Məhkəmə qərarları › İş №2(102)-5972/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5972/2021

13.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5972/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar X1 və X2 Cavabdeh qarşı “pul və əmlak” tələbinə dair iş üzrə QƏRAR (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-69/2019 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 dekabr 2021-ci il tarixdə Ali M əhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat İddiaçılar X5 və X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh pul əvəzi olaraq verilmiş “Pontiac” markalı, **-FR-*** dövlət nömrə nişanlı avtomaşının X3 qaytarılması və 3 sot torpaq sahəsinin alınması üçün verilən 9000 ABŞ dolları məbləğində pulun X4 verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ağsu Rayon Məhkəməsinin (hakim T.İsmayılov) 04 dekabr 2015-ci il tаrixli, 2(016)-23/2015 saylı qətnaməsi ilə iddiа təmin edilmiş, Cavabdeh “Pontiac” markalı, ** FR *** dövlət nömrə nişanlı avtomaşının alınıb X3 və 9000 ABŞ dolları məbləğində pulun ödəniş gününə manatın məzənnəsinə uyğun olaraq alınıb X4 verilməsi qət edilmişdir. Qətn amədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Ağsu Rayon Məhkəməsinin 04 dekabr 2015-ci il tаrixli, 2(016)-23/2015 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdi. Apellyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov - sədrlik edən və məruzəçi, M.Əsədli və İ.Quliyev) 17 yanvar 2019-ci il tarixli, 2(107)-69/2019 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin 04 dekabr 2015-ci il tаrixli, 2(016)-23/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə cavabdeh tərəfindən 06.02.2019-cu il tarixdə alınmışdır( cild 1, iş.v.247) Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasın ın 17 yanvar 2019-ci il tarixli, 2(107)-69/2019 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi 24.05.2021-ci il tarixdə daxil olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər M.Əsədli - sədrlik edən və məruzəçi, Ə.Məcidov və A.Mahmudov) 22 iyul 2021-ci il tarixli 2(107)-69/2019 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2019-ci il tarixli, 2(107)-69/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2019-ci il tarixli, 2(107)-69/2019 saylı qətnaməsini Cavabdeh 06 fevral 2019-cu il tarixdə almışdır. Kassasiya şikayəti isə 10.05.2021-ci il tarixdə poçta təhvil verilmişdir. Yəni iki ildən artıq müddət keçmişdir. Eyni zamanda müddətin bərpası barədə vəsatət daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1, 130.1, 408.1.4-cü maddələrinin tələblərinə istinad edərək əsaslandırmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2021-ci il tarixli 2(107)-69/2019 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının tələbləri kobud formada pozulmuşdur. İddiaçı Səməd Hacıağayev kassasiya şikayətinə dair məhkəməyə yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin formal olaraq vaxt uzatmaq məqsədi ilə verildiyini, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qərardadla razılaşdığını qeyd edib kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası həmin şəxsin izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə he ç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə

146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının h ədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qərardad iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, a pellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzürlü səbəbləri təqdim etməyə borcludur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qətnamə cavabdehin qeydiyyatda olduğu ünvana göndərilmiş və həmin ünvanda 06.02.2019 -ci il tarixdə alınmışdır, bu barədə işdə müvafiq xəbərnamə mövcuddur. Cavabdeh kassasiya şikayətində həmin ünvanda yaşamadığını qeyd etsə də məhkəməyə başqa ünvan məlum olmamışdır. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardad ının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-69/2019 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar