Məhkəmə qərarları › İş №2(102)-6055/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6055/2022

28.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6055/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi və evə dair sənədləşmə işlərinin aparlmasına yaradılmış maneələrinin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsi və evə dair sənədləşmə işlərinin aparlmasına yaradılmış maneələrinin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-926/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli qətnaməsindən Ca vabdeh kassasiya şikayətinə 28 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bunda sonra iddiaçı) xx xxxxxx 1962- ci ildə doğulmuşdur. X1 və X7r.

2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 442517 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün təsdiq edilmiş surətinə əsasən Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə ünvan 1ndə 5998 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8 ayrılmışdır. 3. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-063F KOD 40212048 saylı şəhadətnamənin təsdiq edilmiş surətinən əsasən Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 saylı qərarı ilə X11, X12, Cavabdeh, X9 və X 4 mülkiyyətinə ünvan 1ndə 0,94 ha torpaq sahəsi verilmişdir.

4. X12 27 oktyabr 2002-ci ildə vəfat etmişdir.

5. İddiaçı anasına məxsus torpaq və evin sənədləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət emişdir.

6. DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinin 21 oktyabr 2021-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişə əsasən ərizənin icrası ilə əlaqədar olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə İdarənin aidiyyəti əməkdaşlarının qeyd olunan torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq əmlak üzərində mübahisə olması səbəbindən inventarlaşdırılma işlərinin aparılmasına şərait yaradılmamışdır.

7. Zaqatala rayon Dö vlət Arxivi tərəfindən verilmiş 29 sentyabr 2021-ci il tarixli 36 saylı arxiv arayışına əsasən mərhum X5 1996-2000-ci illərdə ailə tərkibi – oğlu X11, gəlini Cavabdeh (bundan sonra cavabdeh), nəvəsi X9 və nəvəsi X2 ibarət olmuşdur.

8. Zaqatala RİHB-nin Maqov kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş 4 oktyabr 2021-ci il tarixli 604 saylı arayışa əsasən inzibati ərazi dairəsinin 10 nömrəli təsərrüfatbaşına kitabın 175 saylı səhifəsində mərhum X5 adına 1981-ci ildə tikilmiş 2 mərtəbəli 6 otaqlı 142 m2 ümumi, 142 m2 yaşayış sahəsinə malik fərdi yaşayış evi və 0,20 ha həyətyanı torpaq sahəsi vardır.

9. Zaqatala RİHB-nin Maqov kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli 654 saylı arayışa əsasən İddiaçı mərhum anasına məxsus sərhəd daxilində olan 0,31 ha torpaq sah əsində olan fındıq bağından 1985-ci ildən 2020-ci ilə kimi istifadə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə edərək, mərhum anası X3 miras qalmış mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə üçüncü şəxs tərəfindən aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin həyata keçirilməsinə qarşısını almağa yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi ərizə üzrə üçüncü şəxsdir.

12. İddia tələb i onunla əsaslandırılmışdır ki, iddiaçının anası X12 27 oktyabr 2002ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra mübahisəli torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və digər əmlaklar miras qalmışdır. İddia ərizəsinə əlavə edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti Maqov Kənd İnzibati Ərazi Dairəsinin 11 noyabr 2021-ci il tarixli 654 nömrəli arayışından da göründüyü kimi, iddiaçı qeyd olunan daşınmaz əmlaklardan bir qisminə, yəni 0,31 ha torpaq sahəsinə sahiblik etməyə və onu idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir.

13. İddiaçı miras qalmış mübahisəli torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində anası X5 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqs ədi ilə, iş üzrə üçüncü şəxsə müraciət etmiş, lakin sonuncu çöl-ölçmə işlərinə iş üzrə cavabdeh tərəfindən maneçilik törədilməsi səbəbindən 21 oktyabr 2021-ci il tarixli, **********95 nömrəli məktubla hüquqların dövlət qeydiyyatından imtina etmişdir.

14. İddiaçı anasından miras qalmış mübahisəli torpaq sahəsi, 0,94 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması məqsədi ilə aparılması nəzərdə tutulmuş çölölçmə işlərinin aparılmasının qarşısının alınmasına yönəlmiş qərəzli hərəkətlərinə son qoymasını tələb etməsinə baxmayaraq, cavabdeh bundan qərəzli olaraq imtina etmişdir.

15. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcələnin 152.1, 152.5, 157.2, 157.4, 157.8 1145, 1146, 1243, 1255, 1321.1, 1322-ci maddələrinə, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 95 və 102-ci bəndlərinə istinad etmişdir.

16. Cavabdeh iddia tələbinə etiraz etmişdir. Etirazın dəlilləri: - iddiaçı onun qaynıdır. Mübahisələndirilən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi qayınanası X3 miras qalmışdır; - cavabdeh miras qalmış fərdi yaşayış evinə 1989-cu ildə gəlin kimi köçmüş və həmin vaxtdan evdən və fındıq bağından istifadə etmişdir. Həmin miras əmlakda cavabdehin əri Əhməd Mehdiyevin də payı vardır. Hazırda əri Rusiya Federasiyasında olduğundan cavabdeh mübahisələndirilən torpaq sahəsində ölçmə işlərinin aparılmasına icazə verməmişdir; - iddiaçı mirası qəbul etməmişdir və miras əmlakla uzun müddətdir heç bir əlaqəsi olmamışdır. İddiaçı başqa ünvanda yaşayır; - m ərhum qayınatası və qayınanası sağlıqlarında iddiaçının torpaq və evini ayırıblar.

17. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-252/2022 nömrəli, iş üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Vüqar Məmmədov)

18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı anasından miras qalmış, miras kütləsinə daxil olan əmlakı qəbul etməsi barədə ərizə ilə anasının vəfatından sonra qanunla müəyyən olunmuş müddət ərzində notariat ofisinə müraciət etməmişdir. Bundan başqa, iddiaçı anasının vəfatından sonra mirası faktiki qəbul etməsi ilə əlaqədar məhkəməyə müraciət etməmişdir.

19. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı tələbinin əsası kimi Zaqatala RİHB-nin Maqov kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 noyabr 2021-ci il t arixli 654 saylı arayışa istinad etsə də, həmin arayış iddianını təmin edilməsi üçün əsas deyil. İddiaçının miras əmlakı faktiki olaraq, qanunla müəyyən edilmiş qaydada qəbul etməməklə, hazırkı iddia üzrə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.4, 158.1.2,158.4-cü, Torpaq Məcəlləsinin 103-cü, Mülki Prosessual Məcəllənin,14.2, 77.1 və 80-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətinin dəlilləri: - Zaqatala RİHB-nin Maqov kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli 654 sa ylı arayışa əsasən iddiaçı mərhum anasına məxsus olan torpaq sahəsinin sərhəddi daxilində 0,31 ha torpaq sahəsindəki fındıq bağından 1985-ci ildən 2020-ci ilə kimi istifadə edib. Bu da o deməkdri ki, iddiaçı mirası faktiki qəbul edib. Lakin məhkəmə bu arayışı nəzərə almayıb; - iddiaçı mirasın bir hissəsini qəbul etməklə mirası ümumilikdə qəbul edib. Mülki Məcəllənin 1255-ci maddəsinə görə də qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

23. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-926/22 nömrəli, 26 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmışdır. Cavabdeh mərhum X3 miras qalmış mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fər di yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə üçüncü şəxs tərəfindən aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması qət edilmişdir. (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov, İmanverdi Şükürov)

24. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı mərhum anasından miras qalmış, ünvan 1ndə yerləşən 0,5998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,94 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair vərəsəlik qaydada hüquqlarını rəsmiləşdirmək istəyir. Lakin iddiaçının anasından miras qalmış daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata qeydi yyata alınmamışdır. Bu halda iddiaçı qeyd olunan evin miras əmlak kimi bölünməsinə nail olmaq üçün həmin evin miras qoyana məxsus olması haqqında DƏDRX-nin arayışını alıb notariat kontoruna təqdim etməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində deyilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, vərəsəlik hüququnun yaranma sı miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Nəzərə alınmalıdır ki, iddiaçının hazırki iddianı vermək üçün subyektiv hüququnun olması onun miras qoyanın vərəsəsi olub-olmamasının araşdırılması ilə məhdudlaşdırılmalı, onun tərəfindən mirası qəbul etməsi faktının müəyyən olunması hazırki iddianın predmetini təşkil etməməlidir. Bu baxımdan iddiaçı miras qoyan X5 birinci növbədə vərəsəsidir.

26. Digər tərəfdən, işdə olan Zaqatala RİHB-nin Maqov kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışla İddiaçı mərhum anasına məxsus sərhəd daxilində olan 0,31 ha torpaq sahəsində olan fındıq bağından 2020-ci ilə kimi is tifadə etdiyi təsdiq edilir. Eyni zamanda işdə olan Zaqatala rayon 2 saylı notariat ofisinin xücusu notariusu Gözəl İsgəndərovanın 27 sentyabr 2021-ci il tarixli 1048 saylı məktubundan görünür ki, İddiaçı (vərəsə) müraciəti və təqdim etdiyi sənədlər əsasında 27 oktyabr 2002-ci il tarixdə ölmüş X5 adına vərəsəlik işi açılmışdır. Qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış təqdim edildikdən sonra verilə bilər.

27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı miras qoyan X5 birinci növbədə vərəsəsidir. Zaqatala RİHB-nin Maqov kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışla İddiaçı mərhum anasına məxsus sərhəd daxilində olan 0,31 ha torpaq sahəsində olan fındıq bağından 2020-ci ilə kimi istif adə etdiyi təsdiq edilir. Eyni zamanda işdə olan Zaqatala rayon 2 saylı notariat ofisinin xücusu notariusunun 27 sentyabr 2021-ci il tarixli 1048 saylı məktubundan görünür ki, İddiaçı (vərəsə) müraciəti və təqdim etdiyi sənədlər əsasında 27 oktyabr 2002-ci il tarixdə ölmüş X5 adına vərəsəlik işi açılmışdır. Cavabdeh tərəfindən 27 oktyabr 2002-ci il tarixdə ölmüş X5 mülkiyyətinə olan, lakin üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməmiş mübahisələndirilən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının müraciəti əsasında aparılan ölçü işlərinə qanunsuz olaraq maneələr yaradılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçının əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneələr aradan qaldırılmalıdır.

29. Apellyasiya instansiyası məhkəməsi iddianın hüquqi əsasları ilə bağlı həm də onu vurğulayıb ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hazırkı vəziyyətdə cavabdehin DƏDRX-nin əməkdaşlarına zəruri ölçü işlərinin aparmasına maneə törətməsi Mülki Məcəllənin 560.1-ci maddəsinin təsiri altına düşür və cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə işə baxmış birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır.

30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 165, 165.1, 560.1, 1133, 1133.1, 1157.1, 1159.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qa nunun 22.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti belə əsaslandırılıb: - iddiaçının iddia qaldırmaq üçün hər hansı subyektiv hüququ olmamışdır. İddiaçı anasından miras qalmış əmlakı nə mirası faktiki qəbul etməsi, nə də ki qanunla müəyyən edilmiş qaydada qəbul edilməsi barədə hər bir hansı bir sübut təqdim etməmişdir. İddiaçının təqdim etdiyi sənəd İcra nümayəndəliyinin Həmin arayışın nə dərəcədə həqiqəti əks etdirməyi şübhəlidir; - apellyasiya instansiyası məhkəməsinin mövqeyinə əsas ən iddiaçının iddianı vermək üçün subyektiv hüququnun olması onun miras qoyanın vərəsəsi olubolmamasının araşdırılması ilə məhdudlaşdırılmalı, onun tərəfindən mirası qəbul etməsi faktının müəyyən olunması hazırki iddianın predmetin təşkil etməməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi düzgün deyil. Qəbul edilsə də ki, iddiaçı miras qoyanın vərəsəsidir. Mülki Məcəllənin 1246-cı və 1273.1-ci maddələrində mirası qəbul etməmiş, eyni zamanda susmuş vərəsə ilə bağlı qanunvericiliyin mövqeyi açıq şəkildə qeyd olunur, iddiaçının miras əmlakı qəbul etməməsi və vərəsə kimi susması mirası qəbul etməməsinin açıq şəkildə nümayiş etdirir. Belə olan təqdirdə iddiaçının hazırki iddia tələbi ilə bağlı məhkəmədə iddia qaldırması üçün subyektiv hüququ yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.. Maddə 1133.1. Ölmüş şəxsin (miras q oyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1157-1.1. Miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Maddə 1157-1.2. Mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qis mən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, kollegiya qətnaməni tam yoxlayır.

36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir k i, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

39. Belə ki, iddiaçı vərəsə olaraq mərhum anasının mülkiyyətinə verilmiş daşınmaz əmlakları dövlət reyestri xidmətində rəsmiləşdirmək istəməsini, cavabdehin isə buna mane olmasını bildirmişdir.

40. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə də mərhum X5 (iddiaçının anası) torpaq sahələrinə mülkiyyət h üququ var, iddiaçı mərhum X5 oğludur, daşınmaz əmlakların rəsmiləşdirilməsi məqsədilə iddiaçı DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə müraciət etmiş, həmin idarənin əməkdaşlarına ölçü işlərini aparmağa cavabdeh tərəfindən maneçilik törədilmişdir.

41. Məhkəmə kollegiyası iddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 23-30-cu bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi hüquq normaları ilə razılaşır. 42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqlar ın dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

43. Göründüyü kimi, tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.

44. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən kassasiya şikayətinin dəlillərini əsassız sayır.

45. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehlərin kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-926/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli qətnaməsi də yişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar