Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6054/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (X8, X3 və X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: lizinq müqaviləsi üzrə öhdəliyin ötürülməsi barədə sazişə xitam verilməsi, lizinq müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (X8, X3 və X4 mübahisə p redmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “lizinq müqaviləsi üzrə öhdəliyin ötürülməsi barədə sazişə xitam verilməsi, lizinq müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4862/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 13 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" MMC ilə X2 adlı şəxs arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 126 saylı Daxili maliyyə lizinq müqaviləsinə əsasən iddiaçı lizinq obyekti olan “AUDİ A7” minik markalı, ** AR *** nömrəli avtomobili həmin şəxsə 24 ay müd dətinə lizinqə (icarəyə) vermiş, o isə bu əmlakın dəyəri olan 69.550 manat pulu illik 18 faiz dərəcəsi ilə hesablanmaq şərti ilə lizinq müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənilməsi, habelə ödənişlərdə gecikməyə yol verdiyi halda hesablanacaq dəbbə pulunun ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Bundan sonra iddiaçı ilə X6 adlı şəxs arasında bağlanmış xx.xx.2016-cı il tarixli öhdəliyin icrası ilə bağlı (öhdəliklərin ötürülməsi barədə) sazişə əsasən xx.xx.2015-ci il tarixli müqavilə üzrə bütün öhdəliklər həmin şəxsə ötürülmüşdür. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı (öhdəliklərin ötürülməsi barədə) sazişə əsasən xx.xx.2015-ci il tarixli müqavilə üzrə bütün öhdəliklər Cavabdeh2 ötürülmüş və qeyd edilən avto mobil həmin tarixdə ona təhvil verilmişdir. Həmçinin, xx.xx.2017-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 lizinq alan Cavabdeh2 xx.xx.2015-ci il tarixli lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Həmin avtomobillə bağlı iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 və Quliyev Akif Rafiq oğlu adlı şəxsə xx.xx.2019-cu il tarixədək, habelə Cavabdeh2 müraciətinə əsasən xx.xx.2019-cu il tarixdə üçüncü şəxs X1 xx.xx.2019-cu il tarixədək etibarnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizə si ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişə xitam verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 46.838,70 manat məbləğində əsas, 14.473,83 manat məbləğində faiz, 9.081,99 manat məbləğində dəbbə pulu, cəmi 70.394,52 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə şifahi və yazılı müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh2 borcunun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Bununla da, cavabdehlər öhdəliyin icrası ilə bağlı sazişdə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirməmişlər.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-191/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə Cavabdeh2 arasında hüquqi nəticə etibarı ilə xx.xx.2017-ci il tarixdə xx.xx.2015-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin ötürülməsi barədə saziş bağlana bilməzdi və o, borclunu əvəz edə bilməzdi. Bu səbəbdən bu saziş bağlandığı andan etibarsızdır. Tərəflər arasında hər hansı Daxili maliyyə lizinqi müqaviləsi də bağlanmamışdır. Başqa sözlə, xx.xx.2015-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi üzrə Cavabdeh2 iddiaçı qarşısında hər hansı öhdəliyi yarana bilməzdi və həmin müqavilə üzrə mövcud olan öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün bu cavabdeh məsuliyyət daşıya bilməz. Qeyd edilən avtomobildən istifadə edilməsi ilə bağlı cavabdeh tərəfindən aparılmış ödənişlər isə lizinq müqaviləsi üzrə aparılmış lizinq ödənişləri kimi qəbul edilə bilməz. Bu səbəbdən iddiaçı cavabdehdən xx.xx.2015-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi üzrə hər hansı məbləğdə pul tələb edə bilməz.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən saziş üzrə ödənişlər xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək aparılmış, bundan sonra 10 aya yaxın müddət hər hansı ödəniş aparılmamış və xx.xx.2019-cu il tarix dən ödənişlərin aparılması davam etdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-17/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən iddiaçının nümayəndəsi özü də etiraf etmişdir ki, lizinq ödənişləri aparılmadığından bir neçə dəfə avtomobil Cavabdeh2 alınmış, sonradan ödənişlər edildiyindən avtomobil ona qaytarılmışdır. Cavabdeh özü də avtomobili idarə etdiyini etiraf etmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək həqiqi hərbi xidmətdə olması onun bu avtomobildən istifadə etməsini istisna edir. Bununla belə, göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, həm ödənişlərin aparılmadığı, həm də cavabdehin həqiqi hərbi xidmətdə olduğu vaxt avtomobil cavabdehin deyil, iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Lakin avtomobilin hansı tarix lərdə cavabdehdən alınması və hansı tarixlərdə ona yenidən qaytarılması, habelə ödənişlərin hansı hissəsinin məhz cavabdeh tərəfindən və ya onun tapşırığı əsasında aparılmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyindən avtomobilin ümumiyyətlə hansı müddət ərzində cavabdehdə olmasını, habelə onun tərəfindən hansı məbləğdə ödəniş edilməsini müəyyən etmək olmur. Həmin avtomobilin iddiaçı tərəfindən verilmiş və 1 ay (növbəti ödəniş tarixinədək) qüvvəsi olan etibarnamələr əsasında idarə edildiyi (istifadə edildiyi) nəzərə alındığı halda, avtomobil yalnız 2019-cu ilin 12 iyun tarixindən – 11 iyul tarixinədək cavabdehin istifadəsində olmuşdur.
7. Məhkəmə, avtomobilin hər hansı bir müddət ərzində cavabdehin istifadəsində olması ilə bağlı qeyd etmişdir ki, məhkəmənin hazırki möv qeyi iddiaçının (avtomobilə görə aparılmış ödənişlər nəzərə alınmaqla habelə tələbin hüquqi əsasını və cavabdehi müəyyən etməklə) xx.xx.2017-ci il tarixdən sonra avtomobilin real olaraq istifadə edildiyi müddət üçün pulun, habelə avtomobildən istifadə nəticəsində ona vurulmuş maddi zərərin əvəzinin tutulmasını məhkəmə qaydasında tələb etmək hüququnu istisna etmir.
8. Məhkəmə iddia tələbinin “lizinq müqaviləsi üzrə öhdəliyin ötürülməsi barədə sazişə xitam verilməsi, lizinq müqaviləsi üzrə Cavabdeh2 borcun tutulması” hissəsi ilə bağlı mövqeyini rəhbər tutub, belə qənaətə gəlmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi də etibarsızdır və bu səbəbdən iddia tələbi bu cavabdehə münasibətdə də əsassızdır və rədd edilməlidir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli saziş etibarlı olduğu, habelə xx.xx.2019-cu il tarixli müqavilə (ödəniş cədvəli) real olaraq bağlandığı təqdirdə belə Mülki Məcəllənin 477-ci maddəsinin tələbləri baxımından zaminlik müqaviləsinə xitam verilməlidir. Belə olan halda da, iddia tələbi Cavabdeh1 aid hissədə əsassız olur.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 337.1, 385.1, 442, 448.1, 448.2, 470.1, 472.1, 522.1, 522.2, 747.1, 748.3, 748-7.1, 748-10.1, 748-10.2, 748-10.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4862/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.F.Babayev (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və R.Ə.Eyvazov) iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-191/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişə xitam verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 04 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 46.838,70 manat əsas, 14.473,83 manat lizinq müka fatı (faiz), 3.000 manat cərimə borcu, ümumilikdə 64.312,53 (altmış dörd min üç yüz on iki manat 53 qəpik) manat borcun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissələrdə təmin olunmaması qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mövcud mülki qanunvericiliyinə əsasən müqavilə üzrə müddətin bitməsi öhdəliyə xitam vermir. İş materiallarında olan 04 mart 2015-ci il tarixli daxili lizinq müqaviləsindən görünür ki, müqavilənin müddətinin bitməsinin öhdəliklərin xitamına səbəb olması kimi müddəa müqavilədə öz əksini tapmamışdır. İş materiallarından görünür ki, həmin müqavilə üzrə yaranmış öhdəlik ilk olaraq xx.xx.2016-cı il tarixli müqavilə ilə 60 ay müddətinə X5, daha sonra xx.xx.2017-ci il tarixli müqavilə (saziş) ilə Cavabdeh2 ötürülm üşdür.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 04 mart 2015-ci il tarixli daxili lizinq müqaviləsinin qüvvədə olma müddəti bitsə də, həmin müqavilə üzrə öhdəliklər qanunvericiliyin tələbinə əsasən sonuncu olaraq Cavabdeh2 ötürüldüyündən, sonuncu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir.
15. Apellyasiya instansiyası məhkəməsi cavabdehin avtomobil iddiaçıya təhvil verilməsi ilə bağlı dəlilinə qiymət verərək qeyd etmişdir ki, cavabdehin iddia etdiyi kimi avtomobilin iddiaçıya təhvil verilməsi ilə bağlı iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Əksinə iş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 1(105)-17/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, hazırki iş üzrə cavabdeh olan cinayət işi üzrə isə şahid qismində dindir ilmiş Cavabdeh2 ifadəsində bildirmişdir ki, "xxxx" MMC ilə onun arasında saziş bağlanmış və atası ona zamin durmuşdur. Qeyd edilən avtomaşını həm özü həm də sürücüləri idarə edirmiş və bu barədə etibamamələridə mövcud olmuşdur. Eyni zamanda Cavabdeh2 onu da etiraf etmişdir ki, “AUDİ A7” minik markalı, 10AR171 nömrəli avtomobili atasının tanışları vasitəsilə Teymur adlı şəxsə satmışdır, lakin onlar arasında heç bir rəsmi sənədləşmə işləri aparılmamışdır. Teymur adlı şəxs atasına ilkin ödəniş 10.000 manat pul vermişdir. Teymur bundan sonra aylıq ödənişləri etməyi öhdəsinə götürmüşdür. 2019-cu ilin oktyabr ayının sonralarında ona məlum olmuşdur ki, həmin avtomobili Rəşad adlı şəxs almışdır. Lakin Rəşad aylıq ödənişləri etmədiyi üçün "xxxx" MMC onu (yəni Cavabdeh2) axtarmağa başlamışdır. Hökmd ən aydın olur ki, "AUDİ A7" minik markalı, ** AR *** nömrəli avtomobilin digər şəxslərə məhz Cavabdeh2 tərəfindən verilmişdir və bu barədə "xxxx" MMC-nin məlumatı olmamışdır.
16. Apellyasiya instansiyası məhkəməsi zaminliyə münbasibətdə qeyd etmişdir ki, iş üzrə daxili lizinq müqaviləsi üzrə əsas borclu Cavabdeh2 öhdəlik daşıdığı tam təsdiq olunduğundan əsas öhdəliyin ödənilməsi üçün zamin qismində çıxış etmiş Cavabdeh1 da birgə məsuliyyət daşıyır.
17. Apellyasiya instansiyası məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1599 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyinə münasibətdə qeyd etmişdir ki, rəydən görünür ki, Cavabdeh2 adından "xxxx" MMC-nin rəhbəri Həsən Həsənovun adına ünvanlanmış xx.xx.2019-cu il tarixli müraciətdə olan imza – Cavabdeh2 tərəfindən icra olunmuş, 11 yanvar 2 019-cu il tarixli Daxili maliyyə lizinqi müqaviləsinə 1 saylı əlavənin (ödəmə cədvəlinin) kserosurətinin 1-ci və 2-ci vərəqlərində “Lizinq alan” qrafasındakı əks olunmuş imzalar isə Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bununla bağlı kollegiya qeyd etmişdir ki, lizinq müqaviləsinə üzrə ödəmə cədvəlində (kserosurətində) imzanın başqa şəxs tərəfindən icra olunmasının müəyyən edilməsi hazırki iddianın rədd olunması üçün əsas ola bilməz, çünki, qeyd olunduğu kimi müəyyən edilmişdir ki, avtomobil öhdəliklərin ötürülməsi barədə razılaşmaya (sazişə) əsasən Cavabdeh1 verilmiş və sonuncu tərəfindən iddiaçıya qaytarılması barədə hər hansı bir sübut təqdim edilməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 daxili lizin q müqaviləsi üzrə müştərək qaydada 46.838,70 manat əsas iddiaçının xeyrinə tutulmalıdır.
19. Apellyasiya instansiyası məhkəməsi iddiaçının “9.081,99 cərimə borcunun cavabdehlərdən tutulması” tələbi ilə bağlı qeyd etmişdir ki, borcalanın 46.838,70 olduğu müəyyənləşdirilmiş əsas borcuna münasibətdə ondan tutulmalı dəbbə (cərimə) pulunun məbləğinin 3000 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Nəzərə alınmalıdır ki, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik m üddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.1, 385, 442, 448.1, 522.1, 522.2, 747.1, 748-1.5, 460.1, 470.1, 748-10.1, 748-11.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanunsuz və əsassız olması ilə yanaş ı, həm də işin halları və münasibətlərə uyğun əsaslandırılmamış, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Heç bir qanuni əsas olmadan saxtalaşdırılmış və özbaşınalıqla müşaiyət olunan iddia üzrə İ Qarabağ Müharibəsi veteranı və əlil qazi olan Cavabdeh1 qarşı 65.000 manata yaxın pul tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı "xxxx" MMC ilə X2 adlı şəxs arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 126 saylı Daxili maliyyə lizinq müqaviləsinə əsasən X2 lizinq obyekti olan “AUDİ A7” minik markalı avtomobilin dəyərini təşkil edən 69.550 manat məbləğində pulu 24 ay ərzində ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Bununla belə, həmin müqavilə 24 ay müddətinə bağlanmış və xx.xx.2017-ci il tarixədək qüvvədə olmuşdur. Lakin iddiaçı ilə Cavabdeh2 arasında bu müqavilə üzrə öhdəliklərin ötürülməsi barədə saziş müqavilənin qüvvədə olması müddəti bitdiyi, yəni xx.xx.2017-ci il tarixdə bağlanmışdır. Halbuki, qüvvədə olma müddəti bitmiş müqavilə üzrə belə bir saziş bağlana bilməzdi. xx.xx.2017-ci il tarixli sazişə əsasən cavabdeh müqaviləyə əlavə olunmuş qrafikin davamı olaraq illik 18 faiz dərəcəsi ilə faiz hesablanmaqla hər ay 1.625,18 manat məbləğində ödəniş etməli idi. Halbuki, həmin vaxt ödəniş cədvəli artıq bitmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş gör məli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
28. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
29. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
30. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.
31. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin ü çüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.
32. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
33. Maddə 747-1.5. Bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və hallarda Azərbaycan Respublikasının istənilən rezidenti və qeyri-rezidenti lizinq müqaviləsinin subyekti ola bilər.
34. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
35. Maddə 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq verənin mükafatının məbləği, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. Mülki Prosessual Məcəllə
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərə fli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qə bul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. İşə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi lizinq müqaviləsindən irəli gələn öhdəliyini pozduğu qənaətinə gəlmiş və yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun olaraq tələb olunan müddətə olan borc məbləğini iddiaçının xeyrinə tutmuşdur.
49. Müqavilənin müddətinin bitməsindən sonra sazişin bağlanmasının mümkün olmamasına dair dəlilə münasibətdə qeyd edilməlidir ki, daxili lizinq müqaviləsi xx.xx.2015ci ildə bağlanmış, sonradan X6 ilə bağlanmış sazişlə müqavilənin müddəti 60 ay müddətinə artırılmış, sonuncu saziş isə xx.xx.201 7-ci ildə bağlanmışdır. Bundan əvvəl sazişlə müəyyən olunmuş müddət artıq daxili lizinq müqaviləsinin tərkib hissəsinə çevrilmişdir. Bu halda isə Cavabdeh2lə saziş bağlanarkən lizinq müqaviləsi qüvvədə olmuşdur.
50. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı ma ddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 52.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və on ların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4862/2022 nömrəli iş üzrə 27 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.