Məhkəmə qərarları › İş №2(102)-61/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-61/2020

10.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-61/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X22na qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1045/2019 saylı, 27 may 2019-cu il tarixli qətnaməsindən cavabdeh X22 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Mə hkəməsinin iş üzrə 08.05.2018-ci il tarixli, 2(004)-570/2018 saylı qətnaməsi ilə ilə (hakim A.Ş.Mirzəzadə) İddiaçı cavabdeh X22na qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, maddi zərərin əvəzi kimi 1579 (bir min beş yüz yetmiş doqquz) manat, mənəvi zərərin əvəzi kimi 300 (üç yüz) manat və iddia ərizəsinin verilməsi ilə əlaqədar məhkəmə xərcinə görə 30 manat məbləğində pul vəsaitinin cavabdeh X22ndan tutularaq İddiaçı ödənilməsi, ekspertiza xərcinə görə 50 (əlli yüz) manatın İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1045/2019 saylı, 27 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və Z.Ə. Əliyev), cavabdeh X22nın apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-570/2018 saylı işi üzrə 08.05.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması və ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul vəsaitinin cavabdeh X22 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdeh X22na qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh X22 tərəfindən onun Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 7A saylı evin 46 saylı mənzilində əmlakına vurulmuş maddi zərərə görə ümumilikdə 1500 manat və kirayədə yaşamaqla bağlı 2400 manat vəsaitin tutulmasına və mənəvi zərərə görə 500 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək evinin təmir edilməsi üçün 1579 manat və mənəvi zərərə görə 500 manatın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh X22 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh X22 və X1 kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası qeyri-obyektivliyə yol vermiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh X22 üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdeh X22nın kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunub-olunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 40 saylı Mənzil Kommunal İstismarının əməkdaşları tərəfindən verilmiş 13.10.2017-ci il tarixli akta əsasən Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 7A saylı evin 46 saylı mənzilində yaşayan İddiaçı müraicətinə əsasən yaşadığı mənzildə olmuşlar. Həmin binanın 49-cu mənzilində yaşayan X22nın mənzilindən su axıntısı olmuşdur. Su axıntısı nəticəsində İddiaçı mənzilinin tavanı islanmış və sarı ləkələr əmələ gəlmişdir. Döşəmədə olan parketlər islanmış və qabar vermişdir. Bu barədə S.Məmmədovaya xəbərdarlıq olunmuşdur. Bu günə qədər heç bir iş görülməmişdir. İddiaçı mənzilində təmirə ehtiyac vardır və ona maddi ziyan dəymişdir. S.Məmmədovanın barəsində tədbir görülməsi üçün akt tərtib olunmuşdur (səh.6); 40 saylı Mənzil Kommunal İstismarı tərəfindən verilmiş 316 saylı, 13.10.2017-ci il tarixli arayışa görə İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 7A saylı evin 46 saylı mənzildə qeydiyyatsız yaşayır, mənzil özünündür, mənzil bir otaqlıdır (səh.7); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanı nda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 7A saylı evin 46 saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 5886 nömrəli vərəqində qeydiyyata alınmışdır (səh.8). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.03.2018-ci il tarixli, 1475/76 nömrəli rəyinə əsasən tədqiq olunan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 7A saylı evin 46 nömrəli mənzilinin cavabdehə məxsus 49 saylı mənzilin altında yerləşməsini, 46 saylı mənzilin yuxarıda göstərilən tikililərinin konstruktiv elementləri (tavan, divar) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, 46 saylı mənzilə 49 sayl ı mənzildən suyun sızması müəyyən edilmişdir.Lakin 49 saylı mənzilin qapısı bağlı olduğundan 46 saylı mənzilə suyun hansı səbəbdən sızmasını müəyyən etmək mümkün olmamışdır.Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 7A saylı evin 46 nömrəli mənzilinə suyun sızma halları nəticəsində dəymiş zərərin bərpa olunması üçün sərf olunan(xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 1579 manatolduğu müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 7A saylı evin 46 saylı mənzilinə suyun sızması nəticəsində 46 saylı mənzildə olan çılçırağa və “Sony” markalı televizora dəymiş zərərin300 manatolduğu müəyyən edilmişdir. Məhkəmə, iddiaçının evinə cavabdehin evindən su sızması nəticəsində ona dəymiş mənəvi zərəri 300 manat məbləğində qiymətləndimişdir. İş ma teriallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.04.2019-cu il tarixli 9503 nömrəli rəyinə əsasən, tədqiq olunan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 7A saylı evin 46 saylı mənzilinin cavabdehə məxsus 49 saylı mənzilinin altında yerləşməsini, 46 saylı mənzilin yuxarıda göstərilən tikililərinin konstruktiv elementləri (tavan, divar, döşəmə) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu, həmin qüsurların su sızmaya aid olduğunu, eləcə də mülki işdə olan aktın məlumatlarını nəzərə alaraq, 46 saylı mənzilə 49 saylı mənzildən suyun sızması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının 46 saylı mənzilində su sızma izlərinin aşkar olunduğu sahələrin otağın tavanının bütün hissələrində olduğundan, 49 sayl ı mənzildə suyun nəzarətsiz qalması səbəbindən su sızması baş verə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq olunan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 7A saylı evin 46 saylı mənzilə suyun sızma halları nəticəsində dəymiş zərərin bərpa olunması üçün sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 1579,0 manat və aparılmış tədqiqatın dəyəri isə 50 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarı; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı; MM-nin 21.1, 1096, 1097, 1098.2, 1115; “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41; MPM-in 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390, 420-ci maddələrinə, habelə apellyasiya icraatı zamanı keçirilmiş əlavə məhkəmə-tikinti-texniki ekspertizasının nəticəsinə istinadən hesab etmişdir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüq uqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X22 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1045/2019 saylı, 27 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar