Məhkəmə qərarları › İş №2(102)-6045/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6045/2022

20.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6045/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, X15, X23, X16, X26, X17 və X6 cavabdehlər X21, üçüncü şəxslər Lerik Rayon Dövlət Notariat ofisi, Lerik Rayon İcra Hakimiyyəti başçısının Lerik şəhər İnzibati Ərazi İdarəsi üzrə nümayəndəliyi, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, əmlakın qanun üzrə vərəsələr arasında bölüşdürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (m əruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, X15, X23, X16, X26, X17 və X6 cavabdeh X21, üçüncü şəxslər Lerik Rayon Dövlət Notariat ofisi, Lerik RİH başçısının Lerik şəhər İƏD üzrə nümayəndəliyinə, maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik hüquqi şəxsi) 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı qanunsuz özgəninkiləşdirilmiş daşınmaz əmlak obyektinin bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin miras əmlak üzərində mülkiyyət hüququnun rəsmi qeydiyyatının ləğv olunması və qanun üzrə vərəsələr arasında bölüşdürülməsi tələbinə dair mülki iş üzrə Şirvan Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2(106)-1514/2022 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 20 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən №-si 803013**032110301, qeydiyyat №-si 221**05346 olan MA №-si ******* saylı 25 sentyabr 2010-cu il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil X8 xüsusi mülkiyyətindədir. 2. 1 oktyabr 2013-cü il tarixdə Lerik rayon dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq olunmuş 4-Ə-47 nömrəli bağışlanma müqaviləsinə əsasən X4 gedən yaşayış sah əsini notariat kontorunda X11 bağışlamışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən 31 avqust 2021-ci il tarixdə tərtib edilmiş reyestr №-si **********21-10301 saylı texniki pasportun sürətinə əsasən, ünvan 2 ünvanında yerləşən mənzilin sahibi X12r.

4. X1 rayonunda xx.xx.2018-ci il tarixdə ölmüş və bu barədə 22 yanvar 2018-ci il tarixdə 858674 nömrə ilə qeydiyyat aparılmışdır.

5. X3 rayonunda xx.xx.2016-cı il tarixdə ölmüş və bu barədə 4 avqust 2016-cı il tarixdə 808075 nömrə ilə qeydiyyat aparılmışdır.

6. Azərbaycan Respublikası Lerik Rayin İcra Hakimiyyəti başçısının Lerik şəhər İnzibati Ərazi İdarəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 sentyabr 2013-cü il tarixli 140 saylı ar ayışa əsasən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində X22, X2, X18, X21, X24 yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1, X15, X23, X16, X26, X17 və X19 cavabdehlər X21, üçüncü şəxslər Lerik Rayon Dövlət Notariat ofisi, Lerik Rayon İcra Hakimiyyəti başçısının Lerik şəhər İnzibati Ərazi İdarəsi üzrə nümayəndəliyi, maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 133.5 kv.m, yaşayış sahəsi 79.8 kv.m olan fərdi yaşayış evindən və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.15 ha həyatyanı torpaq sahəsindən ibarət daşınmaz əmlak obyektlərinin X11 bağışlanmasına dair müqavilənin etibarsız sayılması, həmin miras əmlak üzərində mülkiyyət hüququnun rəsmi qeydiyyatının ləğv olunması, sözügedən miras əmlakın qanuni vərəsələrinin dairəsinin müəyyən edilməsi və həmin vərəsələr arasında bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan əmlakın mülkiyyətçisi 1930-cu il təvəllüdlü X22 və onunla rəsmi nikahda olmuş 1926-cı il təvəllüdlü X2 ömürlərinin sonuna qədər eyni ünvanda ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evində yaşamışlar. Həmin ev onların birgə qanuni nikahda olduqları dövrdə, yəni, 1968-ci il tarixdə 0.15 ha həyatyanı torpaq sahəsi üzərində inşa edilmişdir. Ümumi sahəsi 133.5 kv.m, yaşayış sahəsi 79.8 kv.m olan fərdi yaşayış evindən və yardımç ı sahəsi 53.7 kv.m olmaqla 3 otaqdan ibarətdir. Həmin 0.1 ha həyatyanı torpaq sahəsində, həmin yaşayış evindən başqa, istifadə təyinatına görə sair fərdi təsərrüfat tikililəri də olmuşdur. Mülkiyyətçi X8 11 övladı olmuş, onlardan üçü mərhum sağ ikən vəfat etmişdir. Mülkiyyətçi X22 hələ özünün və həyat yoldaşının sağlığında sözügedən əmlakı 22 avqust 2013-cü il tarixli 2-V-34 saylı reyestr nömrəsi ilə Lerik rayon Notariat ofisində müvafiq qaydada qeydiyyata alınmış vəsiyyətnamə ilə sonbeşik övladı X9 vəsiyyət etmişdir. Lakin bundan çox qısa müddət sonra həmin miras əmlakı Xanbala Şahiyev 01 oktyabr 2013-cü il tarixdə notarial qaydada rəsmiləşdirilmiş bağışlama müqaviləsi əsasında digər ailəli övladı Cavabdeh bağışlamışdır. Bağışlama müqaviləsi, eləcə də, tərtib olunmuş notariat işi, həmin v axt səhhəti və psixi durumu qaydasında olmayan digər mülkiyyətçiyə - mərhumə Xanxanım Şahiyevaya və bağışlanan əmlakın yerləşdiyi ünvanda daimi qeydiyyatda olan və həmin əmlakın hüquqi statusunun dəyişməsində iradə ifadəsi nəzərə alınmalı olan digər şəxslərə, o cümlədən, iddiaçılara münasibətdə qanunazidd olan ən müxtəlif vasitələrdən, saxta sənədlər əldə edilib, təqdim olunmasından istifadə etməklə rəsmiləşdirilmişdir. Bütün bunlar, şüphəsiz, cavabdehin xəlvətdə atasına hiyləgərliklə, bəlkə də ona hədə-qorxu gəlməklə, psixoloji təsir göstərməsi nəticəsində mümkün olmuş və reallaşmışdır. Bütün bunları nəzərə alaraq, iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

9. Cavabdeh X21 iddia tələblərini qəbul etməyərək məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, iddia çıların əqdin etibarsız hesab edilməsi iddası əsassızdır. İddiaçının söylədikləri yalandır. O, atası Xanbala Şahiyevə heç bir təsir göstərməmişdir. Atası və anası sağ ikən hər ikisinin razılığı ilə Lerik rayon Notariat kontorunda sözügedən evi atası ona bağışlamışdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

10. Maraqlı şəxs Lerik rayon Dövlət Notariat Kontorunun notariusu X13 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 01 oktyabr 2013-cü il tarixdə X22 mülkiyyətində olan evini oğlu X11 bağışlama müqaviləsi əsasında bağışlamış, həmin bağışlama müqaviləsi Lerik rayon Dövlət Notariat Kontorunda bağlanmaqla notarial qaydada təsdiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Lerik Rayon Məhkə məsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 07 aprel 2022-ci il tarixli, 2 (048)-138/2022 nömrəli qətnaməsi ilə (hakim A.Q.Kiçikbəyov) iddia təmin edilməmişdir.

12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, X20 Şahiyevə mübahisəli əmlakı bağışlamaqla öz iradəsini nümayiş etdirmişdir. Həmin müqavilə Lerik rayon dövlət notariat ofisində qeydiyyata alınmışdır. Bağışlama müqaviləsində bağışlamanın ləğv edilməsi üçün qanunda nəzərdə tutulan müddəalarla bağlı şərt nəzərdə tutulmadığından məhkəmə hesab etmişdir ki, bağlanmış müqavilə ləğv edilə bilməz. Məhkəmə iclasında İddiaçı1 cavabdeh X10 mərhum atası X14 zor tətbiq edilməklə əqdin bağlanmasına nail olunduğunu qeyd etsə də, iddiaçılar bu barədə məhkəməyə heç bir subut təqdim edə bilməmişlər.

13. Məhkəmə gəldiyi nəticənin hüquqi əsa sı kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM) 152.1, 157.2, 339.1, 339.2, 339.3, 339.4, 337.5, 666.1, 668.1, 674, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 88-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2(106)-1514/2022 nömrəli qətnaməsi ilə (hakimlər T.X.Heydərov (sədrlik edən və məruzəçi), Z.A.Zeynalov və Z.M.Allahyarov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi d əyişdirilmədən saxlanmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, apellyasiya icraatı zaman İddiaçı1 01 oktyabr 2013cü il tarixdə Lerik rayon dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq olunmuş 4-Ə-47 nömrəli bağışlanma müqaviləsinin doqquz il sonra mübahisələndirməsinin səbəbləri soruşulduqda o, mərhum atası tərəfindən evin qardaşı X11 bağışlamasından məlumatı olduğunu, lakin hazırkı iddianın qaldırmasına səbəb kimi qardaşı Cəfər Şahiyevin 2021-ci ildə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin oğlunun adına sənədləşdirilməsinə razılıq verməməsi olmuşdur. Göründüyü kimi, İddiaçı1 əqdin bağışlama müqaviləsinin 2013-cü ildə bağlandığını bilmiş, lakin bağışlama (əqdi) müqaviləsini maraqlı şəxs olaraq mübahisələndirməmişdir. Bu hissədə məhkəmə kollegiyası mövqeyini Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli 12 aprel 2**4-cü il tarixli qərarındakı hüquqi mövqe ilə əsaslandırmışdır. Qərarda qeyd olunur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Göründüyü kimi, iddiaçılar mübahisələndirilən fərdi yaşayış evindən və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.15 ha həyatyanı torpaq sahəsindən ibarət daşınmaz əmlak obyektlərinin X11 bağışlanmasına dair müqavilənin etibarsız sayılması barədə mübahisə açmaq hüququnu itirmişlər.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi MM-in 14.2.1, 144.1, 144.2, 324.1, 329.1, 337.1, 337.3, 337.4, 337.5, 389.1, 390.1, 394, 666.1, 668.1.1, MPM-in 14.2, 77.1, 88, 217.4, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, aşağı instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli araşdı rma aparılmamış, işdə olan sübutara obyektiv hüquqi qiymət verilməmişdir. Məhkəmələr iş üzrə həqiqətin müəyyən edilməsinə təşəbbüs göstərməmiş, bağışlama müqaviləsində qanunvericiliyin tələblərinə əməl olunmamasına-mübahisəli evdə anadan olmaqla, həmin ünvanda yaşayan və qeydiyyatda olan şəxslərin razılıq ərizələrinin alınmamasına, mülkiyyətçinin həyat yoldaşı Xanxanım Şahiyevanın razılıq ərizəsindəki imzanın ona aid olmamasına obyektiv hüquqi qiymət verməmişdir. Bundan əlavə qeyd edir ki, iddia ilə bağlı bütün sənədləri-sübutları məhkəməyə təqdim etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (ə mək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

23. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

24. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəx sin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.

25. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

26. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edil miş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

28. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

29. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

30. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınan lar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

31. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

32. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

33. Maddə

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

34. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əml akının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

35. Maddə 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama hallarda etibarlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olu nub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquq i qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1514/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar