Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5926/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 qızı, Cavabdeh3 qızı, Cavabdeh4, Azərbaycan Respublikası ƏMDK, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5926/21 (Açar sözlər: texniki pasport və digər sənədlərin etibarsız hesab edilməsi) Bakı şəhəri, 16 noyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavab deh3 qızı, Cavabdeh4, Azərbaycan Respublikası ƏMDK, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın texniki pasportunun etibarsız edilməsi və digər tələblər üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1303/2021 nömrəli, 15.07.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2011-ci ildə mübahsiə predmetinə dair hərracların etibarsızlığı və tam mülkiyyətlərinə verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsi ilə iddia qismən təmin edilərək aptekə paylar müəyyən edilmişdir. Daha sonra başqa iddia ilə “hərracı n etibarsız hesab olunması” barədə məhkəməyə müraciət etmiş və həmin iddia rədd edilmişdir. Hazırda isə həmin məhkəmə qərarlarının çıxarılmasına əsas olmuş “Özəlləşdirmə sənədlərinin, hərrac sənədlərinin və digər sənədlərin etibarsızlığını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4, Azərbaycan Respublikası ƏMDK, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax Rayon Məhkəməsinin 21 aprel 2011-ci il tarixli 2/024/-01 saylı qətnaməsinin qəbul edilməsi üçün əsas olmuş həlledici materialların -Əmlak Məsələləri Dövlət Xidməti 17 saylı Şəki Ərazi İdarəsinin Qax Ra yon Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş Qax, 89 saylı Mərkəzi Aptekin özəlləşmə sənədlərinin - 03 dekabr 2002-ci il tarixli 01 saylı Hərrac protokolunun və 03 dekabr 2002-ci il tarixli “Hərracda satılmış müəssisələrin /obyektlərin/siyahısı” nın etibarsız hesab edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh4 İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək “ilkin iddia tələbinin rədd edilməsi, İddiaçı 239 manat pulun tutularaq Cavabdeh4 ödənilməsi haqqında, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinin tələblərinə əsasən İddiaçı 239 manat pulun tutularaq Cavabdeh4 ödənilməsi və dövlət rüsumunun İddiaçı aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Qax Rayon Məhkəməsinin 09 mart 2021-ci il tаrixli, 2(02 4)-49/2021 saylı qətnaməsi ilə (hakim M.Qarayev) illkin və qarşılıqlı iddia təmin edilməmişdir.
5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.1, 354.1, 354.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1303/2021 nömrəli, 15.07.2021-ci il tarixli qərardadı ilə (hakimlər- M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş; Qax Rayon Məhkəməsinin 09 mart 2021-ci il tаrixli, 2(024)-49/2021 saylı qətnaməsi ilk iddia tələbinə münasibətd ə ləğv edilmiş; İddiaçı “Qax Rayon Məhkəməsinin 21 aprel 2011-ci il tarixli 2/024/-01 saylı qətnaməsinin qəbul edilməsi üçün əsas olmuş həlledici materialların -Əmlak Məsələləri Dövlət Xidməti 17 saylı Şəki Ərazi İdarəsinin Qax Rayon Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş Qax, 89 saylı Mərkəzi Aptekin özəlləşmə sənədlərinin - 03 dekabr 2002-ci il tarixli 01 saylı Hərrac protokolunun və 03 dekabr 2002-ci il tarixli “Hərracda satılmış müəssisələrin /obyektlərin/siyahısı” nın etibarsız hesab edilməsi haqqında qərar qəbul edilməsi” tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1, 261.0.1, 261.0.8, 262.3, 391-ci maddələri ilə əsaslandırmışdır.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələblərinə məhkəmədə baxıla bilməz. Beləki. onun tələblərinin bir hissəsinə ümumiyyətlə məhkəmədə baxılmalı deyil, bir hissəsinə isə artıq baxılaraq hüquqi qiymət verilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsinin qərardadından İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kasasiya şikayəti verərək qərardadın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.
13. Əlavə olaraq qeyd edilmişdir ki, iddianın əvvəlki tələbi hərrac protokolun ləğv edilməsinə dair yox ƏMDK-yə qarşı "Qax səhəri 20 yanvar ünvanı küçəsində yerləşən Əczacılıq və X1 89 saylı Mərkəzi aptekinin qiymətinin 85 faizinin satışına dair 03.12.2002 ci il tarixli 01 saylı hərrac protokolun etibarsız hesab edilməsi barədə idi. Əsl hərrac protokolunda hərracın qalibi əmək kollektivi göstərildiyi halda ƏMDK-nin Qax Rayon Şöbəsi tərəfindən məhkəməyə təqdim edilən saxta hərrac protokolunda hərracın qalibi Cavabdeh2 hərracın qalibi kimi göstərilib. Özü də məhkəməyə təqdim edilmiş Hərrac protokolunun surəti notarial qaydada təsdiqlənməmişdir. Hazırki iddia tələbində tərəflər eyni deyildir, predmeti eyni olsa da əsaslar müxtəlifdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şi kayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında onun izahatı alınmamışdır.
16. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
17. Maddə. 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
18. Maddə. 261.0.1. İş məhk əmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
19. Maddə. 262.3 Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə.
391. Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin XX fəslində olan 261.0.1-cü maddəsinə görə işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir.
23. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndi rilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
26. Apellyasiya Məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, iddiaçı iddia ərizəsində 03 dekabr 2002-ci il tarixli “Hərracda satılmış müəssisələrin /obyektlərin/siyahısı” nın etibarsız hesab edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə icraata həmin hissədə xitam verməli olduğu halda həmin hissəyə münasibətdə də işə mahiyyəti üzrə baxmışdır. Belə ki, iddia ərizəsinin həmin hissəsi hüquqi nəticə yaratmayan tələbdir ki, bu tələbə də məhkəmədə baxılmalı deyildir.
27. Kollegiya hesab edir ki, 1-ci instansiya məhkəməsi belə məntiqsiz, qeyrimüəyyən və aydın olmayan tələbi ümumiyyətlə icraata qəbul etməli deyildi. “Hə rracda satılmış müəssisələrin /obyektlərin/siyahısı” nın etibarsız hesab edilməsi dedikdə mübahisənin mahiyyəti, iddiaçının nə istəməsi, belə iddiaya baxılması və qəbul edilmiş qərarın hansı hüquqi nəticəyə səbəb olması aydın deyil.
28. Bundan başqa, Qax Rayon Məhkəməsinin 21 aprel 2011-ci il tarixli 2/024/-01 saylı qətnaməsinin qəbul edilməsi üçün əsas olmuş həlledici materialların-Əmlak Məsələləri Dovləi Xidməti 17 saylı Şəki Ərazi İdarəsinin Qax Rayon Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş Qax, 89 saylı Mərkəzi Aptekin özəlləşmə sənədlərinin - 03 dekabr 2002-ci il tarixli 01 saylı Hərrac protokolunun və 03 dekabr 2002-ci il tarixli “Hərracda satılmış müəssisələrin /obyektlərin/siyahısı” nın etibarsız hesab edilməsi iddiasına da məhkəmədə baxıla bilməz.
29. İddiaçının sadaladığı həmi n sübutlar işə məhkəmədə baxılarkən istifadə edilmiş sübutlardısa, onların ayrıca mübahisələndirilməsinə zərurət aradan qalxmışdır. Çünki məhkəmə işə baxarkən həmin sübutları qiymətləndirmiş və onlardan istifadə etməklə yekun qətnamələr çıxarmışdır. Ona görə həmin sübutların məhkəmə qaydasında ayrıca mübaisələndirilməsi istisna olunur.
30. Açıq-aşkar görünür ki, iddiaçı hazırkı iddianı irəli sürməklə əvvəlki məhkəmə qərarları ilə müəyyən edilmiş hallarla bağlı yeni məhkəmə mübahisəsi açmaq məqsədi güdür. İddia tələbinin əsası kimi hansısa söz birləşmələrindən istifadə etməklə, və yaxud formal olaraq mübahisədə marağı olmayan şəxslərdən birini prosessə cəlb etməklə eyni mübahisəni yenidən aparmaq, yenidən məhkəmə müstəvisinə çıxarmaq yolverilən deyil. Belə yanaşma məhkəmə qərarlarının sab itliyini pozmuş olur.
31. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1303/2021 nömrəli, 15.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.