Məhkəmə qərarları › İş №2(102)-6102/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6102/2022

26.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6102/2022 26.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6102/2022 Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5462/2022 nömrəli mülki iş üzrə 9 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli borc müqaviləsinə əsasən, İddiaçı (bundan sonra – iddiaçı) tərəfindən Cavabdeh (bundan sonra – cavabdeh) xx.xx.2017-ci il tarixdə qaytarmaq şərti ilə 10 000 manat məbləğində borc verilmişdir. 2. xx.xx.2017-ci il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan şöbəsində iddiaçı ilə cavabdehin qardaşı X2 arasında “Mercedes Benz VİTO CDİ” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə imzalanmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(102)6219/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)4962/2021 nömrəli 26 may 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qərar qəbul edilmiş, iddi açı ilə X2 arasında bağlanmış “nəqliyyat vasitəsinin alğı-satqısı” haqqında xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, həmin alğı-satqı müqaviləsi əsasında iddiaçının adına verilmiş nəqliyyat vasitəsinin 04 iyul 2017-ci il tarixli AC 955944 saylı qeydiyyat şəhadətnaməsi ləğv edilmiş, iddiaçının X1 qarşı avtomobilin və qeydiyyat şəhadətnaməsinin qaytarılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 manat məbləğində borc pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə, tələbini belə əsaslandırmışdır ki, cavabdeh borcunu ödəməmiş, o da etibarnamə əsasında qardaşına məxsus avtomobili adına keçirmişdir. Cavabdehin qardaşı X2 2018-ci il tarixdə onunla bağlanmış avtomobilin alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli yekun qərarı ilə iddia təmin edilmişdir. Həmin qərarla iddiaçıya izah edilmişdir ki, cavabdehə qarşı ayrıca mülki iddia irəli sürə bilər. Alınan borc bu günə kimi ödənilməmişdir.

6. Cavabdeh iddiaya yazılı etiraz göndərərək bildirmişdir ki, iddiaçı ona qarşı yalan iddia qaldıraraq ailəsinə məxsus qardaşının adında olan “Mercedes Vito” markalı avtomobili onları aldadaraq satmaq adı ilə öz adına keçirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi iddiaçının hərəkətlərini qanunsuz sayaraq avtomobili özlərinə qaytarmışdır. İddiaçıya heç bir borcu yoxdur. İddiaçı bu yollarla bir çoxlarını təhdid edir və pullarını mənimsəyir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-2248/2022 nömrəli iş üzrə 31 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Rüstəmli) iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddiaçıdan 10.000 manat məbləğində borc götürmüş, qardaşına məxsus avtomobili öz borcunun təminatı (girovu) kimi iddiaçının adına etibarnamə vermiş, iddiaçı isə avtomobili öz adına rəsmiləşdirmək üçün öz oğlu Aqşinə etibarnamə vermiş, mülkiyyətçinin adından çıxış edən Aqşin Süleymanov iddiaçı ilə avtomaşının alğı-satqı müqaviləsini bağlamaqla rəsmiləşdirməni başa çatdır mışlar. Daha sonra yekun məhkəmə aktı ilə həmin alğı-satqı müqaviləsi ləğv edilmiş və iddiaçıya izah edilmişdir ki, o, cavabdehə qarşı pul tələbi ayrıca mülki iddia irəli sürə bilər. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və 10.000 manat məbləğində borcunu iddiaçıya ödəməlidir.

9. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 427.3, 442, 443.1, 448.1, 739-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətna mənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında yaranmış pul-borc münasibətləri xitam olunmuş, borc ödənmiş və iddia müddəti ötürülmüşdür. Məhkəmə maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmiş və iddianı əsassız olaraq təmin etmişdir. Məhkəmə cavabdehin hüquqi mövqeyini düzgün dəyərləndirməmiş və prosesdə şəxsən iştirakını təmin etməyərək əsl həqiqətin ortaya çıxmasına nail olmağa çalışmamışdır. Məhkəmə diqqət etməmişdir ki, tərəflər arasında olan öhdəlik münasibətləri üzrə pul vəsaiti ödənilmiş və iddiaçı faizi almaq məqsədilə qanunsuz olaraq nəqliyyat vasitəsini öz adına keçirmişdir. Tərəflər arasında illərlə davam edən məhkəmə mübah isələrində iddiaçı bir cümlə belə bu barədə yazmamış və nəqliyyat vasitəsini guya aldığını bildirmişdir.

12. Apellyasiya icraatı zamanı cavabdeh iddia müddətinin tətbiqi barədə vəsatət verərək, iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5462/2022 nömrəli iş üzrə 9 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə vu rğulamışdır ki, pul vəsaitinin geri qaytarılması nə iş materialları, nə də apellyasiya şikayətinin dəlilləri ilə sübut edilmir. Cavabdeh birinci instansiya məhkəməsində hazırkı mübahisədən xəbərdar olmuş, iddia ərizəsinə etiraz məzmununda ərizə təqdim etsə də, iddia müddətinin tətbiqinə dair ərizə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış və şikayətin hüquqi əsası kimi Mülki Məcəllənin 372-ci maddəsinə istinad olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəli lləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

18. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır

19. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçı ya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

24. Maddə 416.1. Kassasiya instansiya sı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri 26.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri t ərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 27.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olu nması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Kassasiya şikayətinin dəlilləri əsasən iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

30. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-c u maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5462/2022 nömrəli mülki iş üzrə 9 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar