Məhkəmə qərarları › İş №2(102)-5937/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5937/2021

27.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5937/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5937/21 (Açar sözlər: sağlamlığa vurulmuş ziyana görə maddi və mənəvi zərərin tutulması, tələbin sübuta yetirilməməsi) Bakı şəhəri, 27 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayə ndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4605/2021 nömrəli, 27 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 27 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, səhhətinə vurulmuş zərərin əvəzi olaraq 2.500 manat maddi, 5.000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7.530 manat pulun cavabdeh Azərbaycan Respublikası İctimai Televizi ya və Radio Yayımları Şirkətindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı 10 ilə yaxındır ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin fərqli verilişlərində tamaşaçı kimi iştirak edir. Şirkətin işçisi Əmanət Qasımlı iddiaçı əlaqə saxlayaraq bildirmişdir ki, yeni veriliş buraxılacaq və iddiaçını tamaşaçı qismində həmin verilişə dəvət etmişdir. Əmanət Qasımlı iddiaçıya bildirmişdir ki, təxminən 10 veriliş olacaq və hər veriliş üçün iddiaçıya 10 manat pul veriləcəkdir.

3. İddiaçı 12.08.2019-cu il tarixdə İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən yayımlanan “Hardasan bu vaxtacan” verilişində tamaşaçı qismində iştirak etmişdir. İddiaçı tamaşaçılar üçün ayrılan yerlərin birində əyləşmişdir. Çəki lişdən təxminən 30-40 dəqiqə keçəndən sonra fasilə elan edilmişdir. Fasilə zamanı verilişin heyət qrupunun əməkdaşı iddiaçıya yaxınlaşaraq, yerinin dəyişməsini xahiş etmişdir.

4. Fasilə vaxtı yanında oturan xanım iddiaçıya yemək təklif etmişdir. Yeməyi yedikdən sonra qabı qaytarmaq istəmiş, bu zaman yana çönmək istədikdə, iddiaçı anidən oturacaqdan yerə yıxılmışdır. İddiaçının başı yerə dəymiş və 2 nəfər iddiaçıya ayağa durmağa köməklik göstərmişdir.

5. İddiaçıya su vermişlər və bundan sonra iddiaçı verilişə baxmağa davam etmişdir. Tamaşaçılar çəkiliş zalından çıxanda Əmanət Qasımlı onlara pul paylamışdır. İddiaçı çölə çıxmış, televiziyanın həyətində skamyada oturmuşdur. Bir qədər sonra isə metroya minərək “Koroğlu” stansiyasına getmiş, orada metrodan çıxaraq avtobusla yaşadığı Binə qəsəbə sindəki evinə getmişdir. Evə tək getmiş, yanında heç kim olmamışdır.

6. Evdə aşkar edilmişdir ki, yıxılması nəticəsində iddiaçının onurğa fəqərələrində sınıqlar, şiş əmələ gəlmişdir. Sonradan həkimə müraciət etmiş və müayinə zamanı iddiaçıya “L5-S1 səviyyədə stabilliyin pozulması, L5 fəqərə cisminin minimal arxa spondiolistezi və fəqərəarası diskdə arxa median, dural kisəni sıxan protruziya” diaqnozu qoyulmuşdur.

7. Ümumi həkim müayinələri, Naftalanda müalicə alması, yol xərclərinə iddiaçı 2.500 manat pul xərcləmişdir. Bu hadisə ilə bağlı iddiaçı işsiz qalmışdır. Mənəvi sarsıntılar keçirdiyinə görə iddiaçıya 5.000 manat miqdarında mənəvi zərər dəymişdir.

8. Cavabdeh iddia tələbinə yazılı etiraz edib. Etirazın dəlilləri: - iddiaçı 12.08.2019-cu il tarixdə İTV-nin əməkdaşı Əmanət Qasımlı tər əfindən TVdə yayımlanan “Hardasan bu vaxtacan” verilişinə tamaşaçı qismində dəvət edilmişdir. İddiaçı tamaşaçılar üçün ayrılan yerlərin birində əyləşmişdir. Fasilə zamanı iddiaçı yanındakı tamaşaçılarla söhbət etmək üçün dönərkən oturduğu stuldan yıxılmışdır. Şirkətin əməkdaşları tərəfindən iddiaçıya yerini dəyişməsi ilə bağlı hər hansı göstəriş verilməmişdi; - iddiaçının yıxılma faktı baş verəndən sonra, şirkətin layihə rəhbəri İsmayıl Əliyev və Əmanət Qasımlı iddiaçıdan vəziyyətinin necə olmasını, onun hər hansı köməyə, həmçinin həkim yardımına ehtiyacı olub-olmamasını soruşmuşlar. İddiaçı heç bir problemi olmadığını və özünü yaxşi hiss etdiyini bildirmiş, həkim çağırılmasından imtina etmişdir. Veriliş bitəndən sonra iddiaçı sağlam tərzdə öz evinə getmiş, onun kənar şəxsin köməyinə və təcili tibbi yardımın çağırılmasına ehtiyacı olmamışdır; - iddiaçı stuldan yıxılma nəticəsində hər hansı bir xəsarət almamışdır. İTV tərəfindən iddiaçıya heç bir maddi və mənəvi zərər vurulmamışdır. Çünki iddiaçı onun səhhətində problem yaranması ilə bağlı cavabdehə dərhal məlumat verməmiş, müəyyən müddət keçəndən sonra Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə şikayətlə müraciət etmişdir. Polis tərəfindən iddiaçiya izah edilmişdir ki, yaranmış problemlə əlaqədar məhkəməyə müraciət edə bilər; - bundan sonra iddiaçı şirkətə məktub ünvanlamışdır. Lakin məktuba iddiaçı aldığı xəsarətlə bağlı həkimin rəsmi diaqnozu barədə sənədi, aldığı müalicəsi və çəkilən real xərcləri barədə hər hansı rəsmi sənədi əlavə etməmişdir. İddiaçı hər hansı bir xəsarət almamışdır. iddiaçının iddiası böhtan xarakterlidir.

9. Tərəflərin vəsatəti əsasında birinci instansiya məhkəməsinin 08 iyun 2020-ci il tarxili qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 28.09.2020-ci il tarixli T256/2020 nömrəli canlı şəxsin ekspertizasının rəyinə əsasən ekspertiza 04.08.2020-ci ildə başlamış və 28.09.2020-ci il tarixdə başa çatmış və ekspert rəyi hazırlanmışdır. 1966-cı təvədllüdlü İddiaçı 21.09.2020-ci il tarixdə Birliyin Təkrari ekspertizalar şöbəsində müayinədən keçirilmişdir. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, özünun məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun ekspert komissiyası nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı istər tibbi sənədlərində (29 saylı BŞX- da tərtib olunmuş ambulator xəstənin tibbi kartası və 3 saylı şəhər klinik xəstəxanasında tərtib olunmuş xəstəlik tarixi), istərsə də 21.09.2020-ci il tarixdə məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində xəsarət izi aşkar olunmamışdır. Onun 07 və 11.11.2019-cu il tarixlərdə 3 nömrəli şəhər klinik xəstəxanasında çəkilmiş MRT müayinəsində bel fəqərələrində sümük-travmatik dəyişikliklər aşkar edilməmişdir. Aşkar edilmiş dəyişikliklər (L5-S1 səviyyədə stabilliyin pozulması, L5 fəqərə cisminin minimal arxa spondilolistezi və fəqərəarası diskdə arxa medial, dural kisəni sıxan protruziya-3 mm) fəqərə cisimlərində gedən patoloji proseslərlə əlaqəli olan dəyişikliklər olub, travma mənşəli deyildir. Vətəndaş İddiaçı əziyyət çəkdiyi “xroniki xolesistit, sol tərəfli düyünlü zob İİ dərəcə” MRT müay inəsində aşkar edilmiş dəyişikliklər (L5-S1 səviyyədə stabilliyin pozulması, L5 fəqərə cisminin minimal arxa spondilolistezi və fəqərəarası diskdə arxa median, dural kisəni sıxan protruziya) onda 12.08.2019-cu il tarixdən əvvəl başlamışlar. Dövlət tibb müəssisələrində müayinə və müalicələr ödənişsiz, özəl tibb müəssisələrində isə onların təminatından asılı olaraq ödənişli əsaslarla həyata keçirilir.

11. Yasamal Rayon Məhkəməsinin 2(004)-137/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Təhminə Xəlilova)

12. Məhkəmə toplanmış sübutlara, o cümlədən ekspert rəyinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçı cavabdehin məsuliyyətsizliyi nəticəsində travma alması ilə bağlı halları sübuta yetirə bilməmiş, eyni zamanda fiziki və mənəvi iztirablar çə kməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yəni, iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirməmişdir. Əksinə, məhkəmə-tibbi ekspertizasının 28.09.2020-ci il tarixli ekspertizası rəyi ilə təsdiq edilmişdir ki, iddiaçının bel fəqərələrində sümük-travmatik dəyişikliklər aşkar edilməmişdir. Aşkar edilmiş dəyişikliklər (L5-S1 səviyyədə stabilliyin pozulması, L5 fəqərə cisminin minimal arxa spondilolistezi və fəqərəarası diskdə arxa medial, dural kisəni sıxan protruziya-3 mm) fəqərə cisimlərində gedən patoloji proseslərlə əlaqəli olan dəyişikliklər olub, travma mənşəli deyildir. İddiaçının əziyyət çəkdiyi “xroniki xolesistit, sol tərəfli düyünlü zob İİ dərəcə” MRT müayinəsində aşkar edilmiş dəyişikliklər (L5-S1 səviyyədə stabilliyin pozulması, L5 fəqərə cisminin minimal a rxa spondilolistezi və fəqərəarası diskdə arxa median, dural kisəni sıxan protruziya) onda 12.08.2019-cu il tarixdən əvvəl başlamışdır.

13. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1096.1-ci maddəsinə istinadən vurğulayıb ki, qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

14. Birinci instansiya məhkəməsi qeyd etdiklərinə uyğun olaraq iddianı əsassız hesab edib.

15. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı Xəyyam Ələkbərov qətnamədən apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini pozub, sübutlara düzgün hüquqi qiymət verməyib; - ekspert rəyi qərəzlidir. Ekspertlərin onu müayinə etmədikləri halda rəy vermələri nəzərə alınmayıb.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4605/2020 nömrəli, 27 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-137/2021 saylı iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elnur Həsə nov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Fuad Babayev)

19. Apellyasiya instansiyası qeyd edib ki, iddiaçının bildirdiyi faktiki hala görə o, 12.08.2019-cu il tarixdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin yayımladığı verilişdə tamaşaçı qismində iştirak edərkən oturduğu yerdən yıxılmış, nəticədə ona onurğa fəqərələrində sınıqlar, L5-S1 səviyyədə stabilliyin pozulması, L5 fəqərə cisminin minimal arxa spondilolistezi və fəqərəarası diskdə arxa median, dural kisəni sıxan protruziya diaqnozu qoyulmuşdur. Belə olan halda, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delik t) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin1099.1-ci maddəsinə görə isə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

20. Apellyasiya instansiyası göstərib ki, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranmasının dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Buna görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı Mülki Məcəllənin göstərilən müddəalarına əsasən müvafiq iddia tələbini irəli sürməkdə subyektiv hüquq sahibi olsa da, onun tələbinin qanuni əsaslarının digər dispozitiv şərtlərinin mövcudluğu, yəni Şirkətin işçisinin təqsirli hərəkəti nəticəsində yıxıldığı və səhhətində yaranmış problemlərin həmin işçinin təqsirli (hüquqa zidd) hərəkətlərinin nəticəsi olduğu öz təsdiqini tapmamışdır. Əksinə, işdəki tibbi rəylə iddiaçının istinad etdiyi hallar təkzib edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlib ki, iddiaçının səhhətində yaranmış problemlərin cavabdeh Şirkətin işçisinin təqsirli (hüquqa zidd) hərəkətlərinin nəticəsi olduğu sübuta yetirilmədiyindən, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayətinin dəlilləri: - iş üzrə məhkəmə-tibbi ekspertiza sı keçirilsə də, iddiaçı faktiki olaraq müayinədən keçməyib, ekspert iddiaçını müayinə etməyərək, COVİD-19 pandemiyası dövründə canlə şəxsin ekspertizasının aparılmaısna icazə verilməməsini bildirmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı

25. Kassasiya şikayətinə qarşı cavabdehin yazılı etirazı daxil olmuşdur. Etirazda işin hallarına istinad olunmaqla kassasiya şikayəti əsassız olması qeyd edilib. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Cavabdehin nümayəndəsi vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.

27. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı və onun vəkili məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəb ləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Madd ə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməs i işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması”apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.” Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

29. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.

32. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

33. İddia tələbi mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş ziyanın ödənilməsi barədədir. Belə olan halda, iddianın təmin olunması üçün törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;””törədilmiş əməl (hərəkət və ya hərə kətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;”””ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.

34. İş materiallarından görünür ki, iddiaçının istinad etdiyi hallar – cavabdehin işçisinin təqsirli hərəkəti nəticəsində iddiaçının yıxılması və səhhətində yaranmış problemlərin həmin işçinin təqsirli (hüquqa zidd) hərəkətlərinin nəticəsi olduğu öz təsdiqini tapmamış, əksinə tibbi rəylə təkzib edilmişdir.

35. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri iddianın təmin edilməsini istisna etdiyi üçün iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya instansiyası qanunu nəticəyə gəlmişdir.

36. Apellyasiya instansiyası məhkə məsi işdə olan sübutları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

37. Məhkəmə kollegiyası iddiaçının ekspertiza zamanı canlı müayinə edilməməsi barədə dəlillərini əsassız hesab edir. Çünki “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 28.09.2020-ci il tarixli T256/2020 nömrəli rəydən görünür ki, iddiaçı 21 sentyabr 2020-ci il tarixdə Birliyin Təkrari ekspertizalar şöbəsində müayinədən keçirilib.

38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4605/2021 nömrəli, 27 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar