Məhkəmə qərarları › İş №2(102)-5951/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5951/2020

30.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5951/2020 30.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olan prosessual hüquq normalarının pozulması, sübutetmə yükü) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1 və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5267/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətna məsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Xəzər RPİ-nin 1-ci PŞ tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 və Cavabdeh2 barəsində İXM-nin 157-ci maddəsi əsasında inzibati təsir tədbirləri görülmüşdür. İnzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərarla Cavabdeh2 İXM-nin 157-ci maddəsinə əsasən 300 manat cərimə edilmişdir. X6 işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərarla Cavabdeh1 barəsində tərtib olunmuş X6 protokol baxılm ası üçün Xəzər rayon İcraçılar şöbəsinə göndərilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 6(003)-33/2019 saylı Qərarı ilə İddiaçı xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd olunması haqqında“ Qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməmiş, Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd olunması haqqında“ Qərarı dəyişdirilmədən saxlanılmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(003)-1287/2019 saylı Qərarı ilə Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Cavabdeh2 verdiyi şikayətə əsasən sözügedən qərar ləğv edilmiş və X6 işə yenidən baxılması üçün Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Ş öbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 26 saylı BŞX-nın ambulator xəstənin tibb kartasından çıxarışda qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixdə İddiaçı səhhətindəki şikayətlərlə bağlı müraciət etmişdir. Arterial hipertenziya İİ., qanda şəkəri 320 (əsəb sarsıntısı keçirib). Diaqnoz: şəkərli diabet tip

2. Eyni zamanda qeyd olunmuşdur ki, xəstə xx.xx.2019-cu il tarixdə Respublika Endokrinoloji Mərkəzində müayinədən keçmişdir. xəstəliyin nəticəsi: şəkər 21,4 mmol/l. Diaqnoz: şəkərli diabet tip 2. insulin tələbli.Fəsad: diabetikpolineyropatiya. Həkim tərəfindən İddiaçı şəkərli diabet xəstəliyi üçün müxtəlif müalicələr yazılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 26 saylı BŞX-nın xəstəlik tarixindən çıxarışa əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2 019-cu il tarixinədək 26 saylı BŞXnın terapiya şöbəsində şəkərli diabet tip 2, diaqnozu ilə xəstəxanaya daxil olmuş, orada müalicə olunmuşdur. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 6(003)-36/2019 saylı Qərarı ilə Cavabdeh2 xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd olunması haqqında“ Qərarından verdiyi şikayət rədd edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(003)-1288/2019 saylı Qərarı ilə Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Cavabdeh1 verdiyi şikayətə əsasən sözügedən qərar ləğv edilmiş və X6 iş yenidən baxılması üçün Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Biri nci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin vurduğu maddi zərərin əvəzində 750 manat, mənəvi zərərə görə isə 5000 manat məbləğində kompensasiyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxıldığı vaxt, iddiaçı iddia tələbinin həcmini artıraraq vəkilin göstərdiyi yardıma görə 201 manat pulun da cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlər tərəfindən döyülmə və təhqirlərə məruz qalmışdır. Cavabdehlər ona qarşı əvvəlki vaxtlardan q ərəzli münasibət bəsləyirlər. Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd olunması haqqında” Qərarında da göstərilir ki, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə ona qarşı fiziki zorakılıq törətmişlər. xx.xx.2019-cu il tarixdə Safura onu sinə nahiyəsindən tutub sıxmış, cırmaqlamış, sol ayaq nahiyəsinə təpiklə zərbələr endirmiş, habelə boynunda olan 600 manat dəyərində qızıl boyunbağını dartaraq qırmışdır. Həmin boyunbağının yarısı bu günəcən tapılmayıb. xx.xx.2019-cu il tarixdə isə 09:30 radələrində yaşadığı küçədə İsmət onu döymüşdür. Bütün bunlara görə həmin Qərar əsasında cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh2 və Cavabdeh1 hər ikisi barəsində İXM-in 157-ci maddəsinə əsasən barəsində inzibati tədbir görülmüşdür. Bunu MN ******* saylı və MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarlar sübut edir. Həmin hadisədən o, dərin sarsıntı, stress keçirmişdir. Dəfələrlə nevropotolq müayinəsində olmuşdur. Əvvəllər də şəkər xəstəliyindən əziyyət çəksə də, yaşadığı hadisələr onun səhhətinə mənfi təsir göstərdiyindən şəkərin dərəcəsinin ağırlaşmasına səbəb olmuşdur. Döyülmədən sonra o, 2 dəfə insulin qəbul etməli olmuşdur. Əvvəllər istifadə etdiyi amarel dərmandan insulinə keçmişdir. Döyülmə nəticəsində və keçirdiyi əsəbə görə təzyiqi artmış, gözlərində görmə problemi yaranmışdır. Bunu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 saylı Kliniki Xəstəxanasının və 26 saylı BŞX-nin Çıxarışları sübut edir. O, sağlamlığı ilə bağlı məhz döyülmə hadisəsindən sonra Respublika Endokrinoloji Mərk əzində müayinədə olmuşdur. Nevropotoloqun müayinəsinə 40 manat pul xərcləmişdir. Habelə şəkər xəstəliyin dərəcəsi dəyişdiyindən biri 25 manat olmaqla 2 insulin dərmanı almalı olmuşdur. Cavabdehlər ona olduqca böyük stress yaşatmışlar, bu qanunsuz hərəkətləri ilə əzab vermişlər. Bu azmış kimi hadisə zamanı küçədə onu təhqir etmiş, böhtan xarakterli sözlər söyləyərək şərəf və ləyaqətini alçaltmışlar. Məhkəmədə bütün bunlarla bağlı şahidlər – X3 və X5 ifadə verə bilərlər. Bütün bunlar onu göstərir ki, cavabdehlər ona həm maddi, həm də mənəvi zərər vurmuşdur. Ümumilikdə, qırılıb yarısı itən boyunbağının dəyəri və həkimlərə sərf edilən müayinə-müalicə, dərman xərcləri ilə birlikdə onların vurduğu maddi zərərin məbləği 750 manat, şərəf və ləyaqətinə, təmiz adına dəyən zərər isə 5000 manat təşkil edir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Xəzər Rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən aydın olur ki, Cavabdeh1 İddiaçı ona qarşı törətmiş olduğu qanunsuz əməlləri ilə bağlı müraciəti əsasında Rayon Prokurorluğunda toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli 2(003)-405/2020 nömrəli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia qismən təmin edilərək, Cavabdeh1 300 manat mənəvi ziyana görə, məhkəmə xərci kimi ödənilmiş 10 manat dövlət rüsumu və 50 manat hüquqi yardıma görə ödənilmiş pul, cəmi 360 manat pulun tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissəsinin rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1097.1, 1118.1-ci maddələrinə istiinad edərək hazırda mübahisələndirilən hissədə (iddia tələbinin təmin edilən hissəsində) gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə tədqiq edilmiş sübutlarla və Cavabdeh1 Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nə verdiyi izahatdan görünür ki, cavabdeh iddiaçını döyməsini etiraf etmişdir. Bununla da, həmin cavabdeh tərəfindən iddiaçının barəsində hüquqazidd hərəkətlər edilməsi təsdiq edilmişdir. Bu hüquqa zidd hərəkətlər nəticəsində iddiaçıya mənəvi zərər vurulması da öz təsdiqini tapır. Birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzi üzrə tələb olunan 5000 manatı cavabdehin mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətinin təhlükə lilik dərəcəsinə, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterinə və ağırlığına, cavabdehin təqsirinə və əmlak vəziyyətinə, iddiaçının fərdi xüsusiyyətinə uyğun hesab etməmiş və mənəvi zərərin əvəzi olaraq Cavabdeh1 iddiaçının xeyrinə 300 manat məbləğində pulun tutulmasını ağlabatan və ədalətli hesab etmişdir. Məhkəmə eyni zamanda iddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 201 manat xərcin onun xeyrinə tutulması ilə bağlı qeyd etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən, 50 manat məbləğində hüquqi yardıma görə ödənilmiş pul Cavabdeh1 alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 151 manat məbləğində ödənilmiş xərc isə iddiaçının özünə aid edilməlidir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamə si ləğv edərək, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh1 da qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmasını və iddia tələbinin ona münasibətdə rədd olunmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şərafət Məmmədova sədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Emin Mehdiyev) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia tələbinin təmin edilməsi hissədə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəl illəri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onun əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun barəsində Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il inzibati tənb eh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. İddiaçı onun tərəfindən qanunsuz hərəkətlərə yol verildiyi, bu hərələtlərin maddi və mənəvi ziyana səbəb olması, bu hərəkətlərin konkret nədə ifadə olunmasını sübut edə bilməmişdir. Bundan başqa hazırki mülki işin nəticə iə bağlı olan Xəzər Rayon Məhkəməsində baxılan X6 işin icraatı yekunlaşmamış, hakimin X6 qərarda göstərilən hallara istinad etməsi qanunsuzdur. Məhkəmə hazırki mülki iş üzrə icraatı həmin X6 işin nəticəsi müəyyən olunana kimi dayandırmalı olduğu halda dayandırmamış və prosessual pozuntuya yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclas ında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhk əməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, idd iaçı və Cavabdeh1 qətnamədən apelyasiya şikayətləri vermişlər. Apelyasiya instansiyası məhkəməsi hər iki apelyasiya şikayətinə əsasən qətnaməni mübahisləndirilən hissələrdə yoxlamışdır. Hazırda isə iddiaçı qətnamədən kassasiya şikayəti verməmiş, iddia tələbinin rədd edilən hissəsini mübahisələndirmir. Qətnamə cavabdehin kassasiya şikayətinə əsasən yalnız mübahisələndirilən hissədə, yəni iddia tələbinin mənəvi ziyanın ondan tutulması hissədə mübahisələndirir. Ona görə də, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, cavabdehin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi rədd edilməlidir. İşdən göründüyü kimi, iddiaçı ona vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb etmiş, iddiasının əsası kimi o hala istinad etmişdir ki, o, cavabdehlər tərəfindən döyülmüş və mənəvi zərərə məruz qalmışdır. İddiaçı tələbinin əsası kimi iş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 1-ci PŞ-də onun müraciəti əsasında araşdırılmış materiallara və qəbul edilmiş qərarlara istinad etmişdir. İddia tələbini cavabdehdən 300 manat mənəvi zərərin tutulması hissəsində təmin edən birinci instansiya məhkəməsi bu hissədə gəldiyi nəticəni əsaslandırmamış, iddiaçının hansı mənəvi zə rərə uğramasını göstərməmişdir. Məhkəmə bu hissədə iddia tələbini təmin edərkən iddiaçının müraciəti əsasın Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-də aparılmış araşdırmaya və qəbul edilmiş qərara istinad etmiş, həmin materialda Cavabdeh1 verdiyi izahatında iddiaçını döyməsini etiraf etdiyini göstərmiş, cavabdeh tərəfindən iddiaçının barəsində hüquqa zidd hərəkətlər edilməsi təsdiq edilməklə həmin hərəkətlər nəticəsində iddiaçıya mənəvi zərər vurulmasının öz təsdiqini tapmasını qeyd etmişdir. «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №-li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiy a»nın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından, «mənəvi zərər anlayışı» insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarının 8-ci bəndinə əsasən izah olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, i ddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş üzrə aşağı instansiya məhkəmələri tərəfindən aparılmış araşdırmalar zamanı iddiaçının mənəvi sarsıntılar keçirməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilərkən iddiaçının istinad etdiyi sübutlar məhkəmələr tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan s onra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında Cavabdeh1 iddiaçının döyməsini etiraf etməsi müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən hissədə sübutlara düzgün qiymət verməyərək prosessual hüquq normalarının tələbləri pozmuş, nəticədə qeyd edilən hissədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Bu barədə cavabdeh apelyasiya şikayətində qeyd etməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlilləri ilə bağlı heç bir hüquqi qiymətləndirmə aparmayaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şika yəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə xx xxxxxx 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə x xxxxxx 1994-cü il tarixli qərar).” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mad dəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İş materiallarından Cavabdeh1 iddiaçının döyməsi, onun cavabdeh tərəfindən döyülməsi nəticəsində mənəvi iztirablar keçirməsi hallarının müəyyən edilməsi üçün kifayət qədər sübutlar yoxdur. Cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya şikayətindən görünür ki, şikayətdə iddiaçının istinad etdiyi fakt üzrə X6 Qərarın məhkəmə tərəfindən ləğv edildiyini göstərmişdir. Apelyasiya instansiyası məhkəməsi bu barədə də heç bir araşdırma aparmamış, birinci instansiya məhkəməsinə təqdim edilmiş edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(003)-1288/2019 saylı qərarına hüquqi qiymət verməmişdir. H əmin qərardan müəyyən edilir ki, Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə rəisi, polis mayoru Güloğlan Əhmədov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Cavabdeh1 verdiyi şikayətə əsasən sözügedən qərar ləğv edilmiş və X6 iş yenidən baxılması üçün Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə göndərilmişdir. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual pozuntulara yol verilmişdir. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci mad dəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası işin yenidən apelyasiya məhkəməsinə göndərilməsini zərurət görmür. Belə ki, işə birinci instansiya məhkəməsi və apelyasiya instansiyası məhkəməsində baxılmış, iddiaçı məhkəmə baxışlarında iştirak etmiş, lakin tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia tələbinin yuxarıda göstərilən əsaslarla rədd edilməsi haqqında yeni qərar çıxarımalı, kasasiya şikayətində qətnamənin ləğv olunaraq işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilməsi nəzərə alınmaqla iddiaçının kasasiya şikayəti də qismən təmin edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin məhkəmə xərcləri və vəkilə ödənilmiş xərclərin tutulması ilə bağlı qeyd edir ki, iddia tələbi rədd edildiyindən həmin hssədə də iddia tələbi rədd edilməli, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri və hüquqi yardıma görə vəkilə ödənilmiş pul iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəlləni n 417.1 və 417.1.4-cü maddələrinin tələblərinə görə, kassasiya məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5267/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qərar qətidir və qəbul edildiyi anda

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar