Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5988/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:mülkiyyət hüququnun tanınması 22.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 iyul 2022-ci il tarixli, 2(103)3767/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 22 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 a prel 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh2 Cavabdeh5 qarşı “Bakı şəhəri 38 saylı Notariat Kontorunda bağlanmış 23 iyul 2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması” barədə iddiası təmin edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh5 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 13 aprel 2016-cı il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə, Cavabdeh2 Cavabdeh5 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası rədd edilib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 may 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2016-cı il tarixli qətnaməsi l əğv edilib və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh5 apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 13 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyərini və Banka olan kredit borcunu ödədiyi, ailəsi ilə birgə yaşadığı və sənəd üzərində Cavabdeh2 adına olan və cavabdehlərin onu məhrum etmək istədikləri ünvan 1 ünvanda yerləşən, 7 otaqlı, ümumi sahəsi 391 kv.metr olan fərd i yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, Bakı şəhəri, Heydər Əliyev sarayının arxasında “Qış parkı”nın tikilməsi ilə bağlı həmin ərazidə olan fərdi yaşayış evi söküldüyündən, başqa bir fərdi yaşayış evi almaq qərarına gəlib və bu barədə dost tanışlara məlumat verib. 2012-2013-cü illərdə "xxxx" ASC-nin filial müdiri olan tanışı Cavabdeh4 axtardığı meyarlara uyğun fərdi yaşayış evinin olduğunu bildirib. Həmin ev ipoteka qoyulub və kredit alınıb. Kredit ödənilmədiyindən Cavabdeh4 evin satıldığını söyləyib. Onlar evə baxmış, bəyənmiş və evin ipotekaya qoyulması zamanı alınan kreditin qalığı olan borcu ödəməklə bərabər, ünvan 2 ünvanda yerləşən evin dəyərini də ödəyib, yəni həmin evə görə ümumilikdə 82 3.187 manat pul ödəyib. Pul vəsaitlərini ondan VX qəbul edib və bu barədə imzalı qəbz verib. Evin 17 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsi zamanı o, ölkədə olmadığından və evin başqası tərəfindən alınmaması üçün təcili alqı-satqı etmək üçün evi Cavabdeh4 bacısı oğlu X adına rəsmiləşdiriblər. Evi aldıqdan sonra onun təmirinə və mebellərin yığılmasına 250.000 manat pul xərcləyib və bu işlər görülüb qurtarandan sonra ailəsi ilə birlikdə həmin evə köçüb. İki ildən sonra X adlı şəxs onlara gələrək evin X məxsus olmaqla, onu qaytarmaq lazım olduğunu bildirib. O, məcbur olub 300.000 manat və 50.00 ABŞ dolları ödəyərək Bankın borcunu bağlayıb. Kreditin ödənilməsinin sonrakı günü ev 10.000 manata sənəd üzərində sonuncu mülkiyyətçi Cavabdeh2 formal alqı-satqı müqaviləsi ilə məcburi olaraq Xqohumu XX satılıb. MTN-nin əməkdaşlarının cinayətkar hərəkətləri barəsində cinayət işi başlandıqdan sonra o da, həmin iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb, həmin cinayət işinin məhkəmə baxışı Bakı Hərbi Məhkəməsinin icraatına verilib. MTN-nin əməkdaşlarının törətdiyi cinayətlər barəsində başlanmış istintaq nəticəsində o, evdən çıxmağa məcbur olub. Yenə də ev onun faktiki sahibliyində və istifadəsində qalıb. Bundan sonra, ev Cavabdeh2 adına olduğundan sonuncu tərəfindən Bakı şəhər, Xətai Rayon Məhkəməsində iddia qaldırılıb. Həmin mülki işin yekununda Cavabdeh2lə X arasında məcburi bağlanmış alqı-satqı müqaviləsi ləğv edilmiş, məhkəmə aktı Ali Məhkəmənin qərarı ilə qüvvədə saxlanılıb. Həmin mülki işin Bakı Apelyasiya Məhkəməsində icraatı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğundan Bakı Apelyasiya Məhkəməsinə məktub daxil oldu ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi faktiki olaraq İddiaçı məxsusdur. Eyni zamanda, Baş Prokurorluq Yanında Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən qəbul edilmiş 20 sentyabr 2016-cı il tarixli qərarla MTN-nin və digər qurumların vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən suiistifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları üzrə Cinayət Məcəlləsinin 308.2, 309.1-ci maddələri və digər maddələrlə istintaq olunan ********* saylı cinayət işi üzrə o, zərərçəkmiş şəxs kimi tanınıb. Zərərçəkmiş şəxs kimi tanınması həmin iş üzrə Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı hökmündə də qeyd etdiyi faktlar öz təsdiqini tapıb. Daha sonra, fərdi yaşayış evi sənəd üzərində Cavabdeh2 mülkiyyətinə qaytarılıb, faktiki isə onun mülk iyyətində qalmaqda davam edib. Hazırda evin Cavabdeh2 adına olmasından dolayı sonuncu tərəfindən evin satılma və ya başqa şəkildə sərəncam verilməklə onun faktiki mülkiyyətindən çıxma təhlükəsi vardır. Belə ki, bir müddət əvvəl də, X iddiası üzrə başlanmış mülki işin Ali Məhkəmədə icraatı zamanı X3 X təzyiq edərək iddiadan imtina etməyə sonuncunu razı salıb, son anda o, bundan imtina edib və ev yenə də onun faktiki mülkiyyətində qalıb. Bu kimi halların gələcəkdə real və ehtimal edilən olduğundan onun mülkiyyətində olan evin hər an itirilmə və faktiki istifadəsindən çıxma təhlükəsi vardır. Məhz bu səbəbdən də evin üzərində onun faktiki mülkiyyət hüququnun tanınması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb, yuxarıda qeyd etdiyi kimi hazırda yaşadığı fərdi yaşayış evini Banka olan kredit borcunu və dəyərini ödəməklə qanuni şəkildə alıb. Sadəcə alqı-satqı zamanı ölkədə olmadığından ev Cavabdeh2 adına rəsmişləşdirilib. Sonradan Cavabdeh2 adına keçməsi də, evin MTN-nin əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı əlindən alınmaması üçün atdığı addım idi, ev əvvəldən onun faktiki mülkiyyətində olub, sadəcə sənəd üzərində formal olaraq mülkiyyətçi Cavabdeh2 göstərilib. Bir neçə gün bundan əvvəl ünvanına Nərimanov rayon İcra Şöbəsindən 03 iyun 2021-ci il tarixli bildiriş daxil olub və həmin bildirişlə müəyyən edilir ki, arvadı X1 və ailə üzvləri ünvan 2 evdən çıxarılmalıdırlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslan dırıb ki, işdə, iddiaçının mübahisəli ev üzərində mülkiyyət hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllədə nəzərdə tutulan əsaslar yoxdur və iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etməyib. İddiaçı hüququnu təsdiq edə biləcək hər hansı sübutu təqdim etmədən evə mülkiyyət hüququnun tanınmasını tələb edir. Belə olan halda iddiaçının iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 2.2, 9, 152, 386, 387, 560-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İddia çı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun olaraq əsaslandırıb, həmçinin qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını qeyd edib. Qətnamədən həmçinin Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş edib. Cavabdeh2 apellyasiya şikayətini qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, mübahisəli evin iddiaçı tərəfindən əldə olunması, lakin onun adına rəsmiləşdirilməsi, ev alındıqdan sonra iddiaçı tərəfindən təmir olunması, sonradan təzyiq və məcburetmə nəticəsində evin formal alqı-satqı müqaviləsi əsasında Tariyel Zamanovun adına keçirilməsi, lakin həmin alqı-satqı müqaviləsinin məhkəmə tərəfindən etibarsız sayılması və sair ilə əsaslandırıb. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyas ının 05 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və F.F.Babayev) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib. Belə ki, iddiaçı üzərində başqasının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış mübahisəli ev üzərində özünün mülkiyyət hüququnun tanınmasını tələb edir ki, belə bir tələb özü-özlüyündə yolverilən deyil. Qanunverici daşınmaz əmlak üzərində maraqlı şəxslərin mülkiyyət hüquqlarının tanınması imkanını müəyyən etmişdir ki, həmin hallar da hazırki tələblə uzlaşmır. Eyni zama nda, qeyd edildiyi kimi, qanuni qüvvədə olan məhkəmə aktları ilə mübahisəli evlə bağlı əqdlərə və Çıxarışlara Cavabdeh1 iddia tələbi üzrə artıq hüquqi qiymət verilib. Həmçinin, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 iyun 2022-ci il tarixli Qərardadının 54-56-cı bəndlərində göstərilmişdir ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllənin 140-cı maddəsi). Bu prezumpsiya, hüquq sahi bini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllənin 166.1-ci maddəsi). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair Mülki Məcəllənin 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğu n olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 140, 141, 152-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlillə ri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısımüqaviləsinin etibarlılığını şübhə altına alır. Bununla bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı və iddia ərizəsində əks olunmuş hüquqi mövqe də var. Konstitusiya Məhkəməsinin Plenumu “İ.K.R əcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Yaşayış evinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra qərarlarında, o cümlədən “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında, “C.Abdullayevanın şikayəti üzrə” 13 aprel 2007-ci il tarixli Qərarında da təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hes ab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Apellyasiya instansiyası mhkəməsi işə baxarkən bu halları nəzərə almayıb. Qeyd edilən faktlar həmçinin Bakı Hərbi Məhkəməsinin qanuni qüvvəyə minmiş 23 aprel 2018-ci il tarixli hökmü ilə də müəyyən edilib. Belə ki, Cavabdeh5 əvvəllər mübahisəli evin mülkiyyətçisi olsa da, o özünün və arvadının iradəsinə uyğun olaraq onu özgəninkiləşdirib və sonradan evi o alıb. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 13 aprel 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2lə Cavabdeh5 arasında bağlanmış 23 iyul 2015-ci il tarixli alqı-satqımüqaviləsinin etibarsız hesab edilməsi qət edilib və sonradan bu işə apellyasiya və kassasiya qaydasında baxılaraq qətnamə dəyişdirilmədən saxlanılıb. Cavabdeh2 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, qərardadı ilə Cavabdeh2 qətnamədən verdiyi kassasiya şikayəti üzrə kassasiya qeyri-mümkün hesab e dilib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 141.1-ci maddəsinə əsasən, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər; 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, iddiaçı dəyərini və Banka olan kredit borcunu ödədiyini və ailəsi ilə birgə yaşadığı və sənəd üzərində Cavabdeh2 adına olan və cavabdehlərin onu məhrum etmək istədikləri ünvan 1 ünvanda yerləşən, 7 otaqlı, ümumi sahəsi 391 kv.metr olan fərdi yaşayış evi üzərin də mülkiyyət hüququnun tanınmasını iddia edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı üzərində başqasının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış mübahisəli ev üzərində özünün mülkiyyət hüququnun tanınmasını tələb edir ki, belə bir tələb özü-özlüyündə yolverilən deyil. Belə ki, qanunverici daşınmaz əmlak üzərində maraqlı şəxslərin mülkiyyət hüquqlarının tanınması imkanını müəyyən etmişdir ki, həmin hallar da hazırki tələblə uzlaşmır. Eyni zamanda, qeyd edildiyi kimi, qanuni qüvvədə olan məhkəmə aktları ilə mübahisəli evlə bağlı əqdlər ə və Çıxarışlara Cavabdeh1 iddia tələbi üzrə artıq hüquqi qiymət verilib. Həmçinin, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 iyun 2022-ci il tarixli Qərardadının 54-56-cı bəndlərində göstərilmişdir ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllənin 140-cı maddəsi). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın s ahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllənin 166.1-ci maddəsi). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair Mülki Məcəllənin 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları s übut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 iyul 2022-ci il tarixli, 2(103)-3767/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5988/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-5988/2022
22.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver