Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6002/2019 23.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçının vəkili Tağıyev Azər Məmmədtağı oğlunun və Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştiraki ilə, İddiaçı cavabdehlər “xxxx” MMC, Cavabdeh2 ASC və Bakı şəhəri Binəqədi rayonu İcra və Probasiya Şöbəsinə qarşı “hərracın və hərrac nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının 27 mart 2019-cu il tarixli 2(103)-3043/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Tağıyev Azər Məmmədtağı oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC-nə, Cavabdeh2 ASC-nə və Bakı şəhəri Binəqədi rayonu İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC tərəfindən keçirilmiş 04 aprel 2016-cı il tarixli hərracın, həmin hərracın nəticələri haqqında 04 aprel 2016-cı il tarixli, Y-668 nömrəli yekun protokolun və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1-ci küçə, 8 nömrəli bağ evinə və 0,05 ha. torpaq sahəsinə Cavabdeh2 ASC-nin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin, reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılma sını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 18 sentyabr 2015-ci il tarixli, 2(001)-4799/2015 saylı qətnaməsinə əsasən, X2 ümumilikdə 117659 manat məbləğində borcun, 30 manat dövlət rüsumunun və 31 manat əlavə xərcin tutularaq Cavabdeh2 ASC-nə ödənilməsi, tutmanın onun mülkiyyətində olan, YYY bağ evinə və 0,05 ha. torpaq sahəsinə yönəldilməsi, evin və torpaq sahəsinin ilkin satış qiymətinin 150000 manat müəyyən edilməklə həmin qiymətə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, evin satıldığı tarixdən 1 ay müddətində boşaldılması qərara alınmışdır. 04 aprel 2016-cı il tarixdə “xxxx" MMC tərəfindən keçirilmiş hərrac zamanı əmlakı ilkin satış qiyməti 150000 manat müəyyən olunmaqla satışa çıxarıl mış, təkrar hərracda qiyməti 15 faiz, sonradan isə 25 faiz endirilməklə 95625 manata Cavabdeh2 ASC-nə satılmışdır. Hərracın keçirilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Hərraca çıxarılan əmlak əla təmirlidir, 0,05 ha torpaq sahəsinin içərisində yerləşir. Əmlakın satıldığı qiymət onun real dəyərindən qatqat aşağıdır. O, kredit borcunun ödənilməsi üçün evə 350000 manata müştəri tapmış, əmlak ipoteka ilə yüklü olduğundan, ipoteka saxlayan Cavabdeh2 ASC-nə müraciət etmiş, lakin ondan gözləməyi xahiş edərək, onu arxayın salmışlar, sonradan isə onun xəbəri olmadan əmlakı satmışlar. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim Fərrux Qasımov) 23 noyabr 2018-ci il tarixli, 2(001)-8409/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək, YYY bağ evinin və 0.05 ha. ölçülü torpaq sahəsinə dair “xxxx” MMC-nin 04 aprel 2016-cı il tarixli, 668 saylı hərrac protokolu, həmin protokol əsasında Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnun qeydə alınmasına dair qeyd və reyestrdən çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Elşad Şamayev) 27.03.2019-cu il tarixli 2(103)-3043/2019 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək iş üzrə Binəqədi rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi qət edilmişdir. İddiaçı və vəkili Tağıyev Azər Məmmədtağı oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.03.2019-cu il tarixli 2(103)3043/2019 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə həm faktiki hallarla bağlı, həm də tətbiq edilmiş hüquq normalara görə işin həqiqi hallarına uyğun deyil və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Hərracın keçirilməsi barədə İddiaçı bildiriş göndərilməyərək və məlumat verilməyərək hərracda iştirak etmək hüququndan məhrum edilmişdir. “xxxx” MMC tərəfindən qiymətləndirmə və hərracın keçirilməsi zamanı müqayisəli metoddan istifadə edilməmiş, bazar qiymətləri araşdırılmamış və nəticə etibarı ilə qiymət qat-qat aşağı müəyyən edilmişdir. Məhkəmə işə bax an zaman işin həqiqi hallarını ümumiyyətlə nəzərə almamışdır, həmçinin, işin müəyyən olunmuş halları ilə bağlı düzgün nəticəyə gəlməməsi ilə bərabər prosessual hüquq normalarına da riayət etməyərək, ciddi hüquq pozuntularına yol vermişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Tağıyev Azər Məmmədtağı oğlu kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 ASC-nin nümayəndəsi X4 məhkəmə kollegiyası iclasında vəkilsiz iştiraki etdiyini görə, Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən, onun izahatı dinlənilməmişdir. Digər proses iştirakçiları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri bar ədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxla yarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 18 sentyabr 2015-ci il tarixli, 2(001)- 4799/2015 saylı icra sənədinə əsasən, Cavabdeh2 ASC-nin X3 və İddiaçı qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, X2 ümumilikdə 117659 manat məbləğində borcun, 30 manat dövlət rüsumunun və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun tutularaq Cavabdeh2 ASC-nə ödənilməsi, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş, İddiaçı mülkiyyətində olan YYY bağ evinə və 0.05 ha. torpaq sahəsinə yönəldilməsi, bağ evinin və torpaq sahəsinin ilkin satış qiymətinin 150000 manat müəyyən edilməsi, satışdan əldə ediləcək vəsaitin iddia tələbi həcmində bankın xeyrinə tutulması, qalan pulun İddiaçı qaytarılması, evin satıldığı tarixdən bir ay müddətində boşaldılması qərara alınmışdır. “xxxx” MMC tərəfindən hərracın keçirilməsinə dair 11.01.2016-cı il tarixli 85 saylı, 25.01.2016-cı il tarixli 270 saylı, 19.02.2016-cı il tarixli 618 saylı və 04.03.2016-cı il tarixli 847 saylı bildirişlər borclusifarişçiyə, tələbkara və borcluya ünvanlanmışdır. İddiaçı mülkiyyətində olan həmin əmlak ilkin satı ş qiyməti 150000 manat olmaqla açıq hərraca çıxarılmış, sonradan qiyməti 15 faiz, daha sonra isə 25 faiz endirilərək 95625 manata Cavabdeh2 ASC-nə satılmışdır. Hərracın keçirilməsi ilə bağlı bildirişlər İddiaçı qeydiyyatda olduğu Ağdam rayonu, Qasımlı Ə/N, Poladlı kəndinə və YYY bağ evinə göndərilmişdir. Qeydiyyatda olduğu ünvan işğalda olduğundan, məktub geri qayıtmış, YYY bağ evindən isə köçməsi səbəbindən çatdırılmamışdır. YYY bağ evinə və 0.05 ha. torpaq sahəsinə ilkin satış qiymətləri göstərilməklə, hərraca çıxarılacağı barədə kütləvi informasiya vasitələrində hərracın keçiriləcəyi yer göstərilməklə elan dərc edilmiş, ilkin hərrac baş tutmadığından, növbəti tarixlərdə təkrar hərraca çıxarılacağı barədə elan dərc edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasi ya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(001)8409/2018 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 18 sentyabr 2015-ci il tarixli, 2(001)4799/2015 saylı qətnaməsi ilə İddiaçı mülkiyyətində olan YYY bağ evi və 0.05 ha. torpaq sahəsinin ilkin satış qiyməti ekspert rəyinə əsasən 150000 manat müəyyən edilmiş, ilkin satış qiyməti İddiaçı tərəfindən mübahisələndirilməmişdir. İpoteka predmeti olmuş YYY bağ evinə və 0.05 ha. torpaq sahəsinə tutmanın yönəldilməsi məqsədilə “xxxx” MMC tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hər rac təşkilatçısı olan “xxxx” MMC-nin qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. Bununla da, mübahisəsiz qaydada təsdiq olunur ki, hərracın təyin olunması və keçirilməsindən ipoteka qoyan, borclu və ipoteka saxlayanın kifayət qədər məlumatı olmuşdur. İddiaçı tərəfindən verilmiş 07 may 2018-ci il tarixli ərizəsi, Binəqədi rayon Məhkəməsinə göndərdiyi 13 sentyabr 2018-ci il tarixli şikayəti və 2017-ci ildə göndərilmiş digər müraciət və şikayətlərinə əsasən İddiaçı icra məmuru Tural Süleymanovun 04 dekabr 2015-ci il tarixdə qəbul olunmuş icraata başlamaq haqqında qərarından, məcburi icra müddəti bitdikdən sonra ona məxsus bağ evinin hərraca çıxarılması barədə, hərracın təşkil olunması və keçirilməsi barədə, hərracın yekununda qeyd olunan bağ evinin Cavabdeh2 ASC-nin balansına keçməsi barədə vaxtı-vaxtında xəbərdar olmuşdur. Bundan əlavə İddiaçı 06 aprel 2017-ci il tarixdə ona məxsus olmuş evin boşaldılmasından məlumatı olmuşdur. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. İş materiallarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4799/2015 nömrəli, 18.09.2015-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə tutma bank qarşısında ipoteka və əlavə ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan YYY bağ evinə və 0.05 ha. torpaq sahəsinə yönəldilmiş və məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini 150.000 (yüz əlli min) manat müəyyən etmişdir. Buna görə də, məhkəmə qətnaməsi ilə artıq müəyyən edilmiş ilkin satış qiymətinə hazırki iddia əsasında yenidən baxılması hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu “S.Orucovun şikayəti üzrə” 7 iyun 2017-ci il tarixli qərarında göstərmişdir ki, hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesinin səmərəsizliyini yaradır. Məhkəmə təcrübəsində iddia vermək hüququndan s ui-istifadə halları qanunvericiliyin tələblərindən yayınmağa xidmət edir. Halhazırkı mübahisə üzrə tərəflər iddia vermək hüququndan istifadə edərək eyni vaxtda fərqli məhkəmə icraatı prosesində fərqli nəticələr əldə etmişlər. Məhkəmə təcrübəsində bu cür hallar hüquqi müəyyənlik prinsipinə xələl gətirərək sonda məhkəmə aktlarının icrasını mümkünsüz edir. Konstitusiya Məhkəməsinin Plenumu G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli Qərarında da qeyd etmişdir ki, işlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o, cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsində isə təsbit olunmuşdur ki, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağl anan müqavilənin etibarsızlığına səbəb olur. İddiaçı kassasiya şikayətində kredit müqaviləsinin təminatı olan ipoteka predmeti ilə bağlı hərracın təyin edilməsi, hərracın baş tutmaması və təkrar hərracların keçirilməsi barədə iddiaçıya Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada bildiriş verilməməsini göstərsə də, bu dəlillər işdə olan rəsmi poçt qəbzləri ilə təkzib edilir. Məhkəmə kollegiyası hesab edir ki, ipotekanın ilkin satış qiyməti yenidən mübahisələndirilə bilmədiyindən həmin əsasla iddiaçının digər tələbi, yəni keçirilmiş hərracın etibarsız hesab edilməsi tələbi də təmin edilə bilməz. Belə ki, hərrac keçirilən zaman Mülki Məcəllənin 415-ci maddəsində göstərilən qaydaların pozulması da iş üzrə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 217. 4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin - 80- cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlinin dəlillərinə ümumilikdə hüquqi qiymə t verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün t ətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. QƏRARA ALİR: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.03.2019-cu il tarixli 2(103)3043/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6002/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6002/2019
23.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver