Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-597/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı1, vəkili X1, İddiaçı2 və Cavabdeh vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)-2665/2019 saylı qətnaməsindən Cavabdeh və İddiaçı1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(046)-1023/2019 sa ylı qətnaməsi ilə (sədrlik edən, hakim Z.A.Quliyev) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehdən ödəniş günü milli manata məzənnədə 200.700 ABŞ dolları pulun tutulub İddiaçı1 verilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)2665/2019 saylı qətnaməsi ilə (hakimlər M.M.Hüseynov sədrlik edən, məruzəçi, A.M.Eyvazov və İ.H.Şükürov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Göyçay rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinə dəyişiklik edilib, cavabdehdən tutulub İddiaçı1 verilməsi qət edilən borcun miqdarının 140.700 ABŞ dolları müəyyən edilməsi və cavabde hdən ödəniş günü milli manata məzənnədə 140.700 ABŞ dolları məbləğində pulun tutulub İddiaçı1 verilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 200.700 ABŞ dolları, hesablanmış faizə görə 10.035 ABŞ dolları, dəymiş mənəvi zərərə görə 20.000 ABŞ dolları, nümayəndəyə ödənilmiş xərcə görə 1.000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 230.735 ABŞ dolları və 1.030 manat pul vəsaitinin tutulması və həmin pul vəsaitinin 194.235 ABŞ dolları, 1.030 manatının İddiaçı1 və 36.500 ABŞ dollarının isə İddiaçı2 verilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin MPM-nin 265-ci maddəsinə əsasən cavabdeh barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişlər. Bundan sonra iddiaçılar iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 200.700 ABŞ dollarının tutulub İddiaçı1, 30.000 ABŞ dollarının isə tutulub İddiaçı2 verilməsi, habelə nümayəndəyə ödənilmiş xərclərə görə 1.000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutulub iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gə lib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Cavabdeh kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edilib, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. İddiaçı1 isə kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyaiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iddia tələbini 60.000 ABŞ dolları pul tələbinə aid hissədə əsassız olaraq rədd edib. İddiaçı1 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilərək, iddia ərizəsinin 60.000 ABŞ dolları pul tələbinə aid hissədə də təmin edilməsi barədə y eni qərar qəbul edilməsi xahiş olunub. İddiaçı1 kassasiya şikayətinə dair etiraz ərizəsində isə cavabdehin kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia ərizəsinin təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı1 və vəkili xx öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh vəkili Fərid Həsənov məhkəmə iclasında öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı2 məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabd eh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edib, cavabdehdən İddiaçı1 xeyrinə tutulan borcun miqdarını 140.700 ABŞ dolları məbləğində müəyyən edib, iddia ərizəsini qalan hissədə rədd edib, həmçinin qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, cavabdehin İddiaçı1 ödənilməmiş 140.700 ABŞ dolları borcunun qalmasının mülki iş materialları ilə istisna edilməməsinə, iddia ərizəsinin 60.000 ABŞ dolları pul tələbinə aid hissədə təmin edilməsi üçün əsasların müəyyən edilməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 739.1, 739.2, 740.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normal arının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinin xx xxxxx 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Cavabdeh həm Suraxanı ray on prokurorluğuna, həm də Bakı şəhər prokurorluğuna verdiyi izahatlarında göstərmişdir ki, o, İddiaçı1 2017-ci ilin dekabr ayından 2018-ci ilin aprel ayınadək təxminən 10-11 dəfəyə ümumilikdə 170.000 ABŞ dolları pul almışdır. O, aldığı puldan 32.000 ABŞ dollarını İddiaçı1 xxx un göndərdiyi pulun hesabına qaytarmışdır. Hazırda İddiaçı1, xxx və onun birgə bizneslərindən İddiaçı1 138.000 ABŞ dolları borc qalmışdır. Daha doğrusu, həmin pul onun yox, xx borcudur. İddiaçı2 isə hər hansı məbləğdə pul almamışdır. Özünün isə İddiaçı1 aldığı 3 baş iri buynuzlu heyvana görə ona 2.700 ABŞ dolları məbləğində borcu var. xxx un göndərdiyi pul vəsaitinin 60.000 ABŞ dollarını özünə götürmüş, həmin pul onun özünə aid olmuş, ondan da 34.000 ABŞ dollarına avtomobil almış, qalanını isə öz ehtiyaclarına sərf et mişdir. Bu 60.000 ABŞ dolları onun özünə məxsus olmuşdur. O, xxx la haqq-hesabı başa çatdırdıqdan sonra İddiaçı1la hesablaşacaqdır. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb müəyyən edilmişdir ki, cavabdeh iş görmək məqsədi ilə İddiaçı1 2017-ci ilin dekabr ayından 2018-ci ilin aprel ayınadək cəmi 170.000 ABŞ dolları borc pul almışdır. Həmin puldan 32.000 ABŞ dollarını cavabdeh İddiaçı1 qaytarmışdır. Bundan başqa, İddiaçı1 pulun sonradan ödənilməsi şərtilə Cavabdeh 2.700 ABŞ dolları dəyərində 3 baş inək də vermişdir. Eyni zamanda, Moskva şəhərində çalışan şəxslər tərəfindən 60.000 ABŞ dolları pul vəsaiti də İddiaçı1 çatdırılması üçün cavabdehə verilsə də, sonuncu bu pulu da bu günədək İddiaçı1 verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci ma ddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdir sə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o, şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazıki mülki mülki mübahisəyə tətbiq edib, apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, İddiaçı1 sözügedən pul vəsaitindən qanunsuz olaraq məhrum olmuş, cavabdeh isə onun hesabına əsassız varlanmışdır. Ona görə də 200.700 ABŞ dolları pul vəsaiti cavabdehdən tutulub İddiaçı1 verilməlidir. Digər İddiaçı2 isə cavabdehə 30.000 ABŞ dolları borc pul verməsi, habelə İddiaçı1la cavabdehin şərik olmaları mülki iş materialları ilə öz təsdiqini tapmır və sonuncu etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün, həmçinin iddia tələbinin “1.000 manat hüquqi xidmətə görə xərcin tutulması” hissəsində məhkəməyə heç bir sübut təqdim etməmişdir. Hazırda İddiaçı1 kassasiya şikayətində iddia ərizəsinin tam təmin edilməməsindən, cavabdeh isə kassasiya şikayətində iddia ərizəsinin təmin edilməsi hissəsindən şikayətlənirlər. Belə ki, İddiaçı1 xxx un göndərdiyi 60.000 ABŞ dolları məbləğində pulun cavabdehə deyil, ona məxsus olduğunu iddia edir. Cavabdeh isə kassasiya şikayətində İddiaçı1 tərəfindən ona verilmiş cəmi 170.000 ABŞ dolları məbləğində pulun borc deyil, birgə biznes fəaliyyətinə qoyulmuş sərmayə olmasını göstərib iddia ərizəsinə etiraz edir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin gətirdiyi arqumentlərlə razılaşmayıb, işin faktiki hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, cavabdehlə Moskva şəhərində biznes fəaliyyəti ilə məşğu l olan xxx arasında Bakı şəhərində yerləşən istixanalarda yetişdirilən pomidor məhsulunun Moskva şəhərində satışının təşkili ilə bağlı razılaşma əldə edilmişdir və onlar biri-biri ilə 2016-cı ilin mart ayında tanış olmuşlar. xx xxxxxxx 2017-ci il tarixdə ilk dəfə pomidor məhsulu maşınla Moskva şəhərinə yola salınmışdır və razılaşmaya görə, cavabdeh hər ay 7-8 maşın pomidor məhsulunu Moskva şəhərinə göndərməli idi. Cavabdeh, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində xxx un malın göndərilməsi və digər xərclərlə bağlı pulu ona İddiaçı1 vasitəsilə verdiyini, 2017-ci ilin dekabr ayında xxx un xahişi ilə onun razılığı ilə İddiaçı1 da pomidor biznesinə qoşulduğunu, sonuncudan borc pul almadığını və həmin pulun məhz birgə biznes fəaliyyəti üçün verildiyini və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq onun bu dəlilləri ilə razılaşmamışdır. Belə ki, xxx un istintaq orqanında verdiyi ifadəsi ilə müəyyən olunur ki, o, 2014-cü ildən Rusiya Federasiyasının Moskva şəhərində “Fud City” meyvə-tərəvəz bazarında topdansatışla məşğul olur. Elə həmin vaxtdan da qohumu İddiaçı1la aralarında biznes şərikliyi yaranıb. İddiaçı1 ailəsinə məxsus istixanadan yığılan pomidor məhsulunu topdansatış üçün Moskva şəhərinə ona göndərib. Göründüyü kimi, İddiaçı1la xxx arasında daha əvvəldən biznes şərikliyi olmuş, cavabdeh isə xxx la şərikli biznes fəaliyyətinə sonradan qoşulmuşdur. Lakin, xxx la cavabdehin iş birliyində İddiaçı1 iştirakı və şərikliyi olmamışdır. xxx ayrılıqda həm İddiaçı1, həm də cavabdehlə şərik işləmiş və onların hər biri ayrılıqda pomidor mə hsulunu tədarük edərək ayrıca satması üçün Moska şəhərinə xxx a göndərmişlər. Daha sonra, xxx istintaq orqanında verdiyi ifadəsində göstərmişdir ki, cavabdehi 2016cı ilin sonlarında “Fud City” bazarında işləyən atası Kərim Kərimov vasitəsilə tanımışdır. 2017ci ilin avqust ayının sonları-sentyabr ayının əvvəllərində Bakı şəhərində olduğu zaman cavabdehlə görüşdükdə sonuncu onun Moskva şəhərində işlədiyi bazara topdansatış üçün xurma göndərmək istədiyini bildirərək, bu işdə ona köməklik etməsini xahiş etmiş, o, isə xurma işi ilə məşğul olmadığını, istəsə göndərdiyi pomidorun orada topdansatışına kömək edə biləcəyini demiş, cavabdehdə orada pomidor göndərə biləcəyini bildirmiş və razılaşmışlar ki, şərik kimi bu işlə məşğul olsunlar. Cavabdeh Bakı şəhərində olan istixanalardan pomidor alıb yeş iklərə yığdırıb yük maşınlarına yerləşdirilməsini təmin edərək Moskva şəhərinə göndərməli, həmin maşınlar Moskva şəhərinə gəldikdə isə onların daşınma xərcini və gömrük rüsümlarını o, ödəməli və malların bazarda topdan satışını həyata keçirməli idi. Sonda əldə olunan vəsaitdən hər ikisinin çəkdiyi xərclər çıxıldıqdan sonra qalan qazancı öz aralarında yarı bölməli idilər. Həmin ərəfədə İddiaçı1 da cavabdehlə tanış edərək satmaq üçün ona Moskva şəhərinə pomidor göndərəcəyini demiş, İddiaçı1 isə onlara ümumi şəkildə xeyir-dua vermişdir. Cavabdeh demişdir ki, Moskva şəhərinə göndərəcəyi ilk pomidor maşını üçün lazım olan vəsaiti (pulu) öz yaxınlarından alıb bu işə sərf edəcəkdir. 2017-ci ilin oktyabr ayının əvvəllərində cavabdeh ona Zirə qəsəbəsindəki istixanalardan biri ilə danışıb razılaşd ığını və bir maşın pomidor alıb Moskva şəhərinə satmaq üçün göndərə biləcəyini dedikdə, özü də həmin vaxt cavabdehlə birlikdə həmin istixanaya gedib mala yerində baxaraq şəklini çəkib Moskva şəhərində mal satdığı tanışına göndərmiş, sonuncu malı ala biləcəyini bildirdikdə isə qiymətdə razİlaşmışlar. xx xxxxxxx 2017-ci il tarixdə pomidorla yüklənmiş ilk maşın Moskva şəhərinə yola düşmüşdür. Bir neçə gün sonra özü də Moskva şəhərinə yola düşərək maşını xx xxxxxxx 2017-ci il tarixdə orada qarşılayıb topdan satışını həyata keçirmiş və satışdan əldə olunan vəsait təxminən 25.000 ABŞ dolları təşkil etmişdir. xx xxxxxxx 2017-ci il tarixdə cavabdehə 38.500 ABŞ dolları pul göndərmişdir ki, yenə pomidor alıb göndərsin və iş dayanmasın, çünki razılaşmışlar ki, bu işi davamlı olaraq həyata keçirsinlər. Sonradan cavabdeh mobil telefonla danışmaqla almaq istədiyi pomidorun qiyməti və sair xərclər barədə bir-birinə məlumat vermişlər, göndərilən yük maşınlarındakı pomidorların Moskva şəhərindəki bazarda topdan satışını davam etdirmiş və lazım olduqda cavabdehə əlavə pullar göndərmişdir. 2017-ci ilin noyabr ayının təxminən 20-dən sonra cavabehə Bakı şəhərində mal alıb göndərmək üçün əlavə pul lazım olduqda, Zaur Salmonova zəng vuraraq lazım olan pulu cavabdehə verməsini xahiş etmiş, İddiaçı1 da həm onun xahişini nəzərə alaraq, həm də artıq cavabdehlə yaxın münasibətləri yaranmaqla dostluq etdiklərindən mal göndərmək üçün lazım olan pulları cavabdehə vermişdir ki, işləri dayanmasın. Bu qaydada cavabdehlə işlərini bir neçə ay müddətində davam etdirmişlər, lakin hələ haqq-hesablarını aparmamış lar. Özündə qəbul etdiyi maşındakı yükün çəkisini, Bakı şəhərindən mal çıxarkən maya dəyəri barədə cavabdehin dediklərini, qəbul etdiyi zaman xarab olan malın çəkisini, sərf etdiyi gömrük və daşınma xərclərini, həmçinin cavabdehə göndərdiyi pul vəsaitlərinin məbləğini, malın satışından əldə olunan vəsaiti qeyd etmişdir. Cavabdeh də özündə bunları qeyd etdiyini bildirmişdir. Arada yalnız bayram günlərində Bakı şəhərinə gələrək ailəsinə baş çəkib Moskva şəhərinə qayıtmış, həmçinin cavabdehdə arada imkan etdikdə Moskva şəhərinə gəlib bazarda ona baş çəkərək işin vəziyyəti ilə maraqlanmış, lakin haqq-hesabı 2018-ci ilin yayına, yəni Bakı pomidorunun bazarda topdansatışı qurtaran ərəfəyə saxlamışlar. Cavabdehin deməsindən bilmişdir ki, bu işlə bağlı İddiaçı1 2017-ci ilin sonuna 100.000 ABŞ doll arına qədər pul almışdır və bunun qeydiyyatını öz aralarında aparırlar. İddiaçı1 ailəsinə məxsus Zirə qəsəbəsindəki istixanadan göndərilmiş pomidor malları ilə bağlı məsələlər barədə isə sonuncunun özü və ya mühasibatlıq işlərində köməklik edən tanışı İddiaçı2la telefonla danışmışdır. Onun xətrinə İddiaçı1 və İddiaçı2 pomidor alınıb Moskva şəhərinə göndərilməsi işində cavabdehə yeşik, qəzet və sair yardımçı vəsaitlərlə də köməklik etmişlər ki, işində problem yaranmasın. 2018-ci ilin iyun ayının əvvəllərində cavabdeh sayca 53-cü maşınla pomidoru Moskva şəhərinə yola salandın sonra ona demişdir ki, daha mal göndərməsin, çünki artıq bazarda pomidora təlabat azalıb. Cavabdeh də pomidor göndərməmişdir. Yalnız pomidor aldığı istixana sahibi x adlı şəxs öz istixanasından satmaq üçün 5 maşın pomid or göndərmişdir ki, bu mal ilə bağlı haqq-hesabı Yaşar ilə öz aralarında aparmışlar. 2018-ci ilin iyun ayında telefonla cavabdehlə danışdıqda razılaşmışlar ki, Moskva şəhərinə gəldikdə öz aralarında haqq-hesablarını aparsınlar. Həmin ərəfədə İddiaçı1 da Moskvaya öz istixanasından göndərilmiş mallarla bağlı haqq- hesaba gəlməli idi. xx xxxx 2018-ci il tarixdə İddiaçı1 və cavabdeh gəzmək üçün yanına gələn onun qardaşı Rövşənlə birlikdə Moskva şəhərinə gəlmişlər. Növbəti gün işlədiyi bazardakı otağında o, əvvəl İddiaçı1 ilə öz aralarında haqq-hesab etmişlər və İddiaçı1 göndərdiyi pomidorun satışından ümumilikdə 100.000 ABŞ dolları təmiz qacanc əldə olunduğunu müəyyən etmişlər ki, həmin məbləğin 60.000 ABŞ dolları İddiaçı1 çatmalı idi. Bundan sonra o, cavabehlə öz aralarında ikisinin şərikli p omidor alqı-satqısı ilə bağlı haqq-hesablarını aparmağa başlamışlar. Cavabdehin özü ilə gətirdiyi kitabda pomidorun Bakı şəhərindən alış qiyməti barədə yazılanlar ilə ona telefonda dediyi və özündə apardığı qeydiyyatdakı qiymətlərdə çoxlu fərqlər ortaya çıxmışdır. Belə ki, cavabdeh özündə pomidorun alış qiymətini nisbətən baha göstərmişdir. Bundan başqa, cavabdehə göndərilmiş pullardan 5 dəfə göndərdiyi pulu almadığını əvvəl bildirmiş, oradanca pulu göndərdiyi adamlarla telefonla əlaqə saxladıqdan sonra isə cavabdeh həmin 5 dəfədən 3 dəfə pul aldığını boynuna almış, lakin 2 dəfə aldığı pulu yenə də etiraf etməmişdir. Bu isə ümumilikdə 65.000 ABŞ dolları təşkil edirdi. Bu səbəbdən də cavabdehlə aralarındakı haqqhesab həmin vaxt baş tutmamışdır. İddiaçı1 cavabdehə verdiyi pullar və 4 baş i nəyə görə alacağı təxminən 140.700 ABŞ dollarını istədikdə sonuncu bildirmişdir ki, o, bəzi məsələləri düzgün deməmişdir, onunla haqq-hesabı yenidən aparıb məsələyə aydınlıq gətirdikdən sonra borcunu qaytaracaqdır. Bu səbəbdən həm İddiaçı1, həm də cavabdehlə aralarındakı haqqhesab yarımçıq qalmış və razılaşmışlar ki, yenidən görüşüb bu məsələyə aydınlıq gətirsinlər. Bir-iki gündən sonra İddiaçı1, cavabdeh və qardaşı Rövşən Bakı şəhərinə qayıtmışlar. Özündə qeydiyyat apardığı vərəqələri cavabdehə vermişdir ki, öz qeydləri ilə sakitçilikdə araşdırsın. Sonrakı günlərdə İddiaçı1 tapşırığı ilə tanışı İddiaçı2 zəng vuraraq göndərdiyi sənədlər və cavabdehdən aldığı kitabça əsasında telefonla haqq-hesab aparmağa başlamış və sonda belə nəticəyə gəlinmişdir ki, cavabdehlə onun şərikli işlərindən ümu milikdə 46.000 ABŞ dolları təmiz qacancları olmalıdır. Bir neçə gün sonra cavabdeh və İddiaçı2 Moskva şəhərinə yanına gəldikdə üçü haqq-hesab apararkən cavabdeh faktiki olaraq onun ödədiyi gömrük və yük maşınlarının daşınma xərcini özünün Bakı şəhərində çəkdiyi xərclərə daxil edərək malın Bakı şəhərindən çıxarkən maya dəyərini artıq göstərdiyi üçün bu dəfəki hesablama zamanı cavabdehlə onun şərikli işində sonda 27.000 ABŞ dolları ziyan olduğu ortaya çıxmışdır. Cavabdehin öz hesablamasına görə deməsindən belə çıxmışdır ki, guya onun apardığı qeydiyyatda qeyd olunduğu kimi 1.400.000 ABŞ dolları deyil, az pul almışdır və sonda 203.000 ABŞ dolları da ödəməlidir. O isə bunun düzgün olmadığını və əslində ümumi işlərindən 138.000 ABŞ dolları təmiz qacanc olduğunu, həmçinin İddiaçı1 verməli olduğu 60.000 ABŞ dolları qazancın da cavabdehdə qaldığını bildirmişdir. Lakin cavabdeh onun hesablaması ilə razılaşmamış və aralarında möhkəm narazılıq yarandığı üçün haqq-hesabı yenə yekunlaşdıra bilməmişlər. Cavabdeh öz kitabçasını da götürüb Bakı şəhərinə qayıtmışdır ki, o, Bakıya gəldikdə yenidən haqq-hesab etsinlər. Növbəti gün İddiaçı2 da Bakı şəhərinə qayıtmışdır. Sonradan İddiaçı1 hər dəfə öz pulunu cavabdehdən geri istədikdə, sonuncu onunla haqq-hesabını başa çatdırmadığını bəhanə edərək borcunu qaytarmamışdır. İddiaçı1 da onunla cavabdeh arasında olanların özünə aidiyyəti olmadığını bildirmiş və nəticəsi olmadığı üçün 2018-ci ilin sentyabr ayında polis orqanına cavabdeh barəsində şikayət etmişdir. Apellyasiya instansiyası məhkəməsi xxx un istintaq orqanında verdiyi ifadəsi ilə tərəflə rin izahatlarını müqayisəli şəkildə təhlil edib, işə əlavə edilmiş digər sübutları araşdırıb müəyyən etmişdir ki, xxx la cavabdeh arasında yaranmış şərikli biznes fəaliyyətinə İddiaçı1 heç bir aidiyyəti olmamışdır. Belə ki, xxx la olan şərikli biznesinə görə cavabdeh özünə aid olan xərcləri çəkmək üçün imkanı (pul vəsaiti) olmadığına görə İddiaçı1 dəfələrlə, hissə-hissə 170.000 ABŞ dolları borc pul almış və sonradan həmin borcdan 32.000 ABŞ dollarını qaytarsa da, 138.000 ABŞ dolları məbləğində borcu qalmışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, xxx un cavabdehlə şərik işləməsi faktı isə İddiaçı1 cavabdehə tərəddüd etmədən borc verməsi üçün zamanət (qarantiya) qismində çıxış etmişdir. Apellyasiya instansiyası məhkəməsi mülki iş materiallarını araşdırıb, tərəflər arasında olan razılaşmanı nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, xxx la olan şərikli biznes fəaliyyəti üzrə xərclərini qarşılamaq üçün cavabdehin dəfələrlə iddiaçıdan müxtəlif məbləğlərdə cəmi 170.000 ABŞ dolları məbləğində borc pul alması və həmin puldan İddiaçı1 cəmi 32.000 ABŞ dolları qaytarması işin mübahisə olunmayan hallarıdır, cavabdeh özü də kassasiya şikayətində İddiaçı1 həqiqətən 170.000 ABŞ dolları pul almasını və həmin puldan ona 32.000 ABŞ dolları qaytarmasını inkar etməmişdir. Lakin cavabdeh həmin pulu İddiaçı1 borc deyil, birgə biznes fəaliyyəti üçün aldığını göstərib iddia ərizəsinə etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməmişdir. Həmin fakt xxx un istintaq orqanında verdiyi ifadəsi ilə də təsdiq olunmur. Göründüyü kimi, tərəflər arasında yazılı surətdə (notarial qaydada) bağlanmış borc müqaviləsinin olmamasına baxmayaraq, cavabdeh İddiaçı1 hissə-hissə cəmi 170.000 ABŞ dolları pul almasını etiraf etmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə isə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İstinad edilən normalar baxımından, tərəfl ər arasında borc müqaviləsinin bağlanması zamanı Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə əməl olunmaması səbəbindən həmin müqavilənin etibarsız sayılması halında belə, bu Məcəllənin 337.5-ci maddəsinin tələbinə görə cavabdeh yenə də aldığı pulları geri qaytarmalıdır. Həm də cavabdeh əqdin etibarsızlığını mübahisələndirməmişdir. Eyni zamanda, məhkəmə tərəfindən borc kimi qiymətləndirilən pul vəsaitinin iddiaçıdan alınmasının cavabdeh tərəfindən etiraf olunması Mülki Məcəllənin 882-ci maddəsinin tətbiqinə də əsas verir. Belə ki, Mülki Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi ya zılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə görə isə, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb müəyyən etmişdir ki, cavabdeh tərəfindən İddiaçı1 cəmi 170.000 ABŞ dolları məbləğində pulun alınması və sonuncu tərəfindən həmin puldan 32.000 ABŞ dollarının ona qaytarılmasının etiraf olunması, əslində onlar arasında mövcud olmuş hesablaşmaya ə saslanmışdır. Belə vəziyyətdə, Mülki Məcəllənin 882.5-ci maddəsinə müvafiq olaraq, borcun etirafının yazılı formada olması məcburi deyil. Digər tərəfdən, cavabdeh tərəfindən borcun (öhdəliyin) etirafı əslində yazılı formada edilmişdir (onun ibtidai araşdırma orqanlarına yazılı formada verdiyi izahatlarında da hazırda iddia olunan fakt öz təsdiqini tapmışdır. Ona görə də apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb düzgün olaraq belə nəticəyə gəlmişdir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, cavabdeh İddiaçı1 borc kimi aldığı cəmi 170.000 ABŞ dolları məbləğində puldan 32.000 ABŞ dollarını qaytarmış, onun həmin borc öhdəliyi üzrə İddiaçı1 ödənilməm iş 138.000 ABŞ dolları borcu qalmışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi cavabdehin etirafına əsaslanaraq müəyyən etmişdir ki, cavabdeh İddiaçı1 aldığı 3 (və ya 4) baş iri buynuzlu heyvanlara görə sonuncuya 2.700 ABŞ dolları məbləğində borclu olması və həmin borcun da ödənilməməsi işin mübahisələndirilməyən hallarıdır. Bu faktı cavabdeh özü də kassasiya şikayətində inkar etməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini 200.700 ABŞ dolları məbləğində təmin etmişdir ki, həmin məbləğə 138.000 ABŞ dolları, 2.700 ABŞ dolları və 60.000 ABŞ dolları daxil olmuşdur. Burada 60.000 ABŞ dolları İddiaçı1 cavabdeh vasitəsilə göndərilən, lakin cavabdehin ona vermədiyi pul kimi nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə q ismən razılaşıb, işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini 60.000 ABŞ dollarına aid hissədə təmin etməkdə haqlı olmamış və düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin hallarından, işdə iştirak edən şəxslərin izahatlarından, o cümlədən xxx un istintaq orqanında verdiyi ifadədən görünür ki, 60.000 ABŞ dolları İddiaçı1 tərəfindən cavabdehə borc kimi verilməmişdir. İddiaçı1 iddia ərizəsində, izahatında həmin pulun ona Moskva şəhərindən şəriki xxx tərəfindən cavabdeh vasitəsilə göndərildiyini, lakin cavabdehin həmin pulu özünə götürərək ona vermədiyini iddia edir. Cavabdeh isə 60.000 ABŞ dolları pulun onun özünə aid olduğunu və həmin pulu xxx la şərikli biznes fəaliyyətindən özü qazandığını bildirir. Apellyasiya instansiyası məhkəməs i iddia tələbinin bu hissəsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, iddia tələbinin bu hissəsi üzrə cavabdeh 60.000 ABŞ dolları məbləğində pulun İddiaçı1 çatdırılmamasına görə xxx qarşısında məsuliyyət (cavabdehlik) daşıyır və həmin pulu ondan yalnız xxx geri tələb edə bilər. İddiaçı1 isə iddia olunan 60.000 ABŞ dolları məbləğində pulu cavabdehdən geri tələb etməsi üçün faktiki və qanuni əsası yoxdur. Ona görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, irəli sürülmüş iddia tələbi 60.000 ABŞ dolları pul tələbinə aid hissədə əsassız olduğundan təmin edilməməli və cavabdehdən alınıb İddiaçı1 verilməli olan borc pulun məbləği cəmi 140.700 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Kassasiya instansiyası m əhkəməsi kassasiya şikayətlərinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorların kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Az ərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh və İddiaçı1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)-2665/2019 saylı qətnaməsi kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-597/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-597/2020
11.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver