Məhkəmə qərarları › İş №2(102)-6011/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6011/2022

06.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6011/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin iddia tələbi və Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyan, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı 2016-2017-ci illər üzrə icarə haqqı aylıq 1.000 manatdan olmaqla, ümumilikdə 12.000 manat, 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək əldən çıxmış fayda ilə birlikdə aylıq 3.500 manat, ümumilikdə 115.000 manat, vurulmu ş maddi və mənəvi zərərə görə 50.000 manat, ümumilikdə 177.000 manat pulun ödənilməsi tələbinə dair ilkin iddia, Cavabdeh İddiaçı qarşı 250.140 manat pulun tutulmasına dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1249/2022 nömrəli, 18 iyul 2022ci il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 06 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı cavabdehə sözügedən ticarət obyektini bir il müddətinə icarəyə vermiş, icarə haqqı 1000 manat müəyyən edilmişdir.

2. İddiaçı 2017-ci ildə iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış icarə müqaviləsinə xitam verilməsi və cavabdehin icarəyə verilmiş obyektdən çıxarılmasınə xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6090/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, İddiaçı Cavabdeh ilə bağlanmış Sumqayıt şəhəri, N.Nərimanov və 20 yanvar küçələrinin kəsişməsində 30 və 32-ci məhəllələrinin arasındakı ərazidə 144 kv.m. torpaq sahəsində ticarət obyektinin icarəyə verilməsi barədə xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi və Cavabdeh həmin obyektdən çıxarılması qət edilmişdir. Həmin iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)2271/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi icraya yönəldilərək, icra vərəqəsi xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icra olunması barədə bildiriş borcluya təqdim edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək, sözügedən mülki iş üzrə icraya yönəldilmiş qətnamənin icrasının təcili olaraq təmin olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun məktubuna əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6090/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin dublikatı icra edilməsi üçün yenidən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İcra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya təqdim edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qeyd olunan icra sənədinin tam qaydada yerinə yetirilməsi ilə əlaqədar ona xx.xx.2020-ci il tarixədək vaxt verilməsi barədə ərizə ilə müraciət etmişdir. Nəhayətdə icra sənədi xx.xx.2020-ci il tarixdə icra edilərək, cavabdeh obyektdən çıxarılmışdır. 4. 31.08.2020-ci il tarixli köçürmənin göndərilməsi barədə bildirişinə əsasən, X1 hesabına "xxxx" ASC-nin Sumqayıt filialı ilə 2.000 manat məbləğində pul köçürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2016-2017-ci il üzrə icarə haqqı aylıq 1.000 manat olmaqla, ümumilikdə 12.000 manat, 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək isə əldən çıxmış fayda ilə birlikdə aylıq 3.500 manat olmaqla, ümumilikdə 115.000 manat, vurulmuş maddi və mənəvi zərərə görə 50.000 manat - cəmi 177.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, Sumqayıt şə həri, N.Nərimanov və 20 Yanvar küçələrinin kəsişməsində 30 və 32-ci məhəllələrin arasındakı ərazidə 144 kv.m torpaq sahəsində olan ticarət obyektinin sahibidir. xx.xx.2012-ci ildə icarə müqaviləsinə əsasən cavabdehə sözügedən ticarət obyektini bir il müddətinə icarəyə vermişdir. Uzun illər həmin qeyri-yaşayış obyekti qeyd olunan icarə müqaviləsi əsasında cavabdehin istifadəsində olmuşdur. Lakin cavabdeh 2016-cı ildən öz icarə öhdəliklərinin icrasından boyun qaçırmışdır. Cavabdeh ona məxsus obyekti tərk etməkdən imtina etmiş, obyekti ona qaytarmamışdır. Nəticədə, 2017-ci ilin dekabr ayında məhz bu səbəbdən cavabdehin obyektdən çıxarılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməyə məcbur qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)- 6090/2017 saylı qətnaməs inə əsasən cavabdehlə bağlanmış icarə müqaviləsinə xitam verilmiş və onun həmin obyektdən çıxarılması qərara alınmışdır. Lakin məhkəmənin qətnaməsinə baxmayaraq, cavabdeh məhkəmə qətnaməsinin icrasından boyun qaçırmış, ticarət obyektini tərk etməmiş, bütün bu zaman ərzində də obyektdən 2020-ci ilin dekabr ayının 11-nə qədər kommersiya məqsədi ilə istifadə edərək ona məxsus obyektdən külli miqdarda gəlir götürmüşdür. Cavabdeh 2016-cı ilin dekabr ayından xx.xx.2017-ci il tarixinədək toplam 12 ay ərzində aralarında bağlanmış müqavilə dəyəri olan aylıq 1000 manat, ümumilikdə 12000 manat icarə haqqını ödəməmişdir. Bundan əlavə məhkəmə qərarı ilə icarə müqaviləsi ləğv olunduqdan sonra cavabdeh obyekti tərk etməmiş, nəticədə 3.500 manat aylıq icarə haqqı ödəməyə razı olan müştərilərlə müqavilə ba ğlaya bilməmiş və mənfəəti itirmişdir. Odur ki, qətnamə çıxarılan tarixdən, 2017-ci ilin dekabrından obyekti tərk etdiyi – 2020-ci ilin dekabrınadək olan dövr üçün ayda 3.500 manat olmaqla, toplamda 126.000 manat (3.500 man. x 36 ay) əldən çıxmış faydanı tələb edir. Cavabdeh ona həm də mənəvi ziyan vurmuşdur.

7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin təmin edilməməsini, İddiaçı 250.140 manat pulun tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2012-ci ildə həmin qeyri-yaşayış sahəsini təmirsiz icarəyə götürərək, öz şəxsi vəsaiti hesabına tam təmir etdirmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsinin təmirinə 150000 manatdan artıq vəsait xərcləmişdir. Bun dan əlavə, qarşı tərəf ona mənəvi ziyan da vurmuşdur. Belə ki, cavabdeh işçilərin gözü qarşısında ona hədə qorxu gəlmiş, ədliyyə işçilərini kafeyə tökərək nümayişkaranə şəkildə kafeni bağlatdırmış, sonra isə öz istəklərini ona qəbul etdirmək üçün onun şərəf və ləyaqətinə, biznes fəaliyyətinə ləkə vuran hərəkətlər etmişdir. O zaman onun təzyiqi qalxmış, ətrafda olan şəxslər ona tibbi yardım göstərmişlər. Beləliklə onun imicinə də ziyan dəymişdir. Ona 100000 manat mənəvi ziyan dəymişdir. O, vəkillə müqavilə bağlayaraq xidmət haqqı kimi kassaya 210 manat və dövlət rüsumu kimi 30 manat pul ödəmişdir. Odur ki, məhkəmədən qarşılıqlı iddia tələbinin təmin olunması xahiş olunur.

9. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia ərizəsinin məzmun una uyğun izahat verərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, Cavabdeh 2017-2020-ci il ərzində İddiaçı 9.000 manat nağd, obyektin faktiki sahibi YYYə isə bank vasitəsilə 2.000 manat icarə haqqı ödəmişdir. Ona görə də iddia dəqiqləşdirilmişdir. Qarşılıqlı iddia isə əsassızdır. Belə ki, tərəflərin obyektə qoyulmuş xərcin sonradan tələb edilməsi barədə razılıqları olmamış, həmçinin cavabdeh oranı tərk edərkən təmiri dağıtmışdır.

10. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, ilkin tələbin təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, tərəflər arasında məhkəmə qətnaməsindən son ra da icarə münasibətləri davam etdirilmiş, iddiaçı hər ay cavabdehdən icarə haqqını almış və bu barədə müvafiq dəftərdə imza etmişdir. Ona görə də əldən çıxmış fayda ilə bağlı tələb əsassızdır. O, eyni zamanda İddiaçı əqdi mübahisələndirilməsi üçün iddia müddətini buraxdığını bildirmiş, hesab etmişdir ki, iddia müddətinin ötürüldüyü açıq-aşkardır. Веlə ki, iсаrə müqaviləsi xx.xx.2012-ci ildə bağlanmış, İddiaçı isə 2021-ci ilin уаnvаr ayında iddia ilə məhkəməуə müraciət etmişdir. O, İddiaçı iddia müddətini ötürdüyündən, tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmiş, eyni zamanda bildirmişdir ki, məhkəmə q ərarına baxmayaraq, cavabdehlə aralarında razılıq əldə olunmuş və 2020-ci ilin dekabr ayınadək sözügedən obyekti işlətməyə və pandemiya vaxtı 2.000, qalan dövrdə isə 3.500 manat aylıq icarə haqqı ödəməyə davam etmişdir. Həmin ödənişləri əsasən İddiaçı ödəmiş, o, da bu barədə dəftərçədə imza etmiş, bəzən də obyektin faktiki sahibi olan YYYə vermişdir. Hətta bir dəfə sonuncu Quba rayonunda olan zaman icarə haqqını ona bank vasitəsilə ödəmişdir. Ona görə də əldən çıxmış fayda ilə bağlı tələb əsassızdır. İddiaçılə çəkdiyi təmir xərclərinin ödənilməsinə dair razılıqları olmamışdır.

12. Birinci instansiya məhkəməsində şahid X2 izahat verərək, onun ilkin iddia üzrə iddiaçının bacısının yoldaşı olduğunu, sözügedən qeyri-yaşayış sahəsinin faktiki sahibi olduğunu, cavabdeh tərəfindən ona 2020-ci ili n avqust ayında Quba rayonunda dincəldiyi vaxt bank vasitəsilə 2.000 manat icarə haqqı ödənildiyini, cavabdeh obyektdən çıxarkən təmiri yararsız hala saldığını bildirmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Xətşünaslıq Ekspertizasının xx.xx.2021-ci il tarixli, 4/1051 №-li rəyinə əsasən, ekspertizaya təqdim olunmuş, kitabçanın 1-ci səhifəsində olan “aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr” aylarına dair “imza” qrafasındakı imzalar ilə kitabçanın 1-ci səhifəsində olan “noyabr” ayına dair “imza” qrafasındakı imza müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Rəydə ekspert qarşısında qoyulan 2-ci suala (- İşə əlavə olunan dəftərdəki imzalar eyni şəxs tərəfindən icra edilmişdirmi?) cavab verilmiş, 1-ci suala (-İşə əlavə olunan dəftərdəki imzalar İddiaçı məxsus durmu?) isə cavab verilməsinin mümkün olmaması bildirilmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Xətşünaslıq Ekspertizasının xx.xx.2021-ci il tarixli, 4/1407 №-li rəyinə əsasən, ekspertizaya təqdim olunmuş kitabçanın 1-ci səhifəsində “İmza” qrafasında “mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr” aylarına dair imzaların (09 imza) İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını müəyyən etməyin mümkün olmadığı bildirilmişdir.

15. Sumqayıt şəhəri Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(060)-53/2022 saylı qətnaməsi ilə (hakim Ə.Q.Ələkbərov) ilkin və qarşılıqlı iddia təmin edilməmişdir.

16. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı və cavabdeh arasında birinciyə məxsu s əmlakın ayda 1.000 manat müqabilində icarəyə verilməsi barədə xx.xx.2012-ci il tarixdə müqavilə bağlanmış və həmin sazişə xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsi ilə xitam verilərək sonuncunun bu obyektdən çıxarılması qərara alınmışdır. Sözügedən qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra ilkin iddia üzrə cavabdeh 2020-ci ilin dekabr ayınadək obyektdən çıxmamış, bu dövrdə 9.000 manat ilkin iddia üzrə iddiaçıya, 2.000 manat isə YYYə icarə haqqı ödəmişdir. 2020-ci ilin noyabr ayında iddiaçının nümayəndəsi icra qurumuna müraciət etmiş və həmin ilin dekabrında cavabdeh obyekti təhvil vermişdir.

17. Məhkəmə 2016-cı ilin dekabrından 2017-ci ilin dekabr ayınadək icarə haqqının ödənilibödənilməməsi və sonuncu tarixdən 2020-ci ilin dekabrınadə k icarə münasibətlərinin mövcud olubolmaması barədə işin mübahisəli halları ilə bağlı qeyd etmişdir ki, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnamələrindən görünür ki, iddiaçı cavabdehin icarə müddəti başa çatdıqdan sonra ona məxsus obyektdən çıxmamasına görə sözügedən tələblə məhkəməyə müraciət etmişdir. Bu məhkəmə qərarlarında, eləcə də hazırki mübahisə ilə əlaqədar araşdırılan həmin mülki iş materiallarında cavabdehin icarə haqqı ödəməməsi, həmçinin mübahisənin bu səbəbdən yaranmasına dair hər hansı sübuta rast gəlinmir. Buradan aydın olur ki, mübahisə icarə haqının ödənilməməsinə görə deyil, müqavilənin müddətinin iddiaçı tərəfindən uzadılmaması, cavabdehin isə obyektdən çıxmaması ilə bağlı yaranmışd ır. Əks halda həmin iş üzrə iddiaçı cavabdehə qarşı icarə haqqının ödənilməməsinə dair tələb irəli sürmək imkanını da həyata keçirərdi.

18. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, hazırkı iş üzrə ilkin iddiaçının 20162017-ci illər ərzində icarə haqqının ödənilməməsi barədə dəlili əsaslı deyildir.

19. Məhkəmə həmçinin işin sözügedən qətnamədən sonra daha 3 il ərzində ilkin iddia üzrə cavabdehin obyektdə fəaliyyət göstərməsi, həmin dövrdə 11.000 manat icarə haqqının ödənilməsinin mübahisəsiz hal olması, bu müddətdə müvafiq məhkəmə qərarının icrasının iddiaçı tərəfindən tələb edilməməsi hallarına qiymət verərək belə nəticəyə gəlmişdir ki, 2017-2020-ci ilin dekabrınadək də tərəflər arasında icarə hüquq münasibətləri davam etmişdir. Bu zaman artıq tərəflər arasında yeni şifahi icarə m üqaviləsi bağlanmışdır.

20. Məhkəmə işin faktiki hallarına toplanmış və tədqiq olunmuş sübutlarla məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlmişdir ki, ilkin iddia üzrə iddiaçının 2017-ci il tarixədək qüvvədə olan icarə müqaviləsindən irəli gələn 2016-2017-ci illər üzrə icarə haqqı tələbi iddia müddəti keçdiyindən təmin edilməməlidir. Belə ki, həmin dövr üzrə icarə haqqı ödənilməsi müqavilə tələblərinə əsasən iddia olunur və iddiaçı pozulmuş hüquqları barədə artıq xx.xx.2017-ci ildə məhkəməyə ərizə ilə müraciət edən zaman bilməli idi. Hazırkı tələb isə xx.xx.2021-ci ildə məhkəməyə birbaşa daxil olmuşdur.

21. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21, 675, 7001 və 705-ci maddələrinə istinadla qeyd etmişdir ki, qanunvericilik kompensasiyanın icarə hüquq münasibətlərinə xitam ver ildikdən sonra icarəçinin icarəyə götürdüyü obyekti qaytarmadıqda tələb edilə bilməsini nəzərdə tutur. İşin hallarından isə 2017-2020-ci illər ərzində də icarə hüquq münasibətlərinin davam etməsi aydın olur ki, bu da İddiaçı həmin dövr üzrə kompensasiya tələb etmək hüququnun yaranmasını istisna edir.

22. Bununla yanaşı, bu norma kompensasiyanın məbləği kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin tələb edilə bilməsini nəzərdə tutmuşdur.

23. Qeyd olunan qanunvericiliyin tələbinə dair ilkin iddia üzrə iddiaçı hər hansı sübut təqdim etməməklə yanaşı, ümumiyyətlə müvafiq dövrdə icarə hüquq münasibətlərinin mövcud olmamasını əsas gətirərək əldən çıxmış fayda tələb etmişdir.

24. Məhkə mə həmçinin hesab etmişdir ki, qanunvericilik əmlakın istismarı zamanı götürülə biləcək hər hansı abstrakt müəyyənləşdirilən faydanı deyil, əmlakın xassəsindən irəli gələn götürülməməsi mümkün olmayan (məsələn, sağmal inəkdən süd, həmişə məhsul verən bitkinin barı) və ya onun istismar praktikasında formalaşmış və əmlakın istifadəsi barədə artıq bağlanmış müqavilələr şəklində konkret sübutların olması ilə şərtlənən faydanı nəzərdə tutur. Məhkəmə araşdırması zamanı ilkin iddiaçı tərəfindən 2017-2020-ci illər ərzində gəlir (fayda) götürəcəyi ilə əlaqədar müqavilə və ya hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə, şərh olunanlara əsasən, hesab etmişdir ki, ilkin iddiaçı tərəfindən konkret dəlil və sübuta söykənməyən özünün mübahisəli əmlakdan gəlir əldə edə biləcəyi ehtimalı ilə şərtlənən təl əbi əsassızdır.

25. Məhkəmə cavabdehin obyektə çəkilmiş xərcin ödənilməsinə dair qarşılıqlı iddiasını onun dəlilləri ilə bağlı hər hansı sübut təqdim olunmadığından əsaslı hesab etməmişdir.

26. Məhkəmə həmçinin hesab etmişdir ki, iş materialları ilə və məhkəmə araşdırması zamanı tərəflərin bir-birinə mənəvi ziyan vurmaları təsdiqini tapmamış, bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, mənəvi ziyanla əlaqədar həm ilkin, həm də qarşılıqlı iddia tələbi əsassızdır.

27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 329.2, 372.1, 372.2, 373.2, 375.2, 377.1, 385.1, 386.1, 675, 700.1, 705, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 deka br 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4, 218.3-cü maddələrinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilkin iddianın təmin edilməsi barədə qətnamə çıxarı lmasını xahiş etmişdir.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə hesab etmişdir ki, işin sözügedən qətnamədən sonra daha 3 il ərzində ilkin iddia üzrə cavabdehin obyektdə fəaliyyət göstərməsi, həmin dövrdə 11.000 manat icarə haqqının ödənilməsinin mübahisəsiz hal olması, bu müddətdə müvafiq məhkəmə qərarının icrasının iddiaçı tərəfindən tələb edilməməsi hallarına qiymət verərək belə nəticəyə gəlir ki, 2017-2020-ci ilin ayınadək də tərəflər arasında icarə hüquq münasibətləri davam etmişdir. Bu zaman artıq tərəflər arasında yeni şifahi icarə müqaviləsi bağlanmışdır. Məhkəmə başqa bir məhkəmə qətnaməsi ilə xitam verilmiş icarə müqaviləsinə öz mülahizələri əsasında şifahi müqavilənin bağlanması barədə don ge yindirməyə çalışmaqla bir daha öz qeyri-obyektiv mövqeyini ortaya qoymuşdur. Qətnamənin 3 il ərzində icrasının tələb edilməməsi icarə münasibətinin uzaldılması deməkdir. Halbuki, həmin qətnamənin icra sənədləri bir dəfə naməlum şəkildə itirilmiş və tərəfindən həmin dövrdə etdiyi şikayətlər də itirilmişdir.

30. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1249/22 nömrəli, 18 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə, (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassas iya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 373-cü maddəsini tətbiq etməklə səhvə yol vermişdir. Mübahisə müqavilə tələbləri üzrə deyil, yerinə yetirilməmiş öhdəliklər və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. Mübahisə hərtərəfli araşdırılmamış və düzgün qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcə lləsi

35. Maddə 329.1. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

36. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

37. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

38. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

39. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

40. Maddə 385.1. Öhdəliyə əsa sən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

41. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

42. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

43. Maddə

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üç ün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

44. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.

45. Maddə 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq mün asibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqqədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir.

46. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəl ir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

47. Maddə

705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidi r.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmama sına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

57. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışını n hədləri

58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə ilkin iddia üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək əldən çıxmış fayda ilə birlikdə aylıq 3.500 manat olmaqla, ümumilikdə 115.000 manat, vurulmuş maddi və mənəvi zərərə görə 50.000 manat pulun tutularaq ona ödənilməsi tələbinin rədd olunmasına aid hissədə ləğv olunmalı və həmin hissədə yenidən baxılması üçün göndərilməlidir.

61. Belə ki, iddiaçının 2016-2017-ci il üzrə icarə haqqı aylıq 1.000 manat olmaqla, ümumilikdə 12.000 manat pulun tutulması barədə tələb icarə müqaviləsi əsasında yaranmış tələbdir və bu tələb Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən olunmuş 3 illik iddia müddətinə tabe tutulur. İşə baxmış məhkəmələr də iddia tələbinin bu hissəsi üzr ə iddia müddəti tətbiq etməkdə haqlı olmuşdur.

62. İddianın 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək əldən çıxmış fayda tələbi üzrə tərəflər arasında yaranmış mübahisə, qeyri-yaşayış sahəsinin icarə müqaviləsi ləğv edildikdən sonra icarəçinin əşyanı qaytarmaması səbəbindən icarəyə verənin kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş icarə haqqının ödənilməsi ilə bağlı yaranmışdır.

63. Bu iddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 697.1 və 697.2-ci maddələri çıxış edir. Həmin normalara əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya o laraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir.

64. İddia tələbinin bu hissəsi üzrə məhkəmə müəyyən etmişdir ki, ilkin iddia üzrə cavabdeh 2020-ci ilin dekabr ayınadək obyektdən çıxmamış, bu dövrdə 9.000 manat ilkin iddia üzrə iddiaçıya, 2.000 manat isə YYYə icarə haqqı ödəmişdir. 2020-ci ilin noyabr ayında iddiaçının nümayəndəsi icra qurumuna müraciət etmiş və həmin ilin dekabrında cavabdeh obyekti təhvil vermişdir.

65. Lakin 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək əldən çıxmış fayda tələbini rədd etmiş məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 2017-2020-ci ilin dekabrınadək də tərəflər arasında icarə hüquq münasibətləri davam etmişdir.

66. Məhkəmə bu nəticəyə gələrkən sözügedən qətnamədən sonra daha 3 il ərzində ilkin iddia üzrə cavabdehin obyektdə fəaliyyət göstərməsinə, həmin dövrdə 11.000 manat icarə haqqını ödəməsinə, bu müddətdə müvafiq məhkəmə qərarının icrasının iddiaçı tərəfindən tələb edilməməsinə istinad etmişdir.

67. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin bu nəticəsi kifayət qədər əsaslandırılmayıb. Əvvəla iddiaçı aralarında bu cür müqavilənin olduğunu inkar edir.

68. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

69. Müqavilə münasibətlərinin araşdırılması zamanı nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

70. Müqavilə dedikdə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyi şdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması başa düşülür. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Sadə yazılı müqavilə isə müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır.

71. Cavabdeh iddiaçı ilə 2017-ci ildən sonra aralarında icarə müqaviləsi bağlanması barədə yazılı müqavilə təqdim etməmişdir.

72. Eyni zamanda cavabdeh iddiaçı ilə icarə münasibətlərinin davam etdirilməsi barədə sübut kimi dəftərçə təqdim edərək, həmin dövrdə iddiaçıya icarə haqqını ödədiyini və iddiaçının pulu aldığına dair dəftərçədə imza etdiyini bildirmişdir. Lakin iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 4/1051 №-li rəyi və və xx.xx.2021-ci il tarixli, 4/1407 №-li rəyləri ilə bu hal müəyyən edilməmişdir.

73. Bundan başqa, ötən müddətdə iddiaçının Sumqayıt Şəhər Məhkəməsinin 2(060)6090/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin icrasının iddiaçı tərəfindən tələb edilməməsi barədə dəlili hüquqi baxımdan əsassızdır.

74. Çünki apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi işə əlavə olan 231633/18 saylı icra işindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6090/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya təqdim edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək, sözüg edən mülki iş üzrə icraya yönəldilmiş qətnamənin icrasının təcili olaraq təmin olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun məktubuna əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)6090/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin dublikatı icra edilməsi üçün yenidən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İcra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya təqdim edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qeyd olunan icra sənədinin tam qaydada yerinə yetirilməsi ilə əlaqədar ona xx.xx.2020-ci il tarixəd ək vaxt verilməsi barədə ərizə ilə müraciət etmişdir. 75. “İcra haqqında” qanunun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir.

76. Həmin qanunun 25.1-ci maddəsinə əsasən, icra sənədinin əsli itdikdə, həmin sənədin müvafiq məhkəmə və digər orqan tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dublikatı verilir.

77. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.

78. Göründü yü kimi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6090/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqi üzrə xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya təqdim edilmişdir. İcra sənəri icra olunanadək borclunun qətnamənin icrasına möhlət verilməsi barədə məhkəmənin qərardadı, yaxud qətnamənin icra olunmasının təxirə alınmasına əsas verən başqa hallar müəyyən olunmamışdır.

79. Bu halda iddiaçının həmin qətnamənin icrasını tələb etməməsinə tərəflər arasında müqavilə bağlanması kimi qiymət verilməsi ziddiyyətli mövqedir. Əgər tərəflər belə bir razılaşmaya gəliblərsə, kifayət qədər maliyyə ödənişini nəzərdə tutan bu razılaşmanı nəyə görə sadə yazılı şəkildə rəsmiləşdirmədikləri, buna nəyin m ane olması aydınlaşdırılmayıb. Xüsusilə icra sənədi mövcud olduğu halda bu razılaşmanı rəsmiləşdirib icra məmuruna təqdim etmək zərurəti vardı və borclunun həmin razılaşma barədə icra məmuruna məlumat verməsi barədə hər hansı sübut yoxdur.

80. İddiaçı apellyasiya şikayətində də cavabdehlə 2017-ci ildən 2020-ci ilədək müqavilə bağlanması və müqavilə münasibətlərinin davam etməsi barədə məhkəmənin gəldiyi nəticəni mübahisələndirərək, qətnamənin gec icra olunmasının səbəbinin icra sənədinin itməsini qeyd etmiş, onun icra sənədinin icra olunmamasına görə şikayətlərinin də itirildiyini bildirmiş, lakin apellyasiya instansiyası məhkəməsi bu dəlilləri ətraflı araşdırıb qiymət verməmişdir.

81. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada möv cud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

82. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsi ni daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

83. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi iddia tələbinin 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək əldən çıxmış fayda ilə birlikdə aylıq 3.500 manat olmaqla, ümumilikdə 115.000 manat, vurulmuş maddi və mənəvi zərərə görə 50.000 manat - cəmi 177.000 manat pulun tutul araq ona ödənilməsi tələbinin rədd olunmasına aid hissədə yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

84. Belə olan halda, iddiaçıların kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli və iş yeni araşdırmaya qaytarılmalı, araşdırma zamanı cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması və icra olunub-olunmaması məsələlərinə sübutetmə vəzifəsinin bölüşdürülməsi qaydalarına uyğun hüquqi qiymət verilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

85. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyas iya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1249/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qətnaməsi qismən - iddia tələbinin 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək əldən çıxmış fayda ilə birlikdə aylıq 3.500 manat olmaqla, ümumilikdə 115.000 manat, vurulmuş maddi və mənəvi zərərə görə 50.000 manat pulun tutularaq ona ödənilməsi tələbinin rədd olunmasına aid hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün göndərilsin. Qətnamə qalan hissədə (2016-2017-ci illər üzrə icarə haqqının ödənilməsi) dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar