Məhkəmə qərarları › İş №2(102)-6014/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6014/2021

13.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6014/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qızının cavabdeh X4 qarşı “borcun və müqavilə öhdəliyinin pozulması nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi” barədə ilkin Cavabdeh İddiaçı qızına qarşı “ödənilməmiş əsas borcun, əldə çıxmış faydanın və vurulmuş mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRAR (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının vəkili X2, Cavabdeh X3 və cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-800/2021 nömrəli iş üzrə 12 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı İddiaçı qızı cavabdeh X4 qarşı “borcun və müqavilə öhdəliyinin pozulması nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100.000 (bir yüz min) manat məbləğində əsas borc, 45.000 (qırx beş min) manat məbləğində əldən çıxmış fayda, eyni zamanda ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 10.000 (on min) manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 155.000 (bir yüz əlli beş min) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı qızı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə uzun müddət yaxşı münasibətləri olmuşdur. Cavabdeh şəxs ona pula ehtiyacı olduğunu bildirərək ondan pul istəmişdir. Cavabdehlə onun arasında olan razılaşmaya əsasən iddiaçı şəxs Cavabdeh 100.000 (bir yüz min) manat məbləğində borc vermişdir. Lakin razılaşdıqları müddət keçməsinə baxmayaraq, cavabdeh hər dəfə problemləri olduğunu bildirərək, borcu ödəməkdən yayınmışdır. Hətta 29 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri 52 nömrəli notariat kontorunda mövcud borcun etirafı haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh borcu 6 (alt ı) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Sonradan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh ona olan borcunu ödəməmiş, hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Belə ki, dəfələrlə əlaqə saxlamaq istəsə də, bunun heç bir nəticəsi olmamışdır. Cavabdeh şəxs ona olan 100.000 (bir yüz min) manat məbləğində borcunu ödəməkdən qəsdən boyun qaçırmışdır. Bu səbəbdən də pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh qanunvericilikdə göstərildiyi kimi, öz öhdəsinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilənin və mövcud qanunvericiliyin tələblərini aşkar və kobud şəkildə pozmuşdur. Cavabdeh şəxsin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi müvafiq hüquq məsuliyyətinə səbəb olmaqla yanaşı, həmçinin müqa vilə üzrə ödənilməmiş və ödənilməli 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin geri qaytarılması ilə bərabər öhdəliyin icra edilməməsi ilə bağlı cavabdeh şəxsin ona vurduğu digər zərəri ödəmək vəzifəsini də əmələ gətirmişdir. Son iki ildən artıqdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi 15% təşkil etmişdir. Hesab edir ki, cavabdeh şəxs ona qaytarmalı olan 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini əsassız olaraq özündə saxlamaqla daha çox zərər vurmuşdur. Belə ki, 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi ilə depozit hesabı açdıraraq əmanət qoya bilərdi. Belə olan halda artıq 3 (üç) ildən artıq müddət ərzində minimum 15% olmaqla həmin məbl əğdən 45.000 (qırx beş min) manat məbləğində gəlir əldə edə bilərdi. Cavabdeh şəxs belə qanunsuz hərəkətləri ilə ona olan borcunu ödəmədiyindən və onun pulunu qanunsuz olaraq özündə saxladığından əldə edə biləcəyi gəlirdən onu məhrum etmişdir. Cavabdeh şəxsin öhdəliklərini pozması onun mənəvi iztirablar keçirməyinə səbəb olmuş və nəticədə güclü mənəvi sarsıntı keçirmişdir. Belə ki, cavabdeh şəxs ondan aldığı pul vəsaitini qaytaracağına dəfələrlə söz versə də, hər dəfəsində onu aldatmış və müxtəlif bəhanələrlə borcunu tam şəkildə ödəməkdən boyun qaçırmışdır. O, cavabdehə borc verməklə onun ehtiyacını ödəmək, ona kömək olmaq, xeyirxah bir iş görmək istəyirdi. Lakin borc verdikdən sonra cavabdeh şəxsin ona qarşı etdiyi hərəkətlər, onu müntəzəm olaraq müxtəlif üsul və vasitələrlə aldatması, on a qarşı hörmətsizlik onu alçaltmış özünə etdiyi hərəkətə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Cavabdehin ona qarşı etdiyi etinasız hərəkətlər ona vurulmuş maddi ziyanla yanaşı həm də mənəvi ziyan vurmuşdur. Cavabdeh şəxs tərəfindən ona vurulmuş mənəvi ziyan 10.000 (on min) manat məbləğində qiymətləndirilməlidir. Hesab edir ki, qeyd edilən mənəvi ziyanın əvəzi olaraq 10.000 (on min) manat məbləğində pul vəsaiti də Cavabdeh alınaraq ona ödənilməlidir. Orucov X1 Şərafət qızına qarşı “ödənilməmiş əsas borcun, əldə çıxmış faydanın və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin qarşılığında ödənilməmiş 350.000 (üç yüz əlli min) manat məbləğində ə sas borcun, 70.000 (yetmiş min) manat məbləğində əldən çıxmış faydanın, eyni zamanda vurulmuş mənəvi ziyan müqabilində 10.000 (on min) manat məbləğində vəsaitin, cəmi 430.000 (dörd yüz otuz min) manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun İddiaçı ilə aralarında dostluq münasibəti olmuş və onlar bərabər bir neçə uğurlu biznes layihələri həyata keçirmişlər. Təxminən 2015-ci ildə ona borc pul lazım olduğundan İddiaçı müraciət etmişdir, sonuncu isə pulunun olmadığını bildirmişdir. Lakin Bakı şəhəri, “Xətai” metro stansiyasının yaxınlığında 24 kv.metr torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini satıb pulunu götürə biləcəyini bildirmişdir. O, daşınmaz əmlakın a lqı-satqısı ilə məşğul olan şəxslər vasitəsi ilə həmin torpaq sahəsinin alıcısını tapdıqdan sonra İddiaçı sözügedən torpaq sahəsini alıcıya satmışdır. Həmin alqı-satqı nəticəsində o cəmi 40.000 (qırx min) manat məbləğində İddiaçı borca pul almışdır. Lakin İddiaçı bildirmişdir ki, ona 100.000 (bir yüz min) manat məbləğində borc qaytaracaqdır. Borcun qaytarılması vaxtı isə müəyyən edilməmişdir. O, İddiaçı borc məbləğini imkan olduqca hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin 2016-cı il tarixdə İddiaçı borcun rəsmi qaydada sənədləşdirilməsini istəmişdir. O da öz növbəsində buna etiraz etməyərək, 29 iyun 2016-cı il tarixdə Bakı şəhəri 52 nömrəli notariat kontorunda mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlamışdır. Buna baxmayaraq, cavabdeh İddiaçı ona qarşı yenidən inamsızlıq yar anmış və 2018-ci il tarixdə borcun müqabilində girov tələb etmişdir. Belə olan halda o, İddiaçı özünün şəxsi mülkiyyətində (31 oktyabr 2005-ci il tarixli ilkin müqaviləyə əsasən) olan və halhazırda yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilini girov verə biləcəyini bildirmişdir. Tərəflər arasında razılaşma belə olmuşdur ki, əgər o, 100.000 (bir yüz min) manat məbləğində borcu qaytara bilməsə, o zaman mənzil 450.000 (dörd yüz əlli min) manat qiymətə satılacaqdır, İddiaçı 100.000 (bir yüz min) manat məbləğində borcunu götürdükdən sonra yerdə qalan 350.000 (üç yüz əlli min) manat məbləğində pul vəsaitini isə ona qaytaracaqdır. Tərəflər arasında razılaşma əldə edildikdən sonra o 23 aprel 2018-ci il tarixdə nikah tərəfi olan X6 ilə Bakı şəhəri 9 nömrəli notariat kontorunda ünvan 1 ünvanında yer ləşən mənzildəki paydan imtina ərizələri təsdiq olunmuşdur. Həmin imtina ərizələri "xxxx" Mənzil Tikinti Kooperativinə təqdim edildikdən sonra sözügedən mənzil İddiaçı adına müqavilə əsasında qeydiyyata alınmışdır. Sözügedən mənzilin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmadığı üçün borc müqabilində girov bu formada rəsmiləşdirilmişdir. Göründüyü kimi, o İddiaçı götürdüyü daşınmaz əmlak qarşılığında (Bakı şəhəri, “Xətai” metro stansiyasının yaxınlığında olan 24 kv.metr torpaq sahəsi) digər daşınmaz əmlak verərək ünvan 1 ünvanında yerləşən mənzil) borcunu qaytarmışdır. Ancaq İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin qarşılığında 350.000 (üç yüz əlli min) manat məbləğində pul vəsaitini ona qaytarmamışdır. Bu azmış kimi, İddiaçı ona qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia qaldırmış və həmin iddia təmin edilmişdir. Hal-hazırda həmin mübahisədən onun tərəfindən kassasiya şikayəti verilmişdir. Göründüyü kimi, İddiaçı 100.000 (bir yüz min) manat məbləğində borcu da hal-hazırda həm iddia formasında, həm də həmin borcun müqabilində verilmiş mənzili də tələb edir. Bu hal isə qanunvericilikdə əsassız varlanma kimi qiymətləndirilir. Bundan əlavə, İddiaçı iddia ərizəsində qeyd edir ki, guya o borcu gecikdirməklə ona zərər vurmuşdur. Əsl həqiqətdə isə İddiaçı ona zərər vurmuşdur. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Orucəliyev küçəsi 1934, ev 09/11, 14 nömrəli mənzilin qarşılığında 350.000 (üç yüz əlli min) manat məbləğində pul vəsaitini ona vaxtında qaytarsaydı, o iki il ərzində bankda depozit hesabı acaraq həmin məbləğə illik 5% olmaqla, cəmi 10% qazanc əldə ed ə bilərdi. Bu da 70.000 (yetmiş min) manat məbləğində təşkil edir. Həmçinin, İddiaçı dəfələrlə ona hədə-qorxu gələrək bildirmişdir ki, mənzili onun əlindən alacaq və özünü də çölə atacaqdır. Bununla da o mənəvi əzab və stress keçirmişdir. Bununla da, Cavabdeh hesab edir ki, ona mənəvi ziyan dəymişdir və dəymiş mənəvi ziyanın məbləği 10.000 (on min) manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) 2(005)-1215/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 100.000 (bir yüz min) manat məbləğində borc vəsaitinin İddiaçı xeyrinə tutulması, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, iddiaçı Cavabdeh İddiaçı qızına qarşı “ödənilməmiş əsas borcun, əldən çıxmış faydanın və vurulmuş mənəvi zər ərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı qızı və cavabdeh X5 ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Qürbət Əsgərov - sədrlik edən və məruzəçi, Azad İmanov və Vahid Sadıqov) 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1215/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(103)-800/2021 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasın ın 26 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən cavabdeh kassasiya şikayəti verilməsi üçün mülki prosessual qanunvericiliklə müəyyən edilmiş 2 aylıq müddəti ötürmüşdür. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 yanvar 2021-ci il tarixli qətnaməsi 04 fevral 2021-ci il tarixdə tərəflərə göndərilmiş, həmin qətnamə Cavabdeh tərəfindən 12 fevral 2021-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmiş, lakin kassasiya şikayəti məhkəməyə 27 iyul 2021-ci il tarixdə daxil olmuşdur. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(103)-800/2021 nömrəli qərardadının ləğv edilməsi və kassasiya şikayətinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-800/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsini almamışdır. Bu səbəbdən də 01.05.2021-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin rəsmi email ünvanına (contact@bakuappealcourt,gov.az) müraciət edərək sözügedən qətnamənin rəsmi qaydada təqdim edilməsini xahiş etmiş, müraciətə cavab poçt vasitəsilə 24.05.2021-ci il tarixdə göndərilmiş və qətnamə rəsmi qaydada təqdim edilmişdir. Əgər qətnamə ə vvəlcədən təqdim edilmiş olsaydı bu zaman “Dövlət rüsumu haqqında” qanunun 8.4.8-ci bəndində əsasən (məhkəmə aktlarının və surətlərinin təkrarən verilməsinə görə) 10 manat dövlət rüsumu tələb edilərdi. Lakin belə bir hal olmamışdır. Qərardadı aldıqdan sonra 19.08.2021-ci il tarixdə 2(103)-800/2021 saylı mülki işdə olan 12.02.2021-ci il tarixli SS644933651AZ ştrix kodlu xəbərnamə ilə tanış olduqda məlum olmuşdur ki, xəbərnamənin şəxsən hissəsində imzaya bənzər qeyd və “Orucov” soyadı yazılmışdır. İmzaya bənzər qeyd və xətt yazısı Cavabdeh və onun ailə üzvlərinə məxsus deyil. İş materiallarında olan sənədlər ilə tanış olan zaman Cavabdeh imzasının xəbərnamədə imzaya bənzər qeyddən tamamilə fərqli olduğu görünür. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-800/2021 saylı, 26 yanv ar 2021ci il tarixli Qətnaməsi 24.05.2021-ci il tarixdə poçt vasitəsilə rəsmi qaydada təqdim edilmişdir və həmin qətnamədən verilmiş kassasiya şikayəti 22.07.2021-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi üçün poçt şöbəsinə daxil edilmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh X5 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. İddiaçının vəkili M.Məmmədova kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Maddə 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını; Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə

416. Kassasiya instansiyası məhkəməsi ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə gör ə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti verən cavabdeh qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri prosessual qanunvericiliyin tələblərinə zidd o lduğundan əsaslı və qanuni sayıla bilməz. Belə ki, iş materiallarının 166-cı səhifəsində olan xəbərnaməyə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2021-ci il tarixli qətnaməsi Cavabdeh ünvanına göndərilmiş, xəbərnamədə “Orucov” soyadı qeyd edilməklə 12.02.2021-ci il tarixdə qəbul etmişdir. Lakin həmin xəbərnaməyə vizual baxış keçirilərkən müəyyən edilmişdir ki, xəbərnaməni qəbul edən Orucov soyadının qarşısındakı imza ilə iş materiallarında olan digər sənədlərdə olan Cavabdeh imzası arasında kəskin fərq vardır. Qətnamədən verilən kassasiya şikayətində cavabdeh məhkəmə qətnaməsini 24.05.2021-ci il tarixdə poçt vasitəsilə aldığını qeyd etmiş və poçt zərfinin surətini kassasiya şikayətinə əlavə etsə də, apellyasiya məhkəməsi bu hala diqqət etməmiş və bu halın aydınl aşdırılması üçün kassasiya üçün prossesual əsasların yoxlanılmasını tərəflərin iştirakı ilə araıdırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin Mülki Prossesual Məcəlləsinin tələblərinə uyğunluğunun məhkəmə iclasında tərəflərin iştirakı ilə yoxlanılması qanunvericiliklə məcburi hesab edilməsə də, aşkar qeyri-müəyyənliklər olduqda bu məsələnin müzakirəsinin tərəflərin iştirakı ilə aparılması tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsinə xidmət edən addımdır. Hazırki kassasiya şikayətinə əlavə edilmiş elektron poçt ünvanından çıxarışa və zərfin surətinə əsasən Cavabdeh vəkili Vəkil 01.05.2021-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin rəsmi email ünvanına (contact@bakuappealcourt,gov.az) müraciət edərək 2(103)-800/2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli qətnamənin rəsmi qaydada Xırdalan şəhər Vəkil Bürosunun ünvanına göndərilməsini xahiş etmiş, müraciətə cavab olaraq poçt vasitəsilə 24.05.2021-ci il tarixdə qətnamə rəsmi qaydada təqdim edilmişdir. İşdə cavabdehə qətnamənin verilməsini təsdiq edən yeganə sübut işin 166-cı vərəqində olan cavabdeh tərəfindən məhkəmə qətnaməsinin 12.02.2021-ci il tarixdə qəbul edilməsi barədə xəbərnamədir. Düzdür iş materiallarında cavabdehin ünvanına göndərilmiş məhkəmə iclasları barədə bildirişlərin də oxşar xəbərnamələrlə qəbul edilməsi görünsə də, lakin iş materiallarından görünür ki, cavabdeh SMS bildirişlər vasitəsilə də məhkəmə iclasları barədə məlumatlandırılmışdır. Bu da, digər məhkəmə sənədlərinin eyni şəxs tərəfindən qəbul edilməsinə baxmayaraq cavabdehə çatdırılması qənaətini aradan qaldır ır. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhə lələrinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmələrə əlçatanlığın təmin edilməsi və müraciət imkanlarının daha da genişləndirilməsi həm də sahibkarların hüquqlarının etibarlı müdafiə si üçün zəruridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar). Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hü ququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsaslı sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsasdır. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək, iş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 402-407-ci maddələrinə uyğunluğunun yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-800/2021 nömrəli iş üzrə 12 avqust 2021-ci il tarixli qərardadı lə ğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-407-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar