Məhkəmə qərarları › İş №2(102)-6076/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6076/2021

11.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6076/2021 11.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı19 Şərəfəddin qızının, İddiaçı17, İddiaçı18, İddiaçı16 və X20 cavabdehlər Balakən rayon X7 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6076/21 (Açar sözlər: protokolun ləğv edilməsi, qanunsuz götürülmüş möhür və ştampın qaytarılması və qanunsuz toplanmış vəsaitin qaytarılması) Bakı şəhəri, 11 noyabr 2021-ci il Azərbaycan Respub likası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-999/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə 11 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı19 Şərəfəddin qızı, İddiaçı17, İddiaçı18, İddiaçı16 və X25 cavabdehlər Balakən ra yon X7 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Balakən rayon X6 09.09.2019-cu ıl tarixli, 05 saylı müvəkkillər iclasının qərarının ləğv edilməsi, qanuna zidd olaraq götürülmüş İİMB möhür və ştampının cavabdehdən alınıb geri qaytarılması və ya qeydiyyat orqanına (13 saylı Ərazi Vergilər İdarəsinə) təhvil verilməsi, cavabdeh Balakən rayon İİK tərəfindən 2019-cu ilin sentyabr- fevral 2020-ci illər ərzində işçilərdən qanuna zidd olaraq toplanmış 11.000 manat miqdarında vəsaitin cavabdehdən alınıb müəssisəyə qaytarılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon X6 09.09.2019-cu ıl tarixli, 05 saylı müvəkkillər iclasının qərarının ləğv edilməsi, qanuna zidd olaraq götürül müş İİMB möhür və ştampının cavabdehdən alınıb geri qaytarılması və ya qeydiyyat orqanına (13 saylı Ərazi Vergilər İdarəsinə) təhvil verilməsi, cavabdeh Balakən rayon İİK tərəfindən 2019-cu ilin sentyabrfevral 2020-ci illər ərzində işçilərdən qanuna zidd olaraq toplanmış 11.000 (on bir min) manat miqdarında vəsaitin cavabdehdən alınıb müəssisəyə qaytarılması, 13 saylı ərazi vergilər idarəsinin qanunazidd olaraq tərtib etdikləri vergi ödəyicisi İİMB-nin uçotdan və dövlət reyestrindən çıxarılması haqda «4» və «5» nömrəli bildirişlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı19 Şərəfəddin qızı, İddiaçı1 7, İddiaçı18, İddiaçı16 və X25 Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsi qaydasında məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələblərini dəqiqləşdirərək, Balakən rayon X6 09.09.2019-cu ıl tarixli, 05 saylı müvəkkillər iclasının qərarının ləğv edilməsi, qanuna zidd olaraq götürülmüş İİMB möhür və ştampının cavabdehdən alınıb geri qaytarılması və ya qeydiyyat orqanına (13 saylı Ərazi Vergilər İdarəsinə) təhvil verilməsi, cavabdeh Balakən rayon İİK tərəfindən 2019-cu ilin sentyabr- fevral 2020-ci illər ərzində işçilərdən qanuna zidd olaraq toplanmış 11.000 (on bir min) manat miqdarında vəsaitin cavabdehdən alınıb müəssisəyə qaytarılması, 13 saylı ərazi vergilər idarəsinin qanunazidd olaraq tərtib etdikləri vergi ödəyicisi İ İMB-nin uçotdan və dövlət reyestrindən çıxarılması haqda «5» nömrəli bildirişin ləğv edilməsi və İİMB-nin ləğv edilməsinin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Balakən rayon İctimai X14 müəssisə direktoru X23 vəzifədən çıxmaq üçün ərizə vermişdir. Direktorun işdən çıxmaq üçün ərizə verməsindən istifadə edən Balakən rayon X6 sədri Nümayəndə1 özünün tabe olduğu yuxarı orqanı olan Azərittifaqın işçiləri ilə əlaqəyə girərək müəssisənin ləğv edilib kooperativə birləşdirilməsi üçün vəzifəsindən sui-istifadə saxtakarlıq edərək, 09.09.2019cu il tarixdə mövcud olmayan müvəkkillərin iclasını keçirmədən 09.09.2019-cu il tarixdə 05 saylı saxta protokol tərtib etmişdir. Həmin saxta protokolun surətini 2020-ci ilin yanvar ayında Balakən Rayon Məhkəməsindən əldə etmişlər. Protokolda qeyd olunur ki, guya müəssisə müflis olduğu üçün ləğv edilmişdir. X18 də onlara xəbər etmədən, fikrini belə öyrənmədən fikir azadlıqlarını pozaraq, 11.09.2019-cu il tarixli, 46 saylı idarə heyətinin qərarı ilə qanunazidd olaraq müəssisənin ləğv edilib, Balakən rayon İİK-ə birləşdirilməsi haqda qərar qəbul etmişdir. Eyni zamanda ləğvetmə komissiyasının yaradılmasını isə İİKnin sədri Nümayəndə1 tapşırmışdır. Amma Nümayəndə1 ləğvetmə komissiyasını yarada bilməmişdir. Çünki özü ilə birlikdə cəmi 4 nəfər idarə işçisi vardır. Müəssisənin direktoru da işdən çıxarıldığı üçün müəssisədən heç kim ləğvetmə komissiyasının üzvü olmamış, ona görə ki, bütün işçi lər müəssisənin ləğv edilməsini istəməmişlər. Azərittifaqın həmin qərarını rayona gətirən Azərittifaqın nümayəndəsi müəssisəninin möhür və ştampı götürüb, qanunazidd olaraq Nümayəndə1 vermişdir. Bu vəziyyətdən istifadə edən Nümayəndə1 bütün işçilərə, Təhsil şöbəsinə, məktəb direktorlarına məktublar göndərərək, X24 Birliyinin ləğv edildiyini, müəssisənin möhür və ştampının özünə verildiyini məlum etməklə və onlara təsir etməklə, işçilərini qanuna zidd olaraq işə qəbul etməklə, onlardan müəssisəyə daxil olacaq pulları yığmağa başlamışdır. Nümayəndə1 tərəfindən 2109-cu ilin sentyabr ayından 2020-ci ilin fevral ayı da daxil olmaqla işçilərdən 11000 manatdan çox plan pullar yığılmış, həmin pullardan bir manat belə olsun müəssisənin vergi pulları ödənilməmiş, heç bir işçinin sığorta haqları və əmək haqları belə ödənilməmişdir. 11000 manat pulun hamısı Nümayəndə1 tərəfindən mənimsənilmişdir. Müəssisənin bu günə vergi və sosial sığorta borcu 7657 manat təşkil etdiyi halda, Nümayəndə1 sədri olduğu Balakən rayon İİK-nin bu günə vergi və sosial sığorta borcu 35000 manatdan çoxdur. Yuxarıda qeyd edildiyi kimi Nümayəndə1 mövcud olmayan müvəkkillər iclası haqda saxta protokol tərtib edir, 09.09.2019-cu il tarixli, 05 saylı saxta qərarla müəssisəni ləğv etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.6-cı maddəsinə görə üzvlərinin sayı 200-dən çox olan kooperativlərdə ümumi yığıncaq əvəzinə müvəkkillərin iclası keçirilir. Həmin Məcəllənin 111.10 maddəsinə görə kooperativin üzvlərinin sayı 50-dən çox olan halda kooperativin üzvləri tərəfindən kooperativin idarə heyəti seçilir. Ey ni zamanda X12 17.1 -ci maddəsində izah olunur ki, kooperativin üzvlərinin ümumi yığıncağı üzvlərinin sayı 200-dən çox olan kooperativdə müvəkkillər yığıncağı kooperativin idarə heyətini, idarə heyətinin sədrini, üzvlərinin sayı 50-dən az olan kooperativdə idarə heyəti əvəzinə kooperativin sədri kooperativin idarə edilməsini həyata keçirir. Həmin Qanunun 29.2-ci maddəsində göstərilir ki, üzvlükdə qalanların sayı bu Qanunla müəyyən edilmiş kooperativin təsis edilməsi üçün zəruri olan fiziki və hüquqi şəxslərin sayından az olduqda ləğv edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1 maddəsində qeyd olunur: Kooperativ beşdən az olmayan fiziki və ya hüquqi şəxslər tərəfindən yaradılır. Balakən rayon İİk-nin cəmi 3 nəfər (1. Bayramova Tamara baş mühasib;

2. Bayramova Tükəzban,

3. Qaz ıyeva Zeynəb;) idarə işçisi vardır. Balakən rayon İİK-nin bir nəfər belə müvəkkili yoxdur. Müvəkkillər seçilməsi üçün kooperativin 200-dən çox üzvü olmalıdır ki, müvəkkillər seçmək mümkün olsun. Qeyd edilən maddi hüquq normasına görə Balakən rayon İİK-nin bu gün mövcud olması qanunaziddir. 2005-ci ildə İİK yaradılan zaman onun tərkibində fiziki və hüquqi şəxslər olmamışdır. Bu Kooperativ qanunvericilik pozuntuları ilə qeydə alınmışdır. Onun ləğv edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.2.2-ci maddəsində göstərilən əsaslar üzrə 13 saylı ərazi vergilər idarəsi tərəfindən məhkəmə qaydasında həyata keçirilməlidir. 13 saylı ərazi vergilər idarəsi isə illərdir susur. Müəssisənin Nizamnaməsi isə 20 fevral 2005-ci il tarixli müəssisənin ümumi iclasında qəbul edilib, təsdiq edilmişdir. Balakən rayon X21 Birliyi 30.06.2005-ci il tarixdə müstəqil balansa malik hüquqi şəxs olaraq, Vergilər Nazirliyinin 13 saylı Zaqatala Ərazi Vergilər İdarəsində VÖEN ********** olan nömrə ilə uçota alınmışdır. Hal-hazırda müəssisənin tərkibi əmlakları olan 1 iaşə obyektindən və 32 ümumtəhsil məktəbində fəaliyyət göstərən iaşə xidməti işçilərindən ibarətdir. Hüquqi şəxslərin ləğv edilməsi proseduru Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Vergi Məcəlləsinin müddəaları “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri ’’Qanunu, “Müflisləşmə və İflas haqqında” Qanun və ’’Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları” ilə tənzimlənir. Hüquqi şəxs iştirakçıları və vəkil edilmiş orqanın qərarı ilə könüll ü qaydada, razılıq olmadıqda isə məhkəmə qaydasında, müflis olduqda da məhkəmə qərarı ilə ləğv oluna bilər. Kooperativin və Azərittifaqın qərarında isə müəssisənin müflis olması ilə ləğv edilməsi qərarlaşdırılıb. Müəssisənin müflis olmasını sübut edən məhkəmə qərarı yoxdur. Eyni zamanda ləğvetmə prosesi başlamadan məcburən hüquq qabiliyyəti tam əllərindən alınmışdır. 16 sentyabr 2019-cu il tarixdən müəssisə ləğv edilmədən bütün səlahiyyətlər əllərindən alınmışdır. Yuxarıda qeyd etdikləri kimi İİK-nin sədri Nümayəndə1 işçilərinin sayı yetərli olmadığı üçün ləğvetmə komissiyasını da yarada bilmədi. 2020-ci ilin yanvar ayında iş məhkəmədə olarkən saxtakarlıqla arxa tarixə onlara məlum olmayan bir ləğvetmə komissiyası yaradılıb. Nəticədə müəssisənin ləğv edilməsi prosesi həyata keçirilməmişdir. Eyni zamanda Balakən rayon İİK-nin sədri müəssisənin İİMB-nin ləğv prosesində olması barədə qeydin hüquqi şəxslərin dövlət reystrinə daxil edilməsi üçün qeydiyyat orqanına adları qeyd olunan sənədləri təqdim edə bilməmişdir. Qanunvericilikdə qeyd edilən sənədlər qanunvericiliyin tələblərinə zidd olmadıqda, qeydiyyat orqanı 5 gün müddətində hüquqi şəxsin ləğvetmə prosesində olması barədə qeydi hüquqi şəxslərin dövlət reyestrinə daxil edir, ləğvetmə komissiyasının üzvlərini və ya təsviyyəçini qanuni təmsilçi kimi qeyd edib reyestrdən çıxarışı təqdim edir. Bundan sonra hüquqi şəxs tərəfindən sənədlərin tərtibi zamanı üzərində “ləğv prosesindədir” yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra “ləğv prosesindədir” sözləri əlavə edilir. Qeyd edilən sənədlərin heç b iri ləğvetmə komissiyası tərəfindən qeydiyyat orqanına təqdim edilmədiyi üçün, qeydiyyat orqanı tərəfindən “ləğv prosesindədir” yazılmış" möhür ləğvetmə komissiyasına verilməmişdir. Buna görə də müəssisənin ləğvetmə prosesində olması barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməmişdir. Təqdim olunmuş sənədlər qanunvericiliyin tələblərinə uyğun olduqda, qeydiyyat orqanı sənədləri aldığı vaxtdan 7 gün müddətində hüquqi şəxsin dövlət reyestrdən çıxarılmasını təmin edir. Balakən rayon İctimai X14 ləğv edilməsi ilə bağlı ləğvetmə komissiyası tərəfindən müəssisənin dövlət reyestrindən çıxarılması ilə bağlı qeydiyyat orqanına heç bir sənəd təqdim edilməmişdir. Amma İqtisadiyyat Nazirliyi yanında dövlət vergi xidməti idarəsinin rəisi P.Əhmədov Balakən rayon İİK-nin sədri Nümayəndə1la əlbir olaraq heç bir əsas olmadan 15.05.2020-ci il tarixdə birgə saxtakarlıq edərək, Qurumun Balakən rayon İİMBnin dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqda ərizə tərtib edirlər. Həmin ərizəni Balakən rayon İİK-nin sədri T. Məmmədov imzalayır və müəssisənin möhürü ilə təsdiq edir. Bu ərizə qanunazidd olduğu üçün 19.05.2020-ci il tarixdə Azərittifaqdan nümayəndə çağıraraq, 13 saylı vergi xidməti idarəsinin rəbərinin səyi ilə qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqda yeni bir ərizə tərtib edirlər. Bu ərizəni İİMB-nin işdən çıxarılmış direktoru Elçin Şirinov imzalayır və İİMBnin möhürü ilə təsdiq edilir. Hər iki ərizə qanuna zidd saxtakarlıqla tərtib edilib. Həmin ərizə ləğvetmə komissiyasının sədri tərəfindən “ləğvedilmə prosesindədir” yazılmış möhürl ə təsdiq edilməli idi. Bu günədək 13 saylı ərazi vergi xidməti tərəfindən İİMB-nin dövlət reyestrindən çıxarılması haqqında onlara heç bir rəsmi məlumat və bildiriş göndərilməyib. Məlum edilir ki, müəssisəni ilkin olaraq 1995-ci ildə yaratmışlar. Həmin vaxt 55 nəfər payçı tərəfindən müəssisənin qorunub saxlanması üçün hər bir şəxs 25000 manat məbləğində pulu müəssisənin xüsusi fonduna ödəmişdir. Eyni zamanda 2004-cü ilin yanvar ayında qəbul olunmuş Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanuna əsasən yenidən yaradılarkən payçılar müəssisənin varlığını qoruyub saxlamaq üçün müəssisənin xüsusi fonduna 50 min manat miqdarında pul ödəmişlər. Bu gün üçün müəssisənin ən aşağı halda 80-100 min dəyərində ictimai iaşə obyekti, əmlakları olan inzibati otaqları vardır. Onların pay almaq hüquqları vardır. Müəssisə ləgv olunurdusa, bütün bunlar qeydiyyat orqanı olan 13 saylı ərazi vergi xidməti tərəfindən araşdırılıb yoxlanılıb, müəyyən olunmalı idi. Ləğvetmə prosesinə nəzarət edib onu həyata keçirməli olan ərazi üzrə vergi xidməti orqanı heç bir fəaliyyət göstərməmiş, bu haqda dəfələrlə onlara etdikləri müraciətlərinə 13 saylı ərazi vergi xidmətinin rəhbəri P.Əhmədov qeyriobyektviv cavablar verərək, müəssisənin ləğv edilməsinə qəsdən imkan yaratmış və özü də qanunsuz hərəkətləri törədənlərin yaxın köməkçisi olmuşdur. Ərazi vergilər idarəsinin nəzarətsizliyinin və məsuliyyətsizliyinin nəticəsidir ki, müəssisənin qeydiyyatdan çıxarılması haqda 19.05.2020-ci il tarixdə ərizə tərtib edilsə də, 2019-cu il sentyabr ayından 2020-ci ilin fevral ayı da daxil olmaqla işlə dikləri dövr üçün Balakən rayon İİK-nin sədri Nümayəndə1 tərəfindən müəssisənin vergi pulları, işçilərin məcburi sığorta haqları, əmək haqları Nümayəndə1 tərəfindən aidiyyəti üzrə ödənilməmişdir. Bu haqda da dəfələrlə 13 saylı ərazi vergilər idarəsinə müraciət etmişlər. Nəticəsi olmamışdır. Elə buna görə də karantin rejimi dövründə onlar dövlət tərəfindən müəssisənin işçilərinə düşən yardımı ala bilməmişlər. Bunun da məsuliyyəti 13 saylı ərazi vergi xidmətinin və işçilərdən qanunazidd olaraq 11000 manat pulları toplayıb mənimsəyən Balakən rayon İİK-nin sədri Nümayəndə1 üzərinə düşür. Balakən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 fevral 2021-ci il tarixli, 2(019)-30/2021 saylı qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında tərəflərin izahatı, eləcə də işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Azərbaycan X5 icra orqanı idarə heyəti və onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Həm Balakən rayon X6, həm də Balakən rayon İctimai X14 yuxarı orqanı Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı- X9. Balakən rayon İstehsal-İstehlak Kooperativinin 09 sentyabr 2019-cu il tarixli, 05 saylı Müvəkkillər iclasının qərarı ilə Balakən rayon İctimai X14 direktoru X16 işdən çıxma barədə ərizəsi, Balakən rayon İctimai X14 müflis olaraq müəssisənin 6300 manat borcunun yaranması və həmin borcun maliyyə yardı mı olaraq Nümayəndə1 tərəfindən ödənilməsi nəzərə alınaraq, Balakən rayon İctimai X14 Balakən rayon İstehsal-İstehlak Kooperativinə birləşdirilməsi və buna razılıq verilməsi üçün Azərbaycan X5 İdarə Heyətinə təklif verilmişdir. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı- X18 Balakən rayon İstehsal-İstehlak Kooperativinin 09 sentyabr 2019-cu il tarixli, 05 saylı Müvəkkillər iclasının qərarı ilə verilmiş təklifə baxmış və onun 11 sentyabr 2019-cu il tarixli qərarına əsasən Balakən rayon X21 Birliyi ləğv edilərək Balakən rayon X7 birləşdirilmişdir. Balakən Rayon X3 X14 nizamnaməsində hüquqi şəxs olması barədə qeyd olsa da, müvafiq qaydada dövlət qeydiyyatından keçərək hüquqi şəxs statusu almadığı və bu səbəbdən 2008-ci ildə Vergilər Nazirliyinə təqdim olunan arxiv sənədləri arasında İctimai Bi rliyin qeydiyyat qovluğu aşkar edilməmişdir. Balakən Rayon X3 X22 19.10.1998-ci il tarixdə vergi uçotuna dayanmış və 30.06.2005-ci il tarixdə inventarlaşmadan keçərək, ********** nömrəli yeni VÖEN almışdır. Balakən rayon X3-X22 hüquqi şəxs statusu əldə etmədiyi üçün onun ləğvi hüquqi şəxsin əlavə bölməsinə uyğun formada aparılmışdır. Eyni zamanda 11.02.1996-cı il tarixdə 647 nömrə ilə (VÖEN **********) dövlət qeydiyyatına alınmış Balakən rayon X6 X21 Birliyi 19 oktyabr 2020-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. İşdəki sübutlardan birmənalı görünür ki, Balakən rayon İctimai X14 ləğv edilərək Balakən rayon X7 birləşdirilməsi Balakən rayon X6 09.09.2019-cu il tarixli, 05 saylı Müvəkkillər iclasının qə rarı ilə deyil, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı X11 11 sentyabr 2019-cu il tarixli, 46 saylı qərarı ilə həyata keçirilmişdir. Hazırki işdə isə iddiaçılar Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı X11 11 sentyabr 2019-cu il tarixli, 46 saylı qərarını mübahisələndirməmişlər. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı X11 11 sentyabr 2019-cu il tarixli, 46 saylı qərarı qüvvədədir. Balakən Rayon Məhkəməsinin 2(019)-155/2020 saylı, 29 iyun 2020-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş Balakən rayon X21 Birliyinə məxsus 1) Əmr kitabı-1969-2020-ci illər; 2) Əmək kitabçaları -1960-2020-ci illər; 3) Əmək haqqı kitabları -1960-2020-ci illər; 4) Şəxsi qovluqlar -1960-2020-ci illər; 5) Baş kitab -19602020-ci illər; 6) Dövriyyə cədvəlləri 1960-2020-ci illər; 7) Uçot kitabları- 1960-2020-ci ill ər; 8) Əsas vəsait və invertarların hesab kitabı- 1960-2020-ci illər; 9) Kassa kitabları -19602020-ci illər; 10) Kassa hesabatları və əmək haqqı ödəniş cədvəlləri- 1960-2020-ci illər; 11) Maddi məsul şəxslərin mal-material hesabı-1960-cı ildən 2020-ci ilədək, Balakən rayon İctimai X14 açarı və binasının boşaldılmış vəziyyətdə cavabdeh Bayramova (Emçiyeva) Xanım Umaxan qızından alınıb, iddiaçı Balakən rayon İstehsalİstehlak Kooperativinə verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 24.09.2020-ci il tarixli, 2 (107)-1657/2020 nömrəli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli, 2(019)-155/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Balakən Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli, 2(019)-155/2020 saylı qətnaməsi hazırda qüvvədədir və icra mərh ələsindədir. Eyni zamanda X17 11 sentyabr 2019-cu il tarixli, 46 saylı qərarı ilə Balakən rayon X21 Birliyi ləğv edilərək, təşkilatlarına birləşdirilmişdir. 19.09.2019-cu il tarixdə Azərittifaqın nümayəndəsi Hidayət Mehdiyev və Balakən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ramazan Saramanovun iştirakı ilə İİMB-nin direktoru X23 ərizəsinə əsasən işdən çıxdığı üçün müəssisənin bir ədəd möhür və bir ədəd künc ştampı akt tərtib edilməklə Balakən rayon X1 Heyətinin sədri Nümayəndə1 təhvil verilmişdir. İş üzrə iddiaçılar Balakən rayon X6 09.09.2019-cu ıl tarixli, 05 saylı Müvəkkillər iclasının qərarının ləğv edilməsi, qanuna zidd olaraq götürülmüş İİMB möhür və ştampının cavabdehdən alınıb geri qaytarılması və ya qeydiyyat orqanına (13 saylı Ərazi Vergilər İdarəsinə) təhvil verilməsi, cavabdeh Balakən rayon İİK tərəfindən 2019-cu ilin sentyabrfevral 2020-ci illər ərzində işçilərdən qanuna zidd olaraq toplanmış 11.000 (on bir min) manat miqdarında vəsaitin cavabdehdən alınıb müəssisəyə qaytarılması, 13 saylı ərazi vergilər idarəsinin qanunazidd olaraq tərtib etdikləri vergi ödəyicisi İİMB-nin uçotdan və dövlət reyestrindən çıxarılması haqda «5» nömrəli bildirişin ləğv edilməsi və İİMB-nin ləğv edilməsinin qanunsuz hesab edilməsi barədə iddia irəli sürsələr də, həmin iddia tələblərinin təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan hüquqi əsas və şərtlərin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələblərinin əsaslılığını sübut edə bilməmişlər. İddiaçılar həmçinin Balakən rayon İİK tərəfindən 2019-cu ilin sentyabr- fevral 2020-ci il lər ərzində işçilərdən qanuna zidd olaraq 11000 (on bir min) manat miqdarında vəsaitin toplanmasını və cavabdeh təşkilatın sədri Nümayəndə1 tərəfindən qanunsuz olaraq mənimsənilməsini göstərsələr də, bu halın mövcud olması, yəni Balakən rayon İİK tərəfindən 2019-cu ilin sentyabr- fevral 2020-ci illər ərzində işçilərdən qanuna zidd olaraq 11000 (on bir min) manat miqdarında vəsaitin toplanması və cavabdeh təşkilatın sədrinin qanunsuz olaraq həmin məbləğdə əsassız varlanması, cavabdeh Balakən İİK-nin hansısa qanunsuz əməlləri ilə onlara 11000 manat məbləğində ziyan vurulması, bu ziyanla cavabdeh təşkilatın hansısa qanunsuz əməlləri arasında səbəbli əlaqənin olması və cavabdeh təşkilatın həmin ziyanın vurulmasında təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bil məmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişlər. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçıların üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıların iddia ərizəsində göstərdikləri tələblərin heç bir faktoloji və hüquqi əsasları mövcud deyildir və ona görə də iddia əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, Balakən rayon İctimai X14 ləğvinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirildiyini, Balakən rayon İctimai X14 ləğv edilərək Balakən rayon X7 birləşdirilməsinin Azərbaycan Mərkəzi Kooperativlər X2 11 sentyabr 2019-cu il tarixli, 46 saylı qərarı ilə həyata keçirilməsini, hazırki işdə iddiaçıların Azərbaycan Mərkəzi Kooperativlər X2 11 sentyabr 2019-cu il tarixli, 46 saylı qərarını mübahisələndirməmələrini və iddianın təmin edilməsi üçün faktoloji və hüquqi əsasların olmadığını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 43.1, 49.1, 55.1, 56.1, 56.2, 56.3, 57.1, 59.1, 59.2, 59.2.1, 59.2.2, 59.2.3, 59.2.4, 59.2-1, 60.1, 60.2, 60.3, 60.4, 109.1, 110.1, 110-3.1, 111.1, 111.2, 111.3, 111.4, 111.6, 111.10, 113.1, 113.2, 157.6, 157.7, 427.3, 439.4, 442, 443.1, 443.2, 445.1, 445.2.1, 445.7, 448.1, 449.1, 449.4, 459.1, 465.2, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1096.1, 1096.2, 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 14.2, 76.1, 77.1, 78.1, 80, 81, 82.3, 88, 89.1, 89.3, 106.1, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçılar apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ələddin Məcidov sədrlik edən və məruzəçi, İmamverdi Şükürov, Vəzirxan Məlikov) 16 iyun 2021-ci il tarixli, 2(107)-999/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Balakən Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(019)-30/2021 saylı qətnаməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaəti ni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçıla r da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı19 Şərəfəddin qızı, İddiaçı17, İddiaçı18, İddiaçı16 və X25 (vəkilləri Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ş əki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 16 iyun 2021-ci il tarixli qətnaməsini maddi və prosessual hüquq normalarını pozaraq çıxarmışdır. İlk növbədə məlum edirlər ki, müəssisənin ləğvi haqqında xəbər tutan kimi Balakən rayon məhkəməsinə, sonra Balakən rayon məhkəməsinin qərardadın da göstərildiyi qaydada X26 Məhkəməsinə, bundan sonra Şəki kommersiya məhkəməsinə müraciət etməli olmuşlar. Ona görə ki, qeyd etdikləri bu məhkəmələr işin hansı məhkəməyə aid olduğunu müəyyən edə bilmirdilər və ərizələrini geri qaytarırdılar. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə ümumiyyətlə işi araşdırmadı. İlkin məhkəmə iclasında kollegiya bildirdi k, hələ iddianın mülki məhkəməyəmi, kommersiya məhkəməsinəmi aid olduğunu araşdırırlar. İkinci məhkəmə iclasında heç bir məlumat verməyib tələm -tələsik onları zala toplayıb qarma-qarışıq şəkildə (əvvəlki işə baxılıb qurtarmadan) çıxışlara keçib Qətnaməsini elan etdi. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası da Balakən rayon məhkəməsi kimi yuxarı orqanların məhkəmələrə təqdim etdikləri məktublara əsaslanaraq qanunazidd qətnamə çıxarmışdır. Həmin məktublarda istər 13 saylı ərazi vergilər idarəsinin, istərsə də digər məktublarda İİMB-nin QeyriKommersiya qurumu olan X5 hər hansı bir qurumu olaraq ləğv edildiyini bildirirlər. 13 saylı ərazi vergilər idarəsi tərəfindən məhkəməyə təqdim edilən Bildirişdə qeyd olunur ki, 11.02.1996-cı il tarixdə 647 nömrə ilə dövlət qeydiyyatına alınmış Balakən rayon İİK-nin X21 Birliyi 19 oktyabr 2020-ci il tarixdə ləğv edilmiş və həmin qurum kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarı lmışdır. Diqqət edin həm müvafiq vergi orqanı həm məhkəmə İİMB-nin qeyri kommersiya qurumu olan MKİ-nın qurumu olduğunu qeyd edirlər, amma müəssisələri kommersiya qurumlarının dövlət reyestrindən çıxarılır. Qeyrikommersiya qurumlarının filialı, nümayəndəliyi və ya hər hansı bir qurumu Qeyrikommersiya qurumlarının dövlət reyestrində uçota alınır. Qeyri kommersiya qurumunun filialı-nümayəndəliyi və əlavə qurumu 15 gün müddətində ləğv edilib, reyestrdən çıxarılır. İİMB-nin ləğv edilməsi haqda qərar 11 sentyabr 2019-cu ildə qəbul olunur, amma 13 aydan sonra 19 oktyabr 2020-ci ildə ləğv edilərək kommersiya qurumlarının dövlət reyestrindən çıxarılır. Hüquqi şəxs MM-nin 59.6-cı maddəsinə görə bir il Müddətində ləğv edilməli edilməyibsə ləğv edilmə yenidən həyata keçirilməlidir. 13 saylı ərazi ver gilər idarəsi İİMB-nin Azərittifaqın qurumu olmasını təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim edə bilmədi. 19 sentyabr 2019-cu il tarixdə müəssisələrinin möhür və ştampının əlimizdən alınıb İİK-nin sədri Nümayəndə1 veriləndə onlara məlum oldu ki, xəbərləri olmadan onlar 35 nəfər işçidən xəbərsiz saxta sənədlər tərtib edərək müəssisələrini ləğv etmişlər və onlara bu haqda heç bir sənəd vermədilər. Dolayısı yolla öyrəndilər ki, İİK-nin sədri təkbaşına saxta 09.09.2019-cu il tarixli 05 saylı protokol tərtib edərək guya müəssisələri iflas olduğu üçün müəssisələrinin ləğv edilib İİK-ə birləşdirilməsi haqda qərar qəbul edib. Müddət belə ötürmədən 30 sentyabr 2019-cu il tarixdə "Balakən rayon X8 Müvəkkillərinin 09.09. 2019-cu il tarixli 05 saylı iclasının qərarının mövcud olub olmaması nın müyyən edilməsi və mövcud olduğu halda həmin qərarın ləğv edilməsinin və müəssisənin möhürünün qaytarılmasına dair" iddia ərizəsi ilə Balakən rayon məhkəməsinə müraciət etdilər. Balakən rayon məhkəməsi 02.oktyabr 2019-cu il tarixli 2(019)-918/2019 nömrəli qərardadında izah edirdi ki, iddia mülki icraat qaydasında İnzibati-İqtisadi məhkəyə aid olduğunu izah etməklə, həmin tələblə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqlarını göstərmişdir. Balakən rayon məhkəməsinin hakimi Z.Tahirovun aidiyyət üzrə işin hansı məhkəməyə aid olduğunu bilməməsi üzündən iki ildən çoxdur ki, onun hərəkəti nəticəsində bu hadisələr davam edir. Hüquqi şəxsin ləğv olunmasını özündə əks etdirən yuxarıda göstərilən misallardan göründüyü kimi hüquqi şəxs iki yolla - könüllü və ya məcburi (hüquqi şəxsin i radəsindən kənar) ləğv oluna bilər. Hüquqi şəxsin məcburi ləğvi mütləq məhkəmə tərəfindən həyata keçirilməlidir. Sonuncu hal təsadüf sayda bilməz.Çünki bununla bir qayda olaraq yaranan mübahisələrin məhkəmə yolu ilə həll edilməsinin vacibliyi və bu zaman hər kəsin məhkəmə müdafiə hüququndan sərbəst və tam istifadə etməsinin təmin edilməsi göstərilən normanın əsas mahiyyətini təşkil edir.Mülki Məcəllənin 133.1-ci maddəsinə əsasən isə məhkəmələrin səlahiyyətlərinin müvafiq icra hakimiyyəti orqanının üzərinə qoyulması həmin Məcəllənin 59.2-ci maddəsinin müddəaları ilə üst-üstə düşmür. Konstitusiya Məhkəməsinin qərarında qeyd edilən normadan bəlli olur ki. hüquqi şəxs ilk növbədə onun iştirakçıları tərəfindən könüllülük qaydasında ləğv oluna bilər, mübahisə yarandıqda isə məhkəmənin qanuni qüv vəyə minmiş qərarı ilə ləğv oluna bilər. İİMB məhkəmə qərarı olmadan məcburən, zorən ləğv edilmişdir. İddia tələbləri ümumiyyətlə istər birinci, istərsə də ikinci instansiya məhkəmələri tərəfindən araşdırılmayıb.Ona görə ki, hər iki məhkəmə qətnamə çıxararkən İİMB-nin qeyri-kommersiya qurumu olan olan X5 hər hansı bir əlavə qurumu kimi (qurumun adını filialı, nümayəndəliyi olduğunu belə müəyyən edə bilmirlər) ləğv edildiyini əsas götürmüşlər. Eyni zamanda İİMB-nin MKİ-nın əlavə qurumu olması haqqında qeydiyyat məlumatlarının Qeyri-Kommesiya Qurmlarının dövlət reyestrində əks etditilməsinə dair hər hansı bir sənəd iş materiallarında yoxdur. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olur ki. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 85-c i. 88-ci və 89-cu maddəsinin tələblərinə əməl etməyib, eyni zamanda qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyib və nəticədə əsasız və qanunsuz qətnamə çıxarıb. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçılarn vəkili Vəkil1 və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İddiaçılar məhkəməyə ərizə ünvalayaraq, maddi imkansızlıqları səbəbindən mə hkəmə iclasında iştirak edə bilməyəcəklərtini göstərib, kasasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh Balakən rayon X4 İdarə heyətinin sədri Nümayəndə1 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini göstərib, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halla rına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 16 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya kollegiyası apelyasiya kollegiyasının mövqeyi ilə razılaşmayaraq bildirir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, apelyasiya kollegiyası işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən məhkəmə aidiyyəti qaydalarının pozulmasına əhəmiyyət verməmiş, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni dəyişdirilmədən saxlamaqla özü də məhkəmə aidiyyəti qaydalarının tələblərinə əməl etməmişdir. İş materiallarından görünür ki, Şəki Kommersiya Məhkəməsinin e2-2(117)-73/2020 saylı, 14.02.2020-ci il tarixli qərardadından (İİİ cild, səh 63) görünür ki, Şəki Kommersiya Məhkəməsi hazırki tələblə bağlı Balakən Rayon İstehsal İstehlak İctimai X14 müraciəti üzrə iddia tələbinin işin ümumi məhkəmələrə aid olması əsası ilə geri qaytarılması qərara alınmış, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(107)-15/2020 saylı, 14.05. 2020-ci il tarixli qərardadından (İİİ cild, səh 61) isə görünür ki, iddiaçı Şəki Kommersiya Məhkəməsinin e2-2(117)-73/2020 saylı, 14.02.2020-ci il tarixli qərardadından apelyasiya şikayəti vermiş, apelyasiya kollegiyası isə iddia ərizəsinin səlahiyyətli olmayan şəxs tərəfindən imzalanması əsası ilə birinci instansiya məhkəməsinin qərardadının ləğv edib iddia tələbinin baxılmamış saxlanması barədə qərardad qəbul etmişdir. Buradan da görünür ki, iddia tələbinin baxılmamış saxlanması qənaətinə gələn apelyasiya kollegiyası işin aidiyyətinin kommersiya məhkəməsinə aid olmamasına hər hansı münasibət bildirməmiş, qərardadının nəticə hissəsində nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə yenidən iddia qaldırmaq hüququnu izah etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr ara sında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli, 18.09.2020-cu il tarixli qərarına əsasən, “O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi sə bəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətin dən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. MPMin 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri il ə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür. Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və y axud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. Eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaş ma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmay an fiziki şəxslər) iştirak edə bilərlər. Subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyri-sahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir. Bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların komme rsiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. (11-22-ci bəndlər) Beləliklə göründüyü kimi, apellyasiya kollegiyası işin hallarını, tələbin mahiyyətini, işdə olan sübutları tam araşdırmamış, işdə olan sübutlara müqayisəli şəkildə düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnı z tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunm uş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstərilmiş hallarının, xüsusilə işin məhkəmə aidiyyətinin sübutların müqayisəli tədqiqi şəraitində tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.06.2021-ci il tarixli, 2(107)-999/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 6.06.2021-ci il tarixli, 2(107)999/2021 nömrəli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar