Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5946/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun ödənilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh2, vəkili Vəkil, Cavabdeh X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bo rc verən X16 ilə borc alan Cavabdeh2 arasında 30.01.2008-ci il tarixdə 15 fevral 2008-ci il tarixədək qaytarılmaq şərtilə 40.000 ABŞ dolları məbləğində borc verilməsinə dair müqavilə bağlanmış və notarial qaydada təsdiq olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən onun xeyrinə 40 000 ABŞ dolları dövlət rüsumuna görə ödənilmiş 30 manatın və mənəvi zərərə görə 10000 manat pulun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 2008-ci ildən etibarən ailəsi ilə yaşayır. Belə ki, Cavabdeh2 mərhum atası X8 30 yanvar 2008-ci il tarixində 40 000 ABŞ dollarını 2008-ci ilin fevral ayının 15-dək qaytarmaq şərti ilə pul borc almış və bu barədə Bakı şəhəri 31-ci Dövlət Notariat Kontorunda borc müqaviləsi bağlamışdır. Lakin atasını aldadaraq pulu qaytarmamış, pulun əvəzinə Zöhrab atasına məxsus mənzil verəcəyinə söz vermiş və bunun üçün 11.12.2008-ci il tarixində Bakı şəhəri 7 saylı Dövlət Notariusunda ünvan 2 ünvanındakı mənzilə dair atasına 09 fevral 2010-cu il tarixinədək baş etibarnamə vermişdir. Etibarnamə onun adından oğlu Cavabdeh2 tərəfindən imzalanmışdır. Həmin vaxtdan onlar mənzilə köçmüşlər. Lakin atası həmin müddətdə mənzili öz adına keçirməmiş etibarnamənin müddəti bitmişdir. Atası dəfələrlə Cavabdeh1 ilə telefonda və ya görüşüb mənzili onun adına keçirməyi tələb etsə də bu yaxınlara qədər atasını aldad araq, vədinə əməl etməmişdir. Atası da ona inanaraq gözləmişdir. Cavabdeh1 bu hərəkətləri atasına çox pis təsir etdiyindən o, xəstəlik tapmış və 26 06.2019-cu il tarixində rəhmətə getmişdir. Bu yaxınlarda Xəzər rayon icra və probasiya şöbəsindən onlara məlumat verərək bilmişlər ki, yaşadıqları mənzil hərracdan satışa çıxarılmışdır və onlara evi tərk etmək üçün iki ay vaxt verilmişdir. Məlum olmuşdur ki, Cavabdeh1 2008-ci ildə mənzilə görə 40 000 ABŞ dolları aldığı halda 2013-cü ildə onlara məlumat vermədən onların xəbəri olmadan mənzili başqa bir şəxslə əlbir olub Banka ipotekaya qoyaraq həmin adamın adına külli miqdarda pul götürmüş həmin krediti də qaytarmamış nəticədə borc yaşadıqları mənzilə yönəldilmişdir. Beləliklə Cavabdeh1 onları aldatmış qəsdən mənzili banka qoyaraq külli miqdarda 40000 ABŞ dolları pul vəsaitini pullarını dələduzluq yolu ilə mənimsəmişdir. Məsələ ilə bağlı dəfələrlə o, Cavabdeh1 ilə dammış pulunu geri tələb etsə də o müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan yayınmışdır. O, deyilənləri danaraq, onun puldan xəbəri olmadığını pulu oğluna verdiklərini heç kimin onları evdən çıxara bilməyəcəyi kimi absurd fikirlər işlətmişdir. Halbuki o, atamla danışıq etmiş, notarial müqavilə bağlamış, pulu vaxtında qaytarmadığı təqdirdə əmlakla ödəyəcəyini və hətta mənzili atasına satmaq üçün ailə üzvlərinin razılıq ərizələrini də təqdim etmiş, lakin sonda atasını aldatmış, atasından aldığı qırx min ABŞ dolları pulla özünə ev tikdirmiş və digər şəxsi ehtiyaclarına xərcləmişdir. Bununla bağlı polisə şikayət edilmişdir və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Anar İsayev tərəfindən qəbul edilmiş 28.08.2019-cu il tarixli qərarına əsasən cinayət işinin başlanmasının rədd edilmişdir. Aparılmış təhqiqat araşdırması zamanı Cavabdeh2 və onun atası Cavabdeh1 ətraflı izahatları alınaraq, materiala əlavə edilmişdir. Həmin şəxslər izahatlarında x 40000 ABŞ dolları müqabilində rəhmətə getmiş X1 bildirsələr də, sözügedən evi Əliyev Vahidin xahişi ilə banka girov qoyduqlarını və bankdan götürdükləri pul məbləğini Əliyev Vahidin özünə çatdığını bildirmişdirlər. Göründüyü kimi onlar mənzili satmaq adı ilə 40000 ABŞ dollarını aldıqlarını etiraf etsələrdə özlərini müdafiə etmək üçün guya mənzili banka girov qoyaraq pulunu onlara verdiklərini bildirmiş, lakin bununla bağlı hər hansı sübut təqdim edə bilməmiş, həmin pulun kimə harada verilməsi, əgər həmin pulun atasına verilibsə nəyə görə banka ödənişlərin özləri tərəfindən yerinə yetirilməsi (və ya yetirilməməsi) və əgər bankdan götürdükləri pulu qaytarılmışdırsa nəyə görə bu günədək bizi mənzildən çıxarmamaları kimi iş üçün əhəmiyyətli halları araşdırılmamışdır. Əlavə olunmuş 30 yanvar 2008-ci il tarixli borc müqaviləsinə əsasən X9 Cavabdeh2 40000 dollar pul borc verməsi və Cavabdeh2 həmin 40000 dollar pulu X8 qəbul etməsi təsdiq olunur. Həmçinin müqavilədə göstərilir ki, Cavabdeh2 öhdəsinə götürmüşdür ki, 2008 ilin fevral ayının 15-dək X12 həmin 40000 dollar pulu nəğd şəklində qaytaracaq, borc alan əgər öz öhdəliyini yerinə yetirməzsə, əvəzini əmlaki ilə ödəyəcək. Borc verənin səlahiyyəti çatır ki, əgər borcu ödənilməzsə məhkəməyə müraciət edib verdiyi borc pulunu geri almaq və ya əvəzini əmlakla ödəmək tələbini irəli sürsün. Bu müqavilədə faiz öhdəliyi yoxdur. Tərəflər bu müqavilə üzrə öz səlahiyyətlərini yazılı razılıqları olmadan 3-cü şəxsə həvalə edə bilməz. Həmin müqavilə tərəflərin imzaladığı andan qüvvəyə minir və bu gün borc pul 40000 dollar pul Cavabdeh2 ödənilmişdir. Müqavilə borc qaytanlanədək qüvvədədir. Həmçinin Forma 2-yə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 qeydiyyatdadırlar. Ölüm haqqında şəhadətnaməyə əsasən 26.06.2019-cu il tarixində rəhmətə getmişdir. Göründüyü kimi, Cavabdeh1 və Cavabdeh2 sözü gedən mənzili mərhum atası X12 faktiki versələr də, sonradan evi onların xəbərləri olmadan 2013-cü ildə banka girova qoyaraq külli miqdarda pul götürmüş və qəsdən qaytarmamış, faktiki olaraq onlardan mənzild ən və puldan məhrum etmişlər. Dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdehlər pulu qaytarmaqdan yayınmışlar. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Əlavə olaraq bildirmşdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində, ona maddi və keçirdiyi streslər nəticəsində mənəvi ziyan da vurulmuşdur.
4. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək bildirmişdir ki, 2008-ci ildə ona məxsus olanX zilin satılmasına dair iddiaçının atası xlə razılaşmaları olmuş, lakin o Azərbaycanda olmadığına görə bunu rəsmiləşdirə bilməmişlər. Buna görə iddiaçının atası 40000 ABŞ dollarını onun oğluna vermiş və bu barədə borc müqaviləsi bağlamaqla rəsmiləşdirmişlər. Sonradan isə mənzil həqiqətən x in istifadəsinə verilmiş, mənzilə dair bütün sənədləri də Vahi də verilmişdir. Mənzil də həmin vaxtdan iddiaçının atasına verilmiş və halhazıradək də onların istifadəsindədir. O, Rusiya Federasiyasından qayıtdıqdan bir müddət sonra iddiaçının atası X20 Rüstəmov adlı şəxslə birlikdə ondan xahiş etmişdir ki, mənzili bank qarşısından girov qoyaraq kredit götürmək istəyirlər və x ondan sadəcə bununla bağlı müvafiq sənədlərin imzalanmasını xahiş etmiş, o da mənzil artıq xə məxsus olduğundan onun xahişi əsasında bankla girov müqaviləsi bağlamışdır. Həmin zamanı bank qarşısında 3 ev girov qoyularaq 72000 ABŞ dolları məbləğində kredit götürülmüş, ondan 10000 ABŞ dolları məbləğində hissəsi bankın əməkdaşına “şapka” kimi verilmiş, 10000 ABŞ dolları məbləğində hissəsi iddiaçının atasına verilmiş, kreditə götürülmüş pulun yerdə qalan digər hissəsi isə 3 şəxs aras ında bölünmüşdür. Onun götürülmüş kreditə heç bir aidiyyəti yoxdur, o sadəcə iddiaçının atasının xahişi ili girov müqaviləsi bağlamışdır. Əlavə olaraq bildirmişdir ki, bank qarşısında girova qoyulmuş üç evdən ikisi girovdan azad edilmiş, kredit isə tamamilə onun adına olan, yəni iddiaçının atasına satdığı mənzilə yönəlmişdir. İddiaçının atasının sağlığında köməklik məqsədilə kredit üzrə hissə-hissə ümumilikdə 3900 manat ödəniş etmişdir. Belə ki, iddiaçının atası bildirmişdir ki, kredit ödənilmədiyindən onları mənzildən çıxartmaq istəyirlər, o da köməklik məqsədilə kredit üzrə ödənişlər etmişdir. Həmçinin bildirmişdir ki, hazırda hərrac mərkəzi ilə danışıqlar aparmış və hərrac dayandırılmışdır. Belə ki, işin həllini tapmaq məqsədilə hərrac mərkəzindən 2-3 ay möhlət istəmişdir. Hesab edir ki, o, mənzili iddiaçının atasına satmış, mənzili iddiaçının atasının xahişi əsasında girov qoyduğundan məsuliyyəti o daşımır.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim S.Bəhrəmzadə) 09 yanvar 2020-ci il tarixli, 2(003)-243/2020 nömrəli qətnaməsi ilə iddia iddia qismən təmin edilərək Cavabdeh2 40000 ABŞ dolları məbləğində pulun ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.
6. Məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh2 oğlundan 40 000 ABŞ dolları alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə digər cavabdeh X4 da həmin məbləğin müştərək qaydada tutulması hissəsinə qiymət verərək hesab etm işdir ki, hazırki tələblə bağlı ona yönəlmiş hissəyə dair sübut məhkəməyə təqdim edilmədiyindən həmin hissədə iddia tələbi rədd edilməlidir. İddiaçı cavabdehlərin hərəkətləri nəticəsində mənəvi zərərlə bağlı məhkəməyə sübut təqdim edə bilmədi. O cümlədən göstərilənlər işin hər-hansı halı ilə məhkəmədə müəyyən olunmadı. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) 22 sentyabr 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, x saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi bir inci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi qənaətinin əsası kimi, iddiaçı tərəfindən təqdim edilmiş tərəflər arasında mövcud borc müqaviləsinə istinad etmişdir. Lakin həmin borc müqaviləsinin meydana gəlməsi və bağlandığı tarixdən sonrakı müddətlərdə müqavilə üzrə tərəflərin münasibətlərini nəzərə almamış, aydınlaşdırılmasının prosessual imkanları məhdudlaşdırmışdır. B u pozuntu da cavabdehə qarşı məhkəmə müdafiəsindən mərhum olmaqla, ədalətsiz qətnamənin qəbul edilməsinə yol açmışdır. Bu səbəbdən də cavabdeh apellyasiya instansiyası məhkəməsində təqdim edilmiş borc müqaviləsinin tərtib edilməsi səbəbləri, qeyd olunan məbləğin borc deyil mənzilə görə verildiyinə dair yetərincə dəlillərin olduğuna dair sübutların mövcudluğunu bildirib, aydınlaşdırımasını xahiş etmiş, lakin məhkəmə kollegiyası bununla əlaqəli sübutların araşdırılmasından imtina etmiş, iddianın təmin olunması üçün borc müqaviləsinin mövcudluğunu yetərli hesab etmişdir. Halbuki, borc müqaviləsinin mənzilə görə bağlandığı qətnamənin məzmunundan da aydın şəkildə görünür. Əslində də tərəflər arasında yananmış münasibət borla bağlı deyil, mənzillə bağlı olmuşdur. Cavabdeh2 və atası Cavabdeh1 İdd iaçı və atası xi əvvəllər ümumiyyətlə tanımamışlar. xi ilk dəfə 2008-ci ilin yanvar ayında mənzili almaq üçün görüşəndə tanımışdır və sonrakı hərəkətləri də məhz həmin mənzilin üzərindən olmuşdur. Belə ki, Rusiyadakı işləri ilə bağlı pul lazım olduğundan, Cavabdeh1 Qəvvam oğlu mülkiyyətində olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsində yerləşən 1 saylı evin 17-ci mənzili satışa çıxarmışdır. Özü Balada olmadığından mənzilin satılması məsələsini, baş etibarnamə verdiyi oğlu Zöhrab Muradova tapşırmışdır. 2008-ci ilin yanvar ayında x mənzili almaq üçün onunla görüşmüş, 50.000 dollara satışa çıxarılmış mənzili 40.000 ABŞ dollara razılaşmışlar. Bununla bağlı 30 yanvar 2008-ci il tarixdə notariat kontorunda olanda, notarius Cavabdeh2 adına verilmiş etibarnamənin mənzilin satılması üç ün yetərli olmadığını deyib, mənzil sahibi olan atasının iştirakını tələb etmiş, alqı-satqını rəsmiləşdirməmişdir. Tərəflər aralarında bu məsələni borc müqaviləsi bağlamaqla, yoluna qoymağa razılaşmışlar. Məhz bu səbəbdən 40.000 dollara borc müqaviləsi bağlanmış, əslində həmin pul mənzilə görə verilmiş, mənzil həmin gün xə təhvil verilmişdir. Bir neçə gündən sonra da sonuncu ailəsi ilə birgə həmin mənzilə köçmüşdür və hal-hazırda da iddiaçı oğlu, ailəsi ilə birgə həmin mənzildə yaşamaqda davam edirlər. Cavabdeh1 mənzilin rəsmiləşdirilməsinə və borc müqaviləsinin ləğvinə dair tələbinə 2008-ci ilin axırlarında x məsələni özü yoluna qoyacağmı deyib, sonuncunun adından oğlu Zöhrabdan mənzilə sərəncam verilməsi barədə 11.12.2008-ci il tarixdə etibarnamə almışdır. Həmin gün borc müqaviləsinin lə ğv ilə bağlı notariata getmişlər, müqavilənin müddəti bitdiyindən artıq ləğv edilmiş olduğu bildirilmişdir. Cavabdeh olaraq Cavabdeh2 adı keçən mənzillə bağlı sonradan baş vermiş hadisələrdən məlumatı olmamış və olmalı da deyildir. Çünki mənzillə bağlı sonrakı məsələlər, mənzilin dəyərini ödəyib, mənzilini faktiki istifadəsinə verilmiş və etibarnamə alınmış xə aid idi. Göründüyü kimi Cavabdeh2 etibarnamə əsasında etibarnamə verənin tapşırığı və xin təklifi ilə hərəkət edən şəxs olaraq, bütün hərəkətləri etibarnamə verənin xeyrinə etmişdir. Bu hal iş üzrə etibarnamə verənin etirafı və həmçinin mənzillə bağlı işdə mövcud dəlillərlə təsdiqlənməklə, iş üzrə mübahisə edilmir. Bu baxımdan da mübahisə edilən məsələdən irəli gələn öhdəliyə görə Cavabdeh2 cavabdehlik daşımamalıdır. Lakin mübahisə ilə bağlı qeyd olunan mövcud dəlillərin aydınlaşdırılmasından və hüquqi qiymət verməkdən məhkəmə əsassız olaraq imtina etmişdir. Mübahisə ilə bağlı yuxarıda qeyd edilən hallar, iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində və məhkəmədə verdiyi izahatlarında da dolayısı ilə etiraf edildiyi və mənzil sahibi olaraq Cavabdeh1 məhkəmədə izahatları ilə ətrafli təsdiqləndiyi baxımından, məhkəmə ədalətli nəticəyə gəlməsi üçün həmin hallan aydınlaşdırıb, qətnaməsinin iş üzrə maraqlı olan iddiaçının formal mülahizələri ilə deyil, mövcud faktiki dəlillərlə əsaslandırmalı idi. İş üzrə tərəflərə aid cinayət işinin rədd edilməsi barədə qərar, mənzil mülkiyyətçisinin izahatları, mənzilin ipoteka edilmiş borcun sahibi Rüstəmov Möhübbət İxtiyar oğlu ilə bağlı məsələlər, hüquqi baxımdan Cavabdeh2 qarş ı hazırla iddianı rədd edən dəlillərdir. Belə ki, borcun aid olduğu adı çəkilən 17 saylı mənzil, Möhübbət Rüstəmovun "xxxx" ASC-dən 01 iyul 2011-ci il tarixdə götürdüyü kreditə görə ipoteka edilmişdir. İpoteka müqaviləsinə mənzil mülkiyyətçisi Cavabdeh1 imza atmışdır. Məhz bu səbəbdən də İddiaçı bununla bağlı polisə sonuncunun ona qarşı dələduzluq etdiyi barədə şikayət etmişdir. Araşdırma zamanı bəlli olmuşdur ki, Cavabdeh1 ümumiyyətlə Möhübbət Rüstəmovu tanımamış, ipoteka müqaviləsini artıq mənzilin faktiki sahibi olan xin xahişi ilə imzalamışdır. Hazırkı mübahisə ilə bağlı pul tələbi də məhz həmin mənzilin ipoteka edilməsindən ortaya çıxmış problemdən irəli gəlmişdir. Cavabdeh2 isə ümumiyyətlə bu ipoteka məsələsindən xəbərsiz olmuş və kredit götürəni də tanımamışdır. Göründüyü kimi hazır kı iddianın rədd edilməsi üçün işdə yetərincə mövcud dəlillər olduğu təqdirdə, məhkəmə bunları nəzərə almamış, iddiaçının söylədiklərini daha üstün qəbul etmişdir. Lakin bu üstünlüyün nədən irəli gəldiyini qətnamədə şərh etməmişdir. Bu prosessual pozuntu, iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuş, cavabdeh məhkəmə müdafiə hüququndan mərhum edilmişdir. İş üzrə müəyyən edilən həqiqi hallardan aşkar görünür ki, qətnamənin əsaslndığı 30.01.2008-ci il tarixdə bağlanmış borc müqaviləsi, əslində mənzilin satılması barədə razılığı pərdələyən əqddir. Lakin aşağı instansiya məhkəmələrinin fikrincə iddianın təmin edilməsi üçün tərəflər arasında həmin borc müqaviləsinin olması yetərlidir. Belə olan təqdirdə onda məhkəmə nəyə lazım idi. Unutmaq lazım deyil ki, borc müqaviləsi üzrə öhdəlik tərəflərin sonrakı münasibətləri nəticəsində dəyişəndir və bu dəyişmənin aydınlaşdırılmasının məhkəmənin təmin edilməsi mülki prosessualın bir başa tələbidir. Adı keçən borc müqaviləsi məhkəməyə təqdim edilən sübutlardan biri olaraq, məsələni qabaqcadan həll edə bilməzdi. Bundan başqa əgər məhkəmələr həmin borc müqaviləyə istinadən məsələni həll edirdisə, onda hazırkı iş üzrə mübahisənin müqavilə münasibətindən irəli gəldiyini də nəzərə almalı idilər. Bu halda iddia məhkəməyə verilməmişdən əvvəl, iddiaçı prtenteziya qaydasına riayət etməli idi və bununla bağlı təsdiqləyici sənədi iddiaya əlavə etməyə borclu idi. əks təqdirdə iddia ərizəsi geri qaytarılmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraat ı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
13. İddiaçı və cavabdeh X10 məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədikləri üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. Maddə 882.1. Borc un etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
16. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsa sı kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
19. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübu tlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
23. X16 ilə Cavabdeh2 arasında 30.01.2008-ci il tarixdə bağlanmış və Bak ı şəhəri otuz birinci Dövlət Notariat Kontorunda təsdiq olunmuş borc müqaviləsindən görünür ki, X3 X4 oğluna 40000 ABŞ dolları məbləğində borc vermiş, Cavabdeh2 həmin 40000 ABŞ dolları məbləğində pulu X8 qəbul etməklə öhdəsinə götürmüşdür ki, 2008-ci ilin fevral ayının 15-dək X12 40000 ABŞ dollarını nəğd şəklində qaytaracaqdır. Müqaviləyə görə, əgər borc alan öz öhdəliyini yerinə yetirməzsə, əvəzini əmlakı ilə ödəyəcək.
24. Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş 11 dekabr 2008-ci il tarixli AR-İ seriyalı 073944 saylı etibarnamədən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Mərdəkan qəsəbəsi Baba Əliyev küçəsi ev 1 mənzil 17-yə dair sərəncam vermək hüquqları da daxil olmaqla X12 etibarnamə vermişdir. Etibarnamə 09 fevral 2010-cu il tarixədək verilmiş, etibar naməni Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən oğlu Cavabdeh2 imzalamışdır.
25. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən 03.07.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 025407 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 26.06.2019-cu il tarixdə ölmüşdür.
26. Bakı şəhəri 7 saylı notariat ofisinin 17.12.2019-cu il tarixli məktubundan görünür ki, X9 26.06.2019-cu il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin 17.12.2019-cu il tarixli ərizəsi əsasında 17.12.2019-cu il tarixdə vərəsəlik işi açılmışdır. Qanunvericiliyin tələbinə əsasən mərhumun arvadı X7, oğlu İddiaçı, oğlu X17 onun vərəsələri olması barədə məlumat verilmişdir. 27. 01 iyul 2011-ci il tarixli 412/M-3 saylı ipoteka müqaviləsindən görünür ki, 01 iyul 2011-ci il tarixli kredit müqaviləsi üz rə X2 "xxxx" ASC qarşısında öhdəliklərinin icrasının təmini məqsədilə Cavabdeh1 mülkiyyətində olan x ipoteka ilə yüklü etdirmişdir.
28. Sumqayıt Apellyasiya Məhkəməsinin 19 fevral 2014-cü il tarixli z saylı qətnaməsindən görünür ki, X2 01 iyul 2011-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında öhdəliklərinin icrasının təmini məqsədilə bir neçə daşınmaz əmlaka, o cümlədən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi B.Əliyev küçəsi ev 1 mənzil 17-yə tutma yönəldilmişdir.
29. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Bakı şəhəri Xəzər RPİ-nin təhqiqatçısının 28.08.2019-cu il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 dələduzluq yolu ilə X9 40000 ABŞ dolları məbləğində pulunu ələ keçirməsi barədə İddiaçı şikayət ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, şikayətçiyə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
30. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş cavab məktubundan görünür ki, 30.01.2008-ci il tarixdə 3M3 reyestr nömrəsi ilə X16 ilə Cavabdeh2 arasında borc müqaviləsi rəsmiləşdirilərək 3M reyestr kitabında qeydə alınmış və reyestr kitabında tərəflər imza etmişlər. Həmin müqavilənin ləğv edilməsi barədə 3M reyestr kitabında heç bir qeyd aparılmamışdır.
31. Borc verən X16 ilə borc alan Cavabdeh2 arasında 30.01.2008-ci il tarixdə 40000 ABŞ dolları məbləğində borc verilməsinə dair müqavilə bağlanmış və notarial qaydada təsdiq olunmuşdur. Müqavilə notariat reyestrində q eydə alınmış və sonradan ləğv olunmamışdır. X16 26.06.2019-cu il tarixdə öldüyünə görə, xin vərəsələrindən biri olan İddiaçı 30.01.2008-ci il tarixli borc müqaviləsi üzrə öhdəliklərin icra edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır.
32. Apellyasiya instansiyası məhkəməsi 30.01.2008-ci il tarixli borc müqaviləsinin başqa əqdi pərdələmək məqsədilə bağlanmış uydurma əqd olması barədə cavabdehin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilədə borcun 15 fevral 2008-ci il tarixədək qaytarılmaq şərtilə verilməsi, borc alan tərəfindən öhdəlik yerinə yetirilməzsə, əvəzini əmlakı ilə ödəyəcəyi razılaşdırılmışdır. İddiaçı iddia ərizəsində borc verildikdən sonra Cavabdeh1 öhdəliyə əməl etməyərək borcu qaytarmadığını, borcun əvəzində xə mənzil verəcəyini vəd etdiyini bildirmişdi r. İş materiallarında olan 11 dekabr 2008-ci il tarixli AR-İ seriyalı 073944 saylı etibarnamədən görünür ki, Cavabdeh1 mülkiyyətində olan x dair sərəncam vermək hüquqları da daxil olmaqla X12 etibarnaməni borc müqaviləsi üzrə öhdəliyin icra müddəti başa çatandan 10 ay sonra vermişdir. Cavabdeh2 30.01.2008-ci il tarixli borc müqaviləsinin uydurma əqd olmasını sübuta yetirə bilməmişdir.
33. Apellyasiya məhkəməsində işə baxılarkən Cavabdeh2 iddia müddətinin tətbiq olunması barədə ərizə vermiş və iddia müddətinin tətbiq olunaraq iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, borc müqaviləsindən irəli gələn öhdəliklər üzrə iddia müddəti 3 il olduğu halda, iddiaçı iddia müddətini buraxmaqla iddia qaldırmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh2 i ştirakı təmin olunmadığına görə o, iddia müddətinin tətbiqi barədə həmin məhkəməyə ərizə verə bilməmişdir.
34. İş materiallarından görünür ki, həm Cavabdeh2, həm də onunla eyni ünvanda yaşayan atası Cavabdeh1 birinci instansiya məhkəməsində işə baxılarkən iştirak etmişlər. Lakin Cavabdeh2 iddia müddətinin tətbiq olunması barədə birinci instansiya məhkəməsinə ərizə verməmişdir.
35. Bundan əlavə, Cavabdeh2 apellyasiya şikayətində 30.01.2008-ci il tarixli müqavilənin sonradan tərəflərin razılığı ilə ləğv olunması barədə sübutu apellyasiya instansiyası məhkəməsinə təqdim edəcəyini qeyd etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, apellyasiya məhkəməsində işə baxılarkən həmin müqavilənin ləğv olunmaması müəyyən edilmişdir.
36. Beləliklə, Cavabdeh2 X16 ilə bağladığı 30.01.2008-ci i l tarixli borc müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xin varisi olan İddiaçı hazırkı iddianı qaldırmaqda haqlı olmuş, birinci instansiya məhkəməsi 40.000 ABŞ dolları məbləğində pulun Cavabdeh2 alınıb İddiaçı ödənilməsini qət etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
38. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiya sı məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
39. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzr ə 22 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.