Məhkəmə qərarları › İş №2(102)-603/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-603/2024

14.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-603/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borca görə gecikdirmə faizinin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu, Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2(103)289/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Xəzər Rayon Məhkəmənin 17 noyabr 2016-cı il tarixli 2(003) 5743/2016 saylı qətnaməsinə əsasən, Cavabdeh 82620 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli 2(103)9989/2017 saylı qətnaməsi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 noyabr 2016-cı il tarixli 2(003)-5743/2016 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh İddiaçı xeyrinə 183777.82 ABŞ dolları pulun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir.

2. Xəzər Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli 2(003)-3599/2018 №-li qətnaməsi ilə Cavabdeh borcun vaxtında qaytarılmamasına görə hesablanmış faiz borcu kimi 102181,79 ABŞ dollarının icra vaxtı manata olan məzənnə ilə manatla İddiaçı xeyrinə tutulması qət e dilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən faiz borcu olaraq xeyrinə 1 yanvar 2019-cu ildən 31 iyul 2021-ci il tarixə borclu olduğu vəsaiti qaytarmadığına görə 64070.37 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh əmisi oğludur. 2013-cü ilin 4 aprelində ondan borc almış, sonra qaytarmaqdan əsassız olaraq imtina etmişdir. Bu barədə məhkəmə qətnamələri mövcuddur. Daha sonra Xəzər Rayon Məhkəməsinə borca görə faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edə rək, cavabdehdən borcun tam ödəniləcəyi günədək yüksələn xətlə davam etməsi şərti ilə faiz borcu olaraq xeyrinə Mərkəzi Bankın son illik uçot faiz dərəcəsinə uyğun 102181,79 ABŞ dolları məbləğində pul tutulmasını xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli 2(003)3599/2018 №-li qətnaməsi ilə onun xeyrinə 102181,79 ABŞ dollarının icra vaxtı manata olan məzənnə ilə manatla tutulması qət edilmişdir. Həmin qətnamənin əsaslandırma hissəsində qeyd edilir: “Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh icra zamanı borcun bir hissəsini ödəsə də, 154777,82 ABŞ dollarını hal-hazıradək ödəməmişdir. Məhkəmə, cavabdehin borcu iddiaçıya ödəyənədək ona faiz ödəməyə borclu olduğunu nəzərə alaraq iddianın həmin hissəsinin təmin edilməli olduğu nəticəsinə gəlir. Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfındən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh borcun qaytarılmalı olduğu 4 aprel 2013-cü il tarixdən başlayaraq borclu olduğu vəsaiti iddiaçıya qaytaranadək gecikdirilmiş vaxt üçün faiz ödəməyə borclu olduğundan, eləcə də Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olduğundan, ondan iddiaçının xeyrinə faiz borcu üzrə 102181,79 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə manatla tutulmalı, iddia tələbi həmin hissədə təmin edilməlidir." Qeyd olunan qayda ilə, lakin +2% əlavə edilməməklə faizləri təcrübəli mütəxəssisə özü hesablatdırmışdır. Lakin qətnamənin əsaslandırma hissəsində göstərilsə də, məbləğə 2 faiz əlavə edilməmişdir. Bununla belə, qətnamə ilə o, razılaşmış, cavabdehin apelyasiya şikayəti də təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-4438/19 № -li qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsindən çıxarkən cavabdeh ona yaxınlaşaraq, qucaqlayıb öpmüş, ona qarşı səhv mövqedə olduğunu etiraf edərək demişdir ki, kasasiya şikayəti də verməyəcəyək, şəhərdə tikdirdiyi çoxmərtəbəli yaşayış binasındakı 4 otaqlı, super təmir olunmuş, ümumi sahəsi 191 kvadrat metr olan mənzilini hə lə çıxarışı olmasa da 2 ayadək satıb borcunu ödəyəcəyək. Həmin mənzili Rusiyada yaşayan bir iş adamı 2 aya kimi gəlib alacaqdır. Ya da Şağan qəsəbəsindəki evini təcili satıb borcu ödəyəcək, həmin vaxta kimi də borcundan hər ay 2000 dollar ödəyəcək. Beləliklə o, cavabdehlə razılığa gəlmiş, cavabdeh kasasiya şikayəti də verməmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-3599/18 qətnaməsi xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmiş, icraata yönləndirilmişdir. Bundan sonra cavabdehin xahişi ilə Xətai rayonundakı satmaq istədiyi mənzilində olmuş, fotoşəkillərini çəkib içərisindəki bahalı soyuducu, televizor və başqa əşyalarla birlikdə 400000 manata, Şağandakı evini isə 500000 manata satılması barədə elan saytlarında elan yerləşdirmişdir. Lakin 2 ildən artıqdır ki, nə Rusiy adakı iş adamından, nə elan izləyənlərdən, nə də Aydından məlumat yoxdur. Evləri mövcud durumuna görə bazar qiymətindən xeyli baha satmaq istəyir, onu almaq üçün axtardığı müştəri isə tapılmır. Bəlkə də satmaq istəmir və borcunu ödəyəcəyinə görüntü yaratmaq istəyir. xx.xx.2019-cu il tarixə cavabdehin ona borcu (145 068,82 + 102 181,79) 247 250,61 ABŞ dolları, manat ekvivalenti ilə 420 326 AZN olub. Cavabdehin borcunu ödəmək üçün ona söz verdiyi 12 aprel 2019-cu ildən iki ildən çox vaxt ötür. Bu müddət ərzində onun hesabına cəmi 8800 AZN (5170 dollar) ödəyib, bir ildən çoxdur ki, ümumiyyətlə ödəniş etmir. Xəzər Rayon İcra Şöbəsində isə icraçı Mübariz Abbasov öz vəzifə borcunu yerinə yetirməyə, bu məsələnin qanuni həllinə yönəlik tədbirlər görməyə, hansı müəmmalı səbəbdənsə, görünmür. O, 1-c i Qarabağ savaşının iştirakçısı, İİ qrup əlil, ömrünün ahıl dövründədir, 73-cü yaşdadır. Yəni, fiziki durumu ürəkaçan deyildir. Cavabdeh isə onu mütəmadi aldadır, borcunu ödəməkdən yayınır, əmlakı qəsdən baha qiymətə təklif edir ki, alan olmasın və borcunu yubatsın, verməsin. Onun də öz problemləri var, borcunu vaxtında ala bilsəydi, ən azından banka depozit kimi yatıraraq ilə 12 faiz fayda yararlanardı. İllik faizi sonda götürüb yenidən banka yatırsaydı, fayda daha böyük olardı. Lakin bundan 8 ildir ki, mərhum olmuş, hesabla təkcə son iki ildə (420 326 x 12% x 2 il) 100 878 AZN və ya (10878:1,7) 59 340 ABŞ dolları edir. Lakin bu məbləğ cavabdehin qanunazidd hərəkətləri nəticəsində əlindən çıxmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi intemet səhifəsində yerləşdirilmiş məlum ata əsasən uçot faiz dərəcəsi 30.10.21-ci il tarixdən etibarən 9,75% təşkil edir. Cavabdeh, onun pul vəsaitini qanunsuz olaraq özündə saxlayır, ona qaytarmaqdan boyun qaçırır, həmin vəsaitdən istifadə edir, faydalanır. Odur ki, cavabdeh borcu qaytarılmalı olduğu tarixdən borclu olduğu vəsaiti qaytaranadək gecikdirilmiş vəsaitə gecikdirilmiş vaxt üçün faiz ödəməyə borcludur.

5. Məhkəmə iclasında cavabdehin iddia tələbini qəbul etməyərək bildirmişdir ki, ondan iddiaçının xeyrinə borc məbləğinin tutulması məhkəmə qətnaməsi ilə qərara alınmışdır. Həmin qərar qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İcra prosesində ondan pul tutulması davam edir. O, iddiaçıya olan borcundan fayda götürmür. Pulu olsaydı borcunu qaytarardı. Onun əmlakına həmin borca görə həbs qoyulmuşdur, borcdan ödəniş d ə edilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 iyul 2021-ci il tarixli, e-2(003)-2796/2021 saylı qətnaməsi ilə (hakim R.Xəzri) iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, pul öhdəliyinin icra edilməməsinə görə məsuliyyət müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin məzmununa görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödən ilməlidir. Bu maddənin məzmunundan görünür ki, faizlərin hesablanaraq tutulması üçün tək özgənin pul vəsaitini qanunsuz saxlamaq yox, həm də ondan faydalanmaq halı mövcud olmalıdır.

8. Hazırkı mülki işlə bağlı cavabdehin iddiaçıdan almış olduğu pul vəsaitindən Azərbaycan Respublikası MM-nin 152.3-cü maddəsi ilə nəzərdə tutulmuş hər hansı formada faydalanması halı müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi kifayət qədər əsaslı deyildir və təmin edilə bilməz.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 152.3, 449-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi nin 09 iyul 2009-cu il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat

10. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Maddi və prosessual hüquq normalarının pozulması, qanuni qüvvədə olan məhkəmə qərarlarının nəzərə alınmaması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmaması ilə qəbul edilmişdir.

12. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-A. Tanrıverdiyev - sədrlik edən və məruzəçi, T.Səmədov, İ.Kərimli) 17 dekabr 2021-ci il tarixli, 2(103)-10601 /2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, e-2(003)-2796/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir.

13. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Odur ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.3, 449-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1,217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya inst ansiyası məhkəməsində birinci icraat

15. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiya məhkəməsi) 2(102)-2522/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərarı ilə (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Əliyev və İ.Xəlilov) kassasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

17. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, kassasiya yoxlaması nəticəsində işdən görünən hal ondan ibarətdir ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamaqla kifayətlənmişdir. Halbuki, iş materiallarında olan apelyasiya şikayətindən də görünür ki, iddiaçı Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə istinadən daha əvvəl qəbul edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 dekabr 2018-ci il tarixli 2(003)- 3599/2018 №-li qətnaməsi ilə cavabdehin ona borclu olduğu pul vəsaiti qanunsuz saxlamaqla ondan faydalandığının müəyyən edildiyini, həmin məhkəmə aktının preyudisial xarakterini bildirmiş, lakin işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası bu hala ümumiyyətlə münasibət bildirməmiş, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının MPM-in 82.3-cü maddəsinin tələblərinin pozuntusuna yol verməsinə əhəmiyyət verməyərə k özü də həmin normanın pozuntusuna yol vermişdir. İş materiallarında olan cavabdehin istintaq orqanına verdiyi izahatdan (səh 96-98) da görünür ki, hələ izahat verildiyi dövrdə, yəni xx.xx.2016-cı ildə cavabdeh xəz alveri ilə məşğul olduğunu, qısa müddətdə ya xəz ilə borcunu əvəzləşdirəcəyini, ya da pulu tam ödəyəcəyini bildirmiş, lakin həmin zamandan iddiaçı qarşısında öhdəliyinin cüzi hissəsini həyata keçirmişdir. Cavabdehin hazırkı dövrdə də həmin fəaliyyətini davam etdirməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərlə də təsdiqini tapmışdır. Ticarət sahəsində fəaliyyətlə məşğul olmaq üçün müəyyən məbləğdə vəsaitə malik olmaq lazımdır ki, həmin vəsaiti dövr etdirməklə fəaliyyətin davamlı olmasına nail olunsun. Əgər cavabdeh həmin vəsaitə malik olmasa idi, izahatı verdiyi dövrdən hazırki dövrə kimi, yəni 6 ildən artıq müddətdə fəaliyyətinə son verməli idi ki, bu halın da baş verməsi müəyyən olunmur. c) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2023-cü il tarixli, 3-16/16/29/4968/2023 saylı rəyiinə əsasən - iş materiallarında olan İddiaçı məxsus "xxxx" ASC-də olan bank hesabından çıxarış məlumatlarından göründüyü kimi (cild 1 i.v 103-105) xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə 8176,47 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. 145068,82 ABŞ dolları pul vəsaiti (icra zamanı sonrakı ödənişlər nəzərə alınmaqla) 12 iyun 2019-cu il tarixdən 31 iyul 2021-ci il tarixədək Mərkəzi Bankın uçot faiz dərəcəsi nəzərə alınmaqla və üzərinə iki bənd əlavə olunmaqla, yəni 11.75 faiz hesabland ıqda faiz borcu 34.758,93 ABŞ dolları təşkil edir.

19. Bakı Apellyasiya instansiya məhkəməsinin 2(103)-289/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), C.Musayeva və G.Axundova) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, e-2(003)-2796/2021 saylı qətnaməsi ləğv olunmuş, iddianın qismən təmin olunması, cavabdehdən Cavabdeh iddiaçının xeyrinə 34758,93 (otuz dörd min yeddi yüz əlli səkkiz ABŞ dolları, 93 sert) ABŞ dolları (qətnamə icra olunan vaxiı ABŞ dollarının Azərbaycan manatına məzənnəsi üzrə manatla) pul vəsaitinin tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

20. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırkı iddia sında – 12 iyun 2019-cu il tarixdə cavabdehin ona 145068,82 ABŞ dolları borcunun qalmasını göstərərək, həmin pul vəsaitinin üzərinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş 102181.79 ABŞ dolları pul vəsaitini də gəlmiş, ümumilikdə cavabdehin ona 247250,61 ABŞ dolları pul ödəməli olmasını qeyd etmişdir. İddiaçı hesab edir ki, həmin pul vəsaitini banka illik 12 faizlə depozitə qoya və təkcə son iki ildə 59340 ABŞ dolları gəlir əldə edə bilərdi. Həmçinin, Mərkəzi Bankın rəsmi internet səhifəsinə yerləşdirilmiş məlumata əsasən uçot faiz dərəcəsi 30 oktyabr 2018-ci il tarixdən etibarən 9,75 faiz təşkil etmişdir. Hesab edir ki, 01 yanvar 2019-cu il tarixdən 31 iyul 2021-ci il tarixədək Mərkəzi Bankın uçot faiz dərəcəsi nəzərə alınmaqla cavab dehdən onun xeyrinə 64070,37 ABŞ dolları pul vəsaiti tutulmalıdır.

21. Apellyasiya məhkəməsinin mövqeyinə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

22. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəti cələri mülki qanunvericilikdə müəyyən edilmişdir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nə zərə alınmır.

24. Göründüyü kimi, birinci instansiya məhkəməsinin mövqeyi əsaslandırılmamaqla, işin halları və qanunvericiliyin tələbləri ilə uzlaşmır.

25. Birinci instansiya məhkəməsini sübutetmə yükünü iddiaçının üzərinə qoysa da, nəzərə almamışdır ki, eyni tərəflər arasında analoji mübahisəli məsələ ilə bağlı qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur.

26. Yuxarıda da qeyd edildiyi kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 dekabr 2018-ci il tarixli, 2(003)-3599/2018 saylı qətnaməsi ilə cavabdehin iddiaçıya borclu olduğu pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalandığı müəyyən edilmiş, bu səbəbdən də cavabdehdən məhz MM-in 449.1-ci maddəsinin tələbləri çərçivəsində pul vəsaitinin tutulması qət olunmuşdur.

27. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki i ş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

28. Cavabdehin istintaq orqanına verdiyi izahatdan da görünür ki, hələ izahat verildiyi dövrdə, yəni xx.xx.2016-cı ildə cavabdeh xəz alveri ilə məşğul olduğunu, qısa müddətdə ya xəz ilə borcunu əvəzləşdirəcəyini, ya da pulu tam ödəyəcəyini bildirmiş, lakin həmin zamandan iddiaçı qarşısında öhdəliyinin cüzi hissəsini həyata keçirmişdir. Cavabdehin hazırkı dövrdə də həmin fəaliyyətini davam etdirməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərlə də təsdiqini tapmışdır. Ticarət sahəsində fəaliyyətlə məşğul olmaq üçün müəyyən məbləğdə vəsaitə malik olmaq lazımdır ki, həmin vəsaiti dövr etdirməkl ə fəaliyyətin davamlı olmasına nail olunsun. Əgər cavabdeh həmin vəsaitə malik olmasa idi, izahatı verdiyi dövrdən hazırki dövrə kimi, yəni 6 ildən artıq müddətdə fəaliyyətinə son verməli idi ki, bu halın da baş verməsi müəyyən olunmur. Cavbadeh tərəf isə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.

29. İşin faktiki halları və qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, cavabdeh öhdəliyini lazımi qaydada icra etmədiyindən və iddiaçıya məxsus müvafiq pul vəsaitlərini qanunsuz saxlamaqla, ondan faydalandığından həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.İddiaçının qeyd edilən tələb hüququ isə bilavasitə qanundan irəli gəlir.

30. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. Çünki, iddiaçı müvafiq faizləri əsa s borcdan deyil, ona hesablanmış faizləri də üzərinə gəlməklə hesablamışdır. MM-in 449.1-ci maddəsinin mənasına görə, normada nəzərdə tutulmuş maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarı).

31. İşdə olan ekspertiza rəyinə (Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2023-cü il tarixli, 3- 16/16/2-9/4968/2023 saylı rəyi) əsasən - iş materiallarında olan İddiaçı məxsus "xxxx" ASC-də olan bank hesabından çıxarış məlumatlarından göründüyü kimi (cild 1 i.v 103-105) xx.xx.2019-cu il tarixdən xx.xx.2021- ci il tarixədək olan dövrdə 8176,4 7 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. 145068,82 ABŞ dolları pul vəsaiti (icra zamanı sonrakı ödənişlər nəzərə alınmaqla) 12 iyun 2019-cu il tarixdən 31 iyul 2021-ci il tarixədək Mərkəzi Bankın uçot faiz dərəcəsi nəzərə alınmaqla və üzərinə iki bənd əlavə olunmaqla, yəni 11.75 faiz hesablandıqda faiz borcu 34.758,93 ABŞ dolları təşkil edir.

32. Belə olan halda iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 34758,93 ABŞ dolları (qətnamə icra olunan vaxtı ABŞ dollarının Azərbaycan manatına məzənnəsi üzrə manatla) tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.

33. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 389.1, 390, 399, 442, 439. 3, 449.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd etmişdir: “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sa nksiya olmaqla müki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır.” Məhkəmə bu normaya istinad edərək faizlərin yalnız əsas borc məbləğinə hesablanmalı olduğu qənaətinə gələrək yanlış qətnamə qəbul etmişdir.

36. Məhkəmə müddət və müddətin axımı ilə bağlı normaları da pozmuşdur. Belə ki, Xəzər Rayon Məhkəməsi 20 dekabr 2018-ci il tarixli 2(003)-3599/2018 №-li qətnaməsi ilə Cavabdeh xeyrinə 102181,79 (yüz iki min yüz səksən bir, yetmiş doqquz) ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə manatla tutulması barədə qətnamədə 4 aprel 2013-cü ildən başlayaraq qətnamənin çıxarıldığı vaxtadək – 2018-ci ilin sonunadək olan dövr üçün faizlərin tutulması barədədir. Hazırkı iddia tələbi isə qətnamənin vaxtında icra olunmadığına görə 01 yanvar 2019-cu ildən 31 iyul 2021- ci ilədək olan dövrə aiddir. Yəni, iddia tələbi ilə əlaqədar müddət uzadıldığından MM-nin 369.8-ci maddəsinə əsasən iddia tələbi üzrə müddət bitmiş müddətin sonundan – xx.xx.2019-cu ildən hesablanmalıdır, tələbində də məhz bu tarix göstərilib. Lakin işə baxan tərkib bu normanın əksinə, müddətin axımını iddiaçının ziyanına pozaraq tamamilə yanlış bir tarixdən – bundan 6 aya yaxın sonradan müəyyən etmişdir ki, bu da tamamilə məntiqsiz və qeyri oby ektivdir.

37. Təmin olunan iddia üzrə çıxarılan və qanuni qüvvəyə minən qətnamədə qət edilən faiz məbləğinə görə ayrıca icra vərəqəsi tərtib edilmiş, icra şöbəsində isə bu, əvvəlki əsas məbləğ üzrə icra vərəqinə birləşdirilərək ümumi borc məbləği kimi icra olunmasına qərar verilmişdir. xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilə, yəni ərizəni məhkəməyə təqdim etdiyi vaxtadək qalıq borcuna hesablanan faizlərin üzərinə isə faiz əlavə etməmiş, məhkəmə qətnamələri ilə yaranmış və ödənilməmiş borc qalığına faiz hesablamışdır. Bu qətnamə də hazırkı işdəki eyni iddiaçı, eyni cavabdeh və eyni məsələ barədədir. Qətnamədə cavabdehin apellyasiya şikayətinin rədd edilməsi, Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 dekabr 2018-ci il tarixli 2 (003)-3599/2018 №-li qətnaməsin dəyişdirilmədən saxlanması qət edilmişdir. Eyni məhkəmənin eyni iddiaçı, eyni cavabdeh və eyni məsələ barədə mövqeyi bu iki qətnamədə - yəni, Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 2 (103)-4438/2019 №-li qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021 tarixli 2(103)-10601/2021 №-li qətnaməsi bir-birinə tamamilə ziddir. Bu da məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına kəsərli dəlildir.

38. Cavabdeh (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı əsassız iddialarla məhkəmələrə müraciət edərək vaxt uzadaraq faizlər tələb etməklə həmin faizlərin məbləğini süni surətdə artırmaq, həmin faizləri əsas borca əlavə etməklə tələbin yönəldiyi əmlakın qiymətinə bərabərləşdirmək istəyir. Məhkəmə kollegiyası iddiaçıya ödənişlər etməyi, bankdan təqdim edilmiş arayışla iddiaçının hesablna pullar yatırmağı nəzərə almamış, 2020-ci il tarixədək etdiyi ödənişlərin qəbzlərini təqdim etməyə şərait yaratmamış, tələb edilən faizlərin ödənişlər etdiyi halda hansı borc məbləğindən hesablandığını araşdırmamış nəticədə ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə qətnaməsinin icrası ilə bağlı üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş, iddiaçıya pul məbləğləri ödəməklə yanaşı əmlakını təhvil vermiş, əmlak qiymətləndirilmiş, satılması üçün hərraca çıxarılmış, hərracda həmin əmlak iddiaçıya təklif olunmuşdur. Lakin iddiaçı həmin əmlakı əldə etməkdən imtina etmişdir. Bütün bu hallar məhkəmə tərəfindən 2 ildən artıq davam edən məhkəmə işi zamanı nəzərə alınmamış, bu hallara hüquqi qiymət veriməmişdir.

40. Məhkəmə qeyd etmişdir ki, MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Lakin işin faktiki hallarından göründüyü kimi cavabdeh həmin pul vəsaitindən hər hansı formada gəlir əldə etməmişdir. Belə ki, borc hesab edilən həmin pul vəsaiti birgə ticarətlə məşğul olunması və iddiaçı ilə cavabdehin hər ikisinin gəlir əldə etməsi məqsədi ilə al ınsa da, sonradan cavabdehin AR CM-nin 263-cü maddəsi ilə məsuliyyətə cəlb olunması, daha sonra isə dünyada və ölkəmizdə baş vermiş pandemiya səbəbindən iş yerlərinin bağlanması səbəbindən yaranmışdır ki, burada cavabdeh özü ən cox ziyan çəkmişdi. Ümumilikdə işə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara istinad etməklə baxılmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

41. İddiaçı cavabdehin kassasiya şikayətinə qarşı öz şikayətinin məzmununa uyğun məzmunda yazılı etiraz təqdim edərək, şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

42. Maddə

442. Öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, on un pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

43. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

44. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

45. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

46. Maddə 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. A zərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəməni n gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

52. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olun ması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Belə ki, iddiaçının tələbi pul borcunun qaytarılmamasına görə ona hesablanan gecikdirmə faizlərinin cavabdehdən tutulması barədədir. Cavabdeh isə sözügedən pul vəsaitindən faydalanmadığını bildirərək iddiaya etiraz edir.

57. Mülki Məcəlləyə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənl əşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır (§ 44, 46).

58. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçıya qaytarmalı olduğu əsas borcu vaxtında ödəmədiyindən 12 iyun 2019-cu il tarixdən 31 iyul 2021-ci il tarixədək əsas borca hesablanan və ekspertiza rəyi ilə müəyyən edilmiş 34.758,93 ABŞ dolları gecikdirmə faizi ödəniş gününə manat məzənnəsi ilə tutulm alıdır.

59. İş üzrə gecikdirmə faizinin əvvəlinin hansı tarixdən götürülməsi ilə bağlı iddia tərəfinin mövqeyinə apelyasiya məhkəməsinin qətnaməsində aydınlıq gətirilərək qeyd olunmuşdur ki, “iddiaçı hazırkı iddiasında – 12 iyun 2019-cu il tarixdə cavabdehin ona 145068,82 ABŞ dolları borcunun qalmasını göstərərək, həmin pul vəsaitinin üzərinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş 102181.79 ABŞ dolları pul vəsaitini də gəlmiş, ümumilikdə cavabdehin ona 247250,61 ABŞ dolları pul ödəməli olmasını qeyd etmişdir” (§ 20).

60. Məhkəmə cavabdehin də etirazına qiymət verərək bildirmişdir ki, onun ticarət fəaliyyəti ilə məşğul olması işdəki sübutlarla təsdiqlənir, bu fəaliyyətin davam etdirilməsi üçün pul vəsaitinə malik olmaq lazımdır. Əgər cavabdeh belə vəsaitə malik olmasaydı ticarət fəaliyyətini sonlandırardı, lakin bu hal müəyyən edilmir (§ 28).

61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

62. Belə ki, kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

63. Kolle giya hesab edir ki, daha əvvəl məhkəmə qətnaməsi ilə tutulmuş faiz borcunun əsas borca birləşdirilməklə ümumi məbləğə gecikdirmə faizi tutulması tələbinin təmin edilməməsi hissəsində də apelyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

64. Belə ki, 102.181,79 ABŞ dolları məbləğində pul Xəzər Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli 2(003)-3599/2018 №-li qətnaməsi ilə tutulsa da, həmin vəsait mahiyyəti etibarilə əsas borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış faiz borcudur. Bu borcun ödənilməsinin gecikdirilməsinə görə ona yenidən faiz hesablanması faizdən faiz ödənilməsi ilə nəticələnir.

65. Məlum olduğu kimi, borclu pul öhdəliyinin icrasını gecikdirdiyi halda faizdən faiz ödənilməsinin yolverilməzliyi qaydası tətbiq olunur (bu qayda Mülki Məcəllənin 445.7-ci maddəsinin mü bahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasında nəzərdə tutulmuşdu - § 43).

66. Müqayisə üçün qeyd edilməlidir ki, 24 fevral 2023-cü il tarixli 822VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilən Mülki Məcəllənin 740.4-cü maddəsinə görə, “Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır”.

67. Göründüyü kimi, qanunverici hər iki normada mürəkkəb faiz tətbiqini qadağan edərək, gecikdirmə faizlərinin məhz əsas borc qalığına, özü də əsas borcun qaytarıldığı günədək hesablandığını nəzərdə tutmuşdur.

68. Kollegiya vurğulayır ki, faiz borcunun məhkəmə qərarı ilə tutulmasına görə onun əsas borca birləşdirilərək ümumi məbləğdən yeni dən gecikdirmə faizi hesablanması, belə faizinin tutulması barədə qaydanın məqsədinə xidmət etmir. Faizin əsas borcla birlikdə deyil, ayrıca iddia qaldırılmaqla tələb edilməsi mümkün olsa belə, mahiyyətcə faiz alacağına yenidən faiz istənilməsi borclu üçün ədalətsiz nəticələrin yaranmasına gətirib çıxara bilər. Odur ki, faizdən faiz tutulması qadağası bu hala da şamil edilməlidir.

69. Təsadüfi deyil ki, Mülki Məcəllənin 449.4-cü maddəsində özgə vəsaitindən istifadə üçün faizlərin (əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə) həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulduğu göstərilmişdir.

70. Gecikdirmə faizinin əsas borcun qaytarıldığı günədək tutulmasına dair qayda ilə mürəkkəb faiz tətbiqi imkanı istisna edilir və belə faiz yalnız əsas borcun qalığına hesablanmış olur. Pul vəsaitini vaxtında qaytarmayan borcluya bu qaydada tətbiq edilən maliyyə sanksiyası mütənasib və ədalətlidir.

71. Lakin kreditorun gecikdirilmə fazini bu qaydada tələb etməyib, hər dəfə müəyyən bir dövr üçün ayrıca iddia ilə faiz tələb edərək (məsələn, hər il iddia qaldırmaqla), məhkəmə qərarı əsasında tutulan faiz məblələrini əsas borca əlavə etməklə, ümumi məbləğə yenidən faiz hesablaması faktiki olaraq əsas borcun məbləğinin şişirdilməsi, dolaylı da olsa, gecikdirmə faizinə yenidən gecikdirmə faizinin hesablanması ilə nəticələnir. Bu isə borclunun vəziyyətini qeyri-mütənasib şəkildə pisləşdirir. Halbuki, heç kəsin təktərəfli hərəkəti ilə başqa şəxsin vəziyyətini ağırlaşdırmasına yol verilmir.

72. Azərbaycan Respublikası Kons titusiya Məhkəməsinin Plenumu da “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, “MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır”.

73. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

74. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

75. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2(103)-289/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar