından verilməməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasın, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
60. MPM-nin 418.3-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilə r ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
61. İş üzrə gəlinmiş nəticə düzgündür və iddiaçının öz adından deyil, bələdiyyənin adından iddia verməli olduğu barədə kassatorun dəlili, qətnamənin ləğvinə əsas vermir.
62. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
63. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin ha llarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir
64. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 iyul 2022-ci il tarixli, 2(105)-1373/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.