Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-595/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, cavabdeh x4, cavabdehin vəkili İsmayılov İslam Abduləziz oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh x4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon Məhkəməsinin(hakim Rəfayel Şirinov) 05 iyul 2019-cu il tarixli 2(037 )-513/2019 nömrəli qətnaməsi ilə iddiaçılar x3 və x2nun iddia tələbi təmin edilərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə x4nun daxil olmasına qadağa qoyulması qət edilmiş, x4nun qarşılıqlı iddia tələbi təmin edilməmişdir Şəki Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər G.Abbasov (sədrlik edən, məruzəçi), R.Rəfiyev və M.Hüseynov, 2(107)2690/2019 saylı mülki iş) hazırki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli2(037)-513/2019nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçılar x1 və x2 ərizə ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək x4nun qanunsuz əməllərin dayandırılması, onun tərəfindən edilən maneçiliklərin aradan qaldırılması, darvazaya vurulmuş açarın çıxarı lması, həmin həyətyanı torpaq sahəsinə daxil olmasına qadağa qoyulması, ağacın kəsilməsi faktına görə və sənəd saxtakarlığı cinayətinin əlamətləri aşkar edilərsə xüsusi qərardad çıxarılmaqla rayon prokurorluğuna məlumat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı x2nun nümayəndəsi məhkəmə prosesinin gedişində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək ünvan 1-ə aid, İsmayıllı bələdiyyəsinin 19.08.2003-ci il tarixli 11 saylı protokoluna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05.04.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* saylı Çıxarışın, həmin fərdi yaşayış evinin yerləşdiyi 0,08 ha torpaq sahəsinə aid keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin Dövlət Torpaq Kadastr kitabında 20.07.2010-cu il tarixli “A” seriyalı 273609 nömrəli 3409 saylı Torpaq sahəsinin planı və ölçüsünün, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 13.01.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsini xahiş etmişdir. x4 x1, x2 və x5 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən cavabdehlərin əmlakları ilə birlikdə çıxarılmaları, ona məxsus ev və həyətyanı torpaq sahəsinə girmələrinə qadağa qoyulması, mülkiyyətinə edilən müdaxilələrə qadağa qoyulması, vurduqları maddi ziyan kimi 3000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıl lı Rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli 2(037)-524/2016 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli qətnaməsi ilə x1 və x2 tərəfindən x4nun mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması hissəsi üzrə iddia tələbi təmin edilmiş, qalan hissədə iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 09 iyun 2017-ci il tarixli 2(102)-3757 nömrəli qərarı ilə təmin edilməmiş və qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İddiaçı x4 yenidən iddia ərizəsilə müraciət edərək xüsusi mülkiyyətində olan ünvan 1 nömrəli evin işıq qaynağı ilə bağlanmış dəmir darvazasının və əl qapısının açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunmuş və iş üzrə icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2017-ci il tarixli 2(102)-3757 nömrəli qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna verilmiş şikayətə dair qərar qəbul edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli 13(102)-4/2019 nömrəli qərardadına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2017-ci il tarixli 2(102)-3757/2017 saylı qərarı, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 yanvar 2017-ci il tarixli 2(107)-59/2017 saylı qətnaməsi və İsmayıllı Rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli 2(037)524/2016 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün İsmayıll ı Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilən mülki iş məhkəmənin icraatına daxil olduqdan sonra iddiaçı x4nun cavabdeh x2na qarşı mülkiyyətində olan evin dəmir darvazasının və əl qapısının açılması tələbinə dair məhkəmənin icraatında olan 2(037)-8/2019 nömrəli mülki işlə bir icraatda birləşdirilərək işə 2(037)-513/2019 nömrəsi verilmişdir. İddiaçılar x1 və x2 məhkəmə prosesinin gedişində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək Şəki İnzibatiİqtisadi Məhkəməsinin 02 may 2017-ci il tarixli qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05 aprel 2016-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı Çıxarışın, 20 iyul 2010-cu il tarixli “A” seriyalı 273609 nömrəli 3409 saylı Torpaq s ahəsinin planı və ölçüsünün, Daşınmaz Əmlakın Dövlər Reyestri tərəfindən 13 yanvar 2016-cı il tarixdə verilmiş RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulduğu və qərar icra olunaraq həmin sənədlər ləğv edildiyindən iddia tələbinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə x4nun daxil olmasına qadağa qoyulması hissəsində baxılmasını və həmin hissədə təmin edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x4 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gönd ərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh x4, cavabdehin vəkili İsmayılov İslam Abduləziz oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, ka ssasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli 2(037)-524 nömrəli qətnaməsindən görünür ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, x2nun cavabdeh x4nun mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun müəyyən olunması, x1, x2 və x5 tərəfindən x4nun mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması qət edilmiş, ilk və qarşılıqlı iddia qalan hissələrdə təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli qətnaməsindən görünür ki, x1 və x2 tərəfindən x4nun mülkiyyət hüq uquna edilən maneçiliklərə qadağa qoyulması hissəsi üzrə iddia tələbi təmin edilmiş, qalan hissədə iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 09 iyun 2017-ci il tarixli 2(102)-3757/2017 nömrəli qərarından görünür ki, cavabdeh x4nun kassasiya şikayəti təmin olunmamış və Şəki Apellyasiya Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2017-ci il tarixli 21(84)-55/2017 nömrəli qərarının surətindən görünür ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə x4nun adına verilmiş 20 iyul 2010-cu il tarixli A seriyalı 273690 nömrəli torpaq sahəsinin planı və ölçüsünün, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli və ******* nömrəli çıxarışların ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 avqust 2017-ci il tarixli 2-1(107)-243/2017 nömrəli qərarının surətindən görünür ki, x4 apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2017-ci il tarixli 2-1(84)55/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi tərəfindən Şəki İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış 27 oktyabr 2017-ci il tarixli **********32 nömrəli məktubun surətindən görünür ki, Şəki İnzibati-iqtisadi Məhkəməsinin 02 may 2017-ci il tarixli 2-1(84)-55/2017 nömrəli qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublika sı Qanununun müddəalarına əsasən qanunauyğun qaydada icra olunmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli 2(037)272 nömrəli qərardadından görünür ki, iddiaçı x4nun cavabdeh x2na qarşı mülkiyyətində olan evin dəmir darvazasının və əl qapısının açılması tələbinə dair mülki iş üzrə icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2017-ci il tarixli 2(102)-3757 nömrəli qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna verilmiş ərizəyə dair qərar qəbul edilənədək dayandırılmışdır. Azərbaycan Respublikasın Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli 13(102)-4/2019 nömrəli qərardadından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2017-ci il tarixli 2(102)-3757/2017 saylı qərarı, Şəki Apellya siya Məhkəməsi Mülki Kollegiyasının 12 yanvar 2017-ci il tarixli 2(107)59/2017 saylı qətnaməsi və İsmayıllı Rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli 2(037)-524/2016 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 08.08.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, x6 adına daşınmaz əmlakın növü -fərdi yaşayış evi, daşınmaz əmlakın ünvanı - ünvan 1, daşınmaz əmlakın mülkiyyət növü - xüsusi, daşınmaz əmlakın üzərində hüququn növü - mülkiyyət, daşınmaz əmlakın ümumi sahəsi - 55.7 kv.m., torpaq sahəsinin mülkiyyət növü - xüsusi, torpaq sahəsi üzrərində hüququn növü mülkiyyət, torpaq sahəsinin k ateqoriyası - yaşayış məntəqələrinin torpaqları, torpaq sahəsinin olçüsü - 0.06 ha, daşınmaz əmlakın reyestr nömrəsi **********25, qeydiyyat nömrəsi ********** olan, 08.08.2019-cu il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmiş və adına həmin daşınmaz əmlaklarla bağlı 08.08.2019-cu il tarixli reyestr nömrəsi **********2510301 olan Daşınmaz Əmlakın Texniki Pasportu tərtib edilmişdir. İsmayıllı rayon Dövlət Notariat kontoru tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə ünvanlanmış 10 noyabr 2017-ci il tarixli 787 nömrəli məktubdan görünür ki, Balayev Eldar Heybət oğ lu 18.07.2001-ci il tarixdə vəfat etmiş və onun vərəsəsi x1dır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ilk iddia tələbini təmin, qarşılıqlı iddia tələbini təmin edilməməsi barədə gəldiyi nəticə ilə razılaşmış və aşağıdakıları qeyd etmişdir: Müəyyən edilmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli 2(037)-524 nömrəli qətnaməsi ilə x2nun 05 aprel 2016-cı il tarixli RX seriyalı ******* saylı Çıxarış üzrə cavabdeh x4nun mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun olduğu müəyyən olunmuş, x1, x2 və x5 tərəfindən x4nun mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması qət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli qətnaməsi ilə x1 və x2 tərəfindən x4nun mülkiyyət hüquq una edilən maneçiliklərə qadağa qoyulması hissəsi üzrə iddia tələbi təmin edilmiş, qalan hissədə iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Göstərilən qətnamədən x4 kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 09 iyun 2017-ci il tarixli 2(102)-3757/2017 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2017-ci il tarixli 2-1(84)-55/2017 nömrəli qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə x4nun adına verilmiş 20 iyul 2010-cu il tarixli A seriyalı 273690 nömrəli torpaq sahəsinin planı və ölçüsünün, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli və ******* nömrəli çıxarışların ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 29 avqust 2017-ci il tarixli 2-1(107)-243/2017 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2017-ci il tarixli 2-1(84)- 55/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar mübahisələndirilməmiş və qüvvəyə minmişdir. Qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən icra olunmuşdur. İddiaçılar x1, x5 və x2nun cavabdeh x4na qarşı qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə baxılması haqqında ərizəsinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda baxılaraq Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli 13(102)-4/2019 nömrəli qərardadı ilə Azərbayc an Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2017-ci il tarixli 2(102)-3757/2017 saylı qərarı, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 yanvar 2017-ci il tarixli 2(107)59/2017 saylı qətnaməsi və İsmayıllı Rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli 2(037)-524/2016 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilən mülki iş məhkəmənin icraatına daxil olduqdan sonra iddiaçı x4nun cavabdeh x2na qarşı mülkiyyətində olan evin dəmir darvazasının və əl qapısının açılması tələbinə dair məhkəmənin icraatında olan 2(037)-8/2019 nömrəli mülki işlə bir icraatda birləşdirilərək işə 2(037)-513/2019 nömrəsi verilmişdir. İddiaçılar x1 və x2 birinci instansiya məhkəməsinin prosesinin gedişində Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2017-ci il tarixli qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05 aprel 2016-cı il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın, 20 iyul 2010-cu il tarixli “A” seriyalı 273609 nömrəli 3409 saylı Torpaq sahəsinin planı və ölçüsünün, Daşınmaz Əmlakın Dövlər Reyestri Xidməti tərəfindən 13 yanvar 2016-cı il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulduğu və qərar icra olunaraq həmin sənədlər ləğv edildiyindən iddia tələbinin İsmayıllı şəhər M.Əsədov küçəsi ev 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə x4nun daxil olmasına qadağa qoyulması hissəsində baxılaraq təmin edilməsi, x4 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. x4 isə x1, x2 və x5nun mübahisəli evə və həyətyanı torpaq sahəsinə heç bir hüquqlarının olmadığını bildirərək onların mübahisəli evdən və həyətyanı torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılmaları, ona məxsus ev və həyətyanı torpaq sahəsinə girmələrinə və mülkiyyətinə edilən müdaxilələrə qadağa qoyulması, mülkiyyətində olan evin dəmir darvazasının və əl qapısının açılmasına dair iddia tələbinin təmin edilməsi, Laləzar Balayeva və Hikmət Heybətlinin iddia tə ləbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki,“x4nun mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən hüquq müəyyən edici sənədlərin ləğv edilməsi öhdəliyi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin üzərinə qoyulmuşdur. Qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən icra olunmuşdur. Hazırda mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi üzərində x4 heç bir mülkiyyət hüququ yoxdur. Ona görə də məhkəmə qərara gəlir ki, iddiaçılar x3 və x2nun iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə x4nun daxil olmasına qadağ a qoyulmalıdır. x4nun iddia tələbi təmin olunmamlıdır”. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanı nan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqlarının ümumi Bəyannaməsinin 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçıların üzərində mülkiyyət hüquqlarının bərpasını tələb etdiyi həyətyanı torpaq sahəsi və yaşayış evi tam m ülkiyyət hüququ üzrə mərhum x6 adına rəsmiləşdirilmiş və adına 08.08.2019-cu il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin əmlak mərhum x6 vərəsəlik hüququ əsasında iddiaçı x1na miras qalmışdır. x4nun həmin mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən hüquq müəyyən edən sənədlər qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə ləğv edilmişdir. Mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi üzərində x4 heç bir hüququ mövcud deyildir. x4 isə iddiaçıların mülkiyyətində olan mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinə qanuni əsas olmadan müdaxilələr edir və bununla da iddiaçıların öz mülkiyyət lərindən istifadə etmələrinə maneə törədərək onların mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar x1 və x2 ünvan 1 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə x4nun daxil olmasına qadağa qoyulmasını tələb etməkdə haqlıdırlar. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyas iya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh x4nun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 18 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-595/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-595/2020
29.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver