Məhkəmə qərarları › İş №2(102)-5959/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5959/2022

26.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5959/2022 26.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntusu (delikt), maddi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi və mənəvi zərərin ödənilməsi, torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3933/2022 nömrəli, 2 5 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2022ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.1999-cu il tarixli, 074181 nömrəli müqaviləyə əsasən, cavabdeh özünə məxsus mübahisəli ünvanda 599.7 m2 torpaq sahəsində yerləşən evin “Q” hissəsini - yaşayış sahəsi 17.9 m2, qeyri-yaşayış sahəsi 11.8 m2 olan bir otaqlı yaşayış evini iddiaçıya satmışdır. 2. 29.09.2001-ci il tarixdə mübahisəli ünvanda bir həyətyanı sahədə yerləşən 2 otaqlı, 43.1 m2 yaşayış sahəsi, 60.1 m2 ümumi sahəsi olan 42 saylı fərdi yaşayış evinin “Q” tikilisi (1 otaq, 17.9 m2, köməkçi sahə 11.8 m2) iddiaçının; “A” tikilisi (1 otaq, 25.2 m2, köməkçi sahə 5.2 m2) isə cavabdehin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və tələbin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, mübahisəli ünvanda yerləşən mülkiyyətində olan “Q” tikilisinin cavabdeh tərəfindən sökülməsi nəticəsində ona dəymiş 59.400 manat maddi zərər, 4800 manat əldən çıxmış fayda, 10.000 manat mənəvi zərər, hüququ yardım üçün ödədiyi 210 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 74.440 manatın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, “Q” tikilisinin və yerləşdiyi 400 m2 torpaq sahəsinin texniki pasport əsasında ayrılması (bölünməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iş in yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, “Q” tikilisinin alqı-satqısından əvvəl cavabdehlə aralarında yazılı bağlanmış xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh həmin tikilinin yerləşdiyi 4 sot torpaq sahəsini 500 ABŞ dolları müqabilində ona satmış, həmin ərazi naturada təhvil verilmiş, arakəsmələr mişar daşı ilə ayrılmış, texniki pasportla müəyyən edilmiş hüdudlar nəzərə alınmaqla hasarlanaraq bölgü aparılmışdır. Həmin evin yerləşdiyi torpaq sahəsindəki mövcud olmuş tikililər “A” yaşayış evindən, “B” qarajdan və “Q” yaşayış otağından ibarət olmuş, “A” tikilisi cavabdehin, “Q” tikilisi isə onun adına qeydə alınmışdır. Cavabdeh alqı-satqı müqaviləsinə uyğun olaraq ərazinin bölgü-sxemini notariat qaydasında rəsmilə şdirməmiş, həmçinin bir müddət öncə dəmir qapının qıfılını sındıraraq iddiaçıya məxsus həyətyanı sahəyə daxil olmuş, “Q” tikilini sökmüş, bununla da iddiaçıya 59.400 manat (29.7 kv.m x 2000 manat) məbləğində ziyan vurmuşdur. Bundan başqa, özünə məxsus “Q” tikilisindən iki il ərizndə istifadə edə bilməməsi nəticəsində bir aylıq orta icarə qiyməti 200 manat olmaqla, iki il üçün 4800 manat gəlirdən məhrum olmuş, eləcə də, bu müddət ərzində keçirdiyi sarsıntılara görə ona 10.000 manat məbləğində mənəvi ziyan dəymişdir.

5. İddiaçı sübut qismində məhkəməyə torpaq sahəsinin satılmasına dair aralarında şahidlərin iştirakı ilə tərtib edilmiş sadə yazılı formalı xx.xx.1998-ci il tarixli aktın surətini təqdim etmişdir. Aktda cavabdehin ünvan 1 ünvanında (bundan sonra – mübahisəli ünvan) yerləşən evin əkin sahəsi (8m x 20m) olan sahədən 4 sot torpaq sahəsini iddiaçıya 1000 ABŞ dollarına satmağa razılaşdığı, akt imzalanrkən cavabdehdən 500 ABŞ dolları aldığı qeyd edilmişdir.

6. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçının “Q” tikilisi ilə birlikdə ona 4 sot torpaq sahəsinin satılmasının əsası kimi istinad etdiyi aktın tərtib olunmasında və imzalanmasında iştirak etməyib. Həmin akt alqı-satqını yox, “ümüdkah” olmaq üçün 500 ABŞ dolları məbləğində behin verilməsini təsdiq edir. Digər tərəfdən, cavabdeh istəsə belə, torpaq sahəsini sata bilməzdi, çünki həmin sahə onun mülkiyyətində deyil, istifadəsində olmuşdur. “Q” tikilisi isə onun tərəfindən deyil, 1999-cu ildən halhazıradək həmin sahəni zəbt etmiş Orucovlar və Hüseynovlar ailəsi tərəfindən sökülmüşdür. Haz ırda Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində həmin şəxslərə qarşı ona məxsus əmlakın qaytarılması barədə iddia qaldırmışdır. İddiaçı isə həmin tikilinin sökülməsi nəticəsində dəymiş zərərin ödənilməsi barədə hazırkı iddiasında həmin şəxsləri deyil, onu cavabdeh qismində qoymuşdur.

7. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2021-ci il tarixli, 10/2922 nömrəli ekspert rəyinə əsasən, mübahisəli ünvana baxış keçirilən zaman tədqiq olunan “Q” literli yaşayış evinin sökülmüş vəziyyətdə olduğu müəyyən edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş texniki pasportun məlumatları ilə mövcud vəziyyəti müqayisə edilən zamanı mübahisəli torpaq sahəsinin hüdudları daxilində “Q” tikilis indən əlavə “A” və “B” literli yaşayış evlərinin yerləşdiyi və hal-hazırda həmin tikililərin yerində olduğu müəyyən edilmişdir. Həmin həyətyanı torpaq sahəsi faktiki olaraq 3 hissəyə bölünərək “A”, “B” literli yaşayış evlərinin həyətyanı torpaq sahələrinə ayrıayrılıqda giriş-çıxış yolunun olduğu və sökülmüş “Q” literli yaşayış evinin torpaq sahəsinə ayrıca darvazanın quraşdırıldığı müəyyən edilmişdir və “Q” tikilisinin təcrid mənzillər şəklində ayrılması (bölünməsi) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Həmçinin, “Q” tikilisi “A” və “B” tikililərindın ayrı-ayrılıqda yerləşdiyindən, yaşayış evlərinin paylarına müvafiq real bölünməsi “İnşaat Norma və Qaydalarına” uyğun olaraq texniki cəhətdən mümkün dür. Bunun üçün “Q” literli yaşayış evinin qarşısından 3.0 metr ara məsafəsi saxlanılaraq 8.0 metr uzunluğunda, 9.0 metr enində sərhəd hasarı çəkilməli və küçə tərəfə qapı quraşdırılmalıdır.

8. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2021-ci il tarixli, 10/4182 nömrəli ekspert rəyinə əsasən, mübahisəli ünvanda yerləşən “Q” tikilisi fərdi yaşayış evinin inşasında yerinə yetirilməli yenidənqurma və tikinti-təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq 6745 manat məbləğində olduğu müəyyən olunmuşdur.

9. Məhkəmə tərəfindən baxış keçirilmiş CD diskdə olan görüntülərdən (qonşular tərəfindən çəkilmiş) və fotoşəkillərdən müəyyən edilmişdir ki, cavabdeh dəfələrlə iddiaç ıya məxsus həyətyanı sahəyə qanunsuz daxil olaraq, ziyan verməyə cəhd göstərmişdir.

10. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-32/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia qismən təmin edilərək, mübahisəli ünvanda yerləşən paylı mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətində olan “Q” tikilisinin texniki pasport əsasında “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq ayrılması (bölünməsi), cavabdehdən dəymiş zərərin əvəzi olaraq 6745 manat və 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının mül kiyyətində olan mübahisəli ünvanda yerləşən tikiliyə cavabdehin ziyan vurması faktı iddiaçının izahatı ilə yanaşı, iş materialları ilə sübuta yetirilir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssislərinin rəyi ilə dəymiş maddi ziyanın həqiqi həcminin 59.400 manat məbləğində deyil, 6745 manat məbləğində olması sübuta yetirildiyindən, iddiaçıya vurulmuş ziyanın həqiqi həcmi 6745 manat məbləğində müəyyən edilməli və həmin məbləğdə ziyan cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir.

12. Bununla belə, iddiaçı ona mənəvi zərər vurulmasını və psixi əzaba məruz qaldığını məhkəmədə sübut etmədiyindən, habelə ona mənəvi ziyan dəyməsi məhkəmədə işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, mənəvi ziyan tələbi əsassızdır.

13. Mə hkəmə mübahisəli ünvanda yerləşən torpaq sahəsinin texniki pasport əsasında ayrılması (bölünməsi) tələbinə müansibətdə isə vurğulamışdır ki, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsi alqı-satqı əsasında alındığı və dövlət qeydiyyatından keçdikdən sonra torpaq sahəsinə dair qanunamüvafiq qaydada tərəflər arasında bölgü aparılmamışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra ərazidə mövcud olan “Q” tikilisi faktiki olaraq söküldüyündən və həmin ərazinin naturada bölünməsi mümkün olmadığından, torpaq sahəsi texniki pasport əsasında ekspert rəyinə əsasən bölünməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM ) 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli ünvanda 2 evin olması və orada yaşayışın mövcudluğu təsdiqini tapmış olsa da, mişar daşından olan söküntünün şahid olmadan hansı maşın-mexanizmlə (qaldırıcı kran və ya başqa avadalıqdan) və ya fiziki gücdən istifadə edərək məhz cavabdeh tərəfindən sökülməsini təsdiq edən hər hansı bir sübutun (foto və video çəkilişlər) təqdim olunmaması faktı məhkəmə tərəfindən aydınlaşdırılmadan, tikintinin sökülməsi ilə heç bir əlaqəsi olmayan bir fotoşəkilə istinad edilmə klə vurulmuş ziyanın cavabdeh tərəfindən ödənilməsi qət edilmişdir. CD diskdə olan görüntülər mübahisəli torpaq sahəsi ilə əlaqəsi olmayan, hal-hazırda da ona məxsus olan qonşu torpaq sahəsində mövcud ərazinin zəbt olunması səbəbindən qanunsuz quraşdırılmış dəmir qapının qıfılının açılmasına cəhd etdiyi zaman qonşular tərəfindən çəkilmişdir ki, həmin fotoşəkillərdən sübut kimi istifadə olunması yalnış qənaət olmaqla heç bir hüquqi əsası yoxdur.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3933/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Mehdiyev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlamılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələblərini pozaraq, cavabdehin mübahisəli mə sələ ilə bağlı zərər vuran şəxs kimi təqsirliliyi sübuta yetirilmədən, iddiaçının şəxsi marağına əsasən özü tərəfindən söküntü işlərinin aparılması ehtimalını nəzərə almadan, dəfələrlə qarşılıqlı mübahisə və münasibətlərin pozulması nəticəsində qərəzli olaraq qeyri-müəyyən şəraitdə sökülmüş tikilinin cavabdeh tərəfindən söküldüyü qənaətinə gəlmiş və vurulmuş ziyanın əvəzinin ödənilməsi öhdəliyini onun üzərinə qoymuşdur. Halbuki, iddiaçı tərəfindən bu halı təsdiq edən sübut qismində yalnız fotoşəkillər təqdim olunmuşdur ki, həmin fotoşəkillər eyni tarixdə və vaxtda çəkilməklə onların iddiaçının mülkiyyətində olan torpaq sahəsi və ya hasar ilə heç bir əlaqəsi olmamışdır.

21. Eyni zamanda, iş üzrə alınmış ekspert rəylərində mövcud vəziyyətin viziual olaraq əks etdirilməklə kifayətlənilməsi nəticəsində əldə edilən sübutlara görə söküntünün mövcud olması faktının təsdiqi və dəyərləndirilməsi aparılmışdır ki, bu zaman sökülmüş tikilinin həcmi qeyd olunsa da, tikilinin faktiki ölçüləri barədə müfəssəl məlumat verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum o lması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəll ə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası m əhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri t ərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya icraatı üzrə cavabdeh qətnamənin ləğv olunmasını tələb etsə də, kassasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh qətnaməni maddi zərərin tutulması tələbinin təmin olunmuş hissəsində mübahisələndirir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prose ssual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan cavabdehin kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır.

37. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmələr tərəfindən iddiaçının təqdim etdiyi sübutlar və eksper rəyi əsasında müəyyən edilmişdir ki, iddiaçıya cavabdehin qanunsuz hərəkətəri nəticəsində 6745 manat maddi zərər dəymişdir.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3933/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə maddi zərər tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edild

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar