Məhkəmə qərarları › İş №2(102)-604/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-604/2019

24.01.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-604/2019 24.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 24 yanvar 2019-cu il şəhəri İş №2(102)-604/19 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, ərizəçi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin vəkili Məmmədov Şahmar Elbrus oğlunun və nümayəndələri x2, x3 x4 iştirakı ilə, maraqlı şəxs x1nun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə ba xaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(009)2842/2018 saylı qətnaməsi ilə (hakim Ş.Abdullayev) ərizə təmin edilərək, “www.az24saat.org” internet informasiya ehtiyatına müraciətinin məhdudlaşdırılması, x1 10 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11037/2018 saylı, 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Sarıyev, M.Məmmədov və V.Həsənov) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(009)-2842/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, ödənilmiş dövlət rüsumu maraqlı şəxsə aid edilmişdir. Maraqlı şəxs x1 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11037/2018 saylı, 17 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ərizənin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi Azərbaycan Respublikasının Nəqliyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən yalan və qərəzli məlumatların qarşısının alınması məqsədilə x1 baş redaktor olduğu www.az24saat.org internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, www.az24saat.org internet informasiya ehtiyatında davamlı olaraq yalan, böhtan xarakterli, qərəzli yazılar yerləşdirməkdədir. Belə ki, 03 avqust 2018-ci il tarixində “az24saat.org” internet informasiya ehtiyatında yerləşdirilmiş məqalədə “Prezide ntin köməkçisi x5 x6-yə sədr göndərilə bilər” adlı məqalədə heç bir əsas, sübut gətirmədən “Prezidentin köməkçisi, Prezident administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri x5 vəzifəsi ilə vidalaşır”, “... x5 vəzifədən ayrıldıqdan sonra indiyədək etdiyi xidmətlər nəzərə alınaraq... dövlət televiziyası olan x6yə sədr vəzifəsinə göndərilir...” kimi ifadələr istifadə olunmuş, yalan və böhtan xarakterli məlumatlar yayımlanmışdır. 10 mart 2018-ci il tarixdə yayımlanan “Mətbuat şurası x5un ad gününə Qurultay hədiyyə etdi” başlıqlı məqalədə “... Mətbuat Şurasının Qurultayının məhz bu tarixdə - x5un doğum günündə keçirilməsi təsadüfi deyil...”, “...Bir müddət əvvəl mediada x5un “vurulması” müşahidə olunurdu...”, “...hakimiyyət daxilindəki qrupun önəmli simalarından biri media nəzarət funksiyas ını x5un əlindən almağa çalışır və onun mediada “vurulması”nın səbəbi də budur...”, “...Jurnalistlərin qurultayının məhz 10 marta – x5un doğum gününə salınması da cəmiyyətə” media siyasəti hələ də məndən sorulur” mesajını verməkdir” kimi böhtan, yalan və qərəzli ifadələrə yol verilmişdir. 01 fevral 2018-ci il tarixdə yayımlanan “x7ə yanlış məlumat verən şəxs x5DUR?” başlıqlı yazıda “...Başqa sözlə, prezidentə yanlış məlumat verən” şəxsin kimliyini uzaqlarda axtarmağa ehtiyac qalmır. Belə olan halda x5un bu aşırı narahatlığının və x8 mübahisəsinin dərcindən dərhal sonra operativ reaksiya verməsinin səbəbi də aydın olur. x8 dediyi kimi həbsi “x5la şəxsi münasibətin nəticəsi”dirsə, deməli, x5 ölkənin imicini və alacağı zərbələri nəzərə almadan, prezidentə yanlış məlumat verməkdən də çəkinməyi b məzmunlu əsassız, yalan və qərəzli ifadələrə yol vermişdir. 03 avqust 2018-ci il tarixdə “APA-nı kim, niyə bağladı?” başlıqlı məqalədə “...Ölkə mətbuatı yenidən dizayn olunacaq və bu dizaynda x5 olmayacaq...”, “...Məlumdur ki, uzun illər ölkə mətbuatının üzərində söz sahibliyi uğrunda x5 və Paşayevlər klanı” arasında qarşılıqlı anlayışsız mübarizə gedirdi...” kimi böhtan və yalan xarakterli məlumatlar yayımlanmışdır. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazılar çap etmək, böhtan atmaq məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-2.3.9-cu maddəsinə əsasən böhtan xarakte ri daşıyan məlumatların yayılması qadağan edilən informasiya hesab olunur. Qanunun 13-3.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Qanunun 13-3.2-ci maddəsiən əsasən xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanın yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına mür aciətin məhdudlaşdırılması barədə müraciət edir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən adıçəkilən Qanunun 13-3.1-ci və 13-3.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi həyata keçirir. Beləliklə 06 avqust 2018-ci il tarixində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən “www.az24saat.org” internet informasiya ehtiyatının baş redaktoru x9 “www.az24saat.org” internet informasiya ehtiyatında yerləşdirilən yuxarıda qeyd olunan məqalələrin götürülməsi barədə xəbərdarlıq məktubu göndərilmiş, buna baxmayaraq qeyd olunan məqalə internet informasiya ehtiyatından götürülməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Maraqlı şəxs x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)11037/2018 saylı, 17 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ərizənin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Ərizəçi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Na zirliyinin vəkili Məmmədov Şahmar Elbrus oğlu və nümayəndələri x2, x3, x4 kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, ərizəçinin vəkilini və nümayəndələrini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, 03 avqust 2018-ci il tarixində “az24saat.org” internet informasiya ehtiyatında yerləşdirilmiş “Prezide ntin köməkçisi x5 x6yə sədr göndərilə bilər” adlı məqalədə “Prezidentin köməkçisi, Prezident administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri x5 vəzifəsi ilə vidalaşır”, “... x5 vəzifədən ayrıldıqdan sonra indiyədək etdiyi xidmətlər nəzərə alınaraq... dövlət televiziyası olan (x6) yə sədr vəzifəsinə göndərilir...” kimi məlumatlar yayılmışdır. İşdən göründüyü kimi 10 mart 2018-ci il tarixdə yerləşdirilmiş “Mətbuat şurası x5un ad gününə Qurultay hədiyyə etdi” başlıqlı məqalədə“... Mətbuat Şurasının Qurultayının məhz bu tarixdə -x5un doğum günündə keçirilməsi təsadüfi deyil...”, “...Bir müddət əvvəl mediada x5un “vurulması” müşahidə olunurdu...”, “...hakimiyyət daxilindəki qrupun önəmli simalarından biri media nəzarət funksiyasını x5un əlindən almağa çalışır və onun mediada “vurulması”nın səbəbi də budur...”, “...Jurnalistlərin qurultayının məhz 10 marta – x5un doğum gününə salınması da cəmiyyətə” media siyasəti hələ də məndən sorulur” mesajını verməkdir” kimi məlumatlar yayılmışdır. İşdən göründüyü kimi 01 fevral 2018-ci il tarixdə yerləşdirilmiş “x7ə yanlış məlumat verən şəxs x5DUR?” başlıqlı yazıda “...Başqa sözlə, prezidentə yanlış məlumat verən” şəxsin kimliyini uzaqlarda axtarmağa ehtiyac qalmır. Belə olan halda x5un bu aşırı narahatlığının və x8 mübahisəsinin dərcindən dərhal sonra operativ reaksiya verməsinin səbəbi də aydın olur. x8 dediyi kimi həbsi “x5la şəxsi münasibətin nəticəsi”dirsə, deməli, x5 ölkənin imicini və alacağı zərbələri nəzərə almadan, prezidentə yanlış məlumat verməkdən də çəkinməyib məzmunlu əsassız, yalan və qərəzli ifadələrə yol vermişdir. 03 a vqust 2018-ci il tarixdə “APA-nı kim, niyə bağladı?” başlıqlı məqalədə “...Ölkə mətbuatı yenidən dizayn olunacaq və bu dizaynda x5 olmayacaq...”, “...Məlumdur ki, uzun illər ölkə mətbuatının üzərində söz sahibliyi uğrunda x5 və Paşayevlər klanı” arasında qarşılıqlı anlayışsız mübarizə gedirdi...” kimi məlumatlar yayılmışdır. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsi internet informasiya ehtiyatının və onun domen sahibinin həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməməsini müəyyən edir. Yayılması qadağan edilən informasiyalar sırasına təhqir və böhtan xarakter daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar da daxil edilmişdir. Belə məlumatla rın aşkara çıxarılması zamanı qanunvericilik müvafiq icra hakimiyyəti orqanına internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olmasını nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Nəqliyyat, Rabitə və Yüksək Texnologiya Nazirliyi həyata keçirir. Göründüyü kimi qanunvericilik hazırki ərizəçiyə internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın müəyyən edilməsi səlahiyyəti verməklə, belə informasiyanın aşkara çıxarılması zamanı edilmiş xəbərdarlıqdan sonra nəticə çıxarılmayacağı təqdirdə internet in formasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmək səlahiyyətini də verir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olmaması barədə maraqlı şəxsin dəlillərini əsassız hesab edilməlidir. Yuxarıda qeyd edilən Qanunun 13-3.1-ci maddəsinə əsasən hər bir məlumat müvafiq mötəbər mənbəyə istinad edilməklə verilməli və həqiqətə uyğun olmalıdır. Qanunvericilik ərizəçiyə yayılması qadağan edilən informasiyanın bilavasitə aşkar edilməsi səlahiyyəti vermişdir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən infor masiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. Bununla yanaşı, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. Qanun eyni zamanda yayılması qadağan edilən informasiyaların siyahısını müəyyənləşdirir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-3.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və on un domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Həmin Qanunun 13-2.4 və 13-2.5-ci maddələrinə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin edir, host provayder isə öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda, dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi üçün tədbirlər görür. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən 06 avqust 2018-ci il tarixində www.az24saat.org internet informasiya ehtiyatının domen adının sahibi x1 xəbərdarlıq məktubu göndərmiş, lakin məktubdan sonra heç bir tədbir görülməmişdir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3.11-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiyaların yayılması yolverilməzdir. Bundan başqa, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıların yazılması, böhtan, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən sui istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-20.1-ci maddəsinə əsasən, müvafiq icra h akimiyyəti orqanı internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir. Məhkəmə Kollegiyası qeyd edir ki, www.az24saat.org internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3.11-cü maddəsinin və “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin tələbləri pozulmuş, kütləvi informasiya azadlığından sui-istifadəyə yol verilmiş, internet informasiya ehtiyatında yalan və qərəzli məlumatlar yayılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, informasiya ehtiyatlarının istifadə olunması, işlənməsi, informasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinin istehsalı və tətbiqi sahəsində fiziki və hüquqi şəxslərin hüquqlarının müdafiəsi və qanun pozuntularının qarşısının alınması, pozulmuş hüquqların bərpa edilməsi, habelə cəmiyyətin və ya dövlətin ümumi maraqlarını təmin etmək məqsədilə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmasının təmin olunması, www.az24saat.org xəbər portalının informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması barədə qətnamə qəbul etmiş apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qanunverici informasiyanın yayılması əsasında informasiya ehtiyatlarının mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətlərin tənzimlənməsi və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını təmin etmək baxımından internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə xüsusi icraat qaydasını müəyyən etmiş xüsusi institutu nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-22.3-cü və 35522.4-cü maddələrinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Eyni zamanda qeyd olunmalıdır ki, internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması yalnız Azərbaycan Respublikası ərazisində tətbiq edili r və həmin müraciətlərin məhdudlaşdırılması hər hansı şəxsin Konstitusion hüquqlarını pozulması kimi qiymətləndirilə bilməz. Konstitusiyanın 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Göründüyü kimi Azərbaycan Respublikasının Konstitusiyasına hər kəsin fikir və söz azadlığı Konstitusiya ilə qorunur, lakin həmin azadlıq həyata keçirilərkən nəzərə alınmalıdır ki, bu irqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilməsinə səbəb olmasın. Digər tərəfdən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın və onun 1, 4, 6 və 7 saylı Protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Qanunun 2-ci bəndinə əsasən bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçü n, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı Konvensiyasının tələblərindən də göründüyü kimi, fikir və söz azadlığı həyata keçilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün məhdudlaşdırıla bilər. Bundan başqa kollegiya qeyd edir ki, “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”a görə, insanın fikir və söz azadlığı hüququ digər şəxslərin hüquqlarına və adına hörmət ed ilməsi və dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, mənəviyyatının qorunması məqsədilə yalnız qanun çərçivəsində məhdudlaşdırıla bilər (19-cu maddə). Konstitusiyanın 47-ci maddəsinin İİİ hissəsində söz azadlığının məhdudlaşdırılmasının ümumi meyarları müəyyən edilərək göstərilir ki, “irqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir”. Belə hərəkətlər heç zaman söz və fikir azadlığı kimi qiymətləndirilə bilməz, əksinə, bu əməllər cinayət məsuliyyətinə səbəb olur. Bu da ondan irəli gəlir ki, belə əməllərə fikrin yayılması cəmiyyətin sabitliyini pozar, insanların hüquq və azadlıqlarını təhlükə altında qoyar. Nəzərə almaq lazımdır ki, qanunvericilik konkret olaraq digər millət və ya insana münasibətə görə deyil, belə münasibəti, fikri söz formasına çevirib təbliğ etməyə görə məsuliyyət müəyyən edir. Buda ondan irəli gəlir ki, heç kəs öz fikirinə görə məsuliyyətə cəlb oluna bilməz. Lakin bu fikirlər artıq sözə keçib başqa insanlara da təbliğ edildikdə, ictimai təhlükəli əməl xarakteri alır. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarının olması təsdiq olunduğundan, qanunun yuxarıda göstərilən tələbləri baxımından internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması ilə bağlı verilmiş ərizə əsaslı hesab edilməli və təmin edilməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar