Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6041/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: maddi zərər, mənəvi zərər, əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2021-ci il tarixli, 2(103)5014/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikay əti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 23 aprel 2005-ci il tarixli "xxxx" MTK-nin üzvlərinin ümumi iclasının 34 saylı protokolu ilə Cavabdeh həmin Kooperativə üzv qəbul olunmaqla Kooperativin ünvan 1i məhəllədə yerləşən binasının 69,9 kv.metr ümumi sahəsi 1-ci girişdə 5-ci mərtəbədə 2 otaqlı 10 saylı mənzilin payçısı qismində qəbul edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2012-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin olunaraq, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 13 dekabr 2006-cı il tarixli 363 saylı sərəncamının Cavabdeh adına olan bəndinin və həmin bəndə əsasən ünvan 1 ünvanda yerləşən binanın 2 otaqlı, 10 saylı mənzilinə dair verilmiş 25 deka br 2006-cı il tarixli 016065 saylı order etibarsız hesab edilmiş, "xxxx" Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının 23 aprel 2005-ci il tarixli 34 saylı protokolu qismən Cavabdeh həmin kooperativə payçı qəbul edilməsi hissəsində etibarsız sayılmış, həmin protokoldan çıxarış və 23 aprel 2005-ci il tarixli 24 saylı maliyyə arayışı etibarsız hesab edilmiş, X2 birinci dərəcəli vərəsəsi olan İddiaçı "xxxx" MTK-ya payçı kimi qəbul edilməsi və mənzilə dair maliyyə arayışının İddiaçı adına verilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 10 fevral 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2012-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2012-ci il tarixli qətnaməsi ləğv edilməklə İddiaçı iddiasının rədd olunması barədə yeni qərar qəbul edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, X9 Naxçıvani küçəsində inşa edilmiş 22 saylı binada yerləşən 10 saylı mənzil 04 may 2013-cü il Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmış və sonuncu 14 may 2013-cü il tarixdə həmin mənzili X5 113025 manata satmışdır. Yasamal RPİ-nin müstəntiqi tərəfindən qəbul edilmiş Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə 30 dekabr 2013-cü il tarixli qərarı ilə Cavabdeh əməli Azərbaycan Respublikası CM-in 320.1 və 32 0.2-ci maddəsi ilə tövsif edilmiş, cinayət işi üzrə icraata Cavabdeh cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün xitam verilmişdir. Həmin qərara istinad edən İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2012-ci il tarixli qərarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizə ilə müraciət etmiş, Ali Məhkəmənin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 12 aprel 2014-cü il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 fevral 2015ci il tarixli qərarı ilə Ali Məhkəmənin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 12 aprel 2014-cü il tarixli qərardadı Azərbaycan Respublikasının Konstitusiyasına və Mülki Prosessual Məcəlləsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 oktyabr 2015-ci il tarixli qərarı ilə Ali Məhkəmənin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 12 aprel 2014-cü il tarixli qərardadı ləğv olunmuş və İddiaçı ərizəsinə Ali Məhkəmənin Yeni açılmış hallar üzrə başqa məhkəmə tərkibi tərəfindən yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 29 dekabr 2015-cü il tarixli qərardadı ilə İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2012-ci il tarixli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizəsi baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qər arı ilə İddiaçı yeni açılmış hal barədə ərizəsinin təmin edilmiş, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2012-ci il tarixli, 2(102)3892/12 saylı qərarın ləğv edilərək, iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2016-cı il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 353 nömrəli, 24 avqust 2016-cı il tarixli sərəncamı ilə BŞİH Başçısının 363 saylı 13 dekabr 2003-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş BŞİH Başçısının Aparatı yanında Mənzil məs ələləri üzrə ictimai komissiyasının iclasının - protokolunun 1.282-ci bəndi və həmin bəndə əsasən Cavabdeh adına verilmiş 016065 saylı 25 dekabr 2006-cı il tarixli order ləğv edilmiş və Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinə sərəncamın surətinin məlumat üçün "xxxx" MTK-nın rəhbərliyinə göndərilməsi tapşırılmışdır. "xxxx" Mənzil Tikinti Kooperativi üzvlüyünə qəbul barədə 03 avqust 2016-cı il tarixli 01 saylı protokolu ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2016-cı il tarixli icra sənədi nəzərə alınaraq, "xxxx" MTK üzvlərinin ümumi iclasının 23 aprel 2005-ci il tarixli 34 saylı protokolu qismən - Cavabdeh payçı qəbul edilməsi hissəsində, o cümlədən həmin protokoldan çıxarış və 23 aprel 2005-ci il tarixli, 24 saylı maliyyə arayışı etibarsız hesab edilmiş, İddiaçı "xxxx" MTK üzvlüyünə qəbul edilmiş, o, "xxxx" MTK-nın ünvan 2 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1-ci giriş, 5-ci mərtəbəsində, ümumi sahəsi 66,5 kv.m olan 10 saylı mənzilə payçı qəbul edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Həsən qızının cavabdehlər Cavabdeh, X8 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə, habelə üçüncü şəxs "xxxx" MTK-ya qarşı cavabdehlər Cavabdeh və X8 arasında bağlanmış 5 saylı DNK-nın 14 may 2013-cü il tarixli 4Ə-01-231 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X4 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlə t Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, İddiaçı Həsən qızının Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, ev 22, 10 saylı mənzilə mülkiyyət hüququnun tanınmaqla onun adına yeni çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi, mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi tələblərinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Həsən qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş maddi zərərə görə 113025 manat, mənəvi zərərə görə 20000 manat məbləğində pulun cavabdehdən tutularaq, iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisələndirilən mənzili tərəflər arasında əvvəlki məhkəmə mübahisələri əsasında qəbul edilmiş qətnaməsi ilə etibarsız hesab edilmiş order əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində öz adına rəsmiləşdirmiş və bundan sonrada qısa müddət ərzində X1. İddiaçının hüquqları əhəmiyyətli dərəcədə pozulduğundan mübahisəli mənzillə bağlı Cavabdeh və X8 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, cavabdeh X4 adına olan çıxarışın ləğv edilməsi və mənzilin boşaldılması tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. Lakin məhkəmələr tərəfindən son nəticədə onun həmin iddiası rədd edilmiş və belə qənaətə gəlinmişdir ki, cavabdeh X8 vicdanlı əldə edəndir. Cavabdeh tərəfindən iddiaçının hüquqları pozulmuş, bununla da ona zərər vurulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(004)815/2021 nömrəli qətnaməsi ilə (hakim T.B.Axundov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh vurulmuş maddi ziyana görə 113025 manat, mənəvi ziyana görə 2000 manat, ümumilikdə 115025 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MM-in 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, cavabdeh vurduğu zərərə gör ə 113025 manat məbləğində pul vəsaiti iddiaçıya ödəməlidir. Mənəvi ziyanla bağlı tələbə hüquqi qiymət verən məhkəmə, mənəvi ziyanın əvəzi kimi 2000 manat məbləğində pulun tutulmasını ağlabatan hesab etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(004)-815/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2021-ci il tarixli, 2(103)-5014/2021 nömrəli qətnaməsi ilə (hakim A.V.Tanrıverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şə həri Yasamal Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(004)-815/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2021-ci il tarixli, 2(103)-5014/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, cavabdeh əvvəlki məhkəmə mübahisəsi üzrə qəbul edilmiş məhkəmə qəraları ilə qanunsuz olaraq mənzilindən məhrum olunmuşdur. Cavabdeh mübahisəli mənzili satarkən mənzil onun qanuni mülkiyyətində olmuş və alqı-satqı müqaviləsi bağlanarkən heç bir qanun pozuntusuna yol verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məluma tlandırılmalarına baxmayaraq, cavabdeh və ya vəkili məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya in stansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddia birinci instansiya məhkəməsinin qətnaməsi ilə qismən təmin edilsə də, həmin qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayətini cavabdeh vermiş və apellyasiya baxışının predmetini iddianın təmin olunmuş hissəsi təşkil etmişdir. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanu niliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alı nmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüza r nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hü quqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanm ası, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 8-ci bəndinin ikinci cüməsində məhkəmələrə izah edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 10-cu bəndinə Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan son ra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci madd əsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh mübahisələndirilən mənzili özgəninkiləşdirərkən, həm in əmlak üzərində mülkiyyət hüququ onun adına qeydə alınsa da, məhkəmə çəkişmələri nəticəsində mənzilin iddiaçının əri X3 tərəfindən alınması, mənzilin dəyərinin sonuncu tərəfindən ödənilməsi, mənzilin iddiaçı və ərinin sahibliyində və istifadəsində olması, cavabdehin həmin mənzilə dair sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə etməsi, X2 26 noyabr 2009-cu il tarixdə vəfat edəndən sonra mənzilin iddiaçının ayrıca sahibliyinə və istifadəsinə keçməsi, onun X2 birinci növbəli vərəsəsi olması müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mənzil üzərində hüquqları məhkəmə qətnamələri ilə sonradan aradan qalxdığından, habelə onun mənzili özgəninkiləşdirməsi nəticəsində mənzilin iddiaçının mülkiyyətinə qaytarılması qeyrimümkün olduğundan, cavabdeh əmlakın sa tış dəyəri olan 113025 manatı iddiaçıya ödəməlidir. Mənəvi ziyanla bağlı cavabdehin kassasiya şikayətinin dəlil ilə də məhkəmə kollegiyası razılaşmır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə cavabdehin mübahisələndirilən mənzili saxta sənədlərdən istifadə edərək, mülkiyyətinə keçirməsi müəyyən olunmuşdur. Odur ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan, ondan iddiaçının xeyrinə mənəvi ziyanın tutulmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi də qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olmuşdur. Mənəvi ziyanın məbləği cavabdeh tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası həmin məsələ ilə bağlı əlavə qiymətləndirmə aparılmasını zəruri bilmir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam raz ılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2021-ci il tarixli, 2(103)-5014/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul ed
Məhkəmə qərarları › İş №2(102)-6041/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6041/2021
20.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver