Məhkəmə qərarları › İş №2(102)-6097/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6097/2021

03.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6097/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: əqdin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2700/2019 nömrəli iş üzrə 19 mart 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 13.05.2013-cü il tarixli 13/605 nömrəli daxili lizinq müqaviləsinə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan 40.000 ABŞ dolları dəyərində “KRONE” markalı avtomobil lizinq alan İddiaçı müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiyası məhkəməsində icraat 2016-cı ilin may ayında İddiaçı "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 13.05.2013-cü il tarixli daxili lizinq müqaviləsinin qanunvericiliyin tələblərinə zidd olaraq ABŞ dolları ilə ifadə olunmasını, həmçinin müqavilənin vacib yanılmanın təsiri altında və aldadılmaqla bağlanmasını əsas göstərək etibarsız hesab edilməsi və onun tərəfin dən cavabdeh şirkətə ödənilmiş 30.141,43 ABŞ dolları məbləğində lizinq ödənişinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddiaya qarşı "xxxx" MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 17.388 ABŞ dolları əsas borc, 15.506 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 32.895 ABŞ dollarının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2689/2016 saylı, 14 iyul 2016-cı il tarixli qətnaməsi ilə (hakim: Z.Ə.Əliyev) ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı "xxxx" MMC-nin xeyrinə 17.388,94 ABŞ dolları əsas borc və 2.000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19.388,94 ABŞ dollarının ödəniş gününə manata olan məzənnəsi ilə tutulması qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir. 2017-ci ilin aprel ayında İddiaçı "xxxx" MMC-yə qarşı digər bir iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, 2006-cı il buraxılışlı “DAF” markalı yəhərli dartıcını və 2006-cı il buraxılışlı “KRONE” markalı qoşqunu əldə etmək hüququnun tanınması və cavabdeh şirkətdən alınaraq ona verilməsi, həmin əmlaklara dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2389/2017 saylı, 05 may 2017-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5499/2017 saylı, 25 avqust 2017-ci il tarixli qət naməsi ilə (hakim: H.A.Səfərov) iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsini və ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 avqust 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 fevral 2017-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, X7 ilə X2 əlavə cavabdehlər qismində işə cəlb edilməsini və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-5499/17 saylı mülki iş üzrə əvvəlki tələblərlə yanaşı cavabdeh X7 ilə "xxxx" MMC arasında bağlanmış 05 yanvar 2017-ci il tarixli, 17/970 saylı daxili lizinq müqaviləsinin, "xxxx" MMC ilə cavabdeh X6 arasında həmin nəqliyyat vasitəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birləşdirilmiş iddia tələbləri üzrə işə apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 (103)-88/2018 saylı, 21 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov) İddiaçı apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixli qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, onunla "xxxx" MMC arasında bağlanmış 13.05.2013-cü il tarixli daxili lizinq müqaviləsinin etibarsız hesab edilməsi qət edilmiş, ilkin iddia qalan hissədə təmin edilməmiş, "xxxx" MMC-nin qarşılıqlı iddiası qismən təmin edilərək, İddiaçı "xxxx" MMC-nin xeyrinə 15.123,37 manat tutulması qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamə ilə İddiaçı iddiası təmin edilərək, cavabdehlər "xxxx" MMC ilə X7 arasında bağlanmış 05 yanvar 2017-ci il tarixli daxili lizinq müqaviləsi, onlar arasında 2006cı il buraxılışlı “Krone” markalı qoşquya dair bağlanmış 17.01.2017-ci il tarixli alqı-satqı müqaviləsi, habelə həmin qoşquya dair elə həmin tarixdə X7 ilə X6 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı 2006-cı il buraxılışlı “Krone” markalı qoşquya hüququnun tanınmaqla həmin nəqliyyat vasitələrinin ona qaytarılması, cavabdehlər X7 ilə X3 etibarsız hesab olunan əqdlərin nəticələri ilə bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah olunması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsi ndə birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2018-ci il tarixli qətnaməsindən "xxxx" MMC kassasiya şikayəti verərək qətnamənin işdəki sübutlara düzgün qiymət verilmədən, işin halları tam və hərtərəfli araşdırılmadan çıxarılmasını əsas göstərərək ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7832/2018 saylı, 29 noyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər – G.A.Quliyev (sədrlik edən və məruzəçi), Ə.A.Mirzəliyev və İ.K.Dəmirov) kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə gönd ərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2700/2019 saylı, 19 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.Ə.Hüseyn) İddiaçı tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 avqust 2017-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti isə təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixli qətnaməsi qismən-qarşılıqlı iddiaya aid hissədə ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, İddiaçı 12.084,6 manat lizinq ödənişi və 1000 manat dəbbə pulu olmaqla, cə mi 13.084,6 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməsi, qalan hissədə həmin iddianın təmin edilməməsi, həmin qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə ilə həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 avqust 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, İddiaçı tərəfindən irəli sürülmüş X7 ilə "xxxx" MMC arasında bağlanmış 05 yanvar 2017-ci il tarixli 17/970 saylı daxili lizinq müqaviləsinin və "xxxx" MMC ilə cavabdeh X6 arasında həmin nəqliyyat vasitəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə iddia rədd edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya instansiyası məhkəməsində icraat İddiaçı Bakı Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 19 mart 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 354.2 Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutl arı araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsi n. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətin in dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında 13.05.2013-cü il tarixli 13/605 saylı daxili lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən MMC tərəfindən İddiaçı 36 ay müddətinə dəyəri 40.000 ABŞ dolları təşkil edən 1 ədəd “DAF XF 95 yük” markalı yəhərli dartıcı və həmin il buraxılışlı “Krone” markalı qoşqu lizinqə verilmiş, 15 oktyabr 2015-ci il tarixdə lizinq obyektləri "xxxx"xxxx"xxxx" MMC həmin lizinq obyektlərini 05 yanvar 2017-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən X5 lizinqə vermişdir. 2006-cı il buraxılışlı “Krone” markalı yarımqoşqu 17 yanvar 2017-ci il tarixdə əvvəlcə X4, daha sonra isə X2 mülkiyyətinə keçmişdir. İddiaçı MMC-yə qarşı 13.05.2013-cü il tarixli lizinq müqaviləsinin etibarsız hesab edilməsi və onun tərəfindən cavabdeh şirkətə ödənilmiş 30.141 ABŞ dolları məbləğində lizinq ödənişinin cavabdehdən onun xeyrinə tutulması, həmçinin "xxxx" MMC-yə, X5 və X1 qarşı “DAF” markalı yəhərli dartıcını və “Krone” Markalı qoşqunu əldə etmək hüququnun tanınması və cavabdeh şirkətdən alınaraq ona verilməsi, həmin əmlaklara dair bağlanmış daxili lizinq müqaviləsi və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı daxili lizinq müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbi əsassızdır, belə ki, Mülki Məcəllənin 337.1 və 339-cu ma ddələrində əqdlərin etibarsız hesab edilməsi əsasları göstərilmişdir. İddiaçının istinad etdiyi lizinq ödənişlərinin ABŞ dolları ilə müəyyən edilməsi halı qeyd olunan əsaslara aid deyildir. İddiaçının mübahisələndirilən müqavilənin vacib əhəmiyyətli yanılma altında və aldadılmaqla bağlanılması barədə tələbi isə sübut olunmur. Belə ki, iddiaçı tərəfindən bununla bağlı əsasların mövcud olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin iddiaçı 13.05.2013-cü il tarixli daxili lizinq müqaviləsinin ləğvi tələbi ilə məhkəməyə 2016-cı ilin may ayında müraciət etməklə Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş etibarsız əqdlər üzrə müddətləri ötürmüşdür. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Apellyasiya instansiyası məhkəməsi həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, İddiaçı tərəfindən irəli sürülmüş cavabdeh X7 ilə "xxxx" MMC arasında bağlanmış 05 yanvar 2017-ci il tarixli daxili lizinq müqaviləsinin, MMC ilə cavabdeh X6 arasında həmin nəqliyyat vasitəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə iddia tələbləri də əsassızdır. Belə ki, iddiaçı həmin müqavilələr üzrə tərəf deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. İddiaçı 13.05.2013-cü il tarixli daxili lizinq müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməyərək 2014-cü ilin fevral-may, iyul, dekabr aylarında və 2015-ci ilin yanvar-mart, maysentyabr aylarında ödənişləri həya ta keçirməmiş və bununla da müqavilə şərtlərini pozmuş və bu baxımdan cavabdeh MMC lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Kassasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çı xarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2700/2019 nömrəli iş üzrə 19 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar