Məhkəmə qərarları › İş №2(102)-5978/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5978/2022

19.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5978/2022 19.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zahid oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5978/2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zahid oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3237/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları

1. İddiaçı və cavabdehlər arasında qazanc əldə etmək üçün birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə taxta şalban biznesi ilə əlaqədar sifariş podrat münasibətlərindən irəli gələn fəaliyyət olmuş, aralarında iri həcmli taxta şalban dövriyyəsi olmuş və həmin dövriyyə bir neçə il müddətində davam etmişdir. Cavabdeh1 iddiaçı ilə həmin fəaliyyətlə məşğul olan Cavabdeh2 Zahid oğlu tanış etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı X2 rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 83000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onunla biznes əlaqəsi qurub işləməyindən sui-i stifadə edib 83000 ABŞ dolları məbləğində pulunu mənimsəməsi barədə prokurorluğa müraciət etmişdir. Lakin sonuncu barəsində cinayət işinin təqibinə xitam verilmiş və mülki qaydada məhkəməyə müraciət etməsi izah olunmuşdur. Cavabdeh1 ilə taxta-şalban alveri edərkən cavabdehə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə pul vermiş və əvəzində taxta-şalban almışdır. Axır vaxtlar cavabdeh ondan aldığı pullara görə taxtaşalban verə bilməmiş və söz vermişdir ki, pulunu qaytaracaq. Lakin xeyli müddət keçdiyi üçün və pulunu vermədiyi üçün iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Digər Cavabdeh2 Zahid oğlu da iddiaçının göstərdiklərini təsdiq edə bilər. İddiaçını Cavabdeh1la Cavabdeh2 tanış etmiş və iddiaçıya verməli olduqları 30000 manat pulun əvəzinə görə Bakı şəhəri, Qobu qəsəbəsində ye rləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa etdirdiyi yaşayış evini sənədləri ilə birlikdə iddiaçıya vermişdir. Dəsturi söz vermişdir ki, həmin evin reyestrdən çıxarışını da alıb iddiaçıya verəcəkdir, lakin hal-hazıra kimi sözünə əməl etməmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçını tanıyır və aralarında həmişə xoş münasibətləri olmuşdur. Belə ki, o, Rusiya Federasiyasından taxta-şalban gətirməsinə görə iddiaçıdan müxtəlif vaxtlarda pul almış, pulun əvəzinə isə taxta-şalban gətirmişdir. Pulun bir hissəsini qaytarmış, lakin özü də ziyana uğradığından qalan hissəsini qaytara bilməmişdir. Lakin borc məbləği iddia olunan qədər deyil, daha az məbləğ təşkil edir. Hal-hazırda X10 ilə barışıb ortaq məxrəcə gəlmək istəyir. Sonda cavabdeh iddianın təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, Taxta- şalban işlərinə o, baxmışdır və iddiaçını Naxçıvan şəhərində yaşayanda tanımışdır. Cavabdehləri də tanıyır. İddiaçı Cavabdeh1 müxtəlif vaxtlarda pul vermişdir. Dəqiq Cavabdeh1 iddiaçıya nə qədər borclu olduğunu deyə bilmir, lakın onu deyə bilər ki, onların arasında dəfələrlə haqq hesab aparılmışdır.

6. İş materiallarında olan Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Rəfael Cəfərovun 27 aprel 2019-cu il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi” haqqında qərarının surətindən görünür ki, iddiaçı X9 və X6 20 aprel 2017-ci ildə Nərimanov rayon Prokurorluğuna şikayət ərizəsi verərək 16 yanvar 1998-ci ildə Siyəzən rayonunda anadan olmuş Cavabd eh1 2013-cü ilin oktyabr və noyabr aylarında Rusiya Federasiyasından taxta gətirəcəyi adı ilə vəd verərək 83000 ABŞ dolları məbləğində pulunu aldığını, lakin vədinə əməl etməyərək taxta gətirmədiyini aldığı pulu geri qaytarmadığını bildirmişlər. Araşdırma zamanı Cavabdeh1 verdiyi izahatından məlum olur ki, 2013-cü ilin oktyabr aylarında Rusiya Federasiyasından taxta gətirməsinə görə iddiaçıdan və X1 ayrı-ayrı vaxtlarda pul almış, həmin pulun müqabilində taxta gətirmiş və sonra yerdə qalan pulun bir hissəsini qaytarmış, bir hissəsini qaytara bilməmişdir.

7. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-6390/2021 saylı, 20 dekabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zahid oğlundan müştərək qaydada 83000 (səksən üç min) ABŞ dolları məb ləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında tərəflərin verdiyi izahatlarla və tədqiq edilmiş digər sübutlarla cavabdehlərin iddiaçıdan Rusiya Federasiyasından taxta-şalban gətirilməsi ilə bağlı 83000 ABŞ dolları pul məbləğini aldığı öz təsdiqini tapmışdır. Cavabdehlər iddiaçıdan pul vəsaitini hüquqi əsas olmadan əldə etmiş və bununla da əsassız varlanmışdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 386.1, 1091, 1092.1 və 1093.1-ci, Mülki-Prosessual Məcəlləsinin 52.2 və 191.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdehlər (vəkil və Nümayəndə) apellyasiya şikayəti verərək, qətn amənin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər Rusiya Federasiyasından taxta-şalban gətirməklə məşgul olmuşdurlar. İddiaçının verdiyi 83000 ABŞ dolları məbləğində pulun əvəzinə də cavabdehlər mal gətirərək, ona vermişdirlər. Hətta sonradan tikinti materiallarının qiymətinin artması ilə əlaqədar cavabdehlərə məlum olmuşdur ki, onların iddiaçıya verdiyi malın qiyməti 103.000 ABŞ dolları təşkil etmişdir, yəni təxminən 20.000 ABŞ dolları artıq dəyərə malik malı iddiaçıya təqdim etmişdirlər. Malların cavabdehlər tərəfindən iddiaçıya təqdim edilməsi çoxsaylı sənədlərlə sübut olunur. Qeyd olunan sənədlər məhkəməyə təqdim olunsa da, məhkəmə həmin sübutları nəzərə almamış və əsassız olaraq qətnamədə həmin məsələyə toxunmamışdır. Əksinə hakim qətnamədə Cavabdeh1 adından yalandan göstərmişdir ki, güya o iddiaçıya borcu olmasını etiraf etmiş və iddianı təmin etməyi xahiş etmişdir. Halbuki Cavabdeh1 məhkəmədə bildirmişdir ki, sadəcə iddiaçı ilə barışığa gəlmək istəyir. Bundan başqa, məhkəmə cavabdehlər tərəfindən iddiaçıya verilmiş malın dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair tələblərini də təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Lakin hazırda cavabdehlərin hər hansı təqsirindən söhbət gedə bilməz. Onlar iddiaçı qarşısından öhdəliklərini tamamilə icra etmişdirlər. Birinci instansiya məhkəməsinin qətnaməsindən göründü yü kimi, iddiaçının istinad etdiyi hal 2013-cü ilin oktyabr və noyabr aylarında baş vermişdir. İddia müddəti keçdikdən sonra iddiaçı yalan məlumatlara əsaslanaraq iddia qaldırmışdır. Məhkəmədə iddia müddətinin keçdiyi bildirilsə də, məhkəmə iddia müddətinin ötürülməsini nəzərə almamışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3237/2022 nömrəli 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)6390/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması və ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edi lmişdir.

13. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işə mülki icraat qaydasında birinci instansiya məhkəməsində baxılarkən cavabdehlər izahatlarında iddianı qəbul etməyərək iddiaçının verdiyi pulların qarşılığı qədər taxta və qalan digər borclarının pul ilə ödəməsini göstərsələr də, məhkəmə iclas protokolundan görünür ki, verilən suallara cavablarında həqiqətən də iddiaçıya borclu olmalarını təsdiq etmişlər. Başqa sözlə, iddianı qismən etiraf etmişlər. Lakin iddiaçının verdiyi pulların qarşılığı qədər taxta və qalan digər borclarının pul ilə ödəmələrini göstərsələr də, bu halları təsdiq edən sübutlar təqdim edilməmişdir.

14. Cavabdehlərin iddiaçıya həqiqətən də borclu qalmaları işə apellyasiya icraatı qaydasında baxılarkən də müəyyən edilmişdir. Belə ki, cav abdehlərin nümayəndəsi birinci instansiya məhkəməsində borclu olduqlarını etiraf etmələrini, lakin qaytardıqlarını da etiraf etmələrini göstərmişlər. Lakin borcun qaytarılması ilə bağlı cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərində iddiaçının verdiyi pulların qarşılığı qədər taxta və qalan digər borclarının pul ilə ödəmələrini göstərsələr də, kollegiyanın iclasında verilən suallara cavablarında nümayəndə iddiaçıya borclarının olması faktını bir daha təsdiq etmişlər. Lakin birinci instansiya məhkəməsində olduğu kimi cavabdeh tərəf borcun olmasını etiraf etməklə yanaşı onun qaytarılmasını da göstərsələr də, borcun tam qaytarılmasına, hətta əlavə 20.000 ABŞ dolları məbləğində malı da iddiaçıya verdiklərinə dair hər hansı mötəbər sübutlar təqdim etməmiş, bu halların mövcudluğu iş mater iallarında olan sənədlərlə təsdiq olunmasına israrlı olsalar da, iş materiallarında olan sənədlər bu faktın təsdiqi kimi deyil, tərəflər arasında alınan mal və pul alınıb verilməsini təsdiq edən hesablaşmalar kimi qiymətləndirilmişdir.

15. Məhkəmə kollegiyası cavabdeh tərəfin cavabdehlərin iddiaçıya 25 qatar vaqonu taxta tikinti materialı və bir ədəd yük maşını vermələri ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən verilmiş malların və yük maşının dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini təmin etməmələrinə dair dəlilinə (vəsatətinə) qiymət verərək hesab etmişdir ki, bu barədə vəsatət birinci instansiya məhkəməsində təqdim edilməli idi. Həmçinin də, kollegiyanın qənaətinə görə iş materiallarında olan sənədlər belə bir ekspertizanın keçiri lməsini təmin etmək üçün kifayət deyildir. Belə ki, cinayət işinin materiallarından da görünür ki, baş vermiş qiymət artımı (inflasiya, dolların kursunun dəyişməsi və s.) nəticəsində taxta –şalbanın qiymətləri dəyişən-artan istiqamətdə olmuş və onların faktiki alış-satış qiymətlərinə dair də cavabbeh tərəf birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim etməmişlər. Cavabdeh1 əvvəlki verdiyi izahatdan görünür ki, pulun tam qaytarıla bilməməsində səbəblərdən biri də ziyana düşməsi olmuşdur.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh tərəfin iddiaçı ilə barışığa gəlmək istəməsinə dair izahatına birinci instansiya məhkəməsinin düzgün qiymət verməməsinə dair dəlili ilə bağlı hesab etmişdir ki, bu mövqeyin özü də cavabdeh tərəfin həqiqətən də iddiaçı qarşısında müəyyən öhdəli yinin (borclu olması) qalmasının bir daha təzahürüdür.

17. Cavabdeh tərəfin iddiaçıya borclu qalması ilə bağlı birinci instansiya məhkəməsinin şahid X4 ifadəsinə istinad etməsi ilə də kollegiya razılaşır.

18. Cavabdeh tərəfin iddiaçıya borclu qalması ilə bağlı apellyasiya instansiyası məhkəməsində dindirilmiş şahid ifadəsini də kollegiya sübut növü kimi qiymətləndirir. Belə ki, şahid qismində ifadə vermiş X7 ifadəsində Rafiqin tapşırığı ilə yük avtomaşının satışı ilə bağlı məlumatla yanaşı göstərmişdir ki, o, Moskvada olarkən Rafiq 2 milyon rubla satılan bir maşın olduğunu demiş, o vaxtın puluyla təxminən 50000 dollar təşkil etmişdir. Ona tapşırmışdır ki, həmin maşını satsın. Rafiqin nümayəndəsi və onun (yəni, şahidin) nümayəndəsi Permdə görüşmüş, daha sonra o (yəni, şahid özü) maşını götü rüb avtobazaya aparmışdır. Maşın ZİL markalı yük maşını olmuş, daha sonra maşını Moskvada Fərhad adlı şəxsə satmışdır. Maşının satışı 2 milyon rubla razılaşdırılsa da, maşın satılarkən kurs dəyişdiyindən 49000 dollara satmışdır. O, maşını Rafiqin dediyi Fərhad adlı adama satmışdır. Elnurun adını Rafiqdən eşitmiş, Elnurun Rafiqə ağac göndərdiyini və pul borcu olduğundan xəbərdar olmuşdur.

19. Həmçinin işin materiallarından görünür ki, Cavabdeh2 iddiaçıya borc pulun əvəzinə görə Bakı şəhəri, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evini, sənədləri ilə birlikdə iddiaçıya versə də, iddiaçı tərəfin sözlərinə görə həmin evin reyestrdən çıxarışını da alıb ona verməsinə dair vədini yerinə yetirməmişdir. Başqa sözlə, Cavabdeh2 iddiaçı qarşısınd a borc pulla bağlı öhdəliyini tam icra etməmişdir.

20. Məhkəmə kollegiyası həmçinin məhkəmənin iddia müddətinin ötürülməsini nəzərə almamasına dair apellyasiya şikayətinin dəlilini əsassız sayır. Belə ki, cavabdeh tərəf cinayət işinin istintaqı zamanı dəfələrlə izahatlar vermiş, hətta aralarında üzləşmə kimi istintaq hərəkətləri də keçirilmişdir. Bundan başqa, həmin iş üzrə qəbul edilmiş qərarların da məzmunundan xəbərsiz ola bilməzdilər, çünki iş üzrə qəbul edilmiş qərarlar 2 dəfə ləğv edilib yeni araşdırılmaya göndərilmişdir. Beləliklə də, iddia ərizəsində hadisənin baş verdiyi ilin göstərilməməsi iddia müddətinin keçməsinə dair ərizə vermək hüququndan cavabdeh tərəfin istifadə edə bilməməsi üçün üzürlü əsas sayıla bilməz.

21. Birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən s axlayan apellyasiya məhkəməsi öz qənaətini Mülki Məcəllənin 385, 442 və 375.2-ci madələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdehlər (vəkil və Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilərinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə təqdim olunmuş sübutlar düzgün qiymətləndirilməmiş, işə faktlar əsasında baxılmış, iş üzrə əhəmiyyətli bütün faktiki hallar araşdırılmamış və nəticədə cavabdehlərin hüquqlarını kobud surətdə pozan əsassız və qanunsuz qətnamə çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 375.2 Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

26. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir

27. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləs i

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəm ə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

32. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər

33. Maddə 21 7.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya insta nsiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinni mövqeyi

37. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edi r ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 28 iyul 2022-ci il tarixli qətnaməsi ləğv ediməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

38. İşə birinci instansiyada baxan məhkəmə hesab etmişdir ki, cavabdehlər Rusiya Felerasiyasından iddiaçı üçün taxta-şalban gətirmək məqsədilə iddiaçıdan 83000 ABŞ dolları məbləğində pul almış, lakin bunun müqabilində mal verməmiş və pulu da qaytarmaqdan imtina etmişlər. Nəticədə cavabdehlər iddiaçının hesabına varlanmış, lakin bunun üçün qanuni əsas və ya müqavilə əsası olmamışdır, Mülki Məcəllə 1092.1 və 1093-ci maddələrinə görə iddiaçının həmin pulu cavabdehlərdən tələb etmək hüququ, cavabdehlər isə həmin pulu iddiaçıya qaytarmaq vəzif əsini daşıyırlar.

39. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsindən fərqli olaraq tərəflər arasında “borc pul ilə bağlı hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri”nin olması qənaətinə gəlmiş və Mülki Məcəllənin öhdəliyin anlayışı haqqında 385.1-ci və öhdəliyin icra edilməməsinin anlayışına dair 442-ci maddəsini tətbiq etmiş, əsassız olaraq maddi hüquq normasının düzgün tətbiq olunmamasını birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas saymamışdır. Halbuki maddi hüquq normalarının düzgün tətbiq olunmaması, yəni tətbiq edilməli olan qanunun və ya digər normativ hüquqi aktı tətbiq eidlməməsi apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsi üçün əsasdır.

40. İşdən daha sonra görünür ki, tərəflər uzun müddət biznes fəali yyəti ilə məşğul olmuş, iddiaçı cavabdehlərə pul vermiş, cavabdehlər isə Rusiya Federasiyasında yaşayan tanışları vasitəsilə taxta-şalban tədarük edib iddiaçıya təhvil verməyi öhdələrinə götürmüşlər. Apellyasiya instansiyası məhkəməsi də tərəflərin fəaliyyətini qazanc əldə etmək üçün birgə sahibkarlıq fəaliyyəti kimi dəyəpləndirsə də, tərəflər arasındakı münasibətləri düzgün olmayaraq “borc pul ilə bağlı hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətlər” kimi dəyərləndirmişdir. Halbuki tərəflər arasında mövcud olmuş hüquq münasibətləri düzgün müəyyən olunmadan mübahisənin düzgün həlli və maddi hüquq normalarının düzgün tətbiq edilməsi mymkün deyildir, apellyasiya məhkəməsi həmin məsələnin həlli zamanı bu halı diqqətdən qaçırmışdır.

41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsində, həmçinin iddiaçının şikayəti üzrə başlanmış cinayət işinin istintaqı zamanı şahid kimi verdikləri ifadələrində cavabdehlərin iddiaçıdan sonuncu üçün taxta-şalban tədarük etməsi məhqəsidə pul almaları, lakin həmin pulun müqabilində artıqlaması ilə taxta şalban tədarük etmələri və bir hissə pulu qaytarmaları barədə göstərdikləri halları iddianın qismən etirafı kimi qiymtələndirmiş, lakin göstərilən nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 106.3 və 191-ci maddələrinin tələblərini diqqətdən qaçırmışdır. Həmin normalara görə həm faktın iddiaçının tələbinin əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi, cavabdehin iddianı etiraf etməsini yalnız o halda idiaçını gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir ki, hə min hallar məhkəmə iclasının protokoluna yazılsın və bu barədə etiraf edən tərəf protokola imza etsin, yaxud da yazılı ərizədə ifadə olunsun. Lakin məhkəmə iclas protokollarında cavabdehlərin iddianı, yaxud faktı etiraf etmələri imzaları ilə təsdiq olunmamış, onların bu barədə məhkəməyə ünvanlanmış ərizəsi olmamış, həmçinin məhkəmə iclaslarının audio yazısının aparılması barədə disk iş materiallarına əlavə edilməmişdir.

42. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsa slı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zahid oğlunun kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3237/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar