Məhkəmə qərarları › İş №2(102)-5982/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-5982/2021

18.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5982/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı iş üzrə QƏRARDADİ iş № 2(102)-5982/21 (Açar sözlər: kasasiya şikayətinin geri qaytarılması) Bakı şəhəri, 18 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.10.2021-ci il tarixli, 2(103)-7328/2021 nömrəli qətnaməsindən ilk və d igər iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayətinə 21 sentyabr 2021-ci il tarixdə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mülkün açıq hərracdan satılması və satış pulunun tərəflər arasında bərabər surətdə bölünməsi” tələbinə dair və iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “əmlakın açıq hərracdan satılması və pulun paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizələr ilə məhkəməyə müraciət etmişlər və mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim İlkin Rüstəmli) 2(009)-138/2020 saylı, 31.01.2020-ci il tarixli qətnaməsi ilə ilk və digər iddianın təmin edilməsi qət edilmişdir. İlk və digər iddia üzrə Cavabdeh1 qətnamədən apelyasiya şikayəti vermis, Bakı Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının 07.10.2021-ci il tarixli, 2(103)-7328/2021 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim İlkin Rüstəmli) 2(009)-138/2020 saylı, 31.01.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Həmin qətnamədən ilk və digər iddia üzrə Cavabdeh1 kasasiya şikayəti vermis, daha sonar ərizə ilə məhkəməyə müraciət edərək, kasasiya şikayətini geri götürmək istədiyini, kasasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 404-1.3-cü maddəsinə əsasən, kasasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olduqda kasasiya instansiyası məhkəməsi şikayətin geri qaytarılması barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 404-409, 417-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.10.2021-ci il tarixli, 2(103)-7328/2021 nömrəli qətnaməsindən ilk və digər iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti geri qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar