Məhkəmə qərarları › İş №2(102)-5999/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5999/2019

16.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5999/2019 16.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Qoldman Tatyana Aleksandrovna və Mirzəliyev Əsəd Abbas oğlunda ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, ilə, Cavabdeh xxxx MMC-ninBakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Səbail Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim: M.A.Bağırova; 2(009)-1406/2018) iddia təmin edilmiş, cavabdeh “xxxx” MMC-nin 26 yanvar 20 18-ci il tarixli, ******* saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov; 2(103)-7512/2018) cavabdeh xxxx MMC-ninapellyasiya şikayəti təmin edilməmiş,Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: E.R.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və S.F.Hacıyev; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2018-ci il tarixli qətnaməs i ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), E.Y.Şamayev və İ.K.Xəlilov; 2(103)-2684/2019) cavabdeh xxxx MMC-ninapellyasiya şikayəti təmin edilməmiş,Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “xxxx” MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, “xxxx” İstehsalat Birliyində müxtəlif vəzifələrdə çal ışmışdır. 2018-ci ilin yanvar ayında “xxxx” İstehsalat Birliyi tərəfindən həmin müəssisədə çalışan işçilərə bildirilmişdir ki, “xxxx” İstehsalat Birliyi yenidən təşkil edilməklə, “xxxx” MMC-nə çevrilir. Cavabdeh tərəfindən əlavə olaraq bildirilmişdir ki, işçilər ərizə yazıb azad olunmalıdır. Cavabdehin təkidi ilə işdən azad olunması barədə ərizə yazmış və yeni təşkil olunan MMC-yə işçi kimi götürüləcəyini gözləyirdi. Heç bir xəbər olmamaış və bir müddətdən sonta xəbər tutmuşdur ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən işdən azad edilmişdir.Hakbu ki, dönə-dönə qeyd olunmuşdur ki, işdən azad olunmalar müəssisənin dəyişikliyi ilə əlaqədar formal xarakter daşıyır. Cavabdeh tərəfindən əmək müqaviləsinin qanunsuz olarq birdəfəlik olaraq xitam verilməsi və işdən azad edilməsi nəti cəsidə ona maddi və mənəvi ziyan vurmuşdur.Ona görədə cavabdehdən maddi ziyan kimi 1000 manat və mənəi ziyan kimi 3000 manat məbləğində cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, “xxxx” MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı ilə “xxxx” İstehsalat Birliyinin strukturuna daxil olmuş X20 arasında bağlanmış 17.11.2009-cu il tarixli əmək müqaviləsinə uyğun olaraq İddiaçı Qovşağın ********* nömrəli EATS-də transmissiya şəbəkələrinin idarəetmələri üzrə 10-cu dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. 26.01.2018-ci il tarixdə İddiaçı ərizə ilə işəgötürən X17 müraciət edərək 30.01.2018-ci il tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Ərizə verdikdən sonra iddiaçı mövqeyini dəyişməsi və ərizəsini geri götürmək istəməsi barədə cavabdeh təşkilata hər hansı bildiriş təqdim etməmişdir. Əmək Məcəlləsinin 69-cu naddəsinin tələblərinə əsasən işəgötürən X14 26.01.2018-ci il tarixli, ****** aylı əmri ilə işçi ilə bağlanmış əmək müqaviləsinə 30.01.2018-ci il tarixində xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən iddiaçının uzun müddət rabitə sahəsində çalışması nəzərə alınaraq ona 3 aylıq əmək haqqı miqdarında əlavə birdəfəlik ödəniş də verilmiş, iddiaçı bu ödənişi qəbul etmişdir. İddiaçının ərizəsində işdən çıxma səbəbi kimi qeyd etdikləri aşağıda qeyd olunanlara sa sən tamamilə əsassızdır: “xxxx” İstehsalat Birliyinin yenidən təşkil edilərək Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 03.05.2017-ci il tarixli, 105 №-li sərəncam vermiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi hüquqi şəxsin yenidən təşkil edilməsi barədə 03.11.2017-ci il tarixli çıxarış verilmiş və bu barədə məlumatlar dövlət reyestrində əks olunmuşdur.Yuxarıda qeyd olunanlar hüquqi şəxsin yenidən təşkil prosesinin 2017-ci ilin sonlarında artıq bitməsi və dövlət reyestirində bu barədə məlumatların qeyd edilməsi iddiaçının əmək müqaviləsinə “xxxx”MMC-nin 2018-ci ilin yanvar ayından etibarən yenidən təşkil səbəbi ilə xitam verilməsi ilə bağlı qeyd etiklərinin tamamiylə əsassız olduğunu təsdiq edir. Ona görə də iddianın təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh “xxxx” MMC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-69,7 -cı maddələrinin,tələblərinin pozulması ilə çıxarılmış, hər iki instansiya məhkəmələri iddiaçının işəgötürən X7 halda, iddia tələbinin yalnız “xxxx” MMC-yə yönəldilməsinə diqqət yetirməməklə, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı İddiaçı Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfində n müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarındn müəyyən olunur ki, İddiaçı X14 rəisinə ünvanlanmış 26.01.2018-ci il tarixli ərizəsində onun 30.01.2018-ci il tarixdən öz xahişi ilə iki aylıq əmək haqqı, bir aylıq müavinət ödəmək şərti ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. “xxxx” İstehsalat Birliyi X14 26.01.2018-ci il tarixli, ******** saylı əmri ilə ATS************-ün avtomat zalı və transmissiya sexinin 9-cu dərəcəli mühəndisi İddiaçı 30.01.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrlə həmçinin 5 istifadə edilməmiş məzuniyyət gününə görə pul əvəzinin ödənilməsi, İddiaçı qızma üç aylıq əmək haqqı miqdarında birdəfəlik ödəniş verilməsi əmr olunmuşdur. İddiaçı işdən azad edilməsi barədə müvafiq qeyd əmək kitabçasında aparılmış, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində də göstərilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə məlumat elektron informasiya sisteminə 26.01.2018-ci il tarixdə daxil edilmişdir. 19.02.2018-ci il tarixli ərizə ilə“xxxx” MMC-yə müraciət edərək bildirmişdir ki, o, rəhbərliyin təkidinə əsasən məcburi şəkildə işdən azad olunması və yeni təşkil olunan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə işçi olaraq keçmək üçün ərizəsini yazmaq məcburiyyətində qalmışdır. Həmin ərizədə o, işə bərpa edilməsini cavabdehdən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyi yanında X16 Xidmətinin vəkil sorğusuna verdiyi 30.01.2019-cu il tarixli ********** saylı cavab məktubundan görünür ki, İddiaçı 30 yanvar 2018-ci il tarixdə saat 15:30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağrı mərkəzinə müraciət edərək, işlədiyi yerdə ona hədə-qorzu ilə ərizə yazdırılmasmı və işdən azad edilməsini bildirmiş, İddiaçı hüquqları izah edilərək məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmədə təqdim edilmiş sənədlərdən görünür ki, 25-31 yanvar 2018-ci il tarixlərdə X14 285 nəfər işçisi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68- ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) işdən azad edilmişdir. Həmin şəxslərdən H8, İ8 və X1 əmək kitabçasının təsdiq olunmuş surəti iş materiallarına əlavə edilmişdir. Bakı Apelyasiya Məhkəmə si Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli 2(103)13485/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçının iş yoldaşı X6 iddiaçı ilə eyni gündə və eyni vəziyyətdə işdən çıxarılmış, nəhkəmənin qətnaməsi ilə Sona Məmmədovanın işdən azad olunması barədə “xxxx” VİMC-nin 26 yanvar 2018-ci il tarixli K-277 saylı əmri ləğv olunmaqla və məcburi işbutÄQia dövrü İçün əmək haqqı ödənilməklə o əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmuşdur. Nigah haqqında şəhadətnaməyə və arayışa əsasən İddiaçı əri X2 1-ci qrup əlil olmaqla daimi olaraq kənar şəxsin xidmətinə ehtiyacı var. Şahid qismində dindirilmiş şahidlər X3, X9 və X8 ifadələrində təsdiq etmişlər ki, müəssisənin rəhbəri tərəfindən müəssisənin yenidən təşkil edilməsi və işçilərin ixtisara salınması barədə onlara məlumat verilmiş, i şdən formal olaraq azad edilmələri barədə ərizə yazmağa məcbur edilmişlər. Onlar da bu cür ərizə yazmaqla işdən azad edilmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 68-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin zəruri şərti işçinin könüllü iradə ifadə edərək ərizəsi verilmişdir. O, ərizə verməyə məcbur edilə bilməz. Həmin Məcəllənin 69-cu maddəsinin: 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. - 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. - 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çı xdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. - 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəni geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur. - 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. - 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. - 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və is tərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı işdən öz xahişi ilə azad olunması barədə ərizə ilə 26.01.2018-ci il tarixdə işəgötürənə müraciət etmiş, həmin ərizədə onunla əmək müqaviləsinə 30.01.2018-ci il tarixdə xitam verilməsini xahiş etmişdir. İşəgötürən tərəfindən isə əmr 26.01.2018-ci il tarixdə, yəni işdən azad olunma barədə ərizə təqdim edildiyi gün verilmiş və əmrdə onun 30.01.2018-ci il tarixdən işdən azad edilməsi qeyd edilmişdir. Apellyasiya instansiya sı məhkəməi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçının ərizəsində göstərdiyi 30.01.2018-ci il tarixədək olan vaxt onun xəbərdarlıq müddəti hesab edilir. İşəgötürən həmin müddəti gözləmədən əmək müqaviləsinə xitam verilməsi barədə bildirişi elektron informasiya sisteminə 26.01.2018-ci il tarixdə daxil etmişdir. İşçi həmin ərizəsinin geri götürlməsi və ya etibarsız hesab edilməsi barədə ərizə verməsə də, həmin tarixdən əvvəl əmək müqaviləsinə xitam verilə bilməzdi. Belə ki, işçi ilə 30.01.2018-ci il tarixə qədər əmək münasibətləri davam etdiyi təqdirdə 26.01.2018-ci il tarixli əmrlə öncədən əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 26.01.2018-ci il tarixli ərizəsi onun iradəsini əks etirməmişdir. İşdən çıxmaq barədə ərizədə işçinin 30.01.2018-ci il tarixdən azad edilməsi xahiş edilsə də, ərizəsində göstərdiyi gün işdən azad edilməsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsində nəzərdə tutulmuş səbəblərdən heç biri mövcud olmamışdır. Həmçinin iddiaçının ailənin yeganə qazanc gətirəni olduğunu, ərinin kənar şəxsin xidmətinə ehtiyacı olan İ qrup əlil olduğunu da nəzərə alındıqda, onun könüllü şəkildə işdən çıxmaq istəməsi inandırıcı deyil. Bundan əlavə, İddiaçı işdən azad olunduğu gün, yəni 30 yanvar 2018-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağrı mərkəzinə müraciət edərək, işlədiyi yerdə ona hədə- qorxu ilə ərizə yazdırılmasmı və işdən azad edilməsini bildirmişdir. Bu hal da İddiaçınm işdən azad olunmaq barədə ərizəsinin onun iradəsini ifadə et mədiyini sübut edir. İddiaçınm izahatında göstərilənlər iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə yoxlanılıb qiymətləndirilərkən müəyyən edilmişdir ki, həqiqətən də N.X13 Qovşağında işdən azad olunduğu dövrdə həmin Qovşaqda işləyən 285 nəfər əməkdaşla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, yəni işçinin öz təşəbbüsü ilə xitam verilmişdir. Bu hal da sübut edir ki, həmin dövrdə X14 işçilərindən işdən çıxmaq barədə kütləvi şəkildə ərizələr alınmışdır. Mübahisələndirilən əmr X20 tərəfindən verilməsinə baxmayaraq, iddia tələbinin yalnız “xxxx” MMC-yə qarşı yönəldilməsi barədə apelyasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası şikayətin həmin dəlilinə apellyasiya instansiyası məhkəməsi hüquqi qiymə t verərək, hesab etmişdir ki, X20 ləğv olunduğuna görə iddia tələbinin həmin təşkilata yönəldilməsi yolverilməzdir. İş üzrə toplanmış sübutları tədqiq edib, onlara hüquqi qyymət verərək, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri üzrə mahiyyət etibarilə düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini qanunu və əsaslı hesab edərək onu dəyişdirmədənsaxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 08 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar