Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6014/2019 30.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və onun vəkili ***nun, Cavabdeh ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli, 2(103)5047/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan 900 manat maddi və 50.000 manat mən əvi zərər, habelə 30 manat dövlət rüsumunun, ümumilikdə 50.930 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 16 sentyabr 2014-cü il tarixdə X1 həkim Namiq Hacıyev tərəfindən ultrasəs müayinəsi olunarkən onun sağ böyrəyində D-7,8 x 3,7 sm parenxima, sol böyrəyində D-9,2 x 3,9 sm parenxima, D-1,1 sm 0,5 sm ölçüdə konkrement izləndiyi və hər iki böyrəklərində kristallaşmış duzların olması qeyd edilmişdir. Bu səbəbdən də əlavə xərc çəkərək bəzi müayinələrdən keçmişdir. 2015-ci ildə təkrar cavabdehin qəbulunda olmuş və sonuncu sağ böyrəyində D-7,8 x 3,6 sm və sol böyrəyində D-9,0 x 4,0 sm yuxarı hissəsində 0,5 sm ölçüdə konkrementlərin izləndiyi qeyd olunmuşdur. Evə gəldikdən sonra şok keçirmiş, şəkəri aşağı düşmüş, görmə qabiliyyətini itirmiş və nəticədə əsəb sistemi pozulmuşdur. Bundan sonra Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında müayinə olunmuş və onun sağ böyrəyinin 93-34 sm ölçüdə normal olduğu və daş çöküntüsünün olmadığı bildirilmişdir. Sol böyrəyinin 91-37 sm ölçüdə normal olduğu daş çöküntüsünün və kontrementin olmadığı qeyd edilmişdir. Lakin cavabdeh həmin müayinələrin nəticələrinə inanmadığı üçün təkrar 13 yanvar 2017-ci il tarixdə Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına, 16 may 2017-ci il tarixdə “Atlas” Tibbi mərkəzinə müraciət etmiş və ona böyrəklərinin tam sağlam olmasına dair diaqnoz qoyulmuşdur. Bütün bu hadisələr nəticəsində ona 900 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin keçirdiyi stresslə əlaqədar olaraq əmək, görmə qabiliyyə tini itirmiş, yuxu sistemi pozulmuşdur və heç bir yerdə işləyə bilmir. Cavabdehin zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkətləri nəticəsində ona 50.000 manat mənəvi zərər dəymişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli 2(006)-2120/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasını n iş üzrə 20 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli, 2(103)5047/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya ş ikayəti belə əsaslandırılmışdır ki, məhkəmə belə nəticəyə gələrkən MPMnin 54-cü maddəsinin tələblərini pozmuş və belə nəticəyə gəlməsini MPM-nin konkret norması ilə əsaslandırmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkilinin dediklərinə uyğun izahat verdi. Cavabdeh *** məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 29.04.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini qismən təmin edib, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli qətnaməsini ləğv edib, iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı 14.09.2014-cü ildə və 18.11.2015-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Mərkəzi Neftçilər Xəstəxanasına müraciət etmiş və hər iki halda həkim – cavabdeh onun böyrəklərinin ultrasəs müayinəsini edərək müvafiq hesabatlar təqdim etmişdir. Hazırda iddiaçı hər iki halda cavabdehin ona səhv diaqnoz qoyduğunu iddia edərək, sonuncudan maddi və mənəvi zərər tələb edir. Cavabdeh isə iddiaçını yalnız müayinə edərək, müayinənin nəticələrinə dair hesabat təqdim etdiyini, iddiaçıya hər hansı xəstəliklə bağlı diaqnoz və müalicə təyin etmədiyini bildirir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinin tələbinə görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. İddiaçı ir əli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən vəiddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur.Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 5 0-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunanlara əsasə n məhkəmə kollegiyası düzgün olaraq hesab etmişdir ki, hazırki tələb üzrə cavab verməli olan şəxs (cavabdeh) Cavabdeh *** deyil, onun işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X2malıdır. Lakin apellyasiya icraatı mərhələsində əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması mümkün olmadığından, iddiaçı hazırki tələblə xəstəxanaya qarşı yeni iddia qaldırmalıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli, 2(103)-5047/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6014/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6014/2019
30.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver