Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5978/2018 29.08.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 29 avqust 2018-ci il İş № 2(102)-5978/2018 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi ilə, İddiaçı1 tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-939/2018 nömrəli iş üzrə 26 aprel 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Şəki rayon məhkəməsinin 11 yanvar 2018-ci il tаrixli, 2(075)-274/2018 saylı qətnаməsi ilə (haki m Elçin Mehdiyev) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5in cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı Cavabdeh1 dövlət notariusu X1 təsdiqlədiyi X5 tərəfindən X2 04 iyul 2012-ci il tarixdə verilmiş etibarnamənin və həmin etibarnamə əsasında X5in adından X6 tərəfindən X4 ünvan 1 ünvanlı fərdi yaşayış evinin bağışlanmasına dair 23 iyul 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və göstəriciləri RX seriyalı, ******* olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia tələbləri rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, İnşallah Quliyev) 26 apre l 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki rayon məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(075)-274/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4və İddiaçı5 cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 dövlət notariusu X1 təsdiqlədiyi X5 tərəfindən X2 04 iyul 2012-ci il tarixdə verilmiş etibarnamənin və həmin etibarnamə əsasında X5in adından X5 tərəfindən X4 ünvan 1 ünvanlı fərdi yaşayış evinin bağışlanmasına dair 23 iyul 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və göstəriciləri RX seriyalı, ******* olan hüquqların dövlə t qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1963-cü il tarixdə hazırda mübahisə predmeti olan ünvan 2 ünvanda yaşamış, 1980-cı ildə Bakı şəhərində ali məktəbə qəbul edilmiş, 1985-ci ildə ali təhsilini başa vurduqdan sonra təyinat əsasında 1985-ci ildən 1989-cu ilə kimi Sumqayıt şəhərində işləmişdir. Sumqayıt şəhərində yaşadığı müddətdə 1988-ci ildə dövlət tərəfindən ona bir otaqlı ev verilmişdir. 1990-cı ildən Bakı şəhərində yaşamaqla orada işlədiyindən Sumqayıt şəhərindəki 1 otaqlı evini Bakı şəhərində başqa bir evlə dəyişdirərək Bakı şəhərində yaşamağa başlamış, 1995-ci ilə kimi Bakı şəhərində fasiləsiz yaşamışdır. Bundan sonra Rusiya Federasiyası na gedib-gəlmişdir. Nəhayət 2010-cu ildə digər iddiaçılardan həyat yoldaşı İddiaçı2 və uşaqları İddiaçı3, İddiaçı4və İddiaçı5 ilə birlikdə daimi yaşamaq üçün Şəki şəhəri ünvan 1 ünvanda yerləşən atası evinə qayıtmışdır. 2010-cu ildən hal-hazıradək və digər iddiaçılarla bir ailə olaraq Şəki şəhəri ünvan 1 ünvanda yerləşən həmin evdə yaşayırlar. Atası X5 24 yanvar 2013-cü il tarixdə vəfat etmişdir. Atasının yas mərasimi günlərində onlara məlum olmuşdur ki, atasının mülkiyyətində olmuş və mübahisə predmeti olan həmin ev X3 mülkiyyətinə keçmişdir. O, atası X5in birinci dərəcəli vərəsəsidir. Atası X5in ondan başqa vərəsələri kimi X8, X9, X11 və X12 adlı vərəsələri də qalmışdır. Lakin, mübahisə predmeti olan ev X3 adına rəsmiləşdirilmişdir. X6 atasının yaşlı olmasından və onun səhhətinin yaxşı o lmamasından istifadə etməklə, qanunsuz olaraq, saxta yolla onun və digər vərəsələrin, o cümlədən həmin mənzildə qeydiyyatda olan şəxslərin xəbərləri olmadan həmin evi bağışlama yolu ilə öz adına sənədləşdirilmişdir. Həmin müqavilə bağlanılarkən evin mülkiyyətçisi olan atası xəstə olmuş, o, öz hərəkətlətinin mənasını başa düşməmiş, həmin bağışlama müqaviləsi onun iradə ifadəsi olmamışdır. Əslində, atası həmin evi bağışlamamış, o, yalnız X2 04 iyul 2012-ci il tarixdə həmin evlə bağlı etibarnamə vermişdir. X5 da planlaşdırılmış şəkildə həmin etibarnamə əsasında atası X5in adından ünvan 1 ünvanlı fərdi yaşayış evini X4 bağışlamışdır. Ona görə də atasının adından X2 verilmiş etibarnamə və həmin etibarnamə əsasında aparılmış 23 iyul 2012-ci il tarixli müqavilə etibarsız hesab edilməli, qeyd edil ən evlə bağlı verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-939/2018 nömrəli iş üzrə 26 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin və apellyasiya şikayətinin əsasları ilə eynilik təşkil edən kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə sübutlara obyektiv, hərtər əfli və tam baxmamış və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər gəlmədikləri üçün və gəlmələrinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi iş in faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-939/2018 nömrəli iş üzrə 26 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən sax lanılmaldır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, ƏMDK yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən 02 iyun 2008-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X5in adına qeydiyyata alınmışdır. X5 04 iyul 2012-ci il tarixdə Cavabdeh1 dövlət notariusu X1 təsdiqlədiyi etibarnamə əsasında özünə məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin barəsində sərəncam verməyi, həmin evi satmağı, bağışlamağı, dəyişməyi, ipoteka ilə yüklü etməyi X2 etibar etmişdir. X5 də həmin etibarnamə əsasında Cavabdeh1 dövlət notariusu X1 təsdiqlədiyi 23 iyul 2012-ci il tarixli bağışlama müqaviləsi əsasında X5in adından mübahisə predmeti ola n həmin fərdi yaşayış evini X4 bağışlamışdır. Bundan sonra həmin fərdi yaşayış evi ilə bağlı qeyd edilən bağışlama müqaviləsinə əsasən X3 adına rəsmiləşdirilmiş, bununla bağlı DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən 10 avqust 2012-ci il tarixdə RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qeyd edilən etibarnamənin və həmin etibarnamə əsasında aparılmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsini, həmin evlə bağlı verilmiş reyestrdən çıxarışın ləğv edilməsini tələb edirlər. İddiaçılar hazırki iddialarının əsası kimi vərəsələri olduqları həmin evin mülkiyyətçisi X5in öz evini X4 bağışlamaq niyyətinin olmadığını, bu bağışlamanın onun iradə ifadəsi olmadığını, həmin etib arnamə verilərkən X5in səhhətinin normal olmadığını, onun həmin vaxt xəstə olduğunu, etibarnamənin və bağışlamanın saxta və qanunsuz yolla aparıldığını bildirirlər. İş üzrə mübahisə predmeti olan barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs kimi qoyulmuş X6 isə iddianı qəbul etməyərək həmin evin atası X5 tərəfindən ona bağışlandığını, bunun üçün atasının həmin evlə bağlı onun arvadına qanuni şəkildə etibarnamə verdiyini, həmin etibarnamə əsasında qanunvericiliyin tələblərinə riayət etməklə bağışlama müqaviləsi təsdiqləndiyini, atasının həmin bağışlama müqaviləsindən xəbərdar olduğunu bildirir. Birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar iddia tələbinin əsaslı olduğuna istinad etdikləri hal kimi X5in özünə məxsus olan ünvan 4 ünvanı nda yerləşən fərdi yaşayış evinin barəsində sərəncam verməyi, həmin evi satmağı, bağışlamağı, dəyişməyi, ipoteka ilə yüklü etməyi X2-yə etibar etməsi ilə bağlı Cavabdeh1 dövlət notariusu X1 04 iyul 2012-ci il tarixdə təsdiqlədiyi etibarnamənin və həmin etibarnamə əsasında iyul 2012-ci il tarixdə təsdiq edilmiş bağışlama müqaviləsinin X5in iradəsinə zidd olaraq aparıldığını bildirsələr də, məhkəmə iclası zamanı bunlar öz təsdiqini tapmamışdır. Əksinə, iş materiallarına əlavə edilmiş məhkəmə qətnamələri ilə müəyyən edilir ki, hazırki iş üzrə tərəflərin iştirak etdikləri başqa bir mülki iş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizası əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 03 fevral 2015-ci il tarixli, 357 nömrəli və aprel 2015-ci il tarixli, 5710 nömrəli ekspert rəyləri ilə də bir daha qeyd edilən mübahisə predmeti olan evlə bağlı etibarnamə verilərkən aparılmalı olan əməliyyatlar zamanı X5in adından çəkilməli olan imzaların həqiqətən də onun özü tərəfindən çəkildiyi öz təsdiqini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, X5 həmin vaxt oxuya və imza edə bilmiş, onun səhhəti oxumağa və imza çəkməyə imkan vermiş və o, öz imzası ilə iradəsini ifadə etmişdir. İddiaçılar iddialarının haqlı olduğunu sübut edən halları məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə mübahisələndirilən etibarnamə və bağışlama müqaviləsi verilərkən aparılmalı olan əməliyyatların qanunvericiliklə müəyyən edilmiş qaydalar çərçivəsində aparılması qənaətindədir. Bundan başqa həmin bağışlama müqaviləsi əsasında evin mülkiyyətçisi X6 hesab edildiyind ən göstəriciləri RX seriyalı, ******* olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün də hər hansı bir qanuni əsas yoxdur və iddia tələbinin bununla bağlı hissəsi də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcə llənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdi rilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtə rəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına poz duqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Göründüyü kimi iddiaçı qanuna əsasən iddia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər iddiaçı sübut etmə vəzifəsini yerinə yetirmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, X5in özünə məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin barəsində sərəncam verməyi, həmin evi satmağı, bağışlamağı, dəyişməyi, ipoteka ilə yüklü etməyi X2 etibar etməsi ilə bağlı Cavabdeh1 dövlət notariusu X1 04 iyul 2012-ci il tarixdə təsdiqlədiyi etibarnamənin və həmin etibarnamə əsasında 23 iyul 2012-ci il tarixdə təsdiq e dilmiş bağışlama müqaviləsinin X5in iradəsinə zidd olaraq aparıldığını bildirsələr də, məhkəmə iclası zamanı bunlar öz təsdiqini tapmadı. Əksinə, iş materiallarına əlavə edilmiş məhkəmə qətnamələri ilə müəyyən edilir ki, hazırki iş üzrə tərəflərin iştirak etdikləri başqa bir mülki iş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizası əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 03 fevral 2015-ci il tarixli, nömrəli və 17 aprel 2015-ci il tarixli, 5710 nömrəli ekspert rəyləri ilə də bir daha qeyd edilən mübahisə predmeti olan evlə bağlı etibarnamə verilərkən aparılmalı olan əməliyyatlar zamanı X5in adından çəkilməli olan imzaların həqiqətən də onun özü tərəfindən çəkildiyi öz təsdiqini tapmışdır, X5 həmin vaxt oxuya və imza edə bilmiş, onu n səhhəti oxumağa və imza çəkməyə imkan vermiş və o, öz imzası ilə iradəsini ifadə etmişdir. Apellyasiya instansiyası məhkəmə apellyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, apellyator şikayətində mülki işin hallarını qeyd etməyərək öz dəlillərində maddi hüquq normalarının maddələrini sadalamış, idddiasının əsasını təşkil edən hallara istinad etməməklə əsaslandırmamış, hər hansı bir sübutunu məhkəmə kollegiyasına təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olara q və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini və məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticə nin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbini əsası kimi qeyd etdikləri hal ondan ibarət olmuşdur ki, həmin evin mülkiyyətçisi X5in öz evini X4 bağışlamaq niyyəti olmamış, bu bağışlamaya onun iradə ifadəsi olmamış, həmin etibarnamə verilərkən X5in səhhəti normal olmamış, o həmin vaxt xəstə olmuş, etibarnamə və bağışlama saxta və qanunsuz yolla verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, etibarnamə verilərkən və bağışlama müqaviləsi bağlanarkən iddiaçının mərhum ata sının aldadılmasına dair işdə heç bir sübut yoxdur, həmin etibarnamə notariat kontorunda təsdiq edildiyindən etibarnamənin məzmunca həqiqi olması prezumpsiyası mövcuddur. Sənədin həqiqiliyi qəti müəyyəndirsə (hazırkı işdə notariatda təsdiq olunmuş etibarnamə), yəni imza həqiqətən də sənəddə göstərilən şəxsə məxsusdursa, qarşı tərəf yalnız sənədin məzmunca yanlış olması barədə etirazları ilə sənədin məzmunca düzgün və tam olması prezumpsiyasını qüvvədən sala bilməz. Həmin etirazlardan əlavə, o, sənədin məzmun baxımından düzgün olmaması və ya başqa məqsədlə, fərqli qeyd-şərtlərin olmasını sübut etməlidir. Hazırkı işdə iddiaçı notariatda təsdiq olunmuş etibarnamənin məzmunun düzgün olmamasına istinad etdiyi üçün bununla bağlı sübutlar təqdim etmək onun üzərinə düşür. Əgər tərəf yazılı sənədin məzmununun düzgün olmamasına istinad edirsə, elə tutarlı sübutlar gətirməlidir ki, yazılı sübutun məzmununun həqiqi olmamasını birmənalı təsdiq etmiş olsun. Lakin iddiaçı bu vəzifənin öhdəsindən gələ bilməmişdir. İşdə olan digər sübutlarla birgə qiymətləndirmə aparanda iddiaçının dəlili öz təsdiqini tapmamışdır. Bağışlama zamanı iddiaçının razılığının alınmaması barədə kassasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, mülkiyyətdə olan əmlaka sərəncam verilməsi barədə müqavilənin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər mənzilin satılmasına razılığının olmamadsı əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. Hazırki iş üzrə isə bu hal mövcud deyildir. Oxşar mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il tarixli qərarında öz əksini tapmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı1-in kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-939/2018 nömrəli iş üzrə 26 aprel 2018-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5978/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-5978/2018
29.08.2018 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver