Məhkəmə qərarları › İş №2(102)-6009/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6009/2021

23.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6009/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X1 cavabdehlər Cavabdeh1 Famil oğlu və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərər) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)3483/2021 saylı, 20.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayə ti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mamedov Ekhtibar və Cavabdeh1 arasında bağlanmış 19 iyun 2020 tarixli kredit müqaviləsinə əsasən, borc verən Mamedov Ekhtibar borc alan Cavabdeh1 14.700 (on dörd min yeddi yüz) ABŞ dollarının həmin günə manat məzənnəsi ilə ekvivalenti 24.990 (iyirmi dörd min doqquz yüz doxsan) manat məbləğində pul vermişdir. Müqavilədə nəzərdə tutulan müddət keçməsinə baxmayaraq borc qaytarılmamışdır. Ona görə iddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 20000 ABŞ dolları məbləğində əsas bor cun, borcun vaxtında qaytarılmamasına görə vurulmuş zərərin əvəzi kimi Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış 1300 ABŞ dolları məbləğində pulun (Azərbaycan manatına olan məzənnə ilə cəmi 36210 manat pulun), mənəvi zərərin əvəzi kimi 100000 manat məbləğində pulun, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın, cəmi 136240 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Tələbi onunla əsaslandırmışdır ki, iddiaçı Ekhtibar Mamedov 2019-cu ilin mart ayında Cavabdeh1 10000 ABŞ dolları, həmin ilin iyun ayında isə yenidən 10000 ABŞ dolları məbləğində borc vermiş, Cavabdeh1 borcunu həmin ilin dekabr ayında qaytaracağını vəd vermişdir. Lakin razılaşdıqları vaxtadək borcundan bir hissəsini qaytarmış, 5300 ABŞ dolları borcu qalmış dır. Cavabdeh1 məşğul olduğu ət satışı biznesini genişləndirmək məqsədilə 2020-ci ilin iyun ayında iddiaçıdan yenidən borca pul istəmiş, iddiaçı isə sonuncunun əvvəldən də ona borclu olduğunu bildirərək pul verə biləcəyini, lakin borcu notarial qaydada təsdiqlənmiş müqavilə əsasında verə biləcəyini demiş, Cavabdeh1 iddiaçı ilə razılaşmışdır. Beləliklə, 19 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı Ekhtibar Mamedov Cavabdeh1 14700 ABŞ dolları, yəni həmin vaxta manata olan məzənnə üzrə 24900 manat borc pul vermiş, cavabdehin iddiaçıya ümumi borcu 20000 ABŞ dolları təşkil etmişdir. Cavabdeh1 borcunu 19 iyul 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də, həmin öhdəliyini bu günədək icra etməmişdir. Bu dövrdə Cavabdeh1 arvadı, iş üzrə digər Cavabdeh2 iddiaçı ilə əlaqə saxl ayaraq ərinin borcunu özünün və valideynlərinin hesabına qaytaracağını vəd etmiş, Cavabdeh1 isə son olaraq evini və qarajını satıb borcunu qaytaracağını bildirmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 başqa şəxslərə də borcu vardır və o öz qarajını satıb həmin şəxslərə olan borcunu ödəmiş, ona olan borcu isə qalmışdır. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(001)-6305/2020 nömrəli qətnaməsi ilə (hakim E.Mustafayev) iddia qismən təmin edilmiş, 20000 ABŞ dolları məbləğində əsas borc, borcun vaxtında ödənilməməsinə görə yaranmış 1300 ABŞ dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 21300 ABŞ dolları məbləğində pul vəsaitinin tərəflər arasında bo rc münasibətlərinin yarandığı dövrdə Azərbaycan manatına olan məzənnə ilə 36210 manat müəyyən edilməklə Cavabdeh1 tutularaq X2 ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

2. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul etdiyini bildirərək, iddiaçıya həqiqətən də 20.000 ABŞ dolları borcu olduğunu etiraf etmiş, məhkəmə isə, cavabdehin etirafını əsas borca münasibətdə sübut kimi qəbul etmişdir.

6. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya olan borcunu qaytarmamasını əsas götürərək, 1300 ABŞ dolları məbləğində pul vəsaitinin faiz borcu qismində tutulması qənaətinə gəlmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mənəvi zərərin məbləğinin hansı səbəbdən 100000 manat təşkil etməsini əsaslandırmamış və bununla bağlı heç bir sübut təqdim olunma mışdır.

8. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

5. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) 2(103)-3483/2021 saylı, 20.04.2021-ci il tarixli qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(001)-6305/2020 nömrəli qətnaməsi dəyişdirilmiş, borcun vaxtında qaytarılmamasına görə vurulmuş zərərin əvəzi kimi Cavabdeh1 iddiaçı X1 xeyrinə tutulmalı olan faiz borcunun məbləği 433 ABŞ dolları məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya Məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi 20000 ABŞ dol ları məbləğində pul vəsaiti iddiaçıya qaytarılmadığından, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş 6,5% bank uçot dərəcəsini nəzərə almaqla Mülki Məcəllənin 449-cu maddəsinə uyğun olaraq vurulmuş zərərin əvəzi kimi Cavabdeh1 İddiaçı xeyrinə tutulmalı olması barədə düzgün nəticəyə gəlsə də, vurulmuş zərərin məbləğini 1 illik müddətə hesablamaqla yanlışlığa yol vermişdir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddətinin 19 iyul 2020-ci il tarixdə bitdiyini, həmin tarixdən məhkəmə qətnaməsinin çıxarıldığı tarixə qədər, yəni 11 noyabr 2020-ci il tarixədək borcun ödənilməsinin 4 aya qədər gecikdirilməsini nəzərə aldıqda məhkəmə kollegiyası hesab etmişdir ki, borcun 4 ay ərzində vaxtında qaytarılmamasına görə vurulmuş zərərin əvəzi kimi Cavabdeh1 İd diaçı xeyrinə 433 ABŞ dolları məbləğində pul tutulmalıdır.

11. Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin borc məbləğinə münasibətdə dəyişdirilib, borcun 14700 ABŞ dolları müəyyən edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya 20000 ABŞ dolları borclu olması heç bir sənədlə sübut olunmur. Məhkəmələrin cavabdehin etirafına istinad edərək, borc məbləğini 20000 ABŞ dolları müəyyən etməsi əsassızdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı i ştirakçılarının izahatları

15. İddiaçının vəkili Vəkil kassasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

16. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Maddə. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla o ndan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

19. Maddə. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. Maddə.

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlə rsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

21. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, cavabdehin iddiaçıya olan əsas borc məbləğinin 20000 ABŞ dolları olması heç bir sənədlə sübut olunmamasıdır.

27. Aşağı instansiya instansiya məhkəmələri əsas borc məbləğini cavabdehlərin etirafları əsasında müəyyən etmişdir.

26. Belə ki, Apellyasiya Məhkəməsində işə baxılarkən Cavabdeh1 iddiaçıya 20000 ABŞ dolları məbləğində borclu olmasını yenidən etiraf etmiş, birinci instansiya məhkəməsində işə baxılarkən də belə məzmunlu izahat verdiyini bildirmişdir. Digər Cavabdeh2 da həyat yoldaşı Cavabdeh1 iddiaçı Ekhtibar Mamedova 20000 ABŞ dolları məbləğində borclu olmasını bildirmişdir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76-cı maddəsi sübutların anlayışını və növlərini müəyyən edir.

30. Həmin maddəyə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yaz ılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

31. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, mülki prosessual qanunvericilik işdə iştirak edən şəxslərin izahatlarını sübut növü kimi müəyyən etdiyindən və bu, qanunu pozmadan əldə edildiyindən, cavabdehlərin əsas borc məbləği ilə bağlı məhkəmə iclasında etdiyi etirafın əlavə olaraq hər hansı sənədlərlə sübut olunması zərurəti aradan qalxır.

32. Kassasiya kollegiyası qeyd edir ki, cavabdehin formal mülahizələrə əsaslanan, hər hansı sübutla təsdiq olunmayan dəlilləri qanuni və əsaslı qətnamənin ləğvi üçün əsas ola bilməz.

33. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə e tməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

28. Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3483/2021 saylı, 20.04.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar