Məhkəmə qərarları › İş №2(102)-608/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-608/2020

03.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-608/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı, cavabdeh Maraqlı şəxs2 və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X5 Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs6, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-2072/2019 nömrəli qətnaməsindən cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2 və onların vəkili Vəkil tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(024)-495/2018 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddia təmin edilməmiş, İddiaçı cavabdehlər X5 Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs6, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 qarşı X1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə iddiası əsassız olduğundan rədd edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası (hakimlər Ə ləddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli və İnşallah Quliyev) xx xxxxxx 2018-ci il tarixdə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(024)-495/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı maraqlı şəxslər X5 Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs6, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilmiş, X1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası (hakimlər Əhməd Əhmədov sədrlik edən və məruzəçi, Akif İsgəndərov və İlqar Dəmirov) xx xxxxx 2019-c u il tarixli qərarı ilə Maraqlı şəxs1, Maraqlı şəxs2 və onların vəkili Vəkil kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(107)2568/2018 saylı qətnaməsinin ləğv edilməsi, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Elçin Hüseynov və Ayaz Mahmudov) xx xxxxxx 2019-cu il tarixli 2(107)-2072/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(024)-495/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər X5 Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs6, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməsi, X1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışin ləğv edilməsi qət edilmişdir. Cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2 və onların vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Səki Apellyasiya məhkəməsi qətnaməsində hansı hərəkətin və konkret hansı sənədləşmə işinin düzgün aparılmadığını, nəyin səhv və qanuna zidd olduğunu göstərm əmiş, iddia tələbindən tam kənara çıxmış, ümumiyyətlə çıxarışın alınmasında nəyin qanunsuz olduğunu göstərməyərək çıxarışın necə alınmalı olduğunu da göstərməmişdir. İş üzrə X5 nümayəndəsinin iştirakını işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb etdiyi halda təmin etməmiş, maraqlı şəxslərin iştirakı ilə çıxarışın verilməsinə əsas olmuş sənədlərin reyestr xidmətindən alınaraq araşdırılmasını təmin etməmiş, müdafiə hüquqlarını pozmuş və maraqlı şəxslərin iştirakı olmadan qanunazidd qətnamə qəbul etmişdir. Maraqlı şəxs1 mərhum X1 qanun üzrə vərəsəsi olmaqla həmçinin əmlak birgə nikah dövründə inşa edildiyindən həmin əmlakın yarı payının mülkiyyətçisi olduğu üçün tərəfindən reyestr idarəsinə müraciət edilmiş və yuxarıda qeyd olunan qanunun və təlimatın tələblərinə uyğun olaraq ölmüş şəxsin adına çıxarış alınmışdır. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2 və onların vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdirlər. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxl ayır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki halları bundan ibarətdir ki, Qax şəhər ZDS İcraiyyə Komitəsinin xx xxxxxx 1970ci il tarixli, 02 saylı protokol-qərarı ilə Sadəddin Əlicanova öz həyətyanı torpaq sahəsində yeni fərdi yaşayış evinin tikintisinə icazə verilmiş və 1970-ci ildə sonuncu orada 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 212,8 kv.metr, yaşayış sahəsi 55,0 kv.metr, köməkçi sahəsi 157,8 kv.metr olan fərdi yaşayış evi tikmişdir. Sonradan Qax şəhər XDS İcraiyyə Komitəsinin xx xxxx 1979-cu il tarixli, 07 saylı protokol-qərarı ilə Sadəddin Əlicanova bir göz evin tikintisinə icazə verilmiş və xx xxxxxx 2003-cü il tarixdə o, ölmüşdür. Daha sonra işdən görünür ki, Sadəddin Əlicanovun ölümündən sonra ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair reyestr orqanı tərəfindən Sadəddin Əlicanovun adına xx xxx 2017-ci il tarixli “Texniki pasport” çəkilib verilmişdir. Eləcə də xx xxx 2017-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən sözügedən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Sadəddin Əlicanovun adına, evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsi isə birgə mülkiyyət hüququ üzrə İddiaçı və digərlərinin adlarına qeydə alınmışdır. Hazırda iddiaçı atası Sadəddin Əlicanovun xx xxxxxx 2003-cü il tarixdə ölməsini, ondan miras qalmış evin ümumi sahəsinin 55,0 kv.metr olmasını, 1986-cı ildə evdə öz vəsaiti hesabına yenidənqurma işləri apararaq evin ümumi sahəsini genişləndirməsini, lakin ona məlumat verilmədən ümumi sahəsi 212,8 kv.metr olan evə dair atası Sadəddin Əlicanovun adına hüquqların dövlət qeydiyyatı haqqında xx xxx 20 17-ci il tarixli Çıxarış verilməsini, anası Maraqlı şəxs1 məhkəmədə ayrıca iddia qaldıraraq onun öz vəsaiti hesabına tikildiyi hissəni də vərəsəlik qaydasında öz adına rəsmiləşdirmək istəməsini göstərib, evə dair mərhum atası Sadəddin Əlicanovun adına verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 6.1.2, 14.2.1, 139.1, 139.3, 146.2, 149.2, 152.1, 647.2, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-2.4, 8.0.1, 8.0.8, 22.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2015-ci il tarixli, 319 saylı qərarı təsdiq edilmiş “2 saylı əlavə üzrə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alın mış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1, 7.2-ci istinad etməklə işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X1 adına xx.xx.2017-ci ildə verilmiş RX seriyalı ******* nömrəli çıxarış yuxarıda göstərilən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 05 oktyabr tarixli 319 nömrəli qərarı təsdiq edilmiş 2 nömrəli əlavə üzrə Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında təlimatın tələbləri pozulmaqla verilmişdir. Belə ki, Sadəddin Əlicanov ölümünd ən əvvəl ona məxsus daşınmaz əmlak üzərində mülkiyyət hüququna dair çıxarış almaq üçün müraciət etməmiş, onun arvadı Maraqlı şəxs1 və övladları onun ölümündən sonra notariat qaydada müəyyən edilmiş qanun və vəsiyyət üzrə vərəsəlik əldə etmədən sozügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış almaq üçün müraciət etməmiş, çıxarış verilməsi yalnız onun arvadı Maraqlı şəxs1 ərizəsi əsasında icra edilmişdir. Nəticədə ünvan 2 ünvanda yerləşən, mərhum Sadəddin Əlicanovun adına qeydə alınmış fərdi yaşayış evi ilə bağlı iddiaçının hüquqları pozulmuşdur. Halbuki, o doğulduğu andan hal-hazıra kimi həmin evdə yaşamış, orada bərpa və yenidən qurma işləri aparmış, vərəsəlik hüququ qazanmışdır. Həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsində payı vardır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan nəticəyə gəlmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. Həmin Qanunun 8.0.1, 8.0.8-ci maddələrində göstərilir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlər i üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər və sair daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəx həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2015-ci il tarixli, 319 saylı qərarı təsdiq edilmiş “2 saylı əlavə üzrə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına çıxarış tərtib edilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbayca n Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. Hazırda iddiaçı atası Sadəddin Əlicanovun xx xxxxxx 2003-cü il tarixdə ölməsini, ondan miras qalmış evin ümumi sahəsinin 55,0 kv.metr olmasını, 1986-cı ildə evdə öz vəsaiti hesabına yenidənqurma işləri apararaq evin ümumi sahəsini genişləndirməsini, lakin ona məlumat verilmədən ümum i sahəsi 212,8 kv.metr olan evə dair atası Sadəddin Əlicanovun adına hüquqların dövlət qeydiyyatı haqqında xx xxx 2017-ci il tarixli Çıxarış verilməsini, anası Maraqlı şəxs1 məhkəmədə ayrıca iddia qaldıraraq onun öz vəsaiti hesabına tikildiyi hissəni də vərəsəlik qaydasında öz adına rəsmiləşdirmək istəməsini göstərib, evə dair mərhum atası Sadəddin Əlicanovun adına verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mərhumun adına xx.xx.2017-ci ildə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 05 oktyabr tarixli 319 nömrəli qərarı təsdiq edilmiş 2 nömrəl i əlavə üzrə Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasma (yüklülüyünə) dair arayışın verilməsi haqqında təlimatın tələbləri pozulmaqla yalnız mərhumun arvadı Maraqlı şəxs1 ərizəsi əsasında verilməsinin iddiaçının hansı hüquqlarını pozduğunu qətnaməsində əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mərhuma məxsus əmlaka dair çıxarışın Maraqlı şəxs1 ərizəsi əsasında verilməsi özü-özlüyündə iddiaçının vərəsəlik hüquqlarını pozmur, çünki həmin çıxarışda göstərilən miras əmlakın mərhumun hansı vərəsəsi tərəfindən qəbulu, miras əmlakda vərəsələrin payı notariat orqanı və ya mübahisə olarsa, məhkəmə tərəfində həll edilən məsələdir. Mərhumun mülkiyyətində hər hansı əmlakın olması barədə hüquqmüəyyənedici sənəd əld ə edilmədən həmin əmlaka dair notariat qaydada qanun və ya vəsiyyət üzrə vərəsəliyin əldə edilməsində söhbət gedə bilməz. İş materiallarından da görünür ki, tərəflər arasında Sadəddin Əlixanovdan miras qalmış əmlaka vərəsəlik hüququnun tanınması və sair barədə mübahisəyə dair iddia birinci instansiya məhkəməsinin icraatındadır. Çıxarış verilən əmlakın bir hissəsinin iddiaçının vəsaiti hesabına tikilməsi və həmin hissənin miras əmlaka daxil olması barədə iddianın dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında da göstərildiyi kimi, iş materiallarında evin məhz 1986-cı ildə iddiaçının vəsaiti hesabına tikilməsini özündə ehtiva edən heç bir yazılı sübut işdə mövcud deyildir. Yeni apellyasiya baxışı zamanı da, iddiaçı tərəfindən iddiada göstə rilən bu halları əsaslandıran heç bir sübut məhkəməyə təqdim edilməmişdir və qətnamədə apellyasiya instansiyası məhkəməsinin iddianın əsas dəlili olan bu hal üzrə hər hansı araşdırma apardığı və hər hansı qənaətə gəldiyi görünmür. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mərhum X1 adına qanuni əsaslarla verilmiş daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın ləğvi üçün işdə hər hansı əsasın olmamasına düzgün hüquqi qiymət verməmişdir. Kollegiya qeyd edir ki, qanunvericilik miras qoyanın istənilən vərəsəsinin müraciəti əsasında sözügedən evə mərhumun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini qadağan etmir, hətta bununla yuxarıda qeyd edildiyi kimi vərəsəlik münasibətlərini da ha dolğun və düzgün həll edilməsi üçün də şərait yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, e ləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi iddianın hansı mötəbər sübutlara görə əsaslı olmasını öz qətnaməsində əsaslandırmamış, kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş göstərişlərə tam əməl etməmiş, bununla da maddi və prossesual hüquq normalarının tələblərini pozaraq cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etməmişdir. Azərbaycan Respublikası MPM-nin418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya b axışına göndərilməsi üçün əsas olsa da, kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər tərəflərin iştirakı ilə araşdırılıb hüquqi qiymət verilməklə, mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 419, 420, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2( 107)2072/2019 nömrəli qətnaməsi ləğv edilsin və yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar