Məhkəmə qərarları › İş №2(102)-598/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-598/2021

16.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-598/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Səhiyyə K.Y.Fərəcov adına X1rşı iş üzrə QƏRARİ iş № 2(102)-598/21 (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Nazirliyi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı1, Cavabdeh: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, K.Y.Fərəcov adına X7 İnstitutunun vəkili X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)6350/2020 saylı qətnaməsindən İddiaçı1 kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçılar məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, azyaşlı övladları X6 müalicəsinə çəkdikləri 75.000 manat maddi, 350.000 manat mənəvi zərərin əvəzinin cavabdehdən tutulub onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş ediblər və tələblərini belə əsaslandırıblar ki, İddiaçı2 ilə birgə nikahından xx xxx 2017-ci ildə Musa adlı uşaqları doğulub. Uşaq hamiləliyin 32-ci həftəsində doğulub və onun vəziyyəti yaxşı olmadığı üçün xx xxx 2017-ci il tarixdə tibb müəssisəsinə müraciət edib və uşaq reanimasiya bölməsinə yerləşdirilib və xx xxxx 2017-ci il tarixədək uşaq orada müalicə olunub. xx xxxx 2017-ci il tarixdə uşaq normal vəziyyətdə olduğu üçün evə buraxılıb və növbəti həkim müayinəsi xx xxxx 2017-ci il tarixə təyin edilib. xx xxxx 2017-ci il tarixdə uşaq yenidən sözü gedən xəstəxanada müayinədən keçib, lakin uşağın gözlərində problem olması barədə onlara heç bir məlumat verilməyib. xx xxxx 2017-ci il tarixdə həkimlərin məsləhəti ilə uşağı Z.Əliyeva adına göz xəstəlikləri Elmi-Tədqiqat İnstituna aparıblar və orada uşaq müayinə olunub. Orada uşağa iki gözün 5-ci dərəcə retinopotiyası diaqnozu qoyulub. Sözügedən tibb müəssisəsi uşağın sağlıq vəziyyətinə kompleks baxış keçirilməsini təmin etməli və lazım olduğu halda aidiyyəti üzrə yoxlamaların keçirilməsi üçün göndərməli idilər. Lakin həkimlər ciddi səhlənkarlıq etm işlər. xx xxxxxx 2017-ci ildə qohum əqrabanın maddi yardımı ilə onlar uşağı Rusya Federasiyası, Sank-Peterburq şəhərində “Leninqrad vilayət dövlət səhiyyə müəssisəsi”nin uşaq kliniki xəstəxanası göz mikrocərrahiyyəsi şöbəsində həkim işləyən X5 qəbuluna aparıblar və orada uşağa hər iki gözün retinopateyası diaqnozu qoyulub. Uşağın üzərində müxtəlif vaxtlarda çoxsaylı cərrahiyyə əməliyyatları aparılıb. Retinopatiyanın inkişafına görə göz müayinələri 31-32 həftəliyində doğulmuş uşaqlarda mütləq şəkildə hər həftə keçirilməlidir. Lakin bu barədə azyaşlı Musanın adına tərtib edilmiş xəstəlik tarixçəsində qeydiyyat aparılmayıb. Halbuki, X9 adına Göz-Xəsətlikləri İnstutunda tərtib olunmuş cədvələ görə, 31 həftəliyində doğulmuş və çəkisi 1500 qramdan aşağı olan uşaqlar retinopatiya ilə əlaqədar ola raq 4 həftəliyində müayinədən keçirilməli idi. Uşaq xx xxx 2017-ci ildən xx xxxx 2017ci il tarixədək tibb müəssisəsində müalicə aldıqdan sonra evə yazılarkən ətraflı oftalmoloji müayinəyə göndərilmədiyi üçün Səbinə Məcidovaya töhmət elan edilib, Şöbə müdiri Adilə Hacıyevaya, habelə həkim Lalə İsmayılovaya xəbərdarıq edilib. Buda həmin həkimlərin öz işlərinə səhlənkar və vəzifələrinə laqeyid yanaşmalarını təsdiq edir. Əgər həmin həkimlərin günahı olmasaydı onlar cəzalandırılmazdılar. Tibbi rəyə görə əgər vaxtında müdaxilə olunsaydı retinopatiya 5-ci dərəcəyə gəlib çıxmazdı. X10-Peterburq şəhərində “Leninqrad vilayət dövlət səhiyyə müəssisəsi”nin uşaq kliniki xəstəxanası göz mikrocərrahiyyəsi şöbəsi tərəfindən verilən epikrizə görə uşağın gözlərində xəstəlik ritinopatiya 1-ci dərəcədən başla yıb. Bütün bunlar həkimlərin əməllərində cinayətin əlamətlərinin olmasını tam sübut edir. Oğlu Musanın üzərində gözü ilə bağlı 2 yaşına qədər ümumilikdə 6 dəfə cərrahiyə əməliyyatı keçirilib. Həmin cərrahiyyə əməliyyatlarının hamısı Rusiya Federasiyası, Sank-Peterburq şəhərində yerləşən “Leninqrad vilayət dövlət səhiyyə müəssisəsi”nin uşaq kliniki xəstəxanası göz mikrocərrahiyyəsi Şöbəsində aparılıb. Hər dəfə onlar Rusiya Federasiyasına gedib-gəlmək və cərrahiyə əməliyyatının keçirilməsi üçün təqribən 15.000 manat vəsait xərcləmişlər. Bundan başqa uşaq gələndən sonra daimi olaraq müalicə olunur. Bu günə qədər onun dərmanlarına 10.000 manat vəsait xərcləmişlər. Həkimlər bildirmişlər ki, azyaşıl Musa bu xəstəliklə bağlı ömür boyu müalicə almalıdır. Sözügedən tibb müəssisəsinin səhlənkarlığı ucbatından onlar bir valideyin kimi ömür boyu izdirab çəkəcəklər, övladları Musa isə gözlərindən əziyyət çəkəcəkdir. Ona görə də azyaşlı övladları X6 müalicəsinə çəkdikləri 75.000 manat maddi, 350.000 manat mənəvi zərərin əvəzinin cavabdehdən tutulub onlara ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim T.B.Axundov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdehin təqsiri üzündən iddaçılara maddi zərərin dəyməsi, onların fiziki və mənəvi sarsıntılar keçirməsi və bunların məhz cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, habelə qanunsuz h ərəkət və hərəkətsizliklə maddi, mənəvi zərər arasında səbəbli əlaqənin olması və cavabdehin təqsiri müəyyən edilmir. Bu səbəbdən də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 21, 23-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçılar apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən və məruzəçi, E.Ə.Mehdiyev və Ş.A.Məmmədova) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyiş dirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və apelyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21, 23-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı1 kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Kasasiya instansiyası məhkəm əsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı1 məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, K.Y.Fərəcov adına X7 İnstitutunun vəkili Ziya Qəmbərov məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı1 vəkili Vəkil, İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzürsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin n ormalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Mə cəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci mad dəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şik ayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, İddiaçı1 kasasiya şikayətində apelyasiya instansiyası məh kəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 xx xxxxxxxx 2016-cı ildə rəsmi nikah əsasında İddiaçı2 ilə ailə qurub və onların birgə nikahından xx xxx 2017-ci il tarixdə Musa adlı uşaqları doğulub. Hazırda iddiaçılar iddia edirlər ki, övladları Musa hamiləliyin 32-ci həftəsində doğulub və onun səhhətində problem olduğu üçün xx xxx 2017-ci il tarixdə sözügedən tibb müəssisəsinə müraciət ediblər. Övladları xx xxxx 2017-ci il tarixədək tibb müəssisəsində müalicə almasına baxmayaraq onun gözlərində hər hansı problemin olması barədə onlara məlumat verilməyib və bu istiqamətdə aidiyyəti üzrə yoxlamanın keçirilməsi üçün heç bir tədbir görülməyib. Əgər vaxtında müdaxilə olunsaydı uşağa retinopatiya 5-ci dərəcə diaqnozu qoyulmazdı. Tibb müəssisəsinin məsuliyyətsizliyi nəticəsində övladlarının üzərində gözü ilə bağlı 2 yaşına qədər ümumilikdə 6 dəfə cərrahiyə əməliyyatı keçirilib. Həmin cərrahiyyə əməliyyatlarının hamısı Rusiya Federasiyası, Sank-Peterburq şəhərində yerləşən “Leninqrad vilayət dövlət səhiyyə müəssisəsi”nin uşaq kliniki xəstəxanası göz mikrocərrahiyyəsi Şöbəsində aparılıb. Nəticədə onlara 75.000 manat məbləğində maddi, 350.000 manat məbləğində mənəvi zərər dəyib. Cavabdeh isə mövcud patologiyanın X8 vaxtından əvvəl doğulması ilə əlaqədar olduğunu və bunun tibb müəssisəsində aparılmış müayinə və müalicələrl ə heç bir səbəbli əlaqəsinin olmadığını göstərib iddiaya etiraz edib. İşə əlavə edilmiş Məhkəmə Tibbi Ekspertiza və X4 xx xxxx 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, xx xxx 2017-ci ildə doğulmuş Musa Nəbizadənin adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və yüksək ixtisaslı mütəxəssis araşdırmalarına əsasən, ona “retinopatiya” (hər iki gözün vaxtından əvvəl doğulması retinopatiyası V mərhələ) diaqnozu düzgün qoyulub. X11 müəyyən edilmiş ağır patologiyaya səbəb onun vaxtından əvvəl doğulması nəticəsində retinol qan damarlarının zəif inkişaf etməsi və torlu qişanın inkişafının başa çatmaması olub ki, bu da doğuşdan sonra yarana bilərdi. Belə ki, retinol qan damarlarının inkişafı bətndaxili dövrdə, yəni hamiləliyin 16-cı həftəsindən etibarən başlayır, tam formalaşma hamiləliyin sonunda başa çatır. X11 mövcud olan patologiya onun vaxtından əvvəl doğulması ilə əlaqədar olduğundan sözügedən tibb müəssisəsində aparılmış müayinə və müalicələr arasında heç bir səbəbli əlaqə olmayıb. Eyni zamanda Bakı şəhəri, Yasamal rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2017-ci il tarixli Qərarından görünür ki, X13 hamiləliyin 31-32ci həftəsində vaxtından əvvəl cərrahi yolla doğulub. X8 vaxtından əvvəl doğulması onda bütün orqanların yetkinsizliyi ilə yanaşı, eyni zamanda göz tamarlarınm tam formalaşmaması baxımından həyati risklər əmələ gəlib. X8 adına Oftalmologiya Mərkəzində tərtib edilmiş ambulator xəstənin fərdi vərəqəsinə əsasən, ona xx xxxx 2017-ci il tarixdə “vaxtından əvvəl doğulmuş retinopatiyası V mərhələ” diaqnozu təyin edilib. X13 xx xxx 2017-ci ildən xx xxxx 2017ci il tarixədək sözügedən tibb müəssisəsində stasionar müalicədə olduğu müddətdə, o, xx xxxx 2017-ci il tarixdə oftalmoloqun müayinəsindən keçirilib və ona “ou-göz dibi damarlarının angiopatiyası” diaqnozu qoyulub. Bununla əlaqədar olaraq ona müvafiq təyinat verilib və tam ətraflı müayinə üçün Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzinə müraciət olunması tövsiyyə olunub. Odur ki, toplanmış materiallar üzrə Azərbayban Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilib. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşd ırıb haqlı olaraq qeyd etmişdir ki, X11 mövcud olan patologiya onun vaxtından əvvəl doğulması ilə əlaqədar olduğundan, sözügedən tibb müəssisəsində aparılmış müayinə və müalicələrlə onun səhhəti arasında heç bir səbəbli əlaqə olmayıb. Eyni zamanda iddiaçılar X8 səhhətində əmələ gəlmiş patologiya ilə bağlı qeyd olunan tibb müəssisəsinin təqsirli sayılmasını iddia etsələr də, tələblərinin əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyiblər. Halbuki, mülki qanunverciliyə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Hazırki halda cavabdehin təqsiri üzündən iddaçılara maddi zərərin dəyməsi, onların fiziki və mənəvi sarsıntılar keçirməsi və bunların məhz cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, habelə q anunsuz hərəkət və hərəkətsizliklə maddi, mənəvi zərər arasında səbəbli əlaqənin olması və cavabdehin təqsiri mülki iş materialları ilə təsdiq olunmur. Cavabdehin təqsiri işə əlavə edilmiş ekspert rəyi ilə də istisna olunur. Digər tərəfdən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2002-ci il tarixli Qərarında, habelə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd olunduğu kimi “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlar ının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hall arda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuranşəxsin təqsiri müəyyən edilmiş olsun.” “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun vədəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, l əyaqət, işgüzarnüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüz ar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.” Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, eyni zamanda hesab edir ki, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya ins tansiyası məhkəməsi Qərara aldı: İddiaçı1 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-6350/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar