Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-592/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx” ASC-yə qarşı “əmlakın girovdan azad edilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: işə məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraat xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Abbasov Elxan Saleh oğlunun və cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-595 /2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Tərəflər arasında bağlanmış 11 mart 2015-ci il tarixli, 57 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 23 ay müddətinə, illik 6 % dərəcəsi ilə 1.500.000 manat məbləğində, 06 aprel 2015-ci il tarixli, 67 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 22 ay müddətinə, illik 6 % dərəcəsi ilə 2.400.000 manat məbləğində kredit vermişdir. 06 aprel 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən X1 məxsus olan X istifadədə olan 0,01532 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli ümumi sahəsi 242,8 kv.m yaşayış sahəsi 126,1 kv.m, yardımçı sahəsi 116,7 kv.m olan 6 otaqlı 22 saylı ev və X2 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 237,6 kv.m, yaşayış sahəsi 159,2 kv.m, yardımçı sahəsi 78 kv.m olan 5 otaqlı ev 11 mart 2015-ci il tarixli, 57 saylı və 06 aprel 2015-ci il tarixli, 67 saylı kredit müqavilələrinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Ləğv prosesində olan “xxxx” KB ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.04.2015-ci il tarixli “sonrakı ipoteka müqaviləsi”nə xitam verilməsi və həmin müqavilə ilə girov qoyulmuş X mənzilin yüklülükdən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini on unla əsaslandırmışdır ki, onunla «xxxx» KB ASC arasında bağlanmış 57 saylı 11 mart 2015-ci il tarixli və 06.04.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehdən ümumilikdə 3.900.000 manat məbləğində kredit almışdır. Aralarında olan həmin kredit müqavilələri üzrə öhdəliklərin təminatı olaraq iki daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan kredit üzrə əsas borcdan 2.000.000 manat, faiz borcuna görə isə 617.334 manat olmaqla, ümumilikdə 2.617.334 manat məbləğində vəsaiti cavabdehə ödəmişdir. Buna görə də 21.12.2017-ci il tarixdə banka ərizə ilə müraciət edərək, kreditlərin alınması üçün qoyulmuş girovlardan birini, X2 məxsus olan ünvan 1-nin girovdan çıxarılmasını xahiş etsə də, bank tərəfindən onun xahişi rədd edilmişdir. Kreditin məbləği üçün adıçəkilən əmlakdan əlavə ipote ka ilə yüklü edilmiş digər əmlak cavabdeh tərəfindən 2.300.000 manat qiymətində dəyərləndirilmişdir. Bu da onu göstərir ki, girovda qalan digər daşınmaz əmlak kredit öhdəliyi üçün qalan borcun təminatı üçün kifayət edir. Sonradan iddiaçı iddia həcminin artırılması barədə ərizə ilə müraciət edərək, borc tam ödənildiyindən tərəflər arasında bağlanmış 11 mart 2015-ci il tarixli, 57 saylı və 06 aprel 2015-ci il tarixli, 67 saylı kredit müqavilələrinə xitam verilməsi, həmin kredit müqavilələri ilə ipoteka predmeti olan X 57 saylı mənzilin və X ünvanında yerləşən 22 saylı evin yüklülükdən azad edilməsi, habelə artıq ödənilmiş 47.675,63 (19.212,34+28.463,29) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, mülki iş üzrə Səbail rayon Məhkəməsinin 31.10.2018-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası rəyində ciddi uyğunsuzluqlar vardır. İddiaçının Banka borcu mövcud olması iddia tələbinin rədd edilməsi üçün əsasdır. İddiaçının borcu olduğu təqdirdə girov qoyulmuş əmlakın girovdan azad edilməsi mümkün deyildir. Məhkəmə Ekspertiza Mərkəzinin 29.03.2019-cu il tarixli 30652 nömrəli rəyində İddiaçı “xxxx” ASC-yə əsas məbləğ və faiz borcu üzrə borcunu tam ödədiyi, onun banka heç bir borcunun qalmadığı, əlavə olaraq 11.02.2015-ci il tarixli 57 saylı kredit müqaviləsi üzrə 13.12.2017-ci il tarixə 19.212,34 manat məbləğində, 06.04.2015-ci il tarixli 67 saylı kredit müqaviləsi üzrə isə 18.05.2018ci il tarixə 28.463,29 man at məbləğində pul vəsaiti artıq ödəniş etdiyi göstərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim İlkin Rüstəmli) 07 avqust 2019-cu il tarixli, 2(009)-109/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, ASC “xxxx” KB ilə İddiaçı arasında bağlanmış 11 may 2015-ci il və 06 aprel 2015-ci il tarixli kredit müqavilələrinə xitam verilməsi, İddiaçı 11 mart 2015-ci il və 06.04.2015-ci il tarixli kredit müqavilələrinə uyğun olaraq artıq ödəmiş olduğu (19212,34 + 28,463,29) 47.675,63 manat pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi, X1 məxsus olan X istifadədə olan 0,01532 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli ümumi sahəsi 242,8 kv.m yaşayış sahəsi 126,1 kv.m, yardımçı sahəsi 116,7 kv.m olan 6 otaqlı 22 saylı evin və X2 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 237, 6 kv.m, yaşayış sahəsi 159,2 kv.m, yardımçı sahəsi 78 kv.m olan 5 otaqlı evin girovdan (ipotekadan) azad edilməsi və girovla bağlı həmin əmlakların üzərindəki məhdudiyyətlərin ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı kredit müqavilələri üzrə borcunu ödədiyindən, həmin kredit müqavilələri üzrə öhdəliklər icra edilmişdir. Belə olan halda kredit müqaviləsi üzrə öhdəliklər icra edildiyindən, həmin öhdəliklərin icrasının təmini kimi bağlanmış sonrakı ipoteka müqaviləsinə xitam verilməli və ipoteka predmetləri girovdan azad edilməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1, 399.3, 152.1, 152.5, 157.1-157.3, 269.1, 385.1, 425.1, 528, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 15.1, 48.1.2-ci mad dələrinə istinadən əsaslandırmışdır. Cavabdeh apelyasiya şikayəti verərək, qətnaməni ləğv edib iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya baxışı zamanı iş üzrə yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2020-ci il tarixli 1675 saylı ekspert rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, maliyyə arayışı, tərəflər arasında bağlanmış 11 mart 2015-ci il tarixli, 57 saylı və 06 aprel 2015-ci il tarixli, 67 saylı kredit müqavilələrinin qeyd olunan şərtləri əsas götürülməklə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respub likası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilənləri rəhbər tutaraq İddiaçı “xxxx” ASC-yə əsas məbləğ və faiz borcu üzrə borcu tam ödənilmiş, heç bir borcu qalmamış, əlavə olaraq 11 mart 2015-ci il tarixli, 57 saylı kredit müqaviləsi üzrə 13 dekabr 2017-ci il tarixə (sualda soruşulan tarixə) 14.944,56 manat məbləğində, 06 aprel 2015-ci il tarixli, 67 saylı kredit müqaviləsi üzrə 18 may 2018-ci il tarixə (sualda göstərilən tarixə) isə 28.463,29 manat məbləğində pul vəsaiti artıq ödəniş etdiyi müəyyən olunur. Qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının ş ərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilənləri rəhbər tutaraq kredit müqaviləsinin bitdiyi 24.02.2017-ci il tarixdən soruşulan tarixlərədək olan dövr üzrə faiz dərəcəsi illik 5% dərəcəsi ilə hesablanmışdır. Bundan əlavə qeyd edilir ki, 29.03.2019-cu il tarixli, 30652 saylı ekspert rəyi ilə hazırkı rəy arasında yaranmış ziddiyyət 30652 saylı ekspert rəyində 11 mart 2015-ci il tarixli, 57 saylı kredit müqaviləsi üzrə hesablama aparılarkən texniki səhvin olmasıdır. Belə ki, 30652 saylı ekspert rəyində 57 saylı kredit müqaviləsi üzrə 02.06.2015-ci il tarixdə aparılmış ödəniş texniki səhv nəticəsində 6.000,0 manat olduğu halda, 9700 manat məbləğində göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Ləğv prosesində olan “xxxx” KB ASC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli, 2(009)-109/2019 saylı qətnaməsi ləğv edilərək iddianın qismən təmin edilməsi, ASC “xxxx” KB ilə İddiaçı arasında bağlanmış 11 mart 2015-ci il tarixli, 57 saylı və 06 aprel 2015-ci il tarixli, 67 saylı kredit müqavilələrinə xitam verilməsi, İddiaçı 11 mart 2015-ci il tarixli, 57 saylı kredit müqaviləsi üzrə artıq ödəmiş olduğu 14.944,56 manat və 06 aprel 2015-ci il tarixli, 67 saylı kredit müqaviləsi üzrə artıq ödəmiş olduğu 28.463,29 manat, cəmi 43.407,85 manat pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməsi, X1 məxsus olan X istifadədə olan 0,0156 2 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli ümumi sahəsi 242,8 kv.m yaşayış sahəsi 126,1 kv.m, yardımçı sahəsi 116,7 kv.m olan 6 otaqlı 22 saylı ev və X2 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 237,6 kv.m, yaşayış sahəsi 159,1 kv.m, yardımçı sahəsi 78 kv.m olan 5 otaqlı evin girovdan (ipotekadan) azad edilərək və girovla bağlı həmin əmlakların üzərindəki məhdudiyyətlərin ləğv edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmışdır. Qətnamə ilə həmçinin məhkəmə xərcləri məsələsi də həll edilmişdir. Apellyasiya instansiyası hesab etmişdir ki, iddiaçının kredit müqavilələri üzrə kredit borcu öhdəliyini tam həcmdə yerinə yetirdiyindən Mülki Məcəllənin 528-ci maddəsinin tələbinə əsasən iddiaçının kredit müqavilələri üzrə öhdəliyinə xitam verilməlidir. Tərəflər arasında mövcud olan kredit müqavilələri üzrə borclunun yerinə yetirmədiyi öhdəlik qalmadığından, həmin müqavilənin təminatı üçün bağlanmış ipoteka müqavilələri üzrə ipoteka predmetlərinin girovda qalma zərurəti də aradan qalxmışdır. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, 11 mart 2015-ci il tarixli, 57 saylı və 06 aprel 2015-ci il tarixli, 67 saylı kredit müqavilələri əsas məbləğ və faiz borcu üzrə borcunun tam ödənildiyi, heç bir borcunun qalmadığı, əlavə olaraq 11 mart 2015-ci il tarixli, 57 saylı kredit müqaviləsi üzrə 13 dekabr 2017-ci il tarixə (sualda soruşulan tarixə) 14.944,56 manat məbləğində, 06 aprel 2015-ci il tarixli, 67 saylı kredit müqaviləsi üzrə 18 may 2018-ci il tarixə (sualda göstərilən tarixə) isə 28.463,29 manat məbləğind ə pul vəsaiti artıq ödəniş edildiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçının cavabdeh banka hər hansı borcu olmadığından, habelə artıq ödəniş həyata keçirdiyindən Mülki Məcəllənin 152.5, 157.1-157.2, 157.3, 269.1, 385.1, 425.1, 528, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 15.1, 48.1.2-ci maddələrinə əsasən ASC “xxxx” KB ilə İddiaçı arasında bağlanmış 11 mart 2015-ci il tarixli, 57 saylı və 06 aprel 2015-ci il tarixli, 67 saylı kredit müqavilələrə xitam verilməli, ipoteka ilə yüklü edilmiş əmlaklar ipotekadan azad edilməlidir. Apelyasiya şikayətinin iş üzrə icraata xitam verilməsi barədə dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarında qeyd o lunur ki, bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır. Bu baxımdan bankın müflis elan olunmasına dair qərarın qəbul olunması banka qarşı mövcud iddialar üzrə icraatın Mülki Prosessual Məcəllənin 254-cü maddəsinə müvafiq olaraq dayandırılmasını deyil, hüquqi şəxsi məhkəmədə təmsil etməli olan səlahiyyətli orqanın (şəxsin) məhkəmə icraatında iştirakını prosessual cəhətdən təmin etmək məqsədini daşıyır. İflas prosesində olan b ankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-595/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsini ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini poz muş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə əsassız və şübhəli ekspert rəyinə əsaslanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2020-ci il tarixli 1675 saylı ekspert rəyində 11 mart 2015-ci il tarixli, 57 nömrəli kredit müqaviləsi üzrə ödənilmiş məbləğlərlə bağlı - 29.07.2015-ci il tarixində 7250 (yeddi min iki yüz əlli) manat ödəniş etdiyi halda, ekspert rəyində həmin tarixə aparılmış ödəniş 7500 (yeddi min beş yüz) manat kimi, 28.10.2016-cı il tarixində 7000 (yeddi min) manat ödənil etdiyi halda, ekspert rəyində həmin tarixə aparılmış ödəniş 7500 (yeddi min beş yüz) manat kimi, 29.11.2016-cı il tarixində 7250 (yeddi min iki yüz əlli) manat məbləğində ödəniş etdiyi halda, e kspert rəyində həmin tarixə aparılmış ödəniş 7500 (yeddi min beş yüz) manat kimi qeyd edilmiş xüsusatlara Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2020-ci il tarixli 1675 saylı ekspert rəyində ümumiyyətlə münasibət bildirilməmişdir. Bundan əlavə, məhkəməyə təqdim edilmiş “mülki işə xitam verilməsi” barədə vəsatət də məhkəmə tərəfindən heç bir əsas göstərilmədən təmin edilməmiş və məhkəmə qətnaməsində ümumiyyətlə elə bir vəsatətin təqdim edildiyinə dair hər hansı bir qeyd edilməmişdir. Belə ki, 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli 2-1(081)-3617/2016 saylı qərarı ilə “xxxx” KB ASC-nin ləğv edilməsi, Əmanətlərin Sığortalanması Fondunun ləğvedici təyin olunması barədə Qərar qəbul edilmişdir. Hal-hazırda “xxxx” KB ASC ləğv prosesindədir. Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarının müəyyənedici hissəsinin otuz səkkizinci abzasına əsasən AR Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Qeyd edilənlərə əsa sən, mülki işin pul tələbi olan hissəsində icraata xitam verilməsi zəruri olduğu halda məhkəmə tərəfindən vəsatət təmin edilməmiş və təmin edilməməsi barədə məhkəmə tərəfindən hər-hansı bir hüquqi mövqe bildirilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Abbasov Elxan Saleh oğlu kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: “Banklar haqqında” Azərbaycan Respublikası Qanununu Maddə 71.3. Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və ban k səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Maddə 72.1.Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: Maddə 72.1.1.bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; Maddə 72.1.2.banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; Maddə 72.1.3.bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153. 2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci iltarixli qərarı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 417.1.5. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəlləni n 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kas sasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh tərəfindən kassasiya şikayəti verilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə artıq ödənilmiş vəsaitin b ankdan tutulması hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə “Banklar haqqında” Qanunun tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci iltarixli qərarında müəyyən edilmiş hüquqi mövqelərə uyğun olmamışdır. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli 2-1 (81)3617/2016 saylı qərarı ilə “xxxx” KB ASC-nin ləğv edilməsi, Əmanətlərin Sığortalanması Fondunun ləğvedici təyin olunması barədə Qərar qəbul edilmişdir. Hal-hazırda “xxxx” KB ASC ləğv prosesindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci iltarixli qərarına əsasən müəyyən edilmişdir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə eti raz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında əks olunmuş hüquqi mövqelərə əsasən kredit müqavilələri üzrə artıq ödənilmiş pul vəs aitinin bankdan geri alınması barədə tələb müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddia olduğundan, həmin tələb “Banklar haqqında” Qanunun 76-77-ci maddələrinin xüsusi tələbləri çərçivəsində irəli sürülməlidir. Həmin Qanunun “Tələblərin qeydə alınması” adlanan 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1-76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdi m etməlidirlər. “Banklar haqqında” Qanunun 77.1-ci maddəsinə əsasən, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. Qanunun 77.5 və 77.6-cı maddələrinə görə, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq, qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, təl əblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər. Məhkəmə etiraz edilmiş tələblər siyahısının təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq aydınlaşdırmaq məqsədilə dinləmələrin keçir ilməsi tarixini müəyyən edir (“Banklar haqqında” Qanunun 77.7-ci maddəsi). Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi İddiaçı 11 mart 2015-ci il tarixli, 57 saylı kredit müqaviləsi üzrə artıq ödəmiş olduğu 14.944,56 manat və 06 aprel 2015-ci il tarixli, 67 saylı kredit müqaviləsi üzrə artıq ödəmiş olduğu 28.463,29 manat, cəmi 43.407,85 manat pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya həmin tələblərin qeydə alınması üçün ləğvediciyə müraciət edilməsi izah edilməli, cavabdehin kassasiya şikayəti bu hissədə əsaslı hesab edilərək, qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 261, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ləğv prosesində olan “xxxx” KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-595/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsi qismən İddiaçı 11 mart 2015-ci il tarixli, 57 saylı kredit müqaviləsi üzrə artıq ödəmiş olduğu 14.944,56 manat və 06 aprel 2015-ci il tarixli, 67 saylı kredit müqaviləsi üzrə artıq ödəmiş olduğu 28.463,29 manat, cəmi 43.407,85 manat pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-592/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-592/2021
19.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver