Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-610/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçının vəkili X1, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı2 MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(107)-2485/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək onunla cavabdeh arasında sonuncunu Kanadada işə düzəltmək məqsədi ilə giriş vizasının alınması üçün xx xxxx 2018-ci il tarixli 39 nömrəli müqavilə bağlanmışdır. O, müqavilə bağlanarkən ilkin olaraq 5500 ABŞ dollarının (9350 manat), viza alındıqdan sonra isə 3000 ABŞ dollarının (5100 manat) ödənilməli olduğunu cavabdehə bildirmişdir. O, 5500 ABŞ dollarının (9350 manat) işlərin görülməsi üçün “xxxx” LLC-yə ödənilməli olan məbləğ olduğunu cavabdehə izah etmişdir. Cavabdeh müqavilə bağlanarkən 5500 ABŞ dollarının (9350 manat), 2500 ABŞ dollarını (4250 manat) müqavilə bağlandıqdan sonra bir neçə gün ərzində, qalan 3000 ABŞ dollarını (5100 manat) müqavilənin bağlanmasından sonra bir ay ərzində, yekun olaraq ödənilməli olan 3000 ABŞ dollarını (5100 manat) isə vizanın alınması ndan sonra ödəyə biləcəyini bildirərək razılaşmanın bu şəkildə edilməsini ondan xahiş etmişdir. O, razılaşmaya əsasən tələb olunan sənədləri cavabdehdən tələb etmiş, sonuncu tələb olunan sənədlərdən yalnız pasportunun surətini təqdim etmiş, digər sənədləri isə gətirəcəyini bildirərək işə başlanılmasını xahiş etmişdir. O, müqavilə üzrə öhdəliklərin icrasına başlamış və Amerikada fəaliyyət göstərən “xxxx” MMC-nə müraciət etmişdir. “xxxx” LLC-nin ilkin ödəniş olaraq tələb etdiyi 5500 ABŞ dolları (9350 manat) xx xxxx 2018-ci il tarixli 828475 nömrəli qəbzlə onun tərəfindən cavabdehin adından “xxxx” MMC-nə ödənilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə ilkin ödəniş olaraq üzərinə götürdüyü 2500 ABŞ dollarını (4250 manat), müqavilə bağlandıqdan sonra bir ay ərzində ödəməli olduğu 3000 ABŞ dollarını (5100 manat) və müqavilə üzrə tələb olunan sənədləri ona təqdim etməmişdir. O, cavabdehlə dəfələrlə əlaqə saxlayaraq müvafiq sənədləri və ödənişləri təqdim etməsini tələb etmiş, əks halda işin görülməsinin qeyri-mümkün olduğu barədə sonuncuya xəbərdar etmişdir. Buna baxmayaraq, cavabdeh tələb olunan müvafiq sənədləri və ödənişləri ona təqdim etməmişdir. O, xx xxxx 2018-ci il tarixli 39 nömrəli müqavilə üzrə öhdəliklərin icrasına başlayaraq vizanın alınması məqsədi ilə müvafiq sənədlərin əldə edilməsi üçün “xxxx” MMC-nə müraciət etmiş və buna görə sonuncuya cavabdehin adından 5500 ABŞ dolları (9350 manat) məbləğində pul ödəsə də, sonuncunun müqavilə öhdəliklərini icra etməməsi nəticəsində vizanın alınması mümkün olmamış və ona 5500 ABŞ dolları (9350 manat) maddi ziyan dəymişdir. Cavabdeh 5500 ABŞ dolları (9350 manat) məbləğində maddi ziyanı ödəmədiyi üçün məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu ödəməyə 30 manat vəsait sərf etmişdir. O, cavabdehdən 9350 manat məbləğində pulu və 30 manat dövlət rüsumunu tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfael Şirinov) xx xxxxx 2019-cu il tаrixli qətnaməsi ilə İddiaçı2 MMC-nin (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı 9350 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun “xxxx” MMC-nin xeyrinə tutulması barədə tələbi qismən təmin edilərək cavabdehdən 4250 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 4280 manat pulun tutularaq iddiaçıya ödən ilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən, İnşallah Quliyev - məruzəçi, Mahir Əsədli) xx xxxxxxxx 2019-cu il tarixli 2(107)-2485/2019 nömrəli qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən, Cavabdeh və onun vəkili Vəkil apelyasiya şikayəti təmin edilmədən saxlanılışdır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya məhkəməsi, işin əsas faktı olan, iddiaçı tərəfindən təqdim olunan qəbzin yox, lakin yalnız onun tərcümənin notariat qaydada təsdiq olunması halına düzgün hüquqi qiymət verməmişdir və iddiaçı barədə Abşeron rayon polis idarəsində aparılan cinayət təqibindən vaxtında xəbərdar olduğundan, sonuncu barədə yekun qərar çıxanadək, baxılan mülki işin icraatını dayandıra bilərdi, lakin, bunu etmədi. Bu pozuntular isə, düzgün olmayan qətnamənin qəbul olunması ilə nəticələnmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdirlər. İddiaçının vəkili Sevinc Məmmədəliyeva kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassas iya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədə n müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2, 778.1, 778.3, 783.2, 784-cü maddələrinə istinadən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli 39 nömrəli müqavilədə həmin müqavilə imzalandığı an sifarişçinin 4250 manat məbləğində pulun icraçıya ödəməli olması qeyd edilmişdir. Cavabdeh həmin məbləği qısa müddətdə ödəyəcəyini öhdəsinə götürdüyündən iddiaçı tərəfindən müqavilə üzrə tapşırılmış öhdəliklərin icrasına başlanılmış və “xxxx” MMC-nə müraciət olunmuşdur. Eyni zamanda, tapşırığın icrasına başlamaq üçün xx.xx.2018-ci il tarixdə adıçəkilən şi rkətin tələb etdiyi 5500 ABŞ dollarını Cavabdeh görə “xxxx” MMC-nə ödəmişdir. Müqavilənin şərtlərinə görə cavabdeh iddiaçıya müqavilə imzalandığı an 4250 manat məbləğini ödəməli olması qeyd edildiyindən, iddia tələbi qismən 4250 manat hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, iddiaçı ilə cavabdeh arasında sonuncunun Kanadada əmək fəaliyyəti ilə məşğul olmaq üçün giriş vizasının alınması məqsədi xx xxxx 2018-ci il tarixdə 39 nömrəli müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli 39 nömrəli müqavilənin şərtlərinə əsasən sifarişçi işin həlli üçün tələb olunan 14.450 manat məbləğinin 4250 manat məbləğini müqavilə imzalandığı an icraçıya ödəməyi, qalan 10.200 manat məbləğini isə viza alındıqdan sonra ödəməyi öhdəsinə götürmüş və tərəflər müqavilənin şərtləri ilə razılaşaraq öz imzaları ilə təsdiq etmişlər. İddiaçı tərəfindən xx xxxx 2018-ci il tarixli 828475 nömrəli qəbzdə cavabdehin adından sonuncuya iş icazəsi almaq məqsədi ilə “xxxx” LLC-yə 5.500 ABŞ dolları məbləğində vəsait ödənildiyi göstərilmişdir. İddiaçı xx xxxx 2018-ci il tarixli 39 nömrəli müqavilənin şərtlərinə cavabdeh tərəfindən əməl edilmədiyindən sonuncunun təqsiri üzündən onun tərəfindən “xxxx” LLC-yə 5500 ABŞ dolları (9350 manat) pul ödədiyin i və nəticədə ona 5500 ABŞ dolları (9350 manat) məbləğində maddi ziyan dəydiyini bildirir. İddiaçı cavabdehdən 9350 manat məbləğində pulu və 30 manat dövlət rüsumunu tələb edir, cavabdeh isə xx xxxx 2018-ci il tarixli 39 nömrəli müqavilənin şərtlərinə əsasən iddiaçıya 4250 manat ödədiyini, lakin bu günə kimi viza alınmadığını, iddiaçının ona 4250 manat məbləğində ziyan vurduğunu bildirir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən işin hallarını müəyyən edərək iddiaçı ilə cavabdeh arasında cavabdehin tapşırığı ilə sonuncunu Kanadada işə düzəltmək məqsədi ilə giriş vizasının alınması məqsədilə tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli 39 nömrəli müqavilə əsasında yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıq müq aviləsinə dair müddəaları tətbiq edilməli olmasını düzgün qeyd etsə də, mübahisəni həmin normaların tələbləri baxımından düzgün həll etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. - 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. - 783.1-ci mad dəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. - 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. - 784-cü maddəsinə əsasən vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı2 MMC və cavabdeh Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli 39 nömrəli müqav ilənin - 1.1-ci bəndinə əsasən İcraçı İddiaçı2 MMC sifarişçi Cavabdeh Kanadada əmək məqsədi ilə verilən giriş vizasının alınması ilə bağlı xidmətlərlə təmin etməlidir. -1.2-ci bəndinə əsasən sifarişçi göstərilən xidmət müqabilində bu müqavilə ilə müəyyən olunmuş pul məbləğini (xidmət haqqını) təyin olunmuş vaxtlarda icraçıya ödəməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən İcraçı sifarişçini Kanadada əmək məqsədi ilə verilən giriş vizasının alınması ilə bağlı xidmətlərlə təmin edir. - 2.2-ci bəndinə əsasən Sifarişçi müqavilə imzalandıqdan sonra 7 gün ərzində öhdəliklərin yerinə yetirilməsi üçün bütün lazımi sənədləri (pasportun əsli, şəxsiyyət vəsiqəsinin surəti, məhkumluq haqqında arayış, ailə sənədləri, yoluxucu xəstəliklərə qarşı qan analizləri və sair kimi (notarial qaydada təsdiqi və ingilis dilində tərcüməsi) zəruri sənədləri və məlumatları icraçıya təqdim edir. - 2.3-cü bəndinə əsasən həqiqətə uyğun olmayan sənədlərin və məlumatların sifarişçi tərəfindən təqdim edilməsinə görə icraçı heç bir məsuliyyət daşımır. - 2.4-cü bəndinə əsasən işin görülməsi üçün zəruri olan sənədlərin sifarişçi tərəfindən təqdim edilməməsi səbəbindən bu müqavilə üzrə öhdəliklərin icra edilə bilməməsinə görə məsuliyyət sifarişçinin üzərinə düşür. - 2.5-ci bəndinə əsasən sifarişçi tərəfindən bu müqavilənin 2.2-ci bəndində göstərilən sənədlər təqdim edildikdən sonra icraçı, vizanın alınması üçün müvafiq sənədləri Kanadada fəaliyyət göstərən müvafiq qurumlardan əldə edir. - 2.6-cı bəndinə əsasən icraçı müqavilə bağlandıqdan sonra 5 ay ərzində Kanadadakı müvafiq qurumlardan rəsmi sənədlər gəld ikdə, vizanın alınması üçün Kanadanın Ankara şəhərindəki səfirliyinə müraciət edir və bununla əlaqədar ödənişləri edir. - 3.1-ci bəndinə əsasən sifarişçi bu müqavilə imzalandığı an 4250 AZN məbləğində pulu icraçıya ödəməyi, geri qalan 10200 AZN hissəsini isə viza alındıqdan sonra ödəməyi öhdəsinə götürür. - Səfirlik tərəfindən vizanın verilməsindən imtina edilərsə və sifarişçi viza üçün təkrar müraciəti tələb etməzsə, bu halda, icraçı 4250 AZN pulu 5 iş günü ərzində sifarişçiyə geri qaytarılır. İddiaçı iddiasını əsaslandırmaq üçün idda ərizəsinə İddiaçı2 MMC-nin “xxxx” LLC-yə müştəri-Cavabdeh üçün “iş icazəsi” almaq məqsədilə 5,500 ABŞ dollar pul ödəməsi barədə xx xxxx 2018-ci il tarixli 828475 nömrəli qəbzi, həmin hüquqi şəxslər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 318674/18 nö mrəli müqavilənin tərcümə və notarial qaydada təsdiq edilmiş razılaşma müqaviləsini, “xxxx” LLC-nin xx xxxx 2018-ci il tarixli məktubunun tərcümə və notarial qaydada təsdiq edilmiş surətini, “xxxx” LLC-nin xx xxxx 2018-ci il tarixli məktubunun tərcümə və notarial qaydada təsdiq edilmiş surətini təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin İddiaçı2 MMC qarşısında öhdəliyini icra etməməsi nəticəsində sonuncuya ziyan vurulmasının əsaslarını düzgün müəyyən etmədən səhv hüquqi nəticəyə gəlmişdir. Belə ki, əvvəla apellyasiya instansiyası məhkəməsi xx xxxx 2018-ci il tarixli müqavilədə icraçının öz öhdəliklərinin icrasına sənədlər təqdim edildikdən və pul ödənildikdən sonra başlamalı olması barədə şərt nəzərdə tutulması və icraçının müqavilə üz rə öz öhdəliklərinin icrasına başlamasının sifarişçinin hər hansı öhdəliyinin qarşılıqlı icrası ilə şərtləndirilməməsinə diqqət yetirməmişdir. Müqavilənin 2.5-ci bəndi belə bir qənaətə gəlmək üçün əsas yaradır. Çünki, həmin bəndin tələbinə görə müqavilənin 2.2-ci bəndində nəzərdə tutulan sənədlər sifarişçi tərəfindən icraçıya təqdim edildikdən sonra icraçı vizanın alınması üçün müvafiq sənədləri Kanadada fəaliyyət göstərən müvafiq qurumlardan əldə edir. Sözügedən bəndin məzmunundan da göründüyü kimi, ancaq icraçının müvafiq sənədləri Kanadada fəaliyyət göstərən müvafiq qurumlardan əldə etməsi öhdəliyi sifarişçi tərəfindən sənədlərin təqdim edilməsindən asılı edilmiş və həmin bənd əsasında onun müqavilə üzrə digər öhdəliklərinin icrasına başlaması məhdudlaşdırılmışdır. Belə olan halda kolle giya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin öz öhdəliklərini vaxtında icra etmədiyi halda iddiaçının xx.xx.2018-ci il tarixdə Cavabdeh görə “xxxx” MMC-nə ödəniş etməsinin səbəblərini araşdırmamış, həmçinin maddi ziyan tələbini təsdiq etmək üçün təqdim etdiyi 5500 ABŞ dollarının nağd şəkildə ABŞ-nın hüquqi şəxsinə ödənilməsi barədə xx xxxx 2018-ci il tarixli 828476 nömrəli qəbzin (həmin sənədin sürəti, tərcüməsi və tərcüməçinin imzasının notarial qaydada təsdiq edilməsi barədə sənəd təqdim edilmişdir) əsli təqdim edilmədən və qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılması həyata keçirilmədən onun mötəbər sübut olub-olmamasını müzakirə etməmişdir. Kollegiya hesab edir ki, qəbzin məzmununun tərcümə edilməsinin notarial qaydada təsdiqi onun həmin sənədin notar ial təsdiq olunmuş surəti kimi qiymətləndirilməsi üçün əsas sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmçinin Azərbaycan Respublikasının qoşulduğu 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"da nəzərdə tutulan sənədlər istisna olmaqla, digər sənədlər leqallaşdıqılmalıdır. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri olan ilkin sənədləri və tələb edilən 4250 manat pulu iddiaçıya verəndən sonra sözügedən müqavilənin imzalaması, daha sonra isə cavabdehin iddiaçıdan digər müqavilə şərtlərini yerinə yetirməyi tələb etməyə başladıqdan sonra iddiaçının pulu qaytarmaq tələbinin qarşılığında hazırki iddianı qaldırması, iddiaçının hərəkətlərindən ziyan çəkmiş digərləri ilə birdə Abşeron rayon Polis İdarəsinə müraciət edilməsi ilə bağlı dəlilləri üzrə araşdırma aparmamış və bu dəlillərə müfəssəl hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya şikayətinə əlavə edilmiş Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarın surətindən görünür ki, X2 qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. Qərara əsasən həmçinin təkrarən X2 tamah niyyəti ilə etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədi ilə Cavabdeh rəhbəri olduğu İddiaçı2 MMC-nin vasitəçiliyi ilə viza alaraq Kanada Respublikasına işləmək üçün göndərəcəyini vəd edərək, xx.xx.2018-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsindəki kafedə 2500 ABŞ dolları olmaqla həmin dövrün məzənnəsi ilə 4250 manat məbləğində pulu aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxs Cavabdeh maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək apellyasiya instansiyası məhkəməsi “xxxx” MMC tərəfindən Amerikada fəaliyyət göstərən “xxxx” MMC arasında xx xxxxxx 2018-ci il tarixli 318674/18 nömrəli iki hüquqi tərəf arasında razılaşma müqaviləsinin «müqavilə qiyməti» bölümündə Cənubi Karolina qanunları əsasında təsis edilmiş “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası qanunları ə sasında təsis edilmiş İddiaçı2 MMCnin müştərinin işləri ilə bağlı ona ödəniləcək 5500 ABŞ dolları vəsaitin geri qaytarılması və geri qaytarılmasından imtinanın şərtləri ilə iddiaçının ona ziyan vurulması ilə bağlı tələblərinin uzlaşıbuzlaşmamasına qiymət verməmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbi q edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən və prinsiplərindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaratmaq (maddə 6.1.7), pozulmuş hüquqların bərpasını təmin etməkdir (maddə 6.1.8). Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində göstərilənlərə qeyd edilən Plenum qərarının tələbləri baxımından müfəssəl hüquqi qiymət verməyərək işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, iddiaçının iddia tələbinin əsası kimi, cavabdehin isə iddiaya olan etirazının əsas kimi istinad etdikləri hallara və sübutlara lazımi hüquqi qiymət verməmişdir. Məhkəmələr qarşısında duran ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməsi qəbul olunmuş qərarların tam şəkildə qanun tələblərinə uyğun olmasını nəzərdə tutur. Məhkəmənin qərarı demokratik ədalət mühakiməsinin ənvacib aktıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasın da müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanun unun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli, yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti ilə qismən təmin edilməlidir. Çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, ən əsası isə araşdırılan sübutlara, kassasiya şikayətinə əlavə edilmiş sənədlərə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməl idir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-610/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-610/2020
03.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver