Məhkəmə qərarları › İş №2(102)-5986/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5986/2019

01.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5986/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Quliyev Gündüz Ağababa oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı1 vəkili Feyzullayev Xəyal Yusif oğlu, nümayəndəsi X1 iştirakları ilə, İddiaçı1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli qətnaməsindən kassasiya ş ikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı1 cavabdehlər AR ƏMDK yanında Hərracın təşkili üzrə Auksion Mərkəzi və AR ƏMDK-nə qarşı “hərracın nəticələrinin qismən etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən A.Əliyev, iş 2(005)-6236/2016) iddia tələbinin təmin olunması, "Cavabdeh3” ASC-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv, hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqısı barədə 17.09.2013-cü il tarixli 4542 nömrəli müqavilənin və 17 sentyabr 2013-cü il tarixli Hərrac Protokolunun qismən, y əni torpaq sahəsinin iddiaçının istifadəsində olan 1,23 ha hissəsi üzrə etibarsız hesab edilməsi qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev sədrlik edən və məruzəçi, M.Məmmədov və X.Mərdanova, iş № 2(103)833/2017) mübahisə predmeti barəsində barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər “xxxx” ASC və Cavabdeh1, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 mart 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov sədrlik edən və məruzəçi, M.Əhmədova və Ə.Rüstəmov, iş № 2(102)-163 1/2018) 3-cü şəxs “xxxx” ASC-nin və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Rəfael Eyvazov və İsmayıl Vəliyev, iş № 2(103)-5848/2018) qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "Cavabdeh3” ASC-nin və Cavabdeh1, habelə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-62 36/2016 saylı iş üzrə 17 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv olunub iş üzrə yeni qətnamə çıxarılmaqla, İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “hərracın nəticələrinin qismən etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2018-ci il tarixli qərarı ilə (hakimlər İ.Dəmirov(sədrlik edən və məruzəçi), Ə.Əhmədov və A.İsgəndərov, iş № 2(102)-7686/2018) İddiaçı1 kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Ap elyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), A.Hüseynov və A.İmanov, iş № 2(103)-3626/2019)apelyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6236/2016 saylı iş üzrə 17 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv olunub iş üzrə yeni qətnamə çıxarılmaqla, İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “hərracın nəticələrinin qismən etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı1 vəkili Feyzullayev Xəyal Yusif oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yen i qərar qəbul edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi v ə prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Kənd Təsərrüfatı Nazirliyinin “Üzüm istehsalının və emalının tənzimlənməsi haqqında” 1995-ci il 11 yanvar tarixli 20 saylı əmri ilə 1995- ci ilin yanvar ayının 1-dən mövcud əmrin 1 nömrəli əlavəsinə uyğun olaraq, ilkin şərab zavodlarının üzüm istehsal edən sovxozlarla birləşdirilməsi və sərbəst hüquqi şəxs statuslu üzüm istehsalı və emalı müəssisəsi adlandırılması, mülkiyyət islahatları həyata keçirildiyi vaxt yeni yaranmış müəssisənin əməli idarəçiliyə verilməsi əmr edilmiş, nəticədə Şamaxı rayonu 1 nömrəli üzüm emalı zavodu Sabir adına sovxozla birləşdirilərək Sabir adına Üzüm istehsalı və Emalı müəssisəsi yaradılmış, 1996-cı il 10 sentyabr tarixdə Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsi ilə “xxxx” şirkəti arasında müqavilə bağlanaraq üzüm saxlama sexinin yeni binası nizamnaməyə əsasən yeni istehsal sahəsi yaratmaq üçün 5 il müddətinə “xxxx” şirkətinə icarəyə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1998-c i il 19 may tarixli 804 saylı sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan şərab, şampan və konyak zavodlarının, tütün fermentləşdirici fabrikləri və tütün kombinatlarını, çay emalı və çay çəkici fabrikləri özəlləşdirilmək məqsədilə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sərəncamına verilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 iyun tarixli 107 s saylı sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinə keçmiş sovxoz və şərab emalı zavodlarının bazasında yaradılmış Üzüm istehsalı və Emalı Müəssisələrinin tərkibində olan ilkin şərab emalı zavodlarının həmin müəssisələrin tərkibindən çıxarılaraq özəlləşdirmək üçün müstəqil müəssisə statusu ilə Dövlət Əmlak Komitəsinin sərəncamına verilməsinin təmin edilməsi tapşırılmış, Dövlət Əmlak Komitəsinin 1998- ci il 31 avqust tarixli 1255 saylı sərəncamı ilə Şamaxı rayonu, Sabir qəsəbəsi ünvanında yerləşən M.Ə.Sabir adma Üzüm istehsalı və Emalı Müəssisəsinin Üzüm Emalı Zavodunun bazasında “xxxx” ASC-nin təsis edilməsi qərara alınmışdır. Şamaxı rayonu, Sabir qəsəbəsi Yerli Aqrar İslahat Komissiyasının 1997-ci il 20 dekabr tarixli qərarına əsasən, sabiq M.Ə.Sabir adına Üzüm Emalı və İstehsalı Müəssisəsi əmlakından pay alma hüququ olan subyektlərə 2001-ci il 10 dekabr tarixli aktla tikinti bina bölməsindən pay kimi 12996,0 min manat dəyərində üzüm saxlama soyuducu anbarı, o cümlədən əmlakın 33,32 faizi, 3847,60 min manat dəyərində X2, əmlakın 35 faizi, 4041,5 min manat dəyərində X3, əmlakın 25 faizi, 2886,8 min manat dəyərində X4a və əmlakın 19,2 faizi, 2220,1 min manat dəyərində X5 verilmiş, M.Ə.S abir qəsəbəsi Yerli Aqrar İslahat Komissiyasının 39 nömrəli protokoluna əsasən, aqrar islahatla əlaqədar əmlak payı almaq hüququ olan payçıların ərizəsi nəzərə alınmaqla 12996,0 min manat dəyəri olan üzüm saxlama soyuducu anbarının İddiaçı1 verilməsi qərara alınmış, Şamaxı rayonu, ŞamaxıBakı yolunun sağ kənarında, M.Ə.Sabir adına qəsəbənin ərazisində yerləşən qeyriyaşayış sahəsi 2001-ci il 28 dekabr tarixdə 01 nömrəli reyestr kitabında 106 reyestr nömrəsi ilə Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən onun adına qeydə alınmış, 2001-ci il 20 noyabr tarixdə, 143 inventar nömrəsi ilə Şamaxı-Bakı yolunun kənarında, M.Ə.Sabir adına qəsəbənin ərazisində yerləşən 1575,0 kv.m sahəyə malik soyuducu anbara dair İddiaçı1 adına texniki pasport tərtib ed ilmişdir. Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisə “xxxx” ASC-nin adına 2013-cü il 22 noyabr tarixdə qeydiyyata alınmış, həmin qeydə dair çıxarış verilmiş, çıxarışda əmlak kompleksi kimi Müəssisənin tərkibində soyuducu binanın da adı qeyd olunmuş, “xxxx” ASC-nin adına Şamaxı rayonu Sabir qəsəbəsində yerləşən əmlakın texniki pasportu tərtib edilmişdir. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, “xxxx” ASC-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə və İddiaçı1 qarşı “qeyri-yaşayış sahəsinin qeydiyyatının ləğv edilməsi və 28 dekabr 2001-ci il tarixli 106 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab olunması” tələbinə dair iddiası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2017-ci il ta rixli qətnaməsi ilə təmin edilərək, Şamaxı Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 28 dekabr 2001-ci il tarixdə Şamaxı-Bakı yolunun sağ kənarında M.Ə.Sabir adına qəsəbənin ərazisində yerləşən inventar nömrəsi 143, 106 reyestr nömrəsi ilə İddiaçı1 adına qeydə alınmış qeyri-yaşayış sahəsinin qeydiyyatı ləğv və 28 dekabr 2001-ci il tarixli, 106 saylı qeydiyyat vəsiqəsi etibarsız hesab edilmiş, həmin qətnamə Ali Məhkəmənin 29.11.2017-ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmışdır. İddiaçının Cavabdeh3-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi” tələbinə ilk növbədə onun müvafiq subyektiv hüquqa malik olub-olmadığı kontekstində qiymət verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci madd əsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə aİmaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib- etməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başq a (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Şərh olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü Cavabdeh3-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi” tələbinə münasibətdə müvafiq subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir və birinci instansiya məhkəməsinin qətnaməsi müvafiq hissədə ləğv olunmalıdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin həmin dəlili ilə razılaşmır. Belə ki, Cavab deh3-nin İddiaçı1 qarşı “qeyri-yaşayış sahəsinin qeydiyyatının ləğv edilməsi və 28 dekabr 2001-ci il tarixli 106 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab olunması” tələbinin faktiki əsasını məhz hazırkı işdə mübahisələndirilən hərracın nəticələri əsasında Cavabdeh3-nin əldə etdiyi əmlak təşkil etmişdir. İddiaçı1 həmin qeyri-yaşayış sahəsinə dair qeydiyyat sənədlərinin etibarsız hesab edilməsinin əsasında mübahisələndirilən hərracın nəticələri durduğuna görə onun hərracın nəticələrini mübahisələndirməyə subyektiv hüququ olmuşdur. Bundan əlavə Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı1dur, iş üzrə cavabdehlər isə hüquqi şəxslərdir. Belə olan halda həmin işin məhkəmə aidiyyətinə görə iqtisad məhkəməsinin səlahiyyətinə aid olmas ı məsələsi meydana çıxır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məsələnin araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilib iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Məhkəmə kollegiyası iş üzrə yeni qərar qəbul edilməsini məqsədəmüvafiq hesab etmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tut araq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar