Məhkəmə qərarları › İş №2(102)-6067/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6067/2021

07.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6067/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X, X, X, X qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8589/2021 nömrəli iş üzrə 05 avqust 2021-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublik ası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki birinci icraat

1. İddiaçı cavabdehlər X, X, X, X qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına AR Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 27.12.2007-ci il tarixli 000920 qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m olan torpaq sahəsi ilə bağlı şəhadətnamə və 26.04.2008-ci il tarixli, reyestr nömrəsi **********96-06301, qeydiyyat nömrəsi ********** olan xxx küçəsində 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096 m2 əsas, 414,6 m2 köməkçi sahədən ibarət 1/2 mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətə verilməsi barədə Çıxarışın dövlət orqanlarının hərəkətləri səbəbi ilə məhkəmə qərarı ilə ləğv edilməsi nəticəsində iddiaçıya dəymiş 131.736 manat məbləğində əsas pulun, 3.200.000 manat məbləğində əldən çıxmış faydanın, 50.000 manat məbləğində mənəvi zərərin əvəzinin və hüquqi yardım müqaviləsinə əsasən vəkilə ödənilən 1000 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1238/2020 saylı, 03.09.2020ci il tarixli qətnaməsi ilə iddiaçının tələbi “dövlət orqanlarının hərəkətləri səbəbilə əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi” hissəsində təmin edilməmiş, məhkəmənin eyn i saylı, eyni tarixli qərardadı ilə iddiaçının cavabdehlərə qarşı iddia tələbinin “dövlət orqanlarının hərəkətləri səbəbilə iddiaçıya dəymiş 131.736 manat məbləğində əsas pulun tutulması”na dair hissəsində iş üzrə icraata xitam verilmişdir.

3. İddiaçının qeyd edilən qərardaddan verdiyi şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1238/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1412/2021 saylı 29.01.2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1238/2020 saylı, 03.09.2020-ci il tarixli qərardadı ləğv edilərək m ülki iş iddia tələbinin “dövlət orqanlarının hərəkətləri səbəbilə iddiaçıya dəymiş 131.736 manat məbləğində əsas pulun tutulması”na dair hissəsində mahiyyəti üzrə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsindəki ikinci icraat

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli əlavə qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı tərəfindən ödənilmiş 131.716 manat məbləğində pul vəsaitinin 75 %-i, yəni 98.787 manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabına X vasitəsilə, qalan 25%-i, yəni 32 929 manatın X hesabından tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Həmin qətnamədən İddiaçı və cavabdeh X apelyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

7. Bakı Apellyasiya Məhkə məsi Mülki Kollegiyasının 2(103)-8589/2021 nömrəli iş üzrə 05 avqust 2021-ci il tarixli qərardadı ilə (hakimlər: F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2097/2021 saylı iş üzrə 26 may 2021-ci il tarixli əlavə qətnaməsindən cavabdeh X tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti nazir müavini X tərəfindən imzalansa da onun apelyasiya şikayətini imzalamaq səlahiyyətinin olmasına hər hansı sənəd şikayətə əlavə edilməmişdir. Əksinə, şikayətə əlavə olunmuş X i49 n ömrəli 25 may 2006-cı il tarixli əmri ilə apellyasiya və kassasiya şikayətərini X adından imzlamaq səlahiyyətinin Nazirin birinci müavini X1-zadəyə verildiyi müəyyən edilir. Həmçinin, şikayətə əlavə olunmuş digər sənəd - X i-111 nömrəli 29 iyul 2016-cı il tarixli əmrinin (iş bölgüsünü aparılması haqqında) surətindən nazir müavini X verilmiş səlahiyyətlər çərçivəsində apellyasiya şikayətini imzalamaq səlahiyyəti aşkar edilmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh AX kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyaı məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasi ya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, posessual hüquq normalarının tələblərini pozmuşdur.

11. Belə ki, apellyasiya şikayətinə əlavə olunmuş X 2006-cı il 25 may tarixli İ-49 nömrəli əmri ilə məhkəmə orqanlarına göndərilən sənədlərin imzalanması səlahiyyətlərinin nazirin birinci müavini X verilməsi təsdiqlənmişdir.

12. Eyni zamanda Nazirliyin 2021-ci il 09 iyun tarixli 112 nömrəli əmrində maliyyə nazirinin birinci müavini X 01 iyul 2021-ci il tarixdən 07 avqust 2021-ci il tarixə kimi əmək məzuniyətinin verildiyi göstərilmişdir.

13. Həmçinin, Nazirliyin “Azərbaycan Respublikası Maliyyə Nazirliyində maliyyə naziri, nazir müavinləri və aparatın rəhbərləri arasında iş bölgüsünün aparılması haqqında” müvafiq əmrindən də gör ündüyü kimi maliyyə naziri, nazir müavinləri və aparatın rəhbəri işdə olmadığı müddət ərzində (ezamiyyət, məzuniyyət və s.) onlara təhkim olunmuş struktur bölmələrin və təşkilatların işlərinə rəhbərliyin həyata keçirilməsi zamanı nazirin birinci müavini X nazir müavini X əvəz edir.

14. Apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyaı məhkəməsinə göndərilməsi barədə qəra r qəbul edilməsini xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayəti n belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qi ymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində cavabdeh X apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

22. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. (maddə 9.3)

23. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. (maddə 14.1)

24. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)

25. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 7 7.1)

26. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

27. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.

29. İş materiallarından görünür ki, X 2006-cı il 25 may tarixli İ-49 nömrəli əmri ilə məhkəmə orqanlarına göndərilən sənədlərin imzalanması səlahiyyətlərinin nazirin birinci müavini X verilməsi təsdiqlənmişdir.

30. Eyni zamanda Nazirliyin 2021-ci il 09 iyun tarixli 112 nömrəli əmrində X 01 iyul 2021-ci il tarixdən 07 avqust 2021-ci il tarixə kimi əmək məzuniyətinin verildiyi göstərilmişdir.

31. Həmçinin, Nazirliyin “X maliyyə naziri, nazir müavinləri və aparatın rəhbərləri arasında iş bölgüsünün aparılması haqqında” İ-111 nömrəli, 29 iyul 2016-cı il tarixli əmrindən görünür ki, maliyyə naziri, nazir müavinləri və aparatın rəhbəri işdə olmadığı müddət ərzində (ezamiyyət, məzuniyyət və s.) onlara təhkim olunmuş struktur bölmələrin və təşkilatların işlərinə rəhbərliyin həyata keçirilməsi zamanı naz irin birinci müavini X nazir müavini X əvəz edir.

32. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən maliyyə nazirinin birinci müavini X 01 iyul 2021-ci il tarixdən 07 avqust 2021-ci il tarixə kimi əmək məzuniyətində olmasını və Nazirliyin “X xxx, nazir müavinləri və aparatın rəhbərləri arasında iş bölgüsünün aparılması haqqında” İ-111 nömrəli, 29 iyul 2016-cı il tarixli əmrini nəzərə almamışdır.

33. Halbuki hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyə n edilmiş qüvvəsi yoxdur. (22, 26)

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, Yuxarıda qeyd edilən əmrlər nəzərə alınmaqla apelyasiya şikayətinin mümkünlüyü məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri baxımından qiymət verilməlidir.

35. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8589/2021 nömrəli iş üzrə 05 avqust 2021-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar