Məhkəmə qərarları › İş №2(102)-6021/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6021/2021

15.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6021/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" KB ASC-yə, Cavabdeh1nə və Cavabdeh3 MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız sayılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh3 MMC-nin vəkili Vəkil3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehlər "xxxx" KB ASC və Cavabdeh3 MMC tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Göyçay Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli qətnaməsi ilə 13 аprel 2011-ci il tаrixli 05MFB/11 sаylı əsаs kredit müqаviləsi çərçivəsində bаğlаnmış 13 аprel 2011-ci il tаrixli 05MFB/11-А sаylı əlаvə kredit müqаviləsi üzrə – 97.096 mаnаt əsаs kredit bоrcu, 6.177 mаnаt 76 qəpik fаiz bоrcu, 647 mаnаt 10 qəpik cərimə, cəmi 103.920 mаnаt 86 qəpik, 23 fevrаl 2012ci il tаrixli 05MFB/12-B sаylı əlаvə kredit müqаviləsi üzrə – 90.695 mаnаt 28 qəpik əsаs kredit bоrcu, 5.033 mаnаt 52 qəpik fаiz bоrcu, 294 mаnаt 14 qəpik cərimə, cəmi məbləği 96.022 mаnаt 94 qəpik, ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu, 30 mаnаt məbləğində xidmət hаqqı, ümumilikdə 96.022 mа nаt 94 qəpik Mаyılоv Çingiz Sаbir оğlundаn tutulаrаq "xxxx" KB ASC-yə ödənilməsi, tələb üzrə tutmаnın cаvаbdeh Mаyılоvа Minаyə Seyidаğа qızının mülkiyyətində оlаn Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzаx аvtоmоbil yоlunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsınа və оnun yerləşdiyi 0,0850 hа tоrpаq sаhəsinə yönəldilməsi, həmin qeyri-yаşаyış binаsının və оnun yerləşdiyi tоrpаq sаhəsinin аçıq hərrаcdа sаtılması, bu qeyri-yаşаyış binаsı və оnun yerləşdiyi tоrpаq sаhəsinin ilkin sаtış qiymətinin 350.000 (üç yüz əlli min) manat müəyyən edilməsi, sаtışdаn əldə ediləcək vəsаit hesаbınа cаvаbdeh Mаyılоv Çingiz Sаbir оğlunun "xxxx" KB ASC-yə оlаn bоrcunun ödənilməsi, qeyri-yаşаyış binаsı və оnun yerləşdiyi tоrpаq sаhəsi sаtıldıqdаn sоnrа ən geci 1 аy ərzində bоşаldılmаzsа, həmin qeyriyаşаyış binаs ının və оnun yerləşdiyi tоrpаq sаhəsinin bоşаldılması qət edilmişdir.

2. Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 saylı, 19 fevral 2018-ci il tarixli icra vərəqəsinə və Cavabdeh1 02 may 2018-ci il tarixli məktubuna əsasən hərrac təşkilatçısı olan Cavabdeh3 MMC tərəfindən 25 iyun 2018-ci il tarixə təyin olunmuş ilkin hərracda satılmayan ipoteka predmeti 06 avqust 2018-ci ilə təyin olunan təkrar hərracda bank tərəfindən əldə olunmuş və bununla bağlı sonuncu ilə 10 avqust 2018-ci il tarixdə müqavilə bağlanmışdır.

3. İddiaçı hərrac barəsində məlumatı olmamasını, hərracın keçirilməsinə dair hər hansı bir bildiriş onа və ailə üzvlərinə göndərilməməsini və onun alıcı qismində iştirak etmək hüququ pozulduğunu bildirirək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər "xxxx" KB ASC-yə, Cavabdeh1nə və Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 MMC-nin hərracın yekunlarına dair 103 nömrəli, 10 avqust 2018-ci il tarixli protokol və 10 avqust 2018-ci il tarixli “hərracın yekunlarına dair əmlakın alqı-satqısı” barədə müqavilənin etibarsız hesab edilməsi, mülkiyyətində olаn Göyçаy rаyonu Potu kəndi Bаkı-Qаzаx аvtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsı və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsinin cavabdeh "xxxx" KB ASC-nə yüklü edilməsi barədə ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Cavabdeh1 21 fevral 2018-ci il tarixli «icraata başlamaq haqqında» q ərarı ilə Göyçay Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli,x-saylı icra vərəqəsinə və qətnaməsinə əsasən 13 аprel 2011-ci il tаrixli 05MFB/11 sаylı əsаs kredit müqаviləsi çərçivəsində bаğlаnmış 13 аprel 2011-ci il tаrixli 05MFB/11-A sаylı əlаvə kredit müqаviləsi üzrə 97096 mаnаt əsаs kredit borcu, 6177,76 mаnаt fаiz borcu, 647,10 mаnаt cərimə, cəmi 103920,86 mаnаt, 23 fevrаl 2012-ci il tаrixli 05MFB/12-B sаylı əlаvə kredit müqаviləsi üzrə 90695,28 mаnаt əsаs kredit borcu, 5033,52 mаnаt fаiz borcu, 294,14 mаnаt cərimə, cəmi 96022,94 mаnаt, ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu, 30 mаnаt məbləğində xidmət hаqqı, ümumilikdə 96022,94 mаnаt pulun cаvаbdeh Mаyılov Çingiz Sаbir oğlundаn tutulаrаq banka ödənilməsi, tələb üzrə tutmаnın cаvаbdeh x qızının mülkiyyətində olаn Göyçаy rаyonu Potu kəndi Bаkı- Qаzаx аvtomobil yolunun cənub tərəfində yerləşən qeyriyаşаyış binаsınа və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsinə yönəldilməsi, həmin qeyriyаşаyış binаsı və onun yerləşdiyi torpаq sаhəsinin аçıq hərrаcdа sаtılması, ilkin sаtış qiymətinin 350000 manat müəyyən edilməsi, sаtışdаn əldə ediləcək vəsаit hesаbınа cаvаbdeh Mаyılov Çingiz Sаbir oğlunun iddiаçıyа olаn borcunun ödənilməsi, qeyri-yаşаyış binаsı və onun yerləşdiyi torpаq sаhəsi sаtıldıqdаn sonrа ən geci 1 аy ərzində boşаldılmаzsа, həmin qeyriyаşаyış binаsının və onun yerləşdiyi torpаq sаhəsinin boşаldılması qərara alınmışdır. Cavabdeh3 MMC-nin hərracın yekunlarına dair 103 nömrəli, 10 avqust 2018-ci il tarixli protokoluna əsasən ipotekaya qoyulmuş cаvаbdeh x qızının mülkiyyətində olаn Göyçаy rаyonu Potu kəndi Bаkı- Qаzаx аvtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsı və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsi 223125 manata tələbkar "xxxx" KB ASC -nə satılmışdır. 10 avqust 2018-ci il tarixli “hərracın yekunlarına dair əmlakın alqı-satqısı” barədə müqaviləyə əsasən ipotekaya qoyulmuş x qızının mülkiyyətində olаn Göyçаy rаyonu Potu kəndi Bаkı-Qаzаx аvtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsı və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsi 223125 manata tələbkar "xxxx" KB ASC-yə satılmışdır. Cavabdeh3 MMC-nin hərracın yekunlarına dair 103 nömrəli, 10 avqust 2018-ci il tarixli protokolu və 10 avqust 2018-ci il tarixli “hərracın yekunlarına dair əmlakın alqı-satqısı” barədə müqavilə qanunvericiliyin tələbinə zidd tərtib edildiyindən etibarsız hesab edilməli və onun mülkiyyət ində olаn Göyçаy rаyonu Potu kəndi Bаkı-Qаzаx аvtomobil yolunun cənub tərəfində yerləşən qeyriyаşаyış binаsı və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsinin cavabdeh "xxxx" KB ASC-nə yüklü edilməsi barədə ipotekaya xitam verilməlidir. Belə ki, ipoteka predmeti olan qeyri-yаşаyış binаsı və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsi hərraca çıxarılarkən və hərrac təşkil olunarkən onun və ailə üzvlərinin keçirilmiş hərrac barəsində məlumatı olmamışdır. Hərracın keçirilməsinə dair hər hansı bir bildiriş onа və ailə üzvlərinə göndərilməmişdir. Bununla da onun alıcı qismində iştirak etmək hüququ pozulmuşdur. Halbuki, onun ilkin hərrac keçirildikdən sonra, hərracın baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağ ı qiymətlə almaq hüququ vardır. Lakin hərracın təşkilatçısı olan Cavabdeh3 MMC ona təkrar keçirilən hərrac barədə bildiriş göndərməmiş, ona bu barədə heç bir formada məlumat verməmiş, bununla da təkrar hərrac baş tutmamışdır. Təkrar keçirilən hərrac barədə bildiriş göndərilmiş olduğu təqdirdə, o, təkrar hərracda iştirak edər, bununla da təkrar hərrac baş tutmuş sayılar və o, hərracın qalibi ola bilərdi. Bundan başqa Cavabdeh3 MMC-nin hərracın yekunlarına dair 103 nömrəli, 10 avqust 2018-ci il tarixli protokolun və 10 avqust 2018-ci il tarixli “hərracın yekunlarına dair əmlakın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, iddiaçı x qızının mülkiyyətində olаn Göyçаy rаyonu Potu kəndi BаkıQаzаx аvtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsı və onun yerləşdiyi 0,085 0 hа torpаq sаhəsi ilkin satış qiymətindən (36 faizdən aşağı qiymətə) 25 faizdən çox aşağı qiymətə satılmışdır. Bundan başqa Göyçay Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli, 2xsaylı icra vərəqəsində qeyd olunur ki, 96.022 manat 94 qəpik X2 alınaraq, "xxxx" KB ASC-nə ödənilməlidir. “X8 MMC onun mülkiyyətində olаn Göyçаy rаyonu Potu kəndi Bаkı-Qаzаx аvtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsı və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsi 223125 manata tələbkar "xxxx" KB ASC -nə satılmasına baxmayaraq, yerdə qalan pul məbləğin ona qaytarılmasını təmin etməmişdir. Göründüyü kimi cavabdeh "xxxx" KB ASC İpoteka haqqında qanunun tələblərinə zidd olaraq ipoteka predmetini əldə etmişdir.

6. Cavabdeh3 MMC birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə etiraz gö ndərərək bildirmişdir ki, hərracın keçirilmə vaxtı və yeri barədə 25.05.2018-ci il tarixli bildiriş və təkrar hərracın keçirilməsi ilə bağlı 06.07.2018-ci il tarixli bildirişlər poçt və kuryer vasitəsi ilə göndərilmişdir. Həmçinin 26-29 may 2018-ci il tarixində “Kaspi” qazetinə də təkrar hərracla bağlı elanlar yerləşdirilmişdir.

7. Cavabdeh Unibank KB ASC-nin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.

8. Göyçay Rayon Məhkəməsinin (hakim Z.Quliyev) 31 oktyabr 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzаx аvtоmоbil yоlunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsının və оnun yerləşdiyi 0,0850 hа tоrpаq sаhəsinin satılmas ı ilə əlaqədar Cavabdeh3 MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə 10 avqust 2018-ci il tarixli, 103 №-li protokol və Cavabdeh3 MMC ilə "xxxx" KB ASC arasında bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 10 avqust 2018ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, iddia tələbinin «İddiaçı mülkiyyətində olаn Göyçаy rаyonu Potu kəndi Bаkı-Qаzаx аvtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yаşаyış binаsının və onun yerləşdiyi 0,0850 hа torpаq sаhəsinin cavabdeh "xxxx" KB ASC-yə yüklü edilməsi barədə ipotekaya xitam verilməsi» hissəsində əsassız olduğu üçün təmin olunmaması, iş üzrə ödənilmiş cəmi 10 (on) manat dövlət rüsumunun 5 (beş) manatı iddiaçıya aid edilməsi, 5 (beş) manatı isə cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, ekspert iza tədqiqatının dəyəri 127 (bir yüz iyirmi yeddi) manat xərcin 63 (altmış üç) manat 50 (əlli) qəpik hissəsi iddiaçıdan, 63 (altmış üç) manat 50 (əlli) qəpikdən ibarət digər hissəsi isə cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

9. Məhkəmə Mülki Məcəllənin 416-ci və «İpoteka haqqında» Qanunun 42-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən qеyri-yаşаyış binаsının və оnun yеrləşdiyi 0,0850 hа tоrpаq sаhəsinin satılması ilə əlaqədar hərracın keçirilməsi zamanı hərrac təşkilatçısı olan Cavabdeh3 MMC tərəfindən «İpoteka haqqında» Qanunun həmin vaxt qüvvədə ol an (28 dekabr 2018-ci il tarixli, 1439-VQD nömrəli Qanunla edilmiş dəyişikliklərə qədər qüvvədə olan) normaların tələbləri pozulmuşdur. Hərracın təşkilatçısı olan Cavabdeh3 MMC tərəfindən Mülki Məcəllənin 415.2-ci maddəsinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələbləri pozulmaqla, 25 iyun 2018-ci il tarixə təyin olunmuş hərrac barədə bildiriş iddiaçıya təqdim edilməmişdir. Bu fakt Göyçay regional poçt filialının 17.12.2018-ci il tarixli məktubu və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 17.06.2019-cu il tarixli rəyi ilə təsdiq olunur. Məhkəmə iclasında hərracın keçirilməsi ilə əlaqədar kütləvi informasiya vasitəsində dərc olunmuş birinci elan nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, birinci hərracla əlaqədar elan qanunvericiliyə uyğun müddətdə «Kaspi» qəzetində dərc olunmamışdır. Belə ki, 25 iyun 2018-ci il tarixə təyin olunmuş hərrac barədə elan həmin qəzetin 26-29 may 2018-ci il tarixli nəşrində dərc olunmuşdur. Bundan əlavə Cavabdeh3 MMC tərəfindən hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elanın verilməsinə dair sübut məhkəməyə təqdim olunmamışdır. Yeni hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış tərəflərə bildiriş göndərilməli olduğu halda, Cavabdeh3 MMC tərəfindən tərəflərə növbəti bildiriş də qanunda göstərilən müddətlərin pozuntusu ilə, yəni 06 avqust 2018-ci il tarixə təyin olunmuş hərrac barəsində 06 iyul 2018-ci il tarixdə göndərilsə də, 09.07.2018-ci ildə alan şəxsin soyadı və imzası qrafasında “Mayılov” soyadı yazılmaqla qəbul olunmuşdur. Bundan başqa Azərbaycan Res publikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin rəyinə əsasən həmin yazı iddiaçı tərəfindən icra olunmamışdır. Cavabdeh3 MMC tərəfindən təkrar hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elanın verilməsinə dair sübut da məhkəməyə təqdim edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) 05 may 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, cavabdehlər "xxxx" KB ASC və Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli qətnaməsinin qismən- yəni “İddiaçı cavabdehlər "xxxx" KB ASC, C avabdeh1, Cavabdeh3 MMC-yə qarşı Cavabdeh3 MMC-nin hərracın yekunlarına dair 103 nömrəli, 10 avqust 2018-ci il tarixli protokolunun və 10 avqust 2018-ci il tarixli “hərracın yekunlarına dair əmlakın alqı-satqısı” barədə müqavilənin etibarsız hesab edilməsi, dövlət rüsumunun 5 manatının cavabdehlərə aid edilmiş hissəsi və ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutulması” hissələrində” ləğv edilməsi, iş üzrə bu hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” hissəsinin təmin edilməməsi, qətnamənin “ipotekaya xitam verilməsinin təmin olunmaması və dövlət rüsumunun 5 manat hissəsinin iddiaçıya aid edilmiş hissəsində dəyişdirilmədən saxlanılması, ödənilmiş dövlət rüsumunun qalan 5 manat hissəsinin də iddiaçıya aid edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri 127 (yüz iyirmi yeddi) manat pulun İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iş üzrə hərracın nəticələrinin ləğv edilməsi və ya etibarsız hesab olunması üçün digər əsaslar müəyyən edilməmişdir. Belə ki, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmamışdır. Əvvəla ona görə ki, hərrac barədə iddiaçının ünvanına bildiriş göndərilməməsi dəlili əsassızdır, çünki bu iş materialları ilə təkzib olunur. İkincisi, hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada iddiaçının ünvanına bildiriş göndərilmiş, sonda sonuncu ilə eyni ünvanda yaşayan və eyni “Mayılov” soyadlı şəxs bildirişi qəbul etsə də hərracda iştirak etməmişdir. Bu işin mübahisəsiz halıdır. Üçüncüsü, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə bilavasitə maraqlarına toxunan iddiaçıya müəyyən müddət verməklə, məhz özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha b ir şans verilir. Hərraca çıxarılmış əmlakın qiyməti az göstərilsə belə, iddiaçının həqiqətən də həmin əmlakı almaq niyyəti olsa idi, hərracda iştirak edə və öz iradə ifadəsini bildirərdi. Lakin, iddiaçı tərəf banka borclarının olmasını bildiyi bir halda, həmçinin həmin borcla bağlı keçirilən hərracdan məlumatı olmasına baxmayaraq, hərracda iştirak etməməsi və əlavə olaraq ayrıca məhkəmə icraatı qaydasında hərracın nəticələrinin mübahisələndirməsinə cəhd etməsi də, əslində onun bu prosesləri süni surətdə uzadaraq hərracın baş tutmasına mane olmaq istəyinə dəlalət edir. Bu cür hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, dövlətin adından çıxarılmış məhkəmə qərarlarının uzun müddət ərzində tam icra olunmamasına görə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirə bilər. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova və A.Abbasov) x nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsının 05 may 2020-ci il tarixli, x0 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

13. Kassasiya instansiyası məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə istinad edərək belə əsaslandırmışdır ki, hazırkı işdə mövcud olan qəbzlərdə bildirişi qəbul etmiş şəxsin adı, ata adı, iddiaçı ilə hansı qohumluq münasibətində olması qeyd edilməmişdir. Həmçinin hazırkı iş üzrə mübahisənin düzgün həlli üçün m ühüm əhəmiyyətə malik olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin qəbzlərdə “Mayılov” soyadı yazılmaqla imza edilmiş bildirişlərin kim tərəfindən qəbul edildiyini araşdırmamışdır. Göründüyü kimi qəbzlərdə onu qəbul etmiş şəxsin iddiaçı ilə hansı münasibətdə olması göstərilmədiyindən bildirişləri qəbul edən şəxsin soyadının Malıyov olması özü-özlüyündə bildirişin iddiaçının ailə üzvü tərəfindən qəbul edildiyi kimi qiymətləndirilə bilməz. Ona görə də qəbzlərdə “Mayılov” soyadı yazılmaqla imzalanmış bildirişlərin kim tərəfindən qəbul edildiyi araşdırılmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verilməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Hüseynov (sədrlik e dən və məruzəçi), R.Rəfiyev və G.Abbasov) 08 iyun 2021-ci il tarixli, x nömrəli qətnaməsi ilə İddiaçı, cavabdehlər "xxxx" KB ASC və Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri 16. "xxxx" KB ASC kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Ali Məhkəməsinin yuxarıda qeyd olunan qərarında isin apellyasiya instansiyası məhkəməsinə qaytarılması zərurəti iş üçün mühüm əhəmiyyətə malik olan hərrac təşkilatı tərəfindən göndərilmiş bildirişlərin çatdırılması barədə qəbzlərdə qeyd olunan “Mayılov” soyadı və müvafiq imzanın kim tərəfindən qəbul edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmalı olması ilə əlaqədar olmuşdur. Yəni, Ali Məhkəmə iş üzrə mövcud olan digər sübutları əsaslı hesab edərək, yalnız hərracın keçirilməsi barədə bildirişlərin çatdırılması ilə bağlı poçt qəbzlərində qeyd olunan “Mayılov” soyadının və müvafiq imzanın kim tərəfindən icra olunmasının apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması zəruriliyini qeyd etmişdir. X15 Məhkəməsi Ali Məhkəmənin qeyd olunan qərarında göstərilən göstərişləri lazımi qaydada araşdırmamışdır. Belə ki, qətnamədə ünvan 1 ünva nında qeydiyyatda olan şəxslərin müəyyən olunması üçün Göyçay şəhər İnzibati Ərazi İdarəsinə və AR DİN BPQMİ-nə müvafiq sorğuların verildiyi, lakin həmin evdə “Mayılov” soyadında heç kəsin qeydiyyatda olmadığı qeyd edilmişdir. Yəni, məhkəmə qəbzi imzalayan “Mayılov” soyadlı şəxsin sadəcə evdə qeydiyyatda olan şəxslərdən biri ola biləcəyi ehtimalı ilə kifayətlənmiş, lakin “Mayılov” soyadlı şəxsin evdə yaşayan lakin qeydiyyatda olmayan digər ailə üzvü ola biləcəyini nəzərə almamışdır. Əgər İddiaçı “Mayılov” soyadlı ailə üzvlərindən (həyat yoldaşı, oğlu və s.) müvafiq imza nümunələri götürülməklə xətşünaslıq ekspertizası təyin edilsə idi, müvafiq imzanın kim tərəfindən həyata keçirildiyini müəyyən etmək mümkün olardı. Qeyd olunanların əksinə, məhkəmə birinci instansiya məhkəməsi tərəfindən tə yin olunmuş ekspert rəyinə istinad edərək İddiaçı tərəfindən hərracın keçirilməsi barədə müvafiq bildirişlərin qəbul edilmədiyi qənaətinə gəlmişdir. Halbuki, həmin qəbzlərə münasibətdə İddiaçı tərəfindən imza nümunələri götürülərək müvafiq ekspertizanın təyin olunmasına lüzum yox idi, çünki qəbzdə qeyd olunan “Mayılov” soyadından da məlum olur ki, müvafiq bildirişləri İddiaçı deyil, onun “Mayılov” soyadlı ailə üzvlərindən biri qəbul edib. Bundan başqa İddiaçı hərracın keçirilməsi barədə müvafiq bildirişlərdən xəbəri olmamasını qeyd edən məhkəmə kollegiyası həmin bildirişləri qəbul edib onu ünvan sahibinə çatdırmaq vəzifəsini yerinə yetirməyən “Mayılov” soyadlı şəxs barədə araşdırma aparılması və müvafiq tədbir görülməsi üçün heç bir addım atmamışdır.

18. Cavabdeh3 MMC kassasiya şikayəti ve rərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, Cavabdeh1 sifarişi ilə Göyçay Rayon Məhkəməsinin xı 26.04.2013-cü il tarixli icra vərəqəsinə əsasən İddiaçı məxsus Göyçay rayonu, Potu kəndi Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsi açıq hərraca çıxarılmışdır, iddiaçıya ilkin hərracın keçirilməsi ilə bağlı hərracın keçirilmə vaxtı və yeri barədə 25 may 2018ci il tarixli və 06 iyul 2018-ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı bildirişlər həm poçt vasitəsilə, həmçinin kuryer xidməti vasitəsilə borclunun qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan və borclunun iddia ərizəsində də qeyd etdiyi ünvana g öndərilmişdir. “İpoteka haqqında “qanuna əsasən hərracın keçirilməsinə dair bildirişin göndərilməsi əks olunmuşdur. Belə ki, hərrac təşkilatı bildirişləri icra vərəqəsinə əsasən borclunun qeydiyyat ünvanına göndərmişdir, bildirişin Mayılova yox, Mayılov soyadlı şəxs tərəfindən qəbul edilməsinin bildirişin çatdırılmaması qənaətinə gəlinməsi əsası deyildir, bildiriş ünvana təqdim olunmuş və ünvançılar tərəfindən qəbul edilmişdir. (Bildirişlər, kuryer qəbzləri və təkrar hərracın keçirilməsinə dair göndərilən poçt bildirişinin çatdırılmasına dair sorğu cavabı əlavə olunur). Lakin Göyçay rayon Məhkəməsi qanunun tələblərinə zidd olaraq həmin bildirişlərin göndərilməsini deyil, çatdırılmasını əsaslı hesab edərək, iddiaçı tərəfin vəsatəti üzrə bildirişlərdə olan “Mayılov” soyadlı imzanın ona məxsu s olmadığı bildirildiyindən, məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməsi barədə qərardad çıxarmışdır. Məlumdur ki, iddiaçı xanımın soyad sonluğu təbii ki, “Mayılov” deyil, "Mayılova soyad sonluğu ilə bitməlidir. Lakin, Məhkəmə həmin xanımın yaşadığı ünvanda olan “Mayılov” soyadlı şəxslərin deyil (bu şəxslər sırasına iddiaçının həyat yoldaşı Çingiz Mayılov və ya məhkəmədə nümayəndə kimi iştirak edən oğlu və yaxud həmin ünvanda yaşayan digər “Mayılov” soyadlı şəxslər də ola bilər), “Mayılova” soyadlı iddiaçının xətt nümunələrini götürməklə kifayətlənmişdir. Hətta, ekspertizaya göndərilmədən də, soyad sonluğundan görünürdü ki, həmin bildirişlərdə olan xətt iddiaçı xanım “Mayılova” tərəfindən deyil, məhz həmin ünvanda bildirişləri qəbul edən “Mayılov” soyadlı şəxsə məxsusdur. Məhkəmə isə bu halı araşdırmadan, ekspertizaya zərurət olmayan hala diqqət yetirmədən, sırf ekspertiza təsdiqi olsun deyə, ekspert qarşısında “Mayılov” yazısı İddiaçı Seyidağa qızı tərəfindən icra edilmişdirmi sualı qoymuşdur. Əlbətttə ki, ekspert rəyində həmin “Mayılov” yazısının İddiaçı tərəfindən icra olunmadığı qeyd olunmalı idi. Belə olan halda sual ortaya çıxır ki, bildirişdə kişiyə məxsus olan yazı necə qadın tərəfindən icra oluna bilər? Nə üçün Məhkəmə sözügedən xəbərnamədə həmin ünvanda yaşayan Mayılov soyadlı başqa ailə üzvünün imza edərək alma ehtimalını nəzərə almamışdır? Poçt xidmətinin nə marağı var ki, bildirişi verməsin saxta imza etdirsin? Əgər hərracın keçirilməsinə dair bildiriş Mayılova tərəfindən deyil, Mayılov tərəfindən alındığı açıq aydın bilindiyi halda ekspertizaya nə ehtiyac var idi. Bu Qanuni qüvvəyə minmiş məhkəmə aktının qanunvericilikdən sui istifadə edərək süni şəkildə icrasının uzadılması, tələbkarın haqlı olduğu halda, illərlə borcunu ala bilməməsi Məhkəmə Ədalətinin yerini tapa bilməməsinə gətirib çıxara bilər. İnkişaf etmiş avropa dövlətlərində hərracın nəticələrinin mübahisələndirilməsi nəzərədə tutulmur. Borclunun iddia ərizəsindəki ünvanına diqqət yetirəndə məlum olur ki, borclu həmin ünvanda yaşayır. Bəhanələrin qarşısı alınsın deyə həm poçtla, həmdə kuryerlə bildiriş göndərilir borclu almadığını bildirir? Mayılov soyadı ilə imza edib alırlar yenə almadığını bildirir? Nədən yalnış ekspertiza təyin edən məhkəmə xüsusi qərardad çıxarıb (saxta imzaya görə) Prokurorluğa göndərmir? Borclu əmlakını yüklü edəndə nəticələri bilirdi. Əmlakın hərraca çıxarı lacağını borclu olduğu qətnamədən bilirdi. Həmçinin 26-29 may 2018-ci il tarixində “Kaspi” qəzetində ilkin hərracla, 06 iyul 2018-ci il tarixində “Kaspi” qəzetində təkrar hərracla bağlı elanlar yerləşdirilmişdir. Cavabdeh3 MMC tərəfindən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə alınması ipoteka saxlayan "xxxx" KB ASC-yə təklif edilmiş, bank tərəfindən təklif qəbul edilmiş, Cavabdeh3 MMC-nin hərracın yekunları barədə 103 nömrəli, 10 avqust 2018-ci il tarixli protokola əsasən İddiaçı məxsus Göyçay rayonu, Potu kəndi Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyriyaşayış binası və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsi 223125 manata tələbkar "xxxx" KB ASC-yə satılmışdır. Belə ki, İcra və Probasiya şöbəsi tərəfindən sifariş verilərkən məktubun və icra vərəqəsinin surəti həm tələbkara, həm borclulara göndərilmiş, borclular əmlakın açıq hərraca çıxarılması və satışı barədə məlumatlandırılmışdır. İddiaçı bank qarşısında götürdüyü öhdəliyi icra etmək əvəzinə qanunun verdiyi hüquqlardan sui-istifadə edərək öhdəlikdən yayınmağa çalışır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 MMC-nin vəkili Vəkil3 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

22. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 kassasiya şikayətlərinə etiraz edərək onların rədd olunmasını xahiş etdi.

23. Məhk əmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir.

25. Maddə

416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olu r. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanunu:

26. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.

27. Maddə 42.5 və 42.6. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar

28. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxl ayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. (maddə 43.2).

29. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir.

30. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Məhkəmə kollegiyası, qətnaməni cavabdeh tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır.

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

37. Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 saylı, 26 aprel 2013-cü il tarixli qətnaməsindən görünür ki, iddiа təmin еdilmiş, 13 аprеl 2011-ci il tаriхli 0 5MFB/11 sаylı əsаs krеdit müqаviləsi çərçivəsində bаğlаnmış 13 аprеl 2011-ci il tаriхli 05MFB/11-А sаylı əlаvə krеdit müqаviləsi üzrə – 97.096 mаnаt əsаs krеdit bоrcu, 6.177 mаnаt 76 qəpik fаiz bоrcu, 647 mаnаt 10 qəpik cərimə, cəmi 103.920 mаnаt 86 qəpik, 23 fеvrаl 2012-ci il tаriхli 05MFB/12-B sаylı əlаvə krеdit müqаviləsi üzrə – 90.695 mаnаt 28 qəpik əsаs krеdit bоrcu, 5.033 mаnаt 52 qəpik fаiz bоrcu, 294 mаnаt 14 qəpik cərimə, cəmi məbləği 96.022 mаnаt 94 qəpik, ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu, 30 mаnаt məbləğində хidmət hаqqı, ümumilikdə 96.022 mаnаt 94 qəpik Mаyılоv Çingiz Sаbir оğlundаn tutulаrаq "xxxx" KB ASC-yə ödənilməsi, tələb üzrə tutmаnın cаvаbdеh Mаyılоvа Minаyə Sеyidаğа qızının mülkiyyətində оlаn Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəf ində yеrləşən qеyri-yаşаyış binаsınа və оnun yеrləşdiyi 0,0850 hа tоrpаq sаhəsinə yönəldilməsi, həmin qеyri-yаşаyış binаsının və оnun yеrləşdiyi tоrpаq sаhəsinin аçıq hərrаcdа sаtılması, bu qеyri-yаşаyış binаsı və оnun yеrləşdiyi tоrpаq sаhəsinin ilkin sаtış qiymətinin 350.000 (üç yüz əlli min) manat müəyyən еdilməsi, sаtışdаn əldə еdiləcək vəsаit hеsаbınа cаvаbdеh Mаyılоv Çingiz Sаbir оğlunun "xxxx" KB ASCyə оlаn bоrcunun ödənilməsi, qеyri-yаşаyış binаsı və оnun yеrləşdiyi tоrpаq sаhəsi sаtıldıqdаn sоnrа ən gеci 1 аy ərzində bоşаldılmаzsа, həmin qеyri-yаşаyış binаsının və оnun yеrləşdiyi tоrpаq sаhəsinin bоşаldılması qət edilmişdir.

38. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2016-cı il tarixli qətnaməsindən görünür ki, Göyçay Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

39. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 dekabr 2016-cı il tarixli qərarından görünür ki, cavabdehlərin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2016-cı il tarixli qətnaməsi qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissədə ləğv edilərək iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

40. Təkrar işə baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2017-ci il tarixli qətnaməsi ilə Göyçay rayon məhkəməsinin 26 aprel 2013-cü il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 350.000 manat məbləğində müəyyən olunmasına dair hissədə dəyişdirilmədən saxlanılmışdır.

41. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2017-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 25 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

42. Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 saylı, 19 fevral 2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, həmin məhkəmənin 26 aprel 2013-ci il tarixli qətnaməsi icra olunması üçün Cavabdeh1nə göndərilmişdir.

43. Cavabdeh1 icra məmuru X1 21 fevral 2018-ci il tarixli qərarından görünür ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 saylı, 19 fevral 2018-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır.

44. Cavabdeh3 MMC tərəfindən Göyçay rayonu Bığır kəndində yaşayan X10, Göyçay şəhəri, Natəvan küşəsi 70 ünvanında yaşayan İddiaçı, Cavabdeh1nə və "xxxx" KB ASC-yə ünvanlanmış 25 may 2018-cü il tarixli, 12/08 №-li X9 dair Bildirişə əsasən Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən 0,0850 hа tоrpаq sаhəsinə dair hərrac ilkin satış qiyməti 350.000 manat olmaqla 25 iyun 2018-ci il tarixə təyin edilmişdir. Həmin bildirişə əlavə olunmuş «Famko Courier and Cargo»nun xəbərnamələrinə əsasən bildirişi 30.05.2018-ci ildə alan şəxsin soyadı və imzası qrafasında “Mayılov” soyadı yazılmışdır.

45. Göyçay regional poçt filialının 17.12.2018-ci il tarixli məktubuna əsasən 28.05.2018ci il tarixdə Cavabdeh3 MMC tərəfindən İddiaçı göndərilmiş sifarişli xəbərnaməli məktub 28.06.2018-ci ilə qədər saxlanılmış, ancaq İddiaçı ünvanda olmadığı üçün 28.06.2018-ci ildə geri qaytarılmışdır.

46. Cavabdeh3 MMC tərəfindən Göyçay rayonu Bığır kəndində yaşayan X10, Göyçay şəhəri, Natəvan küşəsi 70 ünvanında yaşayan İddiaçı, Cavabdeh1nə və "xxxx" KB ASC-yə ünvanlanmış 06 iyul 2018-ci il tarixli, 12/08-1 №-li X9 dair Bildirişə əsasən Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən 0,0850 hа tоrpаq sаhəsinə dair hərrac ilkin satış qiyməti 297.500 manat olmaqla 06 avqust 2018-ci il tarixə təyin edilmişdir. Həmin bildirişə əlavə olunmuş «Famko Courier and Cargo»nun xəbərnamələrinə əsasən bildirişi 09.07.2018-ci ildə alan şəxsin soyadı və imzası qrafasında “Mayılov” soyadı yazılmışdır.

47. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 17.06.2019-cu il tarixli rəyinə ə sasən ekspertizaya təqdim edilmiş 25.05.2018-ci il tarixli və 06.07.2018-ci il tarixli poçt qaimələrində “2.Alan şəxsin soyadı və imzası” qrafalarında “Mayılov” yazıları” İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza təqdiqatının dəyəri 127 manat təşkil edir.

48. «Kaspi» qəzetinin 26-29 may 2018-ci il tarixli nəşrinə əsasən həmin qəzetdə Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən qеyri-yаşаyış binаsının 25 iyun 2018-ci il tarixdə hərraca çıxarılması barədə məlumat dərc olunmuşdur.

49. «Kaspi» qəzetinin 06 iyul 2018-ci il tarixli nəşrinə əsasən həmin qəzetdə Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən qеyri-yаşаyış binаsının 06.08.2018-ci il tarixdə hərraca çıxarılması barədə məl umat dərc olunmuşdur.

50. Cavabdeh3 MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə 10 avqust 2018-ci il tarixli, 103 №-li protokola əsasən Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 saylı, 19 fevral 2018ci il tarixli icra vərəqəsinin və Cavabdeh1 02 may 2018-ci il tarixli məktubunun icrası ilə əlaqədar İddiaçı məxsus Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən qеyri-yаşаyış binаsının və оnun yеrləşdiyi 0,0850 hа tоrpаq sаhəsinin hərracda satılması nəticəsində "xxxx" KB ASC qalib olmuşdur. Həmin protokola əsasən əmlakın ilkin hərrac qiyməti 350.000 manat, təkrar hərracdakı satış qiymətindən 25% aşağı olan qiyməti 223,125 manat göstərilmişdir.

51. Hərrac təşkilatı Cavabdeh3 MMC ilə "xxxx" KB ASC arasında bağlanmış Hərracın yekunları üzrə əmlakın alq ı-satqısı barədə 10 avqust 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı məxsus Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən qеyriyаşаyış binаsı və оnun yеrləşdiyi 0,0850 hа tоrpаq sаhəsi 223.125 manata "xxxx" KB ASC-yə satılmışdır.

52. Beləliklə, qanuni qüvvəyə minmiş Göyçay Rayon Məhkəməsinin x saylı, 26 aprel 2013-cü il tarixli qətnaməsinə əsasən borclu X5 "xxxx" KB ASC qarşısında olan müqavilə öhdəliklərin icra etmədiyi üçün X2 Bankın xeyrinə borc məbləği tutulmuş və tutma ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən qеyri-yаşаyış binаsına və оnun yеrləşdiyi 0,0850 hа tоrpаq sаhəsinə yönəldilmişdir.

53. Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 saylı, 19 fevral 2018-ci il tarixli icra vərəqəsinə və Cavabdeh1 02 may 2018-ci il tarixli məktubuna əsasən hərrac təşkilatçısı olan Cavabdeh3 MMC tərəfindən 25 iyun 2018-ci il tarixə təyin olunmuş ilkin hərracda satılmayan ipoteka predmeti 06 avqust 2018-ci ilə təyin olunan təkrar hərracda bank tərəfindən əldə olunmuş və bununla bağlı sonuncu ilə 10 avqust 2018-ci il tarixdə müqavilə bağlanmışdır.

54. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı mülkiyyətində olan Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən qеyri-yаşаyış binаsının və оnun yеrləşdiyi 0,0850 hа tоrpаq sаhəsinin satılması ilə əlaqədar hərracın keçirilməsi zamanı hərrac təşkilatçısı olan Cavabdeh3 MMC tərəfindən «İpoteka haqqında» Qanunun həmin vaxt qüvvədə olan (28 dekabr 2018-ci il tarixli, 1439-VQD nömrəli Qanunla edilmi ş dəyişikliklərə qədər qüvvədə olan) normalarının tələbləri pozulmuşdur.

55. İş materiallarından müəyyən edilmişdir ki, hərracın təşkilatçısı olan Cavabdeh3 MMC tərəfindən Mülki Məcəllənin 415.2-ci maddəsinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələbləri pozulmaqla, 25 iyun 2018-ci il tarixə təyin olunmuş hərrac barədə bildiriş iddiaçıya təqdim edilməmişdir. Bu fakt Göyçay regional poçt filialının 17.12.2018-ci il tarixli məktubu və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 17.06.2019-cu il tarixli rəyi ilə təsdiq olunur.

56. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı verdiyi iddia ərizəsində, məhkəmə iclasında verdiyi izahatlarda, o cümlədən qəbul edilmiş qətnamələrdən verdiyi şikayətlərdə irəli sürdü yü dəlillər ondan ibarət olmuşdur ki, ipoteka predmeti olan qeyri-yaşayış binası və onun yerləşdiyi 0.0850 ha torpaq sahəsi hərraca çıxarılarkən və hərrac keçirilərkən onun və ailə üzvlərinin keçirilmiş hərrac barədə məlumatları olmamışdır.

57. Kassasiya məhkəməsinin göstərdiyi halların araşdırılması üçün əvvəlcə, Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliynə sorğu verilərək ünvan 1 ünvanda kimlərin qeydiyyatda olması və yaşaması barədə məlumat verilməsi tələb edilmişdir.

58. Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliynin 26 fevral 2021-ci il tarixli,10 saylı məktubundan məlum olur ki, ünvan 1 ünvanda 1973-cü il təvəllüdlü İddiaçı, 1971-ci il təvəllüdlü X3 və 1969-cu il təvəllüdlü X6 paspo rt qeydiyyatındadırlar. Həmçinin, İddiaçı 1993-cü ildən ailə həyatı qurduqdan sonra və X6 qeydiyyatda olmalarına baxmayaraq yaşamırlar.

59. X12 ev təsərrüfatlarının uçotu kitabı və qonşulardan alınmış məlumata əsasən həmin ünvanda qeydiyyatda olmaqla tək yaşayır.

60. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə sorğu verilərək ünvan 1 ünvanda kimlərin qeydiyyatda olması barədə məlumat verilməsi tələb edilmişdir. Sözügedən sorğuya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən verilmiş 23 aprel 2021-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 1 ünvanda İddiaçı, X11 və X7 qeydiyyatdadırlar.

61. Göründüyü kimi, yuxarıda sözü gedən arayışlar fərqli olsa da, ünvan 1 ünvanda “Mayılov” soyadınd a başqa şəxs qeydiyyatda olmamış və yaşamamışdır.

62. Hərracın keçirilməsi ilə əlaqədar kütləvi informasiya vasitəsində dərc olunmuş birinci elan nəzərdən keçiriləkən müəyyən olunmuşdur ki, birinci hərracla əlaqədar elan qanunvericiliyə uyğun müddətdə «Kaspi» qəzetində dərc olunmamışdır. Belə ki, 25 iyun 2018-ci il tarixə təyin olunmuş hərrac barədə elan həmin qəzetin 26-29 may 2018-ci il tarixli nəşrində dərc olunmuşdur.

63. Bundan əlavə, Cavabdeh3 MMC tərəfindən hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elanın verilməsinə dair sübut məhkəməyə təqdim olunmamışdır.

64. «İpoteka haqqında» Qanuna əsasən hərrac baş tutmadıqda təkrar hərraclar eyni qaydalar əsasında təşkil olunur.

65. Belə olan halda, apellyasiya kollegiyası qeyd etmişdir ki, hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış tərəflərə bildiriş göndərilməli olduğu halda, Cavabdeh3 MMC tərəfindən tərəflərə növbəti bildiriş də qanunda göstərilən müddətlərin pozuntusu ilə, yəni 06 avqust 2018ci il tarixə təyin olunmuş hərrac barəsində 06 iyul 2018-ci il tarixdə göndərilsə də, 09.07.2018-ci ildə alan şəxsin soyadı və imzası qrafasında “Mayılov” soyadı yazılmaqla qəbul olunmuşdur. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin rəyinə əsasən həmin yazı iddiaçı tərəfindən icra olunmamışdır.

66. Cavabdeh3 MMC tərəfindən təkrar hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elanın verilməsinə dair sübut da məhkəməyə təqdim edilməmişdir.

67. Məhkəmə aktlarına əsasən ipoteka predmetləri Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən q еyri-yаşаyış binаsı və оnun yеrləşdiyi 0,0850 hа tоrpаq sаhəsi olduğu halda, bildirişlərdə hərracın predmeti kimi torpaq sahəsi, kütləvi informasiya vasitələrində dərc olunmuş elanlarda isə Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən qеyri-yаşаyış binаsı göstərilmişdir. Lakin iş materiallarına əlavə edilmiş Kaspi qəzetinin surətlərindən görünür ki, (səh. 54, 55 və 2-ci cildin 26-28-ci səhifələri) elan kimi heç də yalnız torpaq sahəsi deyil, məhz Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən qеyri-yаşаyış binаsı və оnun yеrləşdiyi 0,0850 hа tоrpаq sаhəsi kimi dərc edilmişdir.

68. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı mülkiyyətində olan Göyçаy rаyоnu Pоtu kəndi Bаkı-Qаzах аvtоmоbil yоlunun cənub tərəfində yеrləşən qеyri-yаşаyış binаsının və оnun yеrləşdiyi 0,0850 hа tоrpаq sаhəsinin satılması ilə əlaqədar keçirilmiş hərrac zamanı «İpoteka haqqında» qanunla müəyyən edilmiş qaydalar Cavabdeh3 MMC tərəfindən həm ipoteka qoyan İddiaçı, həm də ipoteka saxlayan "xxxx" KB ASC-yə münasibətdə mühüm dərəcədə pozulduğu üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1 və 416.2-ci maddələrinin tələblərinə uyğun olaraq hərracın yekunlarına dair 103 nömrəli, 10 avqust 2018-ci il tarixli protokol və Cavabdeh3 MMC ilə "xxxx" KB ASC arasında bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 10 avqust 2018-ci il tarixli müqavilənın etibarsız hesab edilməsi nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur.

69. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlah iyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

70. Kassasiya şikayətlərinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.

71. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

72. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar