Məhkəmə qərarları › İş №2(102)-5974/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5974/2022

19.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5974/2022 19.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1741/2022 nömrəli mülki iş üzrə 19 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 19 dekabr 2022- ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, kooperativ Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 38-də yerləşən, MMC-yə məxsus tikilməkdə olan binasında 10 №-li mənzili (91 kv metr) payçıya verməyi, payçı isə həmni mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. 2. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-yə məxsus kooperativ yaşayış binasının İ giriş, İİ mərtəbəsində, ümumi sahəsi 91kv metr olan 2 otaqlı, 10 saylı mənzilin ümumi pay dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir.

3. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestri tərə findən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 74,10 kv metr olan, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 987-ci məhəllə, ev 64, mənzil 10 (yeni qaydalarla AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 64, M3, m4) İddiaçı mülkiyyətindədir.

4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” nın 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri 0,3, şüşəbənd və lociyalar - 0,5, eyvanlar (verandalar)- 1,0 azaltma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə əlavə edilir. Bu səbəbdən qeyd olunan mənzilin faktiki ümumi sahəsi ilə göstərilən qaydalara əsasən hesablanmış mənzillərin ümumi sahəsi arasında fərq mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək, cavabdehdən 17740 manat maddi, 10000 manat mənəvi ziyanın və iddia qaldırmağa görə ödənilmiş 40 manat dövlət rüsumunun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən, cavabdeh Nəsimi rayonu, Qulu Quliyev küçəsi 38-də yerləşmiş tikilməkdə olan yaşayış binasında 10 nömrəli mənzili iddiaçıya verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin 2 otaqdan ibarət, ümumi sahəsi 91 kv metr olması nəzərdə tutulmuş, ümumi dəyəri 95000 manat məbləğində müəyyən olunmuş və iddiaçı müqavilə ilə nəzərdə tutulan bütün öhdəlikləri yerinə yetirmişdir. Lakin mənzilə dair DƏDRX-n in çıxarışında və texniki pasportunda mənzilin sahəsi 74,1 kv metr qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh öhdəliyin məzmunu ilə bağlı şərtləri pozaraq, iddiaçıya ümumi sahəsi 91 kv metr olan mənzil verilməli olduğu halda, daha az sahəli (74,1 kv metr) mənzil təhvil vermişdir. Qeyd olunmalıdır ki, mənzilin hər kvadratmetrinə görə qiyməti 1044 manat məbləğində müəyyən olunmuş, belə olduğu təqdirdə isə cavabdeh ondan mənzilə görə 17748 manat artıq pul almışdır.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 oktyabr 2021-ci il tarixli, 2(006)5459/2021 saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia rədd olunmuşdur.

8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı və "xxxx" MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən MMC Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 987-ci məhəllə, ev 64, mənzil 10-u İddiaçı verməyi öhdəsinə götürmüş, tərəflərin qarşılıqlı razılaşmasına əsasən ümumi sahəsi 91 kvadrat metr olan yaşayış sahəsinin ümumi dəyəri olan 95000 manat payçı tərəfindən MTK-ya tam ödənilmişdir.

9. Həmçinin, qeyd olunan mənzil İddiaçı mülkiyyətinə verilmiş və mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların X1 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda və mənzilin texniki pasportunda mənzilin ümumi sahəsinin 74,10 kvadrat metr olması qeyd edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, hazırda mübahisələndirilən hal cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə verilmiş mənzilin sahəsinin müqavilə şərtlər inə uyğun olub-olmamasıdır.

11. Beləliklə, İddiaçı mülkiyyətində olan mənzilin ümumi sahəsi faktiki olaraq 91 kvadrat metr olmaqla, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə uyğun azaltma əmsalı tətbiq edilərkən 74,10 kvadrat metr təşkil edir. Yəni mənzilin sahəsinin müəyyən olunmasında fərq yalnız onun hesablanması qaydasının müxtəlif olmasından irəli gəlmişdir.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması zamanı mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”na uyğun 74,1 kvadrat metr kimi hesablansa da, cavabdeh MTK müqavilə bağlayarkən mənzilin layihə üzrə ümumi sahəsinin 91 kvadrat metr təhvil verməyi üzərinə götürmüş və müqavilə üzrə həmin öhdəliyi tam olaraq icra etmişdir.

13. İddiaçı mənzili alarkən onun ümumi layihə sahəsinin 91 kvadrat metr olmasını və mənzildə balkonların olmasını bilmiş və həmin şərtlərlə razılaşaraq, müqaviləni imzalamışdır. Cavabdehin iddiaçının hesabına əsassız varlanması iş materialları ilə müəyyən olunmamışdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.1.5, 425.1, 385.1, 389.1, 390.1, 442, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2, Azərba ycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin 1-ci abzasına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2. 77.1, 119.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iş üzrə tam və hərtərəfl i araşdırmanın aparılmaması və s. göstərilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1741/2022 nömrəli iş üzrə 19 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Babayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin olunması, cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 12528 manat pul vəsaiti, dəymiş mənəvi ziyana görə 500 manat, həmçinin ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulması, iddianın qalan hissədə təmin olunmaması, məhkəmə xərcinin cavabdeh "xxxx" MMC-yə aid edilməsi qət olunmuşdur.

18. A pellyasiya məhkəməsi, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, ilk növbədə bildirmişdir ki, tərəflər arasında 12 sentyabr 2013-cü il tarixli müqavilənin bağlanması, həmin müqaviləyə əsasən cavabdehin ünvan 1 ünvanda yerləşən mənzili iddiaçıya verməyi öhdəsinə götürməsi, tərəflərin qarşılıqlı razılaşmasına əsasən mənzilin ümumi sahəsinin 91 kv metr olması və ümumi dəyərinin 95000 manat təşkil etməsi, həmin pul vəsaitinin iddiaçı tərəfindən MTK-ya tam ödənilməsi mübahisələndirilməmişdir.

19. Lakin iddiaçıya müqavilədə nəzərdə tutulmuş sahədə mənzil təhvil verilməmişdir. Belə ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və mənzilin texniki pasportundan görünür ki, mənzilin ümumi sahəsi 74,1 kv metr təşkil etmişdir. Eyni zamanda, mənzilin ümumi sahəsinə fakt iki olaraq 9,8 kv metr ölçüdə lociya daxil olsa da, ona müvafiq azalma əmsalı hesablanmaqla 4,9 kv metr kimi nəzərə alınmışdır. Belə olan halda isə mənzilin ümumi sahəsi azalma əmsalı nəzərə alınmadan 79 kv metr təşkil etmişdir (ekspertiza rəyi ilə isə mənzilin ümumi sahəsi azaltma əmsalları tətbiq olunmadan 78,5 kv metr müəyyən olunmuşdur).

20. Məhkəmə hesab etmişdir ki, mənzilin ümumi sahəsi azalma əmsalı nəzərə alınmadan səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş texniki pasporta əsasən 79 kv metr, ekspertiza rəyi ilə isə 78,5 kv metr müəyyən olunmuşdur.

21. Məhkəmə sübutları müqayisəli təhlil edərək mənzilin ümumi sahəsinin texniki pasporta əsasən müəyyən olunmasını qanuni və əsaslı hesab etmişdir.

22. Hər bir halda cavabdeh iddiaçıya müqavilədə nəzərdə tutulmuş ölçüdə, yəni 91 kv metr sahədə mənzil təhvil verməmiş, əksinə həmin ölçüdə sahəyə görə müvafiq pul vəsaitini (müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş 95000 manat pul) almışdır.

23. Beləliklə, işin hallarından və tədqiq olunmuş sübutlardan açıq-aşkar müəyyən edilir ki, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, 91 kv metr sahədə mənzili iddiaçıya təhvil verməmişdir.

24. Belə olan halda isə iddiaçı mənzilin çatışmayan 12 kv metr sahəsinə görə (hər kv metr 1044 manat olmaqla, yəni – 95000 manat: 91 m2 = 1044 manat) cavabdehə 12528 manat artıq pul ödəmiş olmuş, bununla da cavabdeh əsassız varlanmışdır.

25. Belə ki, cavabdehin qeyd edilən pul vəsaitini özündə saxlamaqda qanuni və hüquqi əsası yoxdur. Bu səbəbdən də həmin pul vəsaitini iddiaçıya qaytarmalıdır.

26. Cavabdeh isə et irazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.

27. Bununla yanaşı, apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia mənəvi ziyanın ödənilməsi hissəsində də qismən təmin olunmalıdır.

28. Belə ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənə vi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 ap rel 2020-ci il tarixli qərarı).

29. Baxılan işdə iddiaçının dəyərini ödəyərək müqavilədə nəzərdə tutulmuş sahədə mənzil alacağına ümidlər etməsi, uzun müddət bunu gözləməsi, lakin cavabdehin təqsirli hərəkətləri nəticəsində ümid etdiyindən daha azına sahib olması əlbəttə ki iddiaçının mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaçının mənəvi sarsıntı keçirməsi barədə dəlillərini əsaslı sayır və hesab etmişdir ki, ona həqiqətən mənəvi ziyan dəymişdir.

30. Lakin məhkəmə pozuntunun xarakterini və ağırlıq dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, cavabdehdən mənəvi ziyana görə 500 manat tutulmasını ağlabatan, ədalətli və qanuni saymışdır.

31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 425, 528, 752.1, 762. 1, 762.3, 1091.1 və 1092-ci, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinın 59.2 və 59.3-cu, Azərbaycan Respublikası Dövlət Şəhərsalmavə Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107 və 385.1.1-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh "xxxx" MMC (Vəkil3) kassasiya şikayəti verərək, apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, müqavilənin nə zaman bağlanmasını nəzərə almamışdır. Məhkəmə qətnaməsində müqavilə şərtlərinə münasibət bildirilməmişdir.

34. İddiaçı mənzilin sahəsi deyərkən divarların altındakı sahəni, sahənin çöldən çölə ölçülməsini nəzərdə tutmuşdur. İddiaçı mənzili qəbul edərkən və təmir etdikdən sonra mənzilin sahəsini dəqiq bilirdi. Əksi hesab edilsə idi, Bakı şəhərində mövcüd MTK-larda mənzillərin alqı-satqısı ilə bağlı mülki dövriyyə tamamilə iflic hala gələrdi. Hamı mənzilə texniki pasport aldıqdan sonra məhkəmədə bu tipli iddialar qaldırıb MTK-ların fəali yyətini imkansız edərdi. Bununla da tikinti sektoru tamamilə dayanardı.

35. Həmçinin, MTK-lar tərəfindən podrat müqaviləsi üzrə təhvil verilməli mənzilin sahəsi çöldən-çölə ölçülür və divarların altındakı sahələr nəzərə alınır. Əks təqdirdə MTKlar podrat müqaviləsi üzrə ümumi öhdəliyi icra edə bilməzlər.

36. İddiaçı haqlı olsa belə, iki illik iddia müddətini keçmişdir. İki illik iddia müddətinin axımı, texniki pasportun təqdim edildiyi vaxtdan deyil, həmin mənzilin iddiaçıya təhvil verildiyi, təmir işlərinin aparıldığı vaxtdan hesablanmalı idi. Çünki iddiaçı mənzilin sahəsinin, texniki pasportda qeyd edilən ölçülərdə olmasını ən azı təmir işləri apararkən bilməli idi. İddia müddətinin axımı həmin vaxtdan hesablanmalı idi. 37. şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 10. 1, 21, 324.5, 390.1 və 1095-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 385.1.2ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. İddiaçı kassasiya şikayətinə etiraz ərizəsi təqdim edərək, kassasiya şikayətinin əsassız olduğundan rədd edilməsi və apellyasiya instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bə rpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

40. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

41. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

42. Maddə

528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

43. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

44. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

45. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

46. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

47. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi

48. Maddələr 59.2, 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq y eri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalmavə Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”

49. Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahə si hesablanarkən balkon və terrasların sahələri - 0,3, şüşəbənd və lociyalar - 0,5, eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarı

50. Bənd

8. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətlə ndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam müb ahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini iş materiallarına əsasən araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətlərin in dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

64. Cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətində irəli ıürülmüş dəlillər iddia ərizəsinə etirazda da göstərilmiş, həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən irəli sürülmüşdür və məhkəmədə işə apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüqu qi qiymət veriilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır, təkrar qiymətləndirməyə zərurət görmür.

65. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinın 59.2 və 59.3-cu maddələri, Azərbaycan Respublikası Dövlət Şəhərsalmavə Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə əsasən haqlı olaraq hesab etmişdir ki, cpavabdehin təhvil verdiyi mənzili sahəsi 12 sentyabr 2013-cü il tarixli müqavilənin şərtlərinə uyğun olmamış, iddiaçı artıq ödəmələr etmiş, cavbadehin müqavilənin şərtlərinə əməl etməməsi iddiaçının mənəvi zərər çəkməsi ilə nəticələnmişdir.

66. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəl diyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

67. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Mədud Məsuliyyəli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1741/2022 nömrəli mülki iş üzrə 19 iyul 2022-ci il tarixli qət naməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar