Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5991/2022 24.10.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının, hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5082/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil1 tərəfindən tərtib edilmiş) kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-856/2021 nömrəli 10 avqust 2021ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10826/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nizami Rayon Məhkəməsinin 2(007)-856/2021 nömrəli 10 avqust 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 kassasiya şikayəti verib, apellyasiya instansiyasının qətnaməsinin iddianın təmin edilmiş ona aid hissəsində ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2162/2022 nömrəli, xx.xx.2022-ci il qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyas iya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10826/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və yenidən baxılması üçün mülki iş Apellyasiya instansiyasına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5082/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayət təmin edilmiş, Nizami Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. İddiaçı kassasiya şikayəti verib, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(102)-5082/2022 nömrəli 27 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, Mülki Prosessual Məcəllənin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Kassasiya şikayətindən görünür ki, iddiaçı kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 3 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Kassasiya şikayətində yalnız işin halları sadalanıb, Mülki Məcəllənin 14.2.1, 385, 386.1, 442, 448.1-ci, Mülki Prosessual Məcəllənin 88, 217.1 və 220.4-cü maddələrinə istinad edilib, lakin həmin maddi və prosessual hüquq normalarının pozuntusu barədə hər hansı dəlil və pozuntunun nədən ibarət olması göstərilməyib, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl olunmayıb. Halbuki kassasiya şikayəti ndə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Qeyd edilən kassasiya şikayəti isə bu tələblərə cavab vermir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtin a edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şikayəti verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5082/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-5991/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-5991/2022
24.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver