Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-596/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçılar: İddiaçı2 İddiaçı1 Cavabdehlər: Cavabdeh3, Cavabdeh1 MMC, “xxxx” KB ASC İddia tələbi: hərracın və onun nəticələri barədə protokolun etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi Açar sözlər: hərracın etibarsızlığı, icra məmurunun sifarişi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorlar İddiaçı2, İddiaçı1 və vəkili Vəkil, “xxxx” KB ASC-nin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı2 və İddiaçı1 müştərək qaydada cəmi 18.460,54 ABŞ dolları məbləğində pul vəsaitinin “xxxx” KB ASC-nin xeyrinə tutulması, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, X3 küçəsindəki İddiaçı2 mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış, 18,5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 32.000 manat dəyərində qiymətləndirilə rək, tutmanın həmin fərdi yaşayış evinə yönəldilməsi və evin açıq hərracda satılması, satışdan əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətinin təmin edilməmiş, “xxxx” KB ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin qismən, yəni ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, X3 küçəsindəki 0,06 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin ən geci 1 ay ərzində boşaldılmasına dair iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi, Xaçmaz rayonu, Muxtadır q əsəbəsi, X3 küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər İddiaçı2 və İddiaçı1 çıxarılması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Yasamal rayon icra şöbəsinin sifarişi, Cavabdeh1 MMC-nin təşkilatçılığı ilə İddiaçı2 və İddiaçı1 məxsus XXX0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış, 18,8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi 32.000 manat ilkin satış qiyməti ilə xx.xx.2017-ci il tarixdə hərraca çıxarılmış, ilkin hərrac baş tutmamışdır. Bundan sonra, Yasamal rayon icra şöbəsi icra vərəqəsinin Xaçmaz rayon icra şöbəsinə göndərildiyi qeyd olunan və bu səbəblə hərracın dayandırılmasının xahiş olun duğu xx.xx.2017-ci il tarixli məktubu Cavabdeh1 MMC-yə ünvanlamışdır. Həmin məktub nəzərə alınmadan, əmlak ilkin satış qiyməti 15% endirilərək 27.200 manat olmaqla, xx.xx.2017-ci il tarixdə təkrar hərrac keçirilmiş, lakin təkrar hərrac da baş tutmadığından, əmlak “xxxx” KB ASC tərəfindən təkrar hərracdakı qiyməti 25% endirilməklə, 20.400 manata alınmışdır və bu barədə xx.xx.2017-ci il tarixdə 01 nömrəli hərracın nəticələri haqqında yekun protokol tərtib olunmuş və elə həmin tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat xx xxxx 2018-ci il tarixdə İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3, Cavabdeh1 MMC, “xxxx” KB ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabde h1 MMC tərəfindən Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsindəki 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış sahəsi, 18,5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi barəsində keçirilmiş hərracın və hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi, həmin nəticə əsasında verilmiş cıxarışın ləğv edilməsi və həmin əmlaka mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və tələblərini onunla əsaslandırmışlar ki, qətnamə qanuni qüvvəsini alaraq Cavabdeh3nə icra üçün yönəldilmiş, Yasamal rayon icra şöbəsinin sifarişi əsasında həmin fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satışı Cavabdeh1 MMC-yə tapşırılmışdır. Satılmalı olan əmlak Xaçmaz rayonu ərazisində olduğundan icra işi Cavabdeh3 tər əfindən aidiyyəti üzrə Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilmiş və bu səbəbdən Cavabdeh3 tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh1 MMC-yə dayandırma məktubu göndərilmiş və bu məktub MMC tərəfindən qəbul edilmişdir. Lakin Cavabdeh1 MMC xidmət göstərən təşkilat olmaqla sifarişçinin tələblərini icra etməmiş, hərracı keçirmiş, nəticədə əmlak ucuz qiymətə “xxxx” KB ASC-nin balansına qəbul edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3461/2018 nömrəli iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim X.B.Məhərrəmova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı tərəf hərracın keçirilməsi zamanı qanun pozuntularına yol verildiyini, hərracın düzgün keçirilməməsini hərrac təşkilatına hərracın dayan dırılması barədə müraciət edilməsinə baxmayaraq, hərracın keçirilməsi ilə əsaslandırmışlar. Lakin nəzərə alınmalıdır ki, məhkəmə araşdırması zamanı icra şöbəsinin hərracın dayandırılması barədə məktubunun hərrac təşkilatçısı Cavabdeh1 MMC-yə daxil olduğu və həmin məktuba rəğmən Cavabdeh1 MMC tərəfindən hərracın keçirildiyi müəyyən edilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, ipoteka qoyan İddiaçı2 Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi barədə məlumatlandırılmışdır və icra vərəqəsinin aidiyyəti üzrə Xaçmaz rayon icra şöbəsinə göndərildiyi barədə məlumatlı olan İddiaçı2 Cavabdeh1 MMC-dən hərracın keçirilməsinin dayandırılmasını tələb etməmişdir. Bu hal iddiaçıların hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə məqsədlərinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icras ını formal əsaslardan dolayı uzadılması olduğu barədə əsaslı şübhələr yaradır. Məhkəmə hesab etmişdir ki, hərracın keçirilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamış, hərrac qanunauyğun şəkildə həyata keçirilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçılar həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmiş, şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və həmçinin göstərmişlər ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil, məhkəmə mübahisənin mahiyyəti üzrə hər hansı bir araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9351/2018 nömrəli iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Eyvazov, S.F.Hacıyev, F.Ş.Ta lışınski) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmçinin göstərilmişdir ki, iddiaçıların iddia tələbinin əsası kimi istinad etdikləri icra işinin aidiyyəti üzrə göndərilməsi barədə məktub özü-özlüyündə hərracın nəticələrinin sonradan etibarsız sayılması üçün qanuni əsas təşkil edə bilməz. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçılardan İddiaçı2 həmin qətnamədən kassasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən maddi və prosessual hüquq normalarının tələblə rini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7747/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Ə.Əliyev, A.K.Kalbalıyev, V.Ə.İbayev) İddiaçı2 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiya məhkəməsnin qərarında göstərilmişdir ki, Cavabdeh1 MMC ipoteka qoyan İddiaçı2 və onun arvadı İddiaçı1 hərracın yeri və vaxtı haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsi barədə sənədlərin olmamasına, o cümlədən hərracın dayandırılması barədə Yasamal İcra şöbəsinin məktubunun olmasına baxmayaraq, iddiaçıların mülkiyyətində olan evə münasibətdə qanunla müəyyən olunmuş qaydaları pozmaqla hərracı keçirmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2406/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.A,Cəmilova, M.N.Tağızadə, Ü.A.Mayılov) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçıların istinad etdikləri Cavabdeh3 xx.xx.2017-ci il tarixli məktubu göndərilənədək artıq hərrac təşkilatçısı tərəfindən təyin olunmuş birinci hərrac xx.xx.2017ci il tarixdə baş tutmamış, təkrar hərrac xx.xx.2017-ci il tarixə təyin edilmiş, bu barədə kütləvi informasiya vasitəsində elan verilmiş, həmçinin maraqlı şəxslərə bildirişlər göndərilmişdi. Buna görə də icra şöbəsinin xx.xx.2017-ci il tarixli məktubunun hərrac təşkilatçısı tərəfindən nəzərə alınması artıq mümkünsüz idi. Bu baxımdan, iddiaçıların göstərdikləri dəlillər əsasında qanuna uyğun keçirilmiş hərracın nəticələri etibarsız hesab oluna bilməz. Həmçinin qeyd edilmişdir ki, iddiaçıların hərracın keçirilməsindən xəbəri olmuş, onlara bu barədə müvafiq bildirişlər ünvanlanmış, lakin iddiaçılar hərracda iştirak etməmiş, digər tərəfdən, hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarını özündə əks etdirən məcburi göstərişlərin, həmin dövrdə qüvvədə olan normativ hüquqi aktların, ümumiyyətlə qanuvericiliyin tələbləri pozulmadığından hərracın etibarsız s ayılmasına dair iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçılar həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş və şikayətini iddia ərizəsinə və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışlar. Məhkəmə kollegiyası iclasında iddiaçılar və vəkilləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasə n kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsa s ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçıların kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş üzrə kassasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, apellyasiya intansiyası məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları araşdırmamış və bunun nəticəsində düzgün olmayan qətnamə qəbul etmişdir. Həmin qərarda göstərilmişdir ki, Yasamal rayon icra şöbəsi xx.xx.2017-ci il tarixli məktubla icra sənədi üzrə hərrac vasitəsi ilə satılmalı olan əmlak Xaçmaz rayonunda yerləşdiyindən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsini icra edilməsi üçün Xaçmaz rayon icra şöbəsinə göndərildiyini bildirməklə, icra şöbəsi bu əsasla Cavabdeh1 MMC-dən hərracın dayandırılmasını xahiş etsə də, qeyd edilən məktub nəzərə alınmadan hərrac keçirilmişdir. Digər tərəfdən, XXX0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış, 18,8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin hərracda satışı ilə bağlı elanlar verilmiş və satış üçün açıq hərracın keçirilməsi barədə Yasamal rayon İcra şöbəsinə, tələbkar “xxxx” KB ASC-yə, borclu İddiaçı2 və İddiaçı1 bildirişlər göndərilmiş, lakin həmin bildirişin iddiaçılar İddiaçı2 və İddiaçı1 veri lməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi tələbinə əməl etməmiş, Ali Məhkəmənin qərarında qeyd olunan göstərişlərə əməl etmədən əvvəlki qətnaməni təkrarlamışdır. Yuxarıda qeyd edildiyi kimi, iddia tələbinin əsasını hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi təşkil edir. İddiaçılar tələblərinin əsası kimi 2 hala istinad etmişlər: icra şöbəsinin hərracın dayandırılması barədə məktubu nəzərə alınmamışdır; onlara hərracın keçirilməsi barədə bildiriş göndərilməmişdir. “İpoteka haqqında” Qanunun mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 41.1-ci maddəsinə əsasən, İpoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. “İcra haqqında” Qanunun 61-ci maddəsi ilə hərracların hazırlanması və keçirilməsi əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Sadalanan normaların məzmunundan aydın görünür ki, borclunun əmlakının hə rracdan satılması yalnız icra məmurunun sifarişi əsasında baş tuta bilər. Yəni, hərracı keçirən ixtisaslaşdırılmış müəssisənin icra məmurunun sifarişi olmadan borclunun əmlakına sərəncam verməyə yönəlmiş hərəkətlərinin heç bir qanuni əsası yoxdur. İcra orqanının hərracın dayandırılmasına dair məktubu da eynilə həmin hüquqi qüvvəyə malikdir və həmin məktub nəzərə alınmadan həyata keçirilən hərəkətlərin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı və «İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxlə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Apellyasi ya məhkəməsi isə, işin qeyd edilən hallarına qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, həmin məktubun hərrac təşkilatçısı tərəfindən nəzərə alınmasının mümkünsüz olması barədə əsassız nəticəyə gəlmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüv
Məhkəmə qərarları › İş №2(102)-596/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-596/2021
17.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver