Məhkəmə qərarları › İş №2(102)-6049/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6049/2022

13.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6049/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq payının yerinin müəyyənləşdirilərək ona təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq payının yerinin müəyyənləşdirilərək ona təhvil verilməsi” tələbinə dair iddia üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1459/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qətnaməs indən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən fərdi yaşayış evi tam, 0,21 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin isə 0,07 ha hissəsi X1, 0,035 ha hissəsi Cavabdeh3, 0,035 ha hissəsi İddiaçı, 0,035 ha hissəsi Cavabdeh1 və 0,035 ha hissəsi Cavabdeh2 adına paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 24 saylı reyestr kitabının 72 saylı vərəqində qeydiyyata alınmışdır.

2. Masallı rayon Qeydiyyat şöbəsinin 981 saylı, xx.xx.2 021-ci il tarixli arayışında X1 xx.xx.2017-ci il tarixdə Masallı rayonu Təzə Alvadı kəndində öldüyü göstərilir. 3. “X4” MMC-nin 589 saylı, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, mübahisəli ərazi üzrə DƏDRX-nin 8 saylı Ərazi İdarəsinin tərtib etdiyi RX seriyalı ******* saylı çıxarış əsasında Masallı rayonu, Təzə Alvadı kəndində təsdiq olunan torpaq sahəsi faktiki olaraq 0,2810 ha təşkil edir. Həmin 0,2810 ha torpaq sahəsinin cavabdehlər tərəfındən üç ayrı-ayrı həyətə ayrılaraq istifadə olunması müəyyən edilmişdir. Tədqiq olunan torpaq sahələrinin coğrafi məkan göstəriciləri xüsusi informasiya proqramları vasitəsilə tərtib olunan plan və sxemdə aydın şəkildə göstərilmişdir. Tədqiq olunan Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən **********71-10301 reyestr nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışa əlavə edilmiş texniki pasportda öz əksini tapmayan mövcud “C” və “Ç” literli tikililərinə dair iş materialında və ya çıxarışda məlumat olmadığından bölgünün aparılması mümkün olmadı. Qeyd olunan “C” və “Ç” literli tikililərin konkret olaraq paylı mülkiyyət üzrə kimə məxsus olması rəsmiləşdirildikdən və ya məhkəmə qərardadı üzrə kimin istifadəsində saxlanılması göstərildiyi halda bölgünün mümkün olub-olmaması üzrə tədqiqat aparıla bilər. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri X idməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarış əsasında ailə üzvlərinə məxsus 0,21 hektar torpaq sahəsindən ona ayrılmış 0,035 hektar payın yerinin müəyyənləşdirilərək ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və cavabdehlər ailədə valideynləri ilə birlikdə yaşamışlar. Ataları öldükdən sonra ondan miras qalan evi və 0,21 ha torpaq sahəsini atasının birinci dərəcəli vərəsəsi kimi anası X2 idarə etmişdir. Sonradan qardaşı Cavabdeh3 ailə həyatı qurmuş və ata yurdunda ev tikərək ailəsi ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. O, 2003-cü ilin may ayında ailə həyatı qurmuş, xx.xx.2007-ci ildə isə rəsmi nikaha girmişdir. Ailə həyatı qurduqdan sonra Masallı rayonunun Hişkədərə kəndinə köçmüş və oraya daimi qeydi yyata düşməklə yaşamışdır. Nikahından 2 uşağı vardır. Mübahisəli əmlakda onun mərhum anası X1 fərdi yaşayış evi tam payla və 0,07 ha torpaq sahəsi vardır. Həmin əmlakda Cavabdeh3 0,035 ha, İddiaçı 0,035 ha, Cavabdeh1 0,035 ha və Cavabdeh2 0,035 ha torpaq paylarının olması müəyyən edilmişdir. Ümumilikdə payları müəyyən edilmiş torpaq sahəsində onun sahəsinin yerinin müəyyən edilməsində qardaşı Cavabdeh3 ilə aralarında narazılıqlar yaranmışdır. Mübahisəli torpaq sahəsində digər payçılar kimi onun da 0,035 ha payı vardır. O, artıq uzun müddətdir ki, Bakı şəhərində yaşayır. Həmçinin onkoloji xəstəlikdən əziyyət çəkir. Anası Vəciyə sağ olarkən həm onun, həm də digər ailə üzvlərinin torpaq sahələrini ayırıb onlara vermiş olsa da, qardaşı Səxavət və bacısı Şəlalə onun bir müddət xəstə olmasını fü rsət bilərək ona məxsus sahəni də öz həyətlərinə qatmış və orada müxtəlif tikinti işləri aparmışlar. Dəfələrlə onlardan torpaq sahəsini istəsə də, heç bir faydası olmamışdır. Bu səbəbdən payının ayrılaraq ona verilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, mülkiyyətçi kimi bu onun haqqıdır. Cavabdehlərdən hər hansı məbləğdə pul vəsaiti deyil, məhz özünə aid torpaq sahəsini tələb edir.

6. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/6588 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Masallı rayonu Təzə Alvadı kəndində yerləşən **********71-10301 reyestr saylı, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarış ilə X2, X5, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,21 hektar torpaq sahəsindən faktiki olaraq torpaq sahəsində olan tikililərə (A, B və Ç literli tikililər) ziyan vurmadan İddiaçı məxsus 0,035 hektar hissəsinin naturada ayrılmasının ekspert rəyinə əlavə olunmuş sxemdə qeyd olunan qaydada texniki cəhətdən mümkündür, lakin sxemdə qeyd olunan qaydada bölgü aparılacağı təqdirdə torpaq sahəsinin digər istifadəçilərinin istifadələrində olan torpaq sahəsindən və tikintilərdən istifadəsinə məhdudiyyət yaranacaq. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edilir.

7. Masallı Rayon Məhkəməsinin 2(050)-82/2022 saylı, 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ayaz Səlimov) İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “0,035 ha torpaq payının yerinin müəyyənləşdirilərək ona təhvil verilməsi” barədə iddiasının təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi, İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Məhkəmə Ekspertizası Mərkəzinin və mütəxəssis rəyinin dəyəri olan 300 manatın “X4” MMC-nin hesabına tutulması qət olunmuşdur.

8. İşin müəyyən edilmiş hallarına əsasən Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən yaşayış məntəqələri təyinatlı 0,21 ha torpaq sahəsi hər birinin payı 0,035 ha olmaqla tərəflərin və payı 0,07 ha olmaqla X1 paylı mülkiyyətindədir. Həmin sahədəki fərdi yaşayış evi isə tam mülkiyyət hüququ üzrə sonuncuya məxsusdur və torpaq sahəsindəki payı kimi onun xx.xx.2017-ci il tarixdə ölümündən sonra miras qalmış, lakin vərəsələrin mirasda payları müəyyən edilməmişdir.

9. Məhkəmə kollegiyası rəylər üzrə onu qeyd etməyi zəruri saymışdır ki, yalnız iddiaçıya məxsus 0,035 hektar h issənin naturada ayrılmasının texniki cəhətdən mümkünlüyü iddianın təmin edilməsinə əsas ola bilməz.

10. Belə ki, torpaq sahəsinin digər paylı mülkiyyətçilərinin də torpaq paylarına istədikləri kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqları vardır ki, iddiaçının payının ayrılacağı təqdirdə onların paylarına düşən torpaq sahəsindən istifadələrinə məhdudiyyət yaranacaq.

11. Məhkəmə kollegiyası 10/6588 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyinin mövcudluğunu hazırkı iddianın təmin edilməsinə əsas saymamışdır.

12. Belə ki, payın naturada ayrılması o halda mümkün sayıla bilər ki, ayrılan mülkiyyətçi ilə yanaşı digər mülkiyyətçilər də payın ayrılmasından sonra torpaq paylarına dair mülkiyyət hüquqlarını həyata keçirə bils inlər. İndiki halda, iddiaçının payının ayrılması paylarına düşən torpaq sahəsindən istifadələrində digər mülkiyyətçilər üçün məhdudiyyət yaratdığından payın naturada ayrılması mümkün deyil.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.1, 213.5, 215.2, 220.1, 220.2, 220.3, 220.6, 221-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 107, 119-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi ilə ona məxsus 0,035 hektar sahənin naturada ayrılmasının texniki cəhətdən m ümkün olduğu müəyyən olunmuşdur. Eləcə də əgər hər hansı əşyanın bölünməsi mümkün deyilsə, o zaman həmin əşya satılmalı və dəyəri tərəflər arasında bölünməli, və ya bir tərəf kompensasiya ödəməklə digər tərəfin hüquqlarını təmin etməlidir. Cavabdehlər isə nə onun torpaq sahəsindən istifadəsinə şərait yaradır, nə də ki, ona hər hansı kompensasiya ödəmirlər.

16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1459/2022 saylı, 20 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Samir Mayılov (sedrlik edən və məruzəçi), Nüsrət Mirzəyev, Zaur Allahyarov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi madd i və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur.

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə onu da qeyd etməyi zəruri saymışdır ki, mübahisənin bu qaydada həll edilməsi iddiaçının paylı mülkiyyətdə olan torpaq sahəsinə dair mülkiyyətçi hüquqlarına törədilən qəsd və ya başqa maneələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb etmək və ya miras əmlaka dair vərəsəlik həll edildikdən, paylı mülkiyyətçilərin dairəsi yenidən müəyyən edildikdən sonra öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçilər i tərəfindən ona ödənilməsi hüquqlarından məhrum etmir. Eləcə də, digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 220.2, 220.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 115, 124.2, 217.3, 217.4, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti on unla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçının torpaq sahəsindən istifadəsi üçün şərait yaratmırlar və hər hansı bir kompensasiya ödəmirlər.

22. Ekspert rəyində torpaq sahəsinin naturada ayrılmasının ekspert rəyinə əlavə olunmuş sxemdə qeyd olunan qaydada texniki cəhətdən mümkün olduğu qeyd edilmişdir. Lakin məhkəmə bu əsası nəzərə almayaraq iddiaçının mülkiyyətlə bağlı hüquqlarını pozmuşdur.

23. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 146, 149, 152-157, 220, 238, 337-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 97, 255, 256, 388, 389, 390-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respubl ikası Mülki Məcəlləsi

25. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

27. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

28. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyə tçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəy yən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyas ı məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfi ndən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində işdə mövcud olan sübutları qiymətləndirərək iddianı rədd etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan maddi hüquq normalarını düzgün tətbiq edərək müəyyən etmişdir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçının və cavabdehlərin paylı mülkiyyətindədir. Lakin iddiaçı torpaq sahəsinin bütün mülkiyyətçilərin paylarına müvafiq bölünməsi mümkünlüyünü sübut edə bilməmişdir.

42. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

43. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

44. Kassasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qətnaməsində göstərmişdir ki, mübahisənin bu qaydada həll edilməsi, iddiaçının paylı mülkiyyətdə olan torpaq sahəsinə dair mülkiyyətçi hüquqlarına törədilən qəsd və ya başqa maneələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb etmək və ya miras əmlaka dair vərəsəlik həll edildikdən, paylı mülkiyyətçilərin dairəsi yenidən müəyyən edildikd ən sonra öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüquqlarından məhrum etmir. Eləcə də, digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.

45. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

46. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyul 2022-ci il tarixli, 2(106)1459/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar