Məhkəmə qərarları › İş №2(102)-6088/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6088/2019

28.08.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6088/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 mart 2019-cu il tarixli qətnaməsindən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 avqust 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim N.A.Bağırov, iş № 2(009)-5168/2017 saylı mülki iş) İddiaçı qızının cavabdeh "xxxx" MMC-yə qarşı (3-cü şəxs "xxxx" ASC) «hərracın nəticələri barədə yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi tərəfindən 01.12.2016-cı il tarixdə verilmiş 2(103)-1111/2016 saylı icra vərəqəsinin icrası qaydasında İddiaçı qızına məxsus ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, keçid 1410 ünvanında yerləşən 15/2 saylı evin 79 saylı mənzilinin satılmasına dair "xxxx" MMC-nin tərtib etdiyi Hərracın nəticələri haqqında 07.06.2017-ci il tarixli № Y-281 saylı yekun Protokol və "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 07 iyun 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov (sədrlik edən, məruzəçi), E.C.Kazımov və İ.S.Şirinov, 2(103)4286/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qətnaməsi "xxxx" ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 10 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov (sədrlik edən, məruzəçi), M.T.Əhmədova və Ə.M.Rüstəmov, 2(102)-5686/2018 saylı mülki iş) Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 mart 2019-cu il tarixli qətnaməsi ilə (ha kimlər A.N.İmanov (sədrlik edən, məruzəçi), A.Q.Hüseynov və V.N.Sadıqov, 2(103)684/2019 saylı mülki iş) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-5168/2017 saylı iş üzrə 22 dekabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi tərəfindən 01.12.2016-cı il tarixdə verilmiş 2(103)-1111/2016 saylı icra vərəqəsinin icrası qaydasında İddiaçı qızına məxsus ipoteka predmeti olan Bakı şəhəri, ÜNVANında yerləşən 15/2 saylı evin 79 saylı mənzilinin satılmasına dair "xxxx" MMC-nin tərtib etdiyi Hərracın nəticələri haqqında 07.06.2017-ci il tarixli №Y-281 saylı yekun Protokolun və "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış «Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə» 07 iyun 2017-ci il tarixli mü qavilənin etibarsız hesab edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 138 manat məbləğində pulun "xxxx" MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı qızı cavabdeh "xxxx" MMC-yə qarşı (üçüncü şəxs:"xxxx" ASC) «hərracın nəticələri barədə yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin 07.06.2017-ci il tarixli №Y-281 saylı hərracın nəticələri haqqında yekun Protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Üçüncü şəxs "xxxx" ASC apellyasiya instansiyası məhkəməsinin qətn aməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Üçüncü şəxsin nümayəndəsi X3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kass asiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 03.05.2016-cı il tarixli 2(103)-1111/2016 saylı icra vərəqəsinə əsasən İddiaçı qızından və X1 birgə qaydada "xxxx" ASC-nin xeyrinə 25.10.2013-cü il tarixli 12 XZBK №-li kredit müqaviləsi üzrə 54,834 manat əsas borcun, 17.261,79 manat faiz borcunun, ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 51 manatın, cəmi 72.146.79manat pulun tutulması, həmçinin 16.12.2013-cü il tarixli 45XZKK №-li kredit müqaviləsi üzrə 3000 manat əsas borcun, 1449 manat faiz borcunun, cəmi 4449 manat pulun"xxxx"ASC-nin (xəyrinə tutulması, tələbin İddiaçı qızının mülkiyyətində olan ÜNVANə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 120.000 manat müəyyən edilməklə,açıqhərracdansatılması,satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, borcun tam ödənildikdən sonra məbləğin qalan hissəsinin İddiaçı qaytarılması, evin satıldığı tarixdən 1 ay müddətinə boşaldılması müəyyən edilmişdir. İşdə olan "xxxx" MMC-nin Hərracın nəticələri haqqında 07.06.2017-ci il tarixli Y-281№-li yekun Protokolunun surət indən görünür ki,İddiaçı qızına məxsus Bakı şəhəri, ÜNVANında yerləşən 15/2 saylı evin 79 saylı mənzili 120.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, «İpoteka haqqında» Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətindən əvvəlcə 15%, sonradan isə daha 25% endirməklə, təkrar hərracda "xxxx" MMC-nin 07.06.2017-ci il tarixli, №Y-281 saylı hərracın nəticələri haqqında yekun Protokolu əsasında bağlanmış 07.06.2017-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə uyğun olaraq, qiyməti - 76500 (yetmiş altı min beş yüz) manata ipoteka saxlayan "xxxx" ASC-yə satılmışdır. İş materiallarına əlavə edilmiş «Birja yenilikləri» qəzetinin 2017-ci ilin mart, aprel və may ayları üçün dərc edilmiş müvafiq olaraq 54, 56 və 60N2-İİ buraxılışlarında dərc ol unmuş məlumatdan görünür ki, Bakı şəhəri, ÜNVANında yerləşən 15/2 saylı evin 79 saylı mənzilinin satılması məqsədilə əvvəlcə 120.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılacağı, sonra isə ilkin hərrac baş tutmadığından 15% aşağı endirilmiş 102.000 manat qiymətlə sonrakı tarixlərdə təkrar hərraca çıxarılacağı barədə kütləvi informasiya vasitələrində hərracın keçiriləcəyi ünvan göstərilməklə, lakin hərracın keçiriləcəyi vaxtı göstərilmədən elan dərc edilmişdir. İş materiallarından məlum olur ki, kassasiya instansiyası məhkəməsinin göstərişləri əsasında 12 dekabr 2018-ci il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq eskpertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 34184 nömrəli, 05.02.201 9-cu il tarixli ekspert rəyindən görünür ki, mülki işin 27-ci vərəqəsində olan 10 mart 2017-ci il tarixli, 31 mart 2017-ci il, 14 aprel 2018-ci il tarixli və 28 aprel 2018-ci il tarixli "xxxx" MMC tərəfindən Bakı şəhəri, ÜNVANında yerləşən 15/2 saylı evin 79 saylı mənzilinin hərracdan realizə edilməsi ilə bağlı hərracın keçirilməsi üçün göndərilmiş bildirişlərin alınması barədə sifarişli poçt göndərişlərinin (xəbərnamələrin) kserosurətlərində “şəxsən” qrafalarında əks olunmuş imzalar (4 ədəd)-İddiaçı qızı tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilmiş və təkrar apellyasiya icraatı zamanı tədqiq edilmiş Bakı səhəri Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 79 saylı Mənzil Kommunal İstismar Sahəsinin 12.12.2018-ci il tarixli 819 nömrəli arayışından görünür ki, 1956-ci il təvəllüdlü İddiaçı qızı Bakı şəhəri ÜNVANında yerləşən 15/2 saylı evin 79 saylı mənzildə tək yaşayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 03.05.2016-cı il tarixli, 2(103)-1111/2016 saylı qətnaməsinin icrası tədbirləri nəticəsində "xxxx" MMC tərəfindən keçirilmiş hərracların tarixi, vaxtı, keçirilmə yeri, forması və predmeti barədə həm hərrac təşkilatı tərəfindən, həm də Binəqədi rayon İcra Şöbəsi tərəfindən ipoteka qoyan İddiaçı qızına bildirişlər təqdim edilməməklə ona rəsmi məlumat verilməmiş və bununla da onun xəbəri olmadan əmlakı «İpoteka haqqında» Qanunun tələbləri pozulmaqla keçirilmiş hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İd diaçı qızının mülkiyyətində olmuş Bakı şəhəri, ÜNVANında yerləşən 15/2 saylı evin 79 saylı mənzilin satılması ilə əlaqədar hərracların keçirilməsi zamanı hərrac təşkilatçısı olan cavabdeh "xxxx" MMC tərəfindən «İpoteka haqqında» Qanunun tələbləri pozulmuşdur. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə tarixi, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Həmin Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. -416.2-ci maddəsinə görə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı qızına məxsus ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, keçid 1410 ünvanında yerləşən 15/2 saylı evin 79 saylı mənzilinin satılması ilə əlaqədar keçirilmiş hərraclar zamanı “İpoteka haqqında “ qanunla müəyyən edilmiş qaydalar cavabdeh "xxxx" MMC tərəfindən mühüm dərəcədə pozulduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1 və 416.2-ci maddələrinin tələblərinə uyğun olaraq keçirilmiş hərraclar, həmçinin Bakı şəhəri, BÜNVANında yerləşən 15/2 saylı, ev 79 saylı mənzilin satılmasına dair "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 07 iyun 2017-ci il tarixli müqavilə və 07 iyun 2017-ci il tarixli №Y-281 saylı hərracın nəticələri haqqında yekun protokol etibarsız hesab edilməlidir. Keçirilmiş ekspertiza xərci ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 138 manat məbləğində pul "xxxx" MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməmə lidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar