Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6039/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6 İnqilab oğlu, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin avtomobilin dövlət qeydiyyat nişanına aid hissədə etibarsız hesab edilməsi, qeydiyyat nişanının qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6 İnq ilab oğlu, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı «müqavilənin avtomobilin dövlət qeydiyyat nişanına aid hissədə etibarsız hesab olunması, həmin nişanın başqa avtomobilə təhkim edilməsinin etibarsız hesab olunması və nişanın qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-986/2022 nömrəli, 4 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 6 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Yaranmış mübahisə, İddiaçı məxsus olmuş “BMW 735” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil onun verdiyi etibarnamə əsasında satılarkən, dövlət qeydiyyat nişanını satmamaq barədə tapşırığına əməl olunmadan qanunsuz satılması barədədir.
2. Belə ki, nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə əsasında xx.xx.2016-cı ildə BMW 735 minik markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil 1 illik etibarnamə əsasında (xx.xx.2017-ci il tarixədək) İddiaçı tərəfindən Cavabdeh1 satılmışdır.
3. İddiaçı məxsus həmin avtomobil xx.xx.2017-ci ildə 9 ay 1 günlük etibarnamə əsasında (xx.xx.2017-ci il tarixədək) Cavabdeh1 tərəfindən Cavabdeh7 satılmışdır. 4. xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinə əsasən, İddiaçı məxsus “BMW 735” minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən etibarnamə əsasında Cavabdeh5 satılmışdır.
5. Dövlət qeydiyyat nişanının və qeydiyyat şəhadətnaməsinin verilməsi haqqında xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, X1 məxsus “X5” minik markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh4 adına rəsmiləşdirilmiş və həmin avtomobilin üzərinə **-DG*** dövlət qeydiyyat nişanı təhkim olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6 İnqilab oğlu, AR DİN BDYPİ və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında 12 noyabr 2016-cı il tarixdə Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunda bağlanmış müqavilə üzrə maşının üzərinə təhkim olunmuş AZ **-DG-*** dövlət qeydiyyat nişanı hissəsində müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh 1 ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi üzrə AZ **-DG-*** dövlət qeydiyyat nömrəsinin BDYPİ-nə təhvil verilməsi hissəsinin etibarsız hesab edilməsi, həmin nömrənin xx.xx.2017-ci il tarixdə Cavabdeh4 məxsus Toyota LandCruiser markalı avtomobilin üzərinə qoyulmasının etibarsız hesab edilməsi və AZ **-DG-*** dövlət qeydiyyat nişanın iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı mülkiyyətində olan “BMW 735” markalı, 1996cı il istehsalı olan minik avtomobilinin üzərində 20 ildən artıq müddətdə təhkim edilmiş AZ **-DG-*** dövlət qeydiyyat nömrəsini iddiaçının adına saxlamaq şərtilə Cavabdeh1 xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontor unda yalnız maşına dair iddiaçıdan etibarnamə almışdır. Lakin Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, iddiaçıya məxsus avtomobil nömrəsini qanunsuz qazanc əldə etmək məqsədilə BDYPİ-nin əməkdaşları və orada nömrə alveri ilə məşğul olan YYYvə onun qardaşı YYYadlı şəxslərlə əlbir olub həmin avtomobil nömrəsini Cavabdeh4 14.000 manata satmışlar. Cavabdeh1 mübahisə predmeti olan nömrəni iddiaçının adına saxlayacağı barədə vədlər verərək onu aldatmış, xx.xx.2017-ci il tarixdə nömrəni Cavabdeh5 satılması barədə alğı-satqı müqaviləsi bağlamış, qeyd edilən nömrəni isə Cavabdeh1 öz adına saxlatdırmışdır. Bundan sonra xx.xx.2017-ci il tarixdə BDYPİ-nin polis əməkdaşları tərəfindən Cavabdeh1 polisə dəvət olunmuş, ondan iddiaçının nömrəsinin Cavabdeh4 verilməsinə dair razılıq ərizəsi a lınmış və həmin nömrə Cavabdeh4 məxsus “Toyota Land-Cruiser” markalı avtomobilin üzərinə qoyularaq qeydiyyat aparılmışdır. Qeyd edilənlərə əsasən iddiaçı onun razılığı olmadan cavabdehlər tərəfindən nömrəyə dair bağlanılmış bütün əqdləri və aparılmış əməliyyatları əsassız hesab etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Sonradan iddiaçının nümayəndəsi T.Ağacanov məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, əlavə olaraq AZ **-DG-*** dövlət qeydiyyat nişanının xx.xx.2020-ci il tarixdə Cavabdeh8 məxsus “Lada 21214 Urban” minik markalı avtomobilinin üzərinə təhkim edilməsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-680/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova ) iddia tələbi təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, hazırki alğısatqı müqavilələri iddiaçının ağır vəziyyətə düşməsi faktını, əqdin şərtinin açıq-aşkar qeyri-sərfəli olmasına dəlalət edir və cavabdehin iddiaçının ağır vəziyyətə düşdüyünü bilməsi və özü üçün sərfəli olan əqdin bağlanması məqsədilə bu vəziyyətdən istifadə etməsi başa düşülür. O, həmin vəziyyətdən öz mənafeyi üçün istifadə etmişdir.
11. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən həmin müqavilələrin etibarsız hesab edilməsi tələbi əsaslıdır. Belə ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, iddia olunan **-DG-*** nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı sonrakı mülkiyyətçilərə etibarnamə əsasında alğı-satqı yolu ilə keçmiş, bu hallar ilkin mülkiyyətçinin, yəni hazırki iş üzrə iddiaçının iradəsinə zidd baş vermişdir.
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157, 337, 339 və 337-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 14 və 77-ci maddələri, İnsan Haqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli və «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh8 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, işdəki sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır.
15. Apellyasiya şikayəti verən Cavabdeh8 başqa avtomobilin - “Lada 21214 Urban” markalı avtomobilin mülkiyyətçisidir. Mübahisə predmeti olan **-DG-*** dövlət qeydiyyat nişanı xx.xx.2020ci il tarixdə həmin avtomobilə təhkim edilib. Qətnamə qəbul edilənə qədər bu barədə məlumat mülki işdə olub (cild 1, iş v. 206, DYP arayışı), lakin birinci instansiya məhkəməsi Cavabdeh8 işdə iştirak etməyə cəlb etməyib. Cavabdeh8 apellyasiya icraatı zamanı üçüncü şəxs kimi tanınıb.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-986/2022 nömrəli, 4 fevral 2022-ci il tarixli qətnaməsi il ə (hakimlər N.Cəfərov sədrlik edən və məruzəçi, E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırıb: İddia ərizəsində 7 cavabdeh göstərilib: 1) Cavabdeh6; 2) Cavabdeh7; 3) Cavabdeh1; 4) Cavabdeh5; 5) Cavabdeh4; 6) Baş Dövlət Yol Polisi İdarəsi; 7) 21 saylı Notariat Ofisi. 17.1. 1-ci Cavabdeh6 “BMW 735” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilk olaraq etibarnamə əsasında iddiaçıdan əldə edib. Cavabdeh6 bildirdiyinə görə avtomobil etibarnamə əsasında nağd pula ona “satılıb”. Daha sonra Cavabdeh6 2-ci Cavabdeh7 ilə avtomobilin alqı-satqısı barədə şifahi razılıq əldə edib. Cavabdeh6 xa hişi əsasında iddiaçı avtomobilə dair 2-ci Cavabdeh7 adına etibarnamə verib. 17.2. 2-ci Cavabdeh7 “BMW 735” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili 1ci Cavabdeh6 əldə edib. Cavabdeh7 bildirdiyinə görə avtomobil etibarnamə əsasında nağd pula ona “satılıb”. Daha sonra Cavabdeh7 3-cü Cavabdeh1 ilə həmin avtomobilin alqı-satqısı barədə şifahi razılıq əldə edib. Cavabdeh7 xahişi əsasında iddiaçı avtomobilə dair 3-cü Cavabdeh1 adına etibarnamə verib. 17.3. 3-cü Cavabdeh1 “BMW 735” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili 2-ci Cavabdeh7 əldə edib. Cavabdeh7 xahişi əsasında iddiaçı avtomobilə dair Cavabdeh1 adına xx.xx.2016-cı il tarixdə 1 il müddətinə etibarnamə verib. O cümlədən Cavabdeh7 özü xx.xx.2017-ci il tarixdə etibar edilmişi etibaretmə qaydasında Cavabdeh1 ad ına 9 ay 1 gün müddətinə etibarnamə verib. Hər 2 etibarnamə ilə avtomobilə dair sərəncam vermək səlahiyyəti də etibar edilib. Cavabdeh1 həmin etibarnamənin əsasında iddiaçının adından çıxış edərək 4-cü Cavabdeh5 ilə xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi bağlayıb. 17.4. 4-cü Cavabdeh5 “BMW 735” markalı avtomobil xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edib. Onunla alqı-satqı müvqaviləsini iddiaçının adından etibarnamə əsasında çıxış edən 3-ci Cavabdeh1 bağlayıb. Avtomobil Cavabdeh5 satılarkən avtomobilə aid olan **-DG-*** dövlət qeydiyyat nişanı təhvil verilib. Dövlət qeydiyyat nişanının təhvil verilməsi 3-cü Cavabdeh1 (iddaçı tərəfindən adına etibarnamə verilmiş şəxsin) iradəsi əsasında olub. 17.5. 5-ci Cavabdeh4 adına xx.xx.2017-ci il tarixdə başqa avtomobi l - “X8” markalı avtomobil rəsmiləşdirilib. “BMW 735” markalı avtomobilə aid olan, lakin həmin avtomobil satılarkən təhvil verilmiş **-DG-*** dövlət qeydiyyat nişanı “X8” markalı avtomobilə təhkim edilib. Dövlət qeydiyyat nişanının həmin avtomobilə təhkim edilməsi 3-cü Cavabdeh1 (iddiaçı tərəfindən adına etibarnamə verilmiş şəxsin) iradəsi əsasında olub. 17.6. 6-cı cavabdeh BDYPİ iddiaçıya məxsus “BMW 735” markalı avtomobilə dair alqısatqı müqaviləsini və həmin avtomobilə aid olmuş **-DG-*** dövlət qeydiyyat nişanı ilə bağlı əməliyyatları rəsmiləşdirib. 17.7. 7-ci cavabdeh 21 saylı Notariat Ofisinin notariusu “BMW 735” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobiliə dair iddiaçı tərəfindən 3-cü Cavabdeh1 adına xx.xx.2016-cı il tarixdə verilmiş etibarnaməni notariat qaydasında təsdi q edib. 17.8. Apellyasiya şikayəti verən Cavabdeh8 başqa avtomobilin - “Lada 21214 Urban” markalı avtomobilin mülkiyyətçisidir. Mübahisə predmeti olan **-DG-*** dövlət qeydiyyat nişanı xx.xx.2020-ci il tarixdə həmin avtomobilə təhkim edilib. 17.9. İddia əsassızdır. Belə ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı xüsusi mülkiyyətin obyekti ola bilməz, onun adında olan “dövlət” sözü də bunu təsdiq edir. Dövlət qeydiyyat nişanının anlayışı “Yol hərəkəti haqqında” Qanunun 29-cu maddəsinin 1-ci hissəsində müəyyən edilib. 17.10. Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasına görə edilən ödəniş nişan üzərində mülkiyyət hüququnun yaranmasına səbəb olmur. Belə ki, “dövlət rüsumu” və “qiymət” anlayışları fərqləndirilməlidir. “Yol hərəkəti haqqında” Qanunun 2 9-cu maddəsinin 2-ci hissəsində qeyd olunub ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Göründüyü kimi, dövlət qeydiyyat nişanına görə edilən ödəniş qiymət deyil, rüsumdur. Dövlət rüsumu dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən xidmətə və hüquqi hərəkətlərə görə ödənilən haqdır. Onun anlayışı “Dövlət rüsumu haqqında” Qanunun 1.1-ci maddəsində müəyyən edilib. Qiymət isə dəyərin pul ifadəsidir, müqavilənin icrası üzrə bir tərəfin digər tərəfə verdiyi ödənişdir. Qiymətlə bağlı qaydalar Mülki Məcəllənin 398-ci maddəsində müəyyən edilib. Qiymət ödənişi mülkiyyət hüququ yarada bilir, çünki dəyəri ifadə edir. Rüsum ödənişi mülkiyyət hüququ yaratmır, çünki dövlət qeydi yyat nişanının dəyərini ifadə etmir, o, dövlət orqanının hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərdiyi xidmətə və hüquqi hərəkətlərə görə ödənilir. 17.11. Göründüyü kimi, dövlət qeydiyyat nişanı xüsusi mülkiyyət hüququnun obyekti deyil, mülki dövriyyədə iştirak edə bilməz və nişana dair əqdlər (alqı-satqı, bağışlama və s.) bağlana bilməz. Odur ki, mülkiyyət hüququnun müdafiəsi və əqdin etibarsızlığı barədə iddia təmin edilə bilməz. 17.12. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi zamanı dövlət qeydiyyat nişanının saxlanması, nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınması qaydaları “Yol hərəkəti haqqında” Qanunun 29-cu maddəsinin 3-cü hissəsində müəyyən edilib. Həmin qaydalardan görünür ki, bu məsə lələrin həlli zamanı nəqliyyat vasitəsini satan şəxsin istəyi əsas götürülür. İddiaçı nəqliyyat vasitəsinin satılması ilə bağlı səlahiyyəti etibarnamə ilə Cavabdeh1 etibar edib. Etibarnamədə dövlət qeydiyyat nişanına münasibətdə hər hansı qeyd-şərt göstərilməyib. Ona görə də hesab olunur ki, Cavabdeh1 dövlət qeydiyyat nişanına münasibətdə iddiaçının istəyini BDYPİ qarşısında ifadə etmək səlahiyyətinə malik olub. 17.13. Beləliklə, qətnamə ləğv edilməli və iddia təmin edilməməlidir.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 398-ci, “Dövlət rüsumu haqqında” Qanunun 1.1-ci və “Yol hərəkəti haqqında” Qanunun 29-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı Bakı Apellyasiy a Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2022-ci il tarixli, 2(103)-986/2022 saylı qətnaməsindən, həmçinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2022-ci il tarixli, 2(103)- 986/2022 saylı qərardadından kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını, habelə qərardadın ləğv olunaraq Cavabdeh6 İnqilab oğlunun iş üzrə verdiyi kassasiya şikayəti üzrə prosessual müddətinin ötürülməmiş hesab olunmasını xahiş etmişdir.
20. Ali Məhkəmənin 22 noyabr 2022-ci il tarixli, 2(102)-6039/2022 nömrəli qərardadı ilə İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2022-ci il tarixli 2(103)986/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti icraata qəbul edilmiş, Bakı Apellyasiya Məhkəməsi nin Mülki Kollegiyasının 26 sentyabr 2022-ci il tarixli 2(103)-986/2022 saylı qərardadından verilmiş kassasiya şikayəti qeyri-mümkün sayılmışdır.
21. Qətnamədən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, Cavabdeh1 12 noyabr 2016-ci il tarixdə 21 saylı Dövlət Notariat Kontorundan iddiaçıdan maşına dair həmin etibarnaməni bu şərtlə almışdır ki, maşının üzərində olan AZ**-DG-*** nömrəni BDYPİ-də iddiaçının adına saxlayacaqdır. Lakın bu barədə üzərinə götürtdüyü öhdəliyi yerinə yetirməmiş, müqavilə şərtlərini pozmuş, iddiaçının iradəsinə və arzusuna zidd olan hərəkətlər etmiş, iddiaçının nömrəsini BDYPİ-nə iddiaçının adına saxlamaq əvəzinə, qanunsuz qazanc əldə etmək üçün öz adına saxlamışdır. Bundan sonra da, iddiaçının iradəsinə və arzusuna zidd olaraq, həmin nömrəni Cavabdeh4 satmış və iddiaçının razılığı olmadan nömrəni Cavabdeh4 maşınının üzərinə təhkim etmişdir. Göründüyü kimi, iddiaçı və Cavabdeh1 arasında bağlanmış 12 noyabr 2016-cı il tarixli həmin müqavilə üzrə əqdin iradəsi tərkibinə aid olan şərt pozulmuş, eləcə də, bu əqdin şərti açıq-aşkar qeyri-sərfəli olmuşdur. Bu səbəblərdən həmin əqd (müqavilə) etibarsız hesab edilir. Bundan əlavə, etibarsız hesab edilən həmin müqavilə cavabdeh tərəfindən istifadə edilərək, ondan sonra bağlanmış digər müqavilələr (əqdlər) də, etibarsızdır. Cavabdeh1 ilə iddiaçı arasında 21 saylı Dövlət Notariat Kontorunda bağlanmış 12 noyabr 2016-cı il tarixli etibarnamə iradə ifad əsinə görə qüsurlu hesab edilmişdir. Eləcə də, həmin qüsurlu etibarnamədən sonra, onu istifadə edib, nömrəyə dair bağlanmış sonrakı müqavilələri də, bu formada etibarsız hesab etmişdir. İş üzrə mübahisə predmeti olan Az**-DG-*** dövlət nömrənin iddiaçının mülkiyyətində olması və ona dair əvvəla hüquqlarının və sonra özünün cinayət əməli (dələduzluqla) ilə ələ keçirilməsi, hazırda qüvvədə olan, yuxarıda sadaladığım 5 ədəd Binəqədi rayon məhkəməsinin və Binəqədi RPİ-nin İstintaq Şöbəsinin 30 oktyabr 2021-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir. Həmin Qərarlardan göründüyü kimi, iş üzrə cavabdeh olan Cavabdeh1 və iş üzrə 3-cü şəxs qismində cəlb edilən X3 ilə əlbir olub, iddiaçıya qarşı dələduzluq cinayət hərəkətləri törətmiş, iddiaçının 25 ildən artıq mülkiyyətində olan AZ**-DG-*** nömrəy ə dair əvvəla hüquqlarını və sonra özünü, ələ keçirtmiş, iddiaçıya 14 min manat dəyərində ziyan vurmuşlar. Məlum olduğu kimi, CM-nin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayət hərəkətləri, mülkiyyət əleyhinə olan cinayət əməli hesab edilir. Yəni, etibarında sui-istifadə etmə və ya aldatma yolu ilə özgənim əmlakının ələ keçirilməsi və ya əmlak hüquqlarını əldə edilməsi nəzərdə tutulur. Hazırkı işə baxan apellyasiya instansiyası məhkəməsi işin bu hallarını, yəni, mübahisəli AZ **-DG-*** dövlət nömrəyə dair onun mülkiyyətdə olması üzrə qanuni qüvvədə olan 5 ədəd məhkəmə qərarları ilə, eləcə də, cinayət təqibi üzrə hazırda qüvvədə olan Binəqədi RPİ-nin İŞ-nin 30 oktyabr 2021-ci il tarixli qərarı ilə işin müəyyən olunan hallarını nəzərə almamışdır. Bununla da, işə baxan apellyasiya in stansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
24. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
25. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
26. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
27. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
28. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
29. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
30. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
31. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
32. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
33. Maddə 358.1 Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan ve rilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
34. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
35. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya ə qdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.
36. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
37. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu
38. Maddə 29, İİİ hissə Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. M addə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olu nub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Belə ki, müqavilənin dövlət qeydiyyat nişanına aid hissədə etibarsız sayılması barədə tələbin ümumi hüquq əsası kimi Mülki Məcəllənin 337.1-ci maddəsi çıxış edir. Həmin normaya əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
50. İddiaçı ona məxsus qeydiyyat nişanını satmaq niyyəti olmadığını, nişanın onun iradəsi əleyhinə satıldığını bildirir.
51. Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və y a çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
52. Qanunverici tərəfindən etibarsız əqdlər subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif edilməklə müvafiq maddələrdə qruplaşdırılmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamanı ehtiva edir. Bu baxımdan qeyd edilməlidir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir.
53. İşin hallarından göründüyü kimi, iddiaçı ona məxsus avtomobili özgəninkiləşdirmək barədə etibarnamə vermiş və avtomobil onu etibarnamə əsasında təmsil etdiyi şəxs tərəfindən özgəninkiləşdirilmişdir.
54. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, d əyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
55. Baxılan iddia üzrə düzgün nəticəyə gəlmək üçün həlledici hal, iddiaçının verdiyi etibarnamədə avtomobilin qeydiyyat nişanı ilə bağlı hər hansı tapşırığın əksini tapıb tapmamasıdır. Apellyasiya instansiyası məhkəməsi də bu əsaslar üzrə işin hallarını yoxlamış və müəyyən etmişdir ki, iddiaçı nəqliyyat vasitəsinin satılması ilə bağlı səlahiyyəti etibarnamə ilə Cavabdeh1 etibar edib. Etibarnamədə dövlət qeydiyyat nişanına münasibətdə hər hansı qeyd-şərt göstərilməyib. Ona görə də hesab olunur ki, Cavabdeh1 dövlət qeydiyyat nişanına münasibətdə iddiaçının istəyini BDYPİ qarşısında ifadə etmək səlahiyyətinə malik olub.
56. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
57. Kassatorun ona məxsus olmuş Az**-DG-*** dövlət nömrə nişanının dələduzluqla ələ keçirilməsi, bununla bağlı Binəqədi Rayon Məhkəməsinin qərarları və Binəqədi RPİ-nin İstintaq Şöbəsinin 30 oktyabr 2021-ci il tarixli qərarı olmasına baxmayaraq məhkəmə tərəfindən Mülki Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərinin pozulması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil əsassızdır.
58. Çünki cinayət işinin başlanılmasının rədd edilməsi haqqında işə əlavə olunmuş qərarlardan görünür ki, X2 cavabdehlərin hərəkətindən dəfələrlə şikayət vermiş, şikayət əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir.
59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətl əndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-986/2022 nömrəli, 4 fevral 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.