Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5945/2019 26.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh vəkili X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4585/2019 nömrəli iş üzrə 01 may 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhər Nəsimi rayon məhkəməsinin (hakim Natavan Tağıyeva) 28 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar İdd iaçı1 və İddiaçı2 iddia tələbi təmin edilərək Cavabdeh 50000 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Vüqar Həsənov) 01 may 2019-cu il qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə Nəsimi rayon məhkəməsinin 28 noyabr 2018ci il tarixli qətnaməsi ləğv olunaraq iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 50000 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların anası cavabdehə 27 fevral 2012-ci il tarixdə 50000 ABŞ dolları məbləğində pul borc vermişdir. Cavabdeh borcun götürməsi barədə yazılı iltizam da yazmışdır. Lakin cavabdeh bu günədək borcu qaytarmamış, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir, iddiaçıların anası 17 iyun 2014-cü il tarixdə vəfat etmiş və qanun üzrə vərəsəlik əsasında onun hüquqları iddiaçılara keçmişdir. Dəfələrlə cavabdehə borcun qaytarılması ilə bağlı müraciət olunsa da, o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən cavabdehə 07 iyun 2017-ci il tarixdə iddiaçılar tərəfindən rəsmi qaydada borcun qaytarılması barədə bildiriş göndərilmişdir. Bildirişin ekspress poçtla 08 iyun 2017-ci il tarixdə çatdırılmasına baxmayaraq, cavabdeh borcu qaytarmamışdır. Hazırda cavabdehin bu günədək müqavilə üzrə yaranmış borcu 50000 ABŞ dolları təşk il edir və borcun qaytarılmasından boyun qaçırır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili X6 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçıların mərhum anası X1 faizə pul verirdi, əvəzində daşınmaz əmlakları ipoteka ilə yüklü edirdi və s. bir çox hallarda isə faizlə borc qaytarılmadıqda həmin əmlaklar ona qalırdı. Cavabdeh özüdə Lalə Vəliyevadan dəfələrlə faizə pul götürmüşdür. Faizlə götürülmüş həmin pullar vaxtında qaytarılmış, mərhum ölən zaman cavabdehin ona borcu qalmamışdır. Cavabdehdə olan məlumata görə, məhz faizə verilən pullara görə mərhum Lalə Vəliyevə ilə müştəriləri arasında tez-tez mübahisələr yaranmış, nəticədə Lalə Vəliyevə öz rəfiqəsi tərəfindən 17 iyun 2014-cü il tarixdə faciəvi surətdə qətlə yetirilmişdir. Cavabdeh tərəfindən iddiaçıların mərhum anasına borcun alınması barədəqəbz 27 fevral 2012-cı il tarixdə verilmişdir (əslində həmin məbləğ faiz borcu olmuşdur, həmin məbləğin əsas borcu da tam ödənilmişdir). Hətta mərhumun özünün bildirdiyinə görə, həmin faiz borcu tam ödənildiyi üçün o, qəbzin əslini də cırıb atmışdır. Mərhumun qətlə yetirildiyi 17 iyun 2014cü il tarixdən iddiaçılara qanun üzrə vərəsəlik şəhadətnaməsi verildiyi 13 oktyabr 2015-ci il tarixədək olan 1 il 4 ay müddət üzrlü hesab olunsa belə, o halda borcun alınması barədə qəbzin verildiyi 27 fevral 2012-ci il tarixdən iddianın qaldırıldığı 20 iyun 2017-ci il tarixədək 4 il 2 ay müddət keçmişdir, iddiaçılar məhkəməyə təqdim etdiyi qəbz adi kserosurətdir və qanunun tələbinə görə sübut kimi qəbul edilə bilməz. Hətta həmin qəbz sübut kimi qəbul edilsə də, o, halda iddiaçılar tərəfindən iddia müddəti ötürülmüş hesab edilməlidir. Belə ki, həmin qəbzin kserosurətindən göründüyü kimi, qəbzdə borcun qaytarılmasının müddəti barədə heç bir müddəa yoxdur. Belə olan halda ötən 4 il 2 ay müddətində öhdəliyin dərhal icrasını tələb etməyə sağlığında nərhuma, o dünyasını dəyişdikdən sonra onun övladlarına, yəni iddiaçılara heç kim mane olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçılar İddiaçı1 və İddiaçı2kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair y eni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə iddianın rədd olunması üçün əsas iddia müddətinin keçməsini göstərərək hesab etmişdir ki, iddiaçıların anası 17.06.2014-cü il tarixdə ölüb, 3 illik müddət 17.06.2017-ci ildə bitib, iddia isə bu tarixdən 16 gün sonra - 04.07.2017-ci il tarixdə verilib. Buna əsas kimi guya İddiaçı1 məhkəmə iclasında bildirmişdir ki, anası sağlığında pulun qaytarılmasını tələb etmişdir, lakin cavabdeh qaytarmamışdır. Məhkəmənin bu qənaəti əsassız olmuşdur. İddiaçı1 belə bir ifadə işlətməmişdir. O, məhkəmə iclasında bildirmişdir ki, cavabdehin bacısının da anasına 420000 ABŞ dollar borcu var, bununla bağlı hələ məhkəmə çəkişmələri davam edir, həmin məhkəmələrdə cavabdeh şahid qismində çıxış edərək özü etiraf etmişdir ki, həmin pulları götürüb biznesə qoymuşdur. Anası həmin pulları tələb edirdi. Konkret olaraq hazırki mübahisəli olan 50000 ABŞ dollar pulun tələb edilməsini bildirməmişdir. Bununla bağlı protokolda düzgün göstərilmədiyi üçün protokola dair qeyd vermişdir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, İddiaçı1 eyni zamanda digər İddiaçı2 nümayəndəsidir, odur ki, onun izahatı həm də İddiaçı2 izahatı hesab olunur. Məhkəmə yanlış fikirə gəlmişdir, çünki iş materiallarından görünür ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində İddiaçı2 nümayəndəsi və vəkili Vəkil olmuşdur. Lakin məhkəmə düzgün hüquqi qiymət verməyərək məhkəmədə İddiaçı2 vəkil və nüma yəndəsi Vəkil izahatına yox məhz İddiaçı1 izahatına istinad etməsi absurtdur. Bundan başqa, iş materiallarına olan əlyazma qəbzdən görünür ki, Cavabdeh Eyvaz oğlu mərhum anaları Vəliyeva Lalədən 21.02.2012-ci il tarixdə 50000 ABŞ dollar borc götürmüşdür. Həmin qəbzdə borcun qaytarılması tarixi göstərilməmişdir. Mülki Məcəllənin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində ic ra etməyə borcludur. Mülki Məcəllənin 427-ci maddəsinin tələbinə uyğun olaraq onlar, cavabdeh X4 50000 ABŞ dollar borc məbləğin 7 gün müddətində qaytarılması barədə 07 iyun 2017-ci il tarixdə bildiriş göndərmişlər. Həmin bildirişi cavabdeh 08 iyun 2017-ci il tarixdə almışdır. Lakin məhkəmə ümumiyyətlə bildirişə hüquqi qiymət verməyərək iddia müddətinin axımının mərhum anaları Lalə Vəliyevanın öldüyü, yəni 17.06.2014-cü il tarixdən hesablayaraq 16 gün ötürüldüyü göstərmişdir. Məhkəmə mübahisəyə düzgün tüquqi qiymət verməmiş Mülki Məcəllənin 427-ci maddəsinin tələblərini pozmuşdur. Tərəflərin izahatları: Cavabdeh vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanı lmasını xahiş etdi. Cavabdeh məhkəməyə teleqram göndərərək yaxın qohumunun vəfati ilə əlaqədar məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəməyə məktub göndərərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçıların cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ara şdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar bacı-qardaşdır. Onların anası Lalə Vəliyeva ilə cavabdehin arasında kredit münasibəti olmuşdur. İddiaçıların anası 17.06.2014-cü ildə ölmüşdür. İddiaçılar hesab edirlər ki, cavabdehin onların anasına 50000 ABŞ dolları məbləğində ödənilmiş borcu qalıb. Ona görə də analarının hüquqi varisi kimi məhkəməyə müraciət ediblər. İddiaçılar borc verilmiş 50000 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq iddiaçılara qaytarılmasını tələb edirlər. İddia tələbi cavabdehin özü tərəfindən yazılmış 27.02.2012-ci il tarixli qəbzə əsaslanır. Həmin qəbzdə cavabdeh etiraf edib ki 27.02.2012-ci ildə iddiaçıların anasından 50000 ABŞ dolları məbləğində borc götürüb. Qəbzin cavabdeh tərəfindən yazılması və onun həqiqətən iddiaçıların mərhum anasına 50000 ABŞ dolları məbləğdə borcunun olmasını cavabdeh inkar etmir. Cavabdeh pulun “faiz” olduğunu bildirsə də, qəbzdə “faiz” sözü yox, “borc” yazılmışdır. Bundan başqa cavabdeh pulun qaytarılmasını göstərsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi əlavə edilmi ş sübutlara əsaslanaraq iddia tələbini təmin etmişdir. İddia tələbini rədd edən apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni iddia müddətinin keçməsi ilə əsaslandırmışdır. Məhkəmə bu nəticəyə gələrkən qeyd etmişdir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Qəbzdə öhdəliyin icra müddəti (pulun qaytarılmalı olduğu tarix) göstərilməmişdir. Bu isə o deməkdir ki, icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 427.4-cü maddəsinə görə icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur. İddiaçı bildirir ki, anası sağlığında pulun qaytarılmasını əks tərəfdən tələb edib. Bu isə o deməkdir ki, cavabdeh üçün öhdəliyi icra e tmək vəzifəsi iddiaçının anasının sağlığında yaranıb. İddiaçıların anası 17.06.2014-cü ildə ölüb. Qeyd olunduğu kimi iddia müddətinin axımı iddiaçıların anasının sağlığında yaranıb, çünki o, sağlığında pulun qaytarılmasını tələb etmişdir. Mülki Məcəllənin 377.3-cü maddəsinə görə icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.Hüquq varisliyi zamanı iddia müddətinin axımı kəsilmir, ümumi qaydada davam edir. İddiaçıların anasının məhz hansı tarixdə pulun qaytarıldığını tələb etdiyi bəlli deyil, id dia müddətinin axımının ən geci onun ölüm günündən (17.06.2014-cü ildən) başlandığı qəbul olunsa, 3 illik müddət 17.06.2017-ci ildə bitmişdir. İddia isə bu tarixdən 16 gün sonra - 04.07.2017-ci il tarixdə verilib. Göründüyü kimi, iddia müddəti keçmiş, cavabdeh tərəf birinci instansiya məhkəməsində icraat zamanı iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə belə halda iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 may 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apell yasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin ötürülməsi qənaətinə gələrkən iddiaçıların mərhum anasının sağlığında cavabdehdən borcunun tələb etməsini, cavabdehlər Lalə Vəliyeva arasında yaranmış borc münasibətlərinin müddəti göstərilmədiyindən iddia müddətinin tələb etmə anında yaranmasını göstərmişdir. Məhkəmə bu qənaətə gələrkən iddiaçıların bu faktı məhkəmədə bildirməsinə istinad etmişdir. Lakin iş materiallarında olan məhkəmə iclas protokollarında iddiaçıların bu barədə izahat verməsi müəyyən edilmir. İşdən görünür ki, iddiaçılardan İddiaçı2 məhkəmə iclaslarında şəxsən iştirak etməmişdir. Digər İddiaçı1 isə məhkəmənin 01 may 2019-cu il tarixli iclasında iştirak edərək aşağıdakı məzmunda izahat vermişdir: “Apellyasiya şikayətı əsa ssızdır. Cavabdeh mənim anamdan borc pul alıb. Bu barədə bizdə qəbz də var. Anam mənə sağlığında demişdi ki, in ona 50000 dollar borcu var. Mən dəfələrlə onun dükanına gedib pulu istəmişəm, lakin ala bilməmişəm. Hər dəfə mənə 200-300 dollar verib yola salırdı. Ona görə də mən məcbur olub məhkəməyə müraciət etmişəm. Hesab edirəm ki, birinci instansiya haqlı olaraq mənim iddiamı təmin edib. Sizdən də xahiş edirəm qətnamə qüvvədə saxlanılsın.” Göründüyü kimi, məhkəmə iclas protokollarında iddiaçıların analarının sağlığında cavabdehdən borcunu tələb edilməsini bildirmələri barədə izahatları olmamışdır. İddiaçı1 verdiyi izahatında, mərhum anasının deyil, onun özünün cavabdehin dükanına gedərək pul tələb etdiyini, hər dəfə 200-300 dollar pul almasını, ona görə də, məhkəməyə müraciət etməli olmas ını bidirmişdir. İddiaçıların bu barədə məhkəmə iclas protokollarında izahatları olmamasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi məhkəmə iclasında verilməmiş izahatları qətnaməsində əks etdirərərək işin nəticəsinə təsir edəcək səhv nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəlləin 271.2 və 271.2.13-cü maddələrinə görə, məhkəmə iclasının protokolunda məhkəmə çıxışlarının məzmunu göstərilməlidir. İşdən görünür ki, iddiaçılar məhkəmə iclas protokollarına qeyd verərək qətnamədə qeyd edilmiş izahatların onlar tərəfindən verilmədiyini qeyd etmiş, apellyasiya instansiyası məhkəməsi iddiaçıların məhkəmə iclas protokolları ilə tanış olmaması əsası ilə protokola qeydləri rədd etmişdir. İş materiallarında isə iddiçıların mərhum anası Lalə Vəliyevanın sağlığında cavabdehdən verdiyi borcu tələb e tməsinə dair hər hansı bir sübut olmamışdır. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, iddia müddətinin axımının başlanğıcını müəyyən etmək üçün Cavabdeh borc qaytarmaqdan imtina etməsi və iddiaçıl arın bu faktı yəqinliklə bilmələri vaxtını dəqiqləşdirməli, bu baxımdan araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4585/2019 nömrəli iş üzrə 01 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-5945/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5945/2019
26.08.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver