Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6019/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili X2, Cavabdeh1 qanuni nümayəndəsi Cavabdeh3, vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi X4 və vəkili Vəkilin iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 qanuni nümayəndəsi Cavabdeh3 və vəkili Vəkil, Cavabdeh2 və vəkili Vəkilin kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər i Nizami rayon Məhkəməsinin 2(007)-48/2018 saylı 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilərək,ünvn 1 ünvanda yerləşən 826.2 kv.m. torpaq sahəsinin Cavabdeh1-in icarəsinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşın¬maz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış reyestr qeydi və həmin qeydin əsasında verilmiş RX seriyalı 0866879 nömrəli, 25.05.2016-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh1 İddiaçı KM-nin mülkiyyətinə verilmiş torpaq sahəsinin 40 kv.m. hissəsindən çıxarılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 qanuni nümayəndəsi Nümayəndə və Bakı şəhər İcra Hakimiyyətinin İddiaçı Kollektiv Müəssisəsinə qarşı «31.05.2015-ci il tarixli RX 0185979 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizələrinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən X.Cəmilova, hakimlər İ.Xəlilov və İ.Kərimli, İş № 2(103)-3458/2019) ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 qanuni nümayəndəsi Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-48/2018 saylı 04 oktyabr 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən- ilk iddianın təmin olunan, hər iki qarşılıqlı iddianın təmin olunmayan hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Kollektiv Müəssisəsi cavabdehlər Cavab deh1 Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Çobanzadə küçəsi, 45 ünvanında yerləşən 826,2 kv.m. (əslində isə faktiki olaraq 598 kv.m.) torpaq sahəsinin icarəyə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 qanuni nümayəndəsi Cavabdeh3 arasında bağlanmış 20 avqust 2010-cu il tarixli 0912 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Kollektiv Müəssisəsi tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə verilərək, ünvan 2 ünvanında yerləşən 826.2 kv.m. (əslində isə faktiki olaraq 598 kv.m.) torpaq sahəsinin icarəyə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 qanuni nümayəndəsi Həmido va Tamara Əliyevna (Əli qızı) arasında bağlanmış 20 avqust 2010-cu il tarixli 0912 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi; ünvan 1 ünvanda yerləşən 826.2 kv.m. torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış reyestr qeydinin ləğv edilməsi, həmin qeydin əsasında verilmiş RX seriyalı 0866879 nömrəli 25.05.2016-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İlk iddia üzrə cavabdeh Cavabdeh1in qanuni nümayəndəsi Cavabdeh3 məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı Kollektiv Müəssisəsinin ilkin iddiasının rədd edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı Kollektiv Müəssisəsinə verilmiş RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qə¬bul edilməsini xahiş etmişdir. İlk iddia üzrə digər Cavabdeh2 nümayəndəsi Nümayəndə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Kollektiv Müəssisəsinin ilkin iddiasının rədd edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı 0185979 saylı reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə qə¬bul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 qanuni nümayəndəsi Cavabdeh3 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin eyni məsələ üzrə mübahisə tərəflərinə münasibətdə ziddiyətli və qərəzli mövqe tutmasına, açıq-aşkar ayrı-seçkilik etməsinə, İddiaçı-nin torpaq sahəsinə bitişik digər şəxsə məxsus torpaq sahəsinə dair iddia qaldırmaq hüququnu tanısa da, qarşılıqlı iddiaçının anoloji tələbinə münasibətdə isə bu tələbi rədd etməsinə və onun subyektiv hüququnun olmamasına istinad etməsinin tamamilə qanunsuz olmasına dair apelyasiya şikayətinin dəlillərinə əhəmiyyət verməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsi tamamilə əsassız və qanunsuz olduğundan, maddi və prosessual hüquq normalarının açı q-aşkar kobud surətdə pozulması ilə qəbul edildiyindən həmin qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Bakı Apelyasiya Məhkəməsi 08 may 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi hüquq normalarının tələblərini kobud şəkildə təhrif etmiş, qüvvədə olan qanunvericilik aktlarına və ümumi hüquq prinsiplərinə zidd, yalnız İddiaçı-nin maraqlarına və mülahizələrinə uyğun şəkildə işə baxmış, Azərbaycan Respublikası Konstitusiyasının Mülkiyyət hüququ adlı 29-cu maddəsini, eləcə də mülkiyyət adlı 13-cü maddəsini tamamilə unutmuşdur. Ona görə də Bakı Apelyasiya Məhkəməsinin 08 oktyabr 2019-cu il tar ixli qətnaməsinin ləğv edilərək Cavabdeh2 qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Cavabdeh1 qanuni nümayəndəsi Cavabdeh3 vəkilinin çıxışı ilə razı olduğunu, Cavabdeh2 vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, iddiaçının vəkili X5 isə kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətlərin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin 08 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qayda da bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin MK-nin qəbul etdiyi 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı Kollektiv Müəssisəsinə verilmiş RX seriyalı 0185979 saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia qaldırmağa həm cavabdeh Həmidov Cəlal Əli oğlunun qanuni nümayəndəsi Həmidova Tamara Əliyevnanın, həm də Cavabdeh2 sübyektiv hüquqa malik olmamışlar. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya i nstansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, Bakı şəhəri, ünvan 3 ünvan "İddiaçı" kollektiv müəssisəsinin adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda ünvan 1 ünvanda olan 242 saylı sahə (0,08062 ha) torpaq 49 il müddətində icarə hüququ əsasında Cavabdeh1 adına reyestrdə qeydiyyata alınmışdır. Cavabdeh3 1964-cü il təvəllüdlü qardaşı, ruhi xəstə Cavabdeh1 üzərində qəyyum təyin edilmişdir. İşin materiallarından görünür ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20.11.2009-cu il tarixli qətnaməsi ilə iddiaçı BŞİH-nin cavabdehlər İddiaçı kollektiv müəssisəsi, “xxxx” ASC, AR ƏMDK və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh1 qarşı şəhdətnamənin və texniki pasportun etibarsız hesab edilməsi barədə iddiasını n rədd edilməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin İqtisadi Mübahisələrə Dair İşlər Üzrə Kollegiyasının 18.03.2010-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(102)-293/10 saylı 11 avqust 2010-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İşin materiallarından həmçinin görünür ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-2298/2010 saylı 12 iyul 2010-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən, lisenziya əsasında fəaliyyət göstərən İ.Ağayev tərəfindən tərtib edilmiş plan-sxemə əsasən mövcud vəziyyətdə faktiki istifadəsində olan 826,2 kv.m torpaq sahəsinə dair X4 ilə torpaq icarə müqaviləsi nin bağlanılması Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin qətnamə qüvvəyə mindiyi üçün icra olunmuşdur. Lakin sonradan İddiaçı kollektiv müəssisəsinin verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2012-ci il tarixli 2(103)-5693/2012 saylı qərardadı ilə həmin qətnamə ləğv edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı torpaq icarə müqaviləsinin bağlanması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılmaq üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2013-cü il tarixli, 2(102)-832/13 saylı qərarı ilə iddiaçı Həmidov Cəlal Əli oğlunun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 05 dek abr 2012-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 aprel 2014-cü il tarixli 2-l(82)-407/2014 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı torpaq icarə müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi barədə iddiası mümkünsüz sayılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2014-cü il tarixli 2-l(103)-907/14 saylı qərardadı ilə iddiaçının nümayəndəsi Tamara Həmidovanın iddiadan imtina ərizəsi təmin olunaraq iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2014-cü il tarixli 2(103)-5693/2014 saylı qərardadı ilə maraqlı şəxs İddiaçı Kollektiv Müəssisəsinin Bakı şəhəri Səbail rayon məhkəməs inin 12 iyul 2010-cu il tarixli 2(009)-2298/2010 saylı qətnaməsinin icrasına dönüş edilməsi barədə ərizəsi təmin edilmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 12 iyul 2010-cu il tarixli qətnaməsinin icrasına dönüş edilmiş və həmin qətnamə əsasında Bakı şəhər İcra Hakimiyyəti ilə Həmidov Cəlal Əli oğlu arasında bağlanmış 20.08.2010-cu il tarixli, 091 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ləğv edilmiş, qərardadın icrası Cavabdeh2nə tapşırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13.11.2014cü il tarixli 2(102)-4357/2014 saylı qərarı ilə iddiaçı Cavabdeh1 qanuni nümayəndəsi Cavabdeh3 və cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin kassasiya şikayətləri təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2014-cü il tarixli 2(1 03)-5693/2014 saylı qərardadının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20.08.2010cu il tarixli, 091 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin ləğv edilməsinə dair üçüncü şəxs İddiaçı Kollektiv Müəssisəsinin Bakı şəhəri Səbail rayon məhkəməsinin 12 iyul 2010-cu il tarixli 2(009)-2298/2010 saylı qətnaməsinin icrasına dönüş edilməsi barədə ərizəsi əsassız olduğu üçün təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının qeyd edilən qərarı ilə müəyyən edilmişdir ki, 20.08.2010- cu il tarixli 0912 saylı icarə müqaviləsi Bakı şəhəri Səbail rayon məhkəməsinin 12 iyul 2010-cu il tarixli 2(009)2298/2010 saylı qətnaməsi qəbul edildikdən sonra bağlansa da, özü sər bəst xarakter daşıyır, hazırkı məhkəmə mübahisəsinin predmeti ola bilməz. 20.08.2010cu il tarixli 0912 saylı icarə müqaviləsinin bağlanmasının halları barədə tərəflərin izahatları müqavilə azadlığı haqqında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsinin tələblərinə uyğundur. Buna əsaslanaraq müqavilənin məzmunu və şərtləri maddi hüquq normalarına istinad olunmaqla mübahisələndirilə, əqdin etibarsızlığınına və yaxud ləğvinə dair əsaslandırılmış iddia ərizəsinin verilməsi yolu ilə həll edilə bilər. İddiaçı Kollektiv Müəssisəsi tərəfindən belə bir iddia tələbi irəli sürülməmiş, apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Səbail rayon məhkəməsinin 12 iyul 2010- cu il tarixli qətnaməsinin icrasına dönüş edilməsinə dair ərizəsi əsasında Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh 1 arasında bağlanmış 20.08.2010-cu il tarixli 091 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında mü¬qa¬vilənin ləğv edilməsi nəticəsinə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası mübahisə pred-meti olmayan halların müzakirəsini etmişdir. Bundan sonra "İddiaçı" KM cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs Cavabdeh1 qarşı 20 avqust 2010-cu il tarixli 0912 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, lakin onun iddiası məhkəmənin 11 may 2016-cı il tarixli qərardadı ilə mümkünsüz hesab edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, hazırki iddiaya inzibati icraat qaydasında deyil, mülki icraat qaydasında baxılmalı olduğundan iddia ümumi məhkəmələrə verilməlidir. İşin materiallarından görünü r ki, İddiaçı hazırki iddia ilə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət etmiş və hazırki işin araşdırması zamanı məlum olmuşdur ki, vətəndaş Cavabdeh1 adından çıxış edən Cavabdeh3 tərəfindən Cavabdeh2nə müraciət olunaraq Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış mübahisələndirilən icarə müqaviləsinin ləğv edilməsi xahiş edilmiş, buna görə də Cavabdeh2 tərəfindən ünvan 5 ünvanda yaşayan fiziki şəxs Cavabdeh1 20.04.2018-ci il tarixli 7-183/10q saylı ləğvetməyə dair bildiriş ünvanlanmışdır. Həmin bildirişin məzmunundan müəyyən olunur ki, vətəndaş Cavabdeh1 adından çıxış edən Cavabdeh3 yuxarıda göstərilən müraciətinə əsasən Cavabdeh1 adından çıxış edən Cavabdeh3 ilə Cavabdeh2 arasında ünvan 6 ünvanda yerləşən 826,2 kv.m. torpaq sahəsinə bağlanmış 0912 saylı 20.08.2010-cu il ta rixli icarə müqaviləsinə xitam verilmişdir. İşin materiallarından görünür ki, bu fakt məhkəmə prosesində iştirak etmiş həm Cavabdeh3, həm də Cavabdeh2 səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq olunmuşdur. İşin materiallarından həmçinin görünür ki, ilk iddia üzrə İddiaçı-nin iddia tələbinin Bakı şəhəri, Çobanzadə küçəsi, 45 saylı ynvanda yerləşən 826,2 kv.m. (əslində isə faktiki olaraq 598 kv.m.) torpaq sahəsinin icarəyə verilməsinə dair Bakı şəhəri İcra Hakimiyyəti ilə Cavabdeh1 qanuni nümayəndəsi Cavabdeh3 (Əli qızı) arasında bağlanmış 0912 saylı 20.08.2010-cu il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi üzrə mübahisə aradan qaldığından həmin hissədə iddia icraatına xitam verilmiş və bununla bağlı qərardad qanuni qüvvəsini almışdır. İddia tələbinin icarə müqavil əsi əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi barədə hissəsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 adından çıxış edən Cavabdeh3 Əli qızı arasında bağlanmış 0912 saylı 20.08.2010-cu il tarixli icarə müqaviləsinə və həmin icarə müqaviləsinin etibarsız hesab olunması ilə bağlı verilmiş iddia üzrə icraata xitam verilməsini nəzərə alaraq hesab etmişdir ki, ünvan 1 ünvanda yerləşən 826.2 kv.m. torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşın¬maz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış reyestr qeydi və həmin qeydin əsasında verilmiş RX seriyalı 0866879 nömrəli, 25.05.2016-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın da heç bir hüquqi qüvvəsi yoxdur və ona görə də ləğv edilməlidir. İşin materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 13907 saylı 17.08.2018-ci il tarixli ekspert rəyinə əsasən mütəxəssis rəyinin məlumatları nəzərə alınaraq İddiaçı KM-nin mülkiyyətində olan torpaq sahəsi müvafiq məhkəmə qərarları ilə özəlləşdiril¬diyindən Ayrıc aktının olmadığı müəyyən edilmişdir. Müəssisəyə məxsus iş materiallarında olan çıxarışda qeyd edilmiş torpaq sahəsinin koordinatları dəqiqləşdirilmiş, İddiaçı KM-nin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 məxsus torpaq sahəsinin 40 kv.m.-nin üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. İşin materiallarından görünür ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin rəy haqlı olaraq hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilərək, qiymətləndirilərək, Cavabdeh1 İddiaçı KM-nin mülkiyyətinə verilmiş torpaq sahəsinin 40 kv.m. hissəsini zəbt etməklə ilk iddiaçının mülkiyyət hüquqlarını pozduğu müəyyən edilmiş və buna görə də Cavabdeh1 həmin sahədən çıxarılmaqla ilk iddia tələbinin həmin hissədə təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı Kollektiv Müəssisəsinə verilmiş RX seriyalı 0185979 saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia qaldırmağa həm cavabdeh Cavabdeh1 qanuni nümayəndəsi Həmidova Tamara Əliyevnanın, həm də Bakı şəhər İcra Hakimiyyəti sübyektiv hüquqa malik olmalarına dair nəticələri qanuni və əsaslı olmuşdur. Be lə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq la zımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüqu qunun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazı mi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilərinə qiymət verməkdə davam edərək qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətlənd irir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququn un pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək bağlanmış icarə müqaviləsinin işə birinci instansiya qaydasında baxılarkən ləğv etdiklərindən qarşılıqlı iddiaçıların cavabde h İddiaçı Kollektiv Müəs¬si¬sə¬si¬nə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı mübahisələndirmək üçün hüquqlarının qalmaması, yəni bunun üçün onların hüquqi maraqları itirilməsi ilə bağlı düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək mahiyyəti üzrə düzgün qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 qanuni nümayəndəsi Cavabdeh3 və Cavabdeh2 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6019/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6019/2019
25.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver