Məhkəmə qərarları › İş №2(102)-6019/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6019/2021

15.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6019/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və üçüncü şəxs Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1120/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Aqrar İslahatı Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə Cavabdeh2 Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və X4 kitabında 12 aprel 2013-cü il tarixdə 466 nömrə ilə uçota alınmışdır. Torpaq sahəsinə dair A seriyalı 435086 nömrəli "Torpaq sahəsinin planı və ölçüs ü" sənədi işlənmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 14 fevral 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi mülkiyyət hüququ ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 126 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmış, torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 14 fevral 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyest rindən çıxarışa əsasən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi mülkiyyət hüququ ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 126 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmış, torpaq sahəsinin planı və ölçüsü işlənilmişdir. Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontorunda 18.02.2018-ci il tarixdə reyestrdə 4Ə-269 nömrə ilə qeyd edilmiş AN-1 seriyalı ******* nömrəli 18 fevral 2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin əsasən təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Musayeva X3 rayonu Bəhmətli kəndində yerləşən 0,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 1500 manata Cavabdeh6 satmışdır. Zaqatala rayonu 2 saylı Döv lət Notariat Kontorunda 18.02.2018-ci il tarixdə reyestrdə 4Ə-268 nömrə ilə qeyd edilmiş AN-1 seriyalı ******* nömrəli 18 fevral 2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Musayeva X3 rayonu Bəhmətli kəndində yerləşən 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2000 manata Cavabdeh6 satmışlar. Zaqatala rayonu Aqrar İslahatı Komissiyasının 18 iyul 1996-cı il tarixli 38 nömrəli qərarı ilə X2, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 3,26 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmiş bu barədə Torpağa mülkiyyət hüququna dair JN-317 KOD 40203018 saylı dövlət aktı tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı 3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 adına verilmiş A seriyalı 435086 və 435087 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin etibarsız sayılması, Zaqatala rayonu, Bəhmətli kəndində 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dair 14 fevral 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın və Zaqatala rayonu, Bəhmətli kəndində 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dair 14 fevral 20 18-ci il tarixdə tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın etibarsız sayılması, iş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə iş üzrə Cavabdeh6 arasında bağlanmış 18 fevral 2018-ci il tarixli, AN-İ seriyalı ******* və ******* nömrəli "Daşınmaz əmlakın alğı-satqı müqavilələri"nin etibarsız sayılması (hesab edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin baxış iclasında iştirak edən İddiaçı5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Zaqat ala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarına əsasən digər iddiaçılar ilə ümumi birgə mülkiyyətlərinə Zaqatala rayonu, Bəhmətli kəndində 3,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi üzərində hüquqları JN seriyalı 317 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı" ilə rəsmiləşdirilmişdir. İş üzrə Cavabdeh6 onları məhkəməyə verdikdən sonra məlum olmuşdur ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarına əsasən ümumi mülkiyyətlərinə verilmiş və hüquqları JN seriyalı 317 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı" ilə rəsmiləşdirilmiş Zaqatala rayonu, Bəhmətli kəndində 3,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,81 ha hissəsi üzərində iş üzrə cav abdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 İbrahimxəli oğlunun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilmiş və bundan sonra həmin torpaq sahəsi iş üzrə Cavabdeh6 satılmışdır. Halbuki, cavabdehlərin aralarında alğı-satqı əməliyyatını həyata keçirdikləri Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 2 ha torpaq sahəsinin 1,81 ha hissəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarına əsasən onların ümumi mülkiyyətlərinə verilmiş və bu hal JN seriyalı 317 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı" ilə rəsmiləşdirilmişdir. Həm Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarı, həm də JN seriyalı 317 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı" hal-hazıradək də qüvvədədir və heç bir dövlət orqanı və yaxud məhkəmə tərəfindən ləğv edilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 iddianı qəbul etmədiyini, iddiaçılara ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan 1996-cı il tarixdə ayrılmış torpaq sahəsinin ona məxsus torpaq sahəsindən daha yuxarı ərazidə yerləşdiyini göstərmiş, həmçinin qeyd etmişdir ki, onunla iş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 arasında qanunvericiliyi uyğun olaraq 18 fevral 2018-ci il tarixli, AN-İ seriyalı ******* və ******* nömrəli "Daşınmaz əmlakın alğı-satqı müqavilələri bağlanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən 428 nömrəli, 23 oktyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən Zaqatala r ayonu Bəhmətli kəndi ərazisində yerləşən İddiaçı1 və digərlərinin JN-317 Dövlət aktı ilə mülkiyyətlərinə verilən 3,26 ha torpaq sahəsinin 317 saylı plan üzrə 1,8188 ha torpaq sahəsi əsasında istifadə etdikləri kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları qeydə alınmışdır. Qeydə alınan koordinatların hüquq müəyyənedici sənədlər əsasında ərazinin ümumi xəritəsində, eləcə də X1 materialında və ortofotoplan üzərində dəqiqləşdirilməsi işləri aparılmışdır. Belə ki, ərazinin ümumi xəritəsində iddiaçıların istifadəsində olduğu torpaq sahəsi ilə DƏDRX tərəfindən cavabdehlərin mülkiyyətinə verilən A seriyalı 246177 nömrəli və A seriyalı 435087 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən naturada torpaq sahələrinin konturları üst-üstə düşür. Üstüstə düşən mübahisəli to rpaq sahələri ArcMap və Autocad proqramı vasitəsilə hazırlanan ortofotoplanda aydın şəkildə göstərilmişdir. Rəyə ortofotoplan və baxış aktı əlavə olunmuşdur. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 2(033)-48/2021 nömrəli 01 mart 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin “cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 adına verilmiş A seriyalı 435086 və 435087 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin etibarsız sayılması, Zaqatala rayonu, Bəhmətli kəndində 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 14 fevral 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəl i "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın və Zaqatala rayonu, Bəhmətli kəndində 0,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 14 fevral 2018-ci il tarixdə tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın etibarsız sayılması” hissəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Həmin qərardaddan apellyasiya şikayəti verilməmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 01 mart 2021-ci il tarixli 2(033)–48/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin 18 fevral 2018-ci il tarixli, AN-İ seriyalı ******* və ******* nömrəli "Daşınmaz əmlakın alğı-satqı müqavilələri"nin etibarsız sayılması” hissəsi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontorunda 18.02.2018-ci il tarixdə reyestrdə 4Ə269 və 4Ə268 nömrələr ilə qeyd edilmiş AN-1 seriyalı ******* nömrəli və AN-1 seriyalı ******* nömrəli 18 fevral 2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqavilələri iddia edildiyi kimi etibarsız əqd hesab edilə bilməz. İşdə əqdin etibarsız hesab olunmasına əsas verən hallar mövcud deyildir. Qanunvericiliyin tələblərinə əsasən hər hansı razılaşmanın və ya iradə ifadəsinin əqd sayılması, həmin əqdin etibarlı hesab olunması və qanunla müdafiə olunan nəticələr doğurması üçün o, aşağıdak ı ünsürləri ehtiva etməli və həmin ünsürlər qüsurlu olmamalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Yazılı əqddə isə ilk növbədə onun məzmununa dair tərəflərin iradə ifadələri öz əksini tapmalıdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki ümumiyyətlə sözügedən mübahisəli torpaq sahələrinin hər hansı hüquqla iddiaçılara məxsusluğu müəyyən edilməmişdir. İddiaçların hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki iş materiallarından görünür ki, mübahisəli torpaq sahələri dövlət reyestrindən çıxarışa əsasən cavabdehlərin mülkiyyətin də olmuş, cavabdehlər isə mülkiyyətlərində olan torpaq sahələrini Cavabdeh6 satmışdır. Məhkəmə iddia tələbinin “ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına 14 fevral 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların qeyri-qanuni” olmasına da münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Birinci instansiya məhkəməsi daşınmaz əmlak barədə reyestrin məzmununun qeyridəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirərək hesab etmişdir ki, məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Mübahisələndirilən alğı-satqı müqaviləsi bağlanarkən sadalanan hüquq normalarının pozuntusu halları olmamış, əksinə iddiaçı etibarsız hesab edilməsini iddia etdiyi mübahisəli torpaq sahələrinin satılması üçün torpaq sahəsinin mülkiyyətçiləri öz iradəsi ilə notariat kontoruna getmiş və alğı-satqı mü qaviləsi bağlanmışdır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilmiş, alğı-satqı müqaviləsi Məcəllədə göstərilmiş qaydada notariat qaydasında təsdiqlənmişdir. Ona görə də, iddiа tələbinin “cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə iş üzrə Cavabdeh6 arasında bağlanmış 18 fevral 2018-ci il tarixli, AN-İ seriyalı ******* və ******* nömrəli "Daşınmaz əmlakın alğı-satqı müqavilələri"nin etibarsız sayılması” hissəsinin təmin edilməsi üçün əsаs yoxdur. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin 3-cü bəndi və 29-cu maddəsinin 3-cü bəndinə, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğun luğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 140, 152.1 və 157.2, 324.1, 324.2, 324.5, 325.1, 338, 339.2, 339.3, 354.1, 354.2, 390.1, 390.2, 404.1, 404.2, 567 və 650-ci maddələrinə, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 27 və 46-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 17, 38, 46 və 49-cu maddələrinə istinadən əsaslandırmışdır. İddiaçılar qətnamədən apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi mülki kollegi yasının (hakimlər: Ələddin Məcidov - sədrlik edən və məruzəçi, İmanverdi Şükürov, Ayaz Mahmudov) 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə iddia tələbinin “cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə iş üzrə Cavabdeh6 arasında bağlanmış 18 fevral 2018-ci il tarixli, AN-İ seriyalı ******* və ******* nömrəli "Daşınmaz əmlakın alğı-satqı müqavilələri"nin etibarsız sayılması” hissəsində rədd edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçılar şikay ətdə göstərdiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu etmədiklərindən apellyasiya şikayəti əsaslı hesab edilə bilməz. İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməm əsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərard adda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərarda dın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçılar qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq e dilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

140. Daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Maddə 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəl illəri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1120/2021 nömrəli iş üzrə 16 i yun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar