Məhkəmə qərarları › İş №2(102)-611/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-611/2022

01.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-611/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə, iddiaçı Cavabdeh MTK-nın cavabdehlər XXXnə, XXX2nə və İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-611/22 (Açar sözlər: əmlakın məhv edilməsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsi, əmlakın özəlləşməsi ilə bağlı hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsızlığı) Bakı şəhəri, 01 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmlak və torpaq sahəsi ilə təmin edilmə, maddi, mənəvi ziyanın ödənilməsi” və iddiaçı Cavabdeh MTK-nın cavab dehlər XXXnə, AR XXX2nə və İddiaçı qarşı “hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6082/2021 nömrəli, 18.08.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ünvan 1 ünvanında onu sahəsi 14.9 kv.m olan qeyriyaşayış və 16.5 kv.m torpaq sahəsi ilə təmin etməsi, həmçinin maddi ziyan üçün 10000 manat, mənəvi ziyan üçün 5000 manat, dövlət rüsumu üçün 30 manat, ümumilikdə 15030 manatın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı Cavabdeh MTK cavabdehlər AR ƏMDK-ya, AR XXX2nə və İddiaçı qarşı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, AR ƏMDK tərəfindən keçirilmiş 13 mart 2018-ci il tarixli hərrac protokolunun, hərracın nəticələrinin, hərrac protokolu əsasında İddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş ******* saylı, 31 may 2018-ci il tarixli çıxarışın ləğv edilməsini xahiş etmişdir.

3. Nərimanov rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli 2(005)-2474/2019 saylı qərardadı ilə işlər bir icraatda birləşdirilməsi üçün Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəm ə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, Cavabdeh MTK-nın tikinti apardığı, ünvan 1 ünvanında iddiaçını sahəsi 14.9 kv.m olan qeyri-yaşayış və 16.5 kv.m torpaq sahəsi ilə təmin etməsi, həmçinin maddi ziyan üçün 15000 manat, mənəvi ziyan üçün 8000 manat, dövlət rüsumu üçün 30 manat, ümumilikdə 23030 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ dövlət proqramı”na uyğun olaraq, ƏMDK-nin 17 mart 2017-ci il tarixli 68 saylı sərəncamı ilə ünvan 1 ünvanında, ümumi sahəsi 14.9 kv.m və torpaq sahəsi 0.00165 hektar olan və Bakı şəhəri İcra Hakimiyyəti MKTD, Nəsimi rayonu MKTB-nin balansında olan, bir mərtəbəli qeyriyaşayış binası, 13 mart 2018-ci il tarixində növbəti hərraca çıxarılmışdır. Qanunun tələblərinə uyğun olaraq iddiaçı həmin hərracda iştirak edib və hərracın qalibi oldu. İddiaçı 31 may 2018-ci il tarixində DƏDRX-dən çıxarış almışdır. İddiaçı Çıxarışla həmin ünvana gedən zaman məlum olub ki, Cavabdeh MTK adlı tikinti şirkəti yuxarıda göstərilən ünvanda tikinti aparan zaman hərracın nəticələrini gözləmədən, həmin müddətdə dövlət balansında olmuş, hazırda isə iddiaçıya məxsus ümumi sahəsi 14.9 kv.m, torpaq sahəsi 16.5 kv.m olan, bir mərtəbəli qeyri-yaşayış binasını uçurdaraq yerində yüksək mərtəbəli yaşayış binası inşa edir.

6. İddiaçı Cavabdeh MTK-nın iddiası isə belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən, adları göstərilən rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcüd şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış bina ların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 105 saylı, 19 aprel 2017-ci il tarixli sərəncamına və 1/11 saylı, 02.05.2017-ci il tarixli ayrıc Aktına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli, Mərdanov Qardaşları, Novruzov Qardaşları və Möhsün Sənani küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcüd yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin sökülərək, yerində yeni çoxmərtəbəli binaların və qeyri-yaşayış obyektlərinin tikintisi üçün torpaq sahəsi 49 illik icarə əsasında iddiaçı Cavabdeh MTK-nın istifadəsinə verilmişdir. Eyni zamanda ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi də iddiaçı Cavabdeh MTKya həvalə edilmişdir. İddiaçı Cavabdeh M TK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli, Mərdanov Qardaşları, Novruzov Qardaşları və Möhsün Sənani küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahiblərinin böyük əksəriyyəti ilə razılıqlar əldə edilmiş, onlara mövcud sahələrindən 20% əlavə sahə verilməklə və aylıq kirayə haqları, eləcə də əşyaların daşınması xərcləri ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış tikililəri sökülərək, yerlərində müasir hündürmərtəbəli binaların tikintisinə başlanılmışdır. O cümlədən, hazırki mübahisə üzrə İddiaçı iddia etdiyi ünvan 2 ünvanda yerləşən 14 kv.m. qeyri-yaşayiş sahəsinin dəyəri həmin sahənin faktiki sahibi X2 17 may 2017-ci il tarixdə ödənilməklə, həmin qeyri-yaşayış sahəsi X1 rəhbərliy i ilə sökülmüş, bununla bağlı müvafiq akt tərtib edilmişdir. Ərazi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Cavabdeh MTK-nın icarə və istifadəsinə verildikdən və göstərilən qeyri-yaşayış sahəsi söküldükdən bir ildən artıq müddət keçəndən sonra İddiaçı tərəfindən hərrac vasitəsilə alınması, faktiki mövcud olmayan sahəyə texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsi əsassız və qanunsuz olmuşdur.

7. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5096/2018 nömrəli, 05 oktyabr 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2019-cu il tarixli, 31463 saylı rəyində İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda, ümumi sahəsi 14,9 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçının iddia etdiyi ərazidə mövcud olmadığı qeyd edilmişdir.

9. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-382/2019 nömrəli, 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) İddiaçı iddia tələbi qismən təmin edilmiş, İddiaçı ünvan 4 ünvanında yerləşən sahəsi 14.9 kv.m. olan qeyri-yaşayış və 16.5 kv.m.torpaq sahəsi ilə təmin edilmə öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh MTK-nın cavabdehlər AR XXXnə, AR XXX2nə, İddiaçı qarşı iddia tələbinin rədd edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 (bir yüz) manat məbləğində vəsaitin Cavabdeh MTK-dan tutularaq, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

10. Məhkəmə işdə olan sübutları qiymətləndirərək müəyyən etmişdir ki, Az ərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ dövlət proqramı”na uyğun olaraq, ƏMDK-nin 17 mart 2017-ci il tarixli 68 saylı sərəncamı ilə ünvan 1 ünvanında, ümumi sahəsi 14.9 kv.m və torpaq sahəsi 0.00165 hektar olan və Bakı şəhəri İcra Hakimiyyəti MKTD, Nəsimi rayonu MKTB-nin balansında olan, bir mərtəbəli qeyri-yaşayış binası 13 mart 2018-ci il tarixində hərraca çıxarılmış, İddiaçı həmin hərracda iştirak edərək hərracın qalibi olmuş, İddiaçı həmin qeyri-yaşayış sahəsinə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 31 may 2018-ci ildə qeydə alınaraq, iddiaçıya RX seriyalı, ******* saylı çıxarış verilmişdir.

11. Birinci instansiya məhkəməsi işin müəyyən edi lmiş bu hallarına görə İddiaçı iddiasının ilk hissəsini təmin etmişdir.

12. Birinci instansiya məhkəməsi İddiaçı maddi ziyan üçün 15000 manat, mənəvi ziyan üçün 8000 manat pulun tutulması barədə tələblərini isə mötəbər sübutlarla təsdiq edilmədiyi üçün əsassız hesab etmişdir.

13. Həmçinin, birinci instansiya məhkəməsi iddiaçı Cavabdeh MTK-nin iddiasının tam əsassız olduğu və qanunun tələblərinə riayət olunmadığına görə rədd edilməli olması qənaətinə gəlmişdir.

14. Məhkəmə mövqeyini Mülki Məcəlləsinin 152, 157.4-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 №-li Qərarları ilə əsaslandırmışdır.

15. Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: R.Qurbanov sədrlik edən və məruzəçi, C.Yusifov, V.Baxışova) 2(103)-3782/2020 saylı 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-382/2019 saylı mülki iş üzrə qəbul etdiyi 25 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh MTK-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilmiş, iddiaçı Cavabdeh MTK-nın iddiası təmin edilmiş, Azərbaycan Respublikası XXX tərəfindən Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, 25/27 ünvanında, ümumi sahəsi 14,9 kv.m, Bakı şəhəri İcra Hakimiyyəti MKTD, Nəsimi rayonu MKTB-nin balansında olan, bir mərtəbəli qeyri-yaşayış binası ilə bağlı keçirilmiş 13.03.2018-ci il tarixli hərrac protokolu, hərracın nəticələri və hərrac protokolu əsasında İddiaçı ilə bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin daşınmaz əmlaka dair İddiaçı adına verilmiş ******* saylı, 31.05.2018-ci il tarixli çıxarışın ləğv edilməsi, İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 16500 manatın tutularaq İddiaçı ödənilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manatın İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

17. Apellyasiya məhkəməsi işin mübahisəsiz halı kimi müəyyən edib ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 19 aprel 2017-ci il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi” haqqında sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, Mərdanov Qardaşları, Novruzov Qardaşları və Mövsün Sənani küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında Cavabdeh MTK-ya verilmişdir. 20 aprel 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının “Nəsibbəy Yusifbəyli, Mərdanov Qardaşları, Novruzov Qardaşları və Möhsün Sənani küçələrinin əhatə etdiyi ərazi planlaşdırma sənədlərinin təsdiq edi lməsi haqqında” sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, Mərdanov Qardaşları, Novruzov Qardaşları və Mövsün Sənani küçələrinin əhatə etdiyi məhəllədə yerləşən qəzalı vəziyyətdə olan 1 və ya 2 mərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin sökülərək yerində Cavabdeh MTK tərəfindən yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Nəsibbəy Yusifbəyli, Mərdanov Qardaşları, Novruzov Qardaşları və Möhsün Sənani küçələrinin ərazi-planlaşdırma sənədləri təsdiq olunmuşdur. 24 iyul 2018ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən “Nəsimi rayonu, N.Yusifbəyli, Mərdanov qardaşları, Novruzov qardaşları və M.Sənani küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çat mış evlərin sökülərək, yerinə hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilməsi” haqqında sərəncam verilmişdir. Həmçinin XXXnin 17 mart 2017-ci il tarixli 68 saylı sərəncamı ilə ünvan 1 ünvanında, ümumi sahəsi 14,9 kv.m, Bakı şəhəri İcra Hakimiyyəti MKTD, Nəsimi rayonu MKTB-nin balansında olan, bir mərtəbəli qeyriyaşayış binası hərraca çıxarılmış və 13 mart 2018-ci il tarixdə keçirilən hərracda İddiaçı 16500 manat dəyərində satılmışdır. Həmin daşınmaz əmlak üzərində İddiaçı mülkiyyət hüquqları 31 may 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

18. Apellyasiya məhkəməsi “Google maps”dan çıxarılmış fotoşəkillərə, İddiaçı nümayəndəsinin mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı hərrac elan olunanda, yəni 2017-ci ilin mart ayın da həmin əmlaka baxış keçirməsi, hərrac keçirilən vaxtda isə, yəni 2018-ci ilin mart ayında baxış keçirməməsi barədə izahatına əsasən onu da müəyyən edib ki, mübahisələndirilən hərrac keçirilən vaxt həmin qeyri-yaşayış sahəsi sökülmüşdü. Mübahisələndirilən hərrac keçirilən vaxt özəlləşdirmə obyekti artıq mövcud olmamış və İddiaçı mövcud olmayan əmlakı əldə etmişdir.

19. Apellyasiya məhkəməsi həmçinin restitusiya tətbiq edərək etibarsız hesab edilmiş hərrac üzrə İddiaçı tərəfindən XXXnə ödənilən 16500 manat məbləğində pul vəsaitinin hazırki İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətindən tutularaq İddiaçı ödənilməli olması nəticəsinə də gəlmişdir.

20. İddiaçı iddiası ilə bağlı isə apellyaisya məhkəməsi qeyd edib ki, Cavabdeh MTK tərəfindən irəli sürülmüş iddia tələblərini n təmin edilərək, bunun nəticəsində İddiaçı mübahisəli daşınmaz əmlaka dair mülkiyyət hüquqları etibarsız hesab edildiyi üçün mübahisəli tikilinin sökülməsi nəticəsində İddiaçı hər hansı zərər dəyməmişdir.

21. Qətnamədən XXX, AR XXX2 və İddiaçı kassasiya şikayətləri vermişlər. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Abbasov - sədrlik edən və məruzəçi, E.Şamayev, E.Vəliyeva) 19 aprel 2021-ci il tarixli, 2(102)-1463/2021 nömrəli qərarı ilə XXXnin kassasiya şikayəti tam, AR XXX2 və İddiaçı kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3782/2020 nömrəli, 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəmə sinə qaytarılması qərara alınmışdır.

23. Kassasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı iş üzrə nəticələrini mübahisələndirdiyi hərrac Azərbaycan Respublikası XXX (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən keçirilmiş və kassatorun bildirdiyinə görə hərrac Komitənin 17 mart 2017-ci il tarixli sərəncamı əsasında keçirilmişdir.

24. Bu növ hərracların keçirilməsi əsasları və qaydaları, onların satılmasının rəsmiləşdirilməsi publik hüquq münasibətlərinə aid olmaqla "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarına; Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnaməyə; Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” Qaydalarına; Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının (müəssisə və obyektlərinin) satılmasının rəsmiləşdirilməsi” Qaydalarına uyğun olaraq həyata keçirilir.

25. Göründüyü kimi, Cavabdeh MTK-nın iddiası üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət əmlakının özəlləşdirilməsi və hərrac vasitəsilə satılması) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir. İş üzrə iddiaçı Cavabdeh MTK da həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın (hərracın nəticələrinin) qanunsuz olduğunu iddia edir.

26. Eyni zamanda, iddiaçı Cavabdeh MTK-nın etibarsızlığını tələb etdiyi mübahisəli torpaq sahəsinə dair digər inzibati orqan olan XXX (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) ilə bağlanmış alqı-satqı müqaviləsi və həmin müqavil ə əsasında verilmiş çıxarış da qanunvericiliyə əsasən özəlləşdirilən dövlət əmlakının hərracdan satılmasının rəsmiləşdirilməsi qaydalarına əsasən bağlandığı və ya tərtib edildiyi üçün həmin münasibətlər də qeyd olunan publik hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. 27. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4№-li Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati ak tı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyinə görə reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə həmin qeydiyyatın mübahisələndirilməsi inzibati məhkəmə icraatı qaydasında olmalıdır. İddiaçı Cavabdeh MTK da 13 mart 2018-ci il tarixli hərrac protokolunun, hərracın nəticələrinin, hərrac protokolu əsasında İddiaçı ilə bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsini inzibati orqan olan AR ƏMDK tərəfindən keçirilmiş hərracın qanunsuzluğu ilə əsaslandırmışdır.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4№-li Qərarının 16.3-cü bəndində izah edilir ki, ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

30. Buna görə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddiaçı Cavabdeh MTK-nın iddiasının Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarı kontekstində qiymətləndirməmiş, həmin tələbin mülki və ya inzibati məhkəmə icraatına aid olub-olmaması, inzibati icraata aid olduğu halda iş üzrə icraata xitam verilib-verilməməli olmasına aydınlıq gətirməmişdir.

31. Həmçinin, məhkəmə kollegiya qeyd etmişdir ki, Cavabdeh MTK-nın iddiasının düzgün qiymətləndirilməməsinin nəticəsi olaraq, İddiaçı iddiasının rədd edilməsi hissəsində də apellyasiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Çünki apellyasiya məh kəməsi İddiaçı iddiasının rədd edilməsi nəticəsinə gələrkən, bunu Cavabdeh MTK-nın iddiasının təmin edilməsi ilə əsaslandırmışdır. Bir halda ki, Cavabdeh MTK-nın iddiası üzrə gəlinən nəticə düzgün olmayıb, belə olan halda İddiaçı iddiası üzrə gəlinən nəticə də düzgün hesab edilə bilməz.

32. Məhkəmə kollegiya hesab etmişdir ki, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

33. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6082/2021 saylı, 18 avqust 2021-ci il tarixli qərardadı ilə (hakimlər- A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh MTK-nın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-382/2019 nömrəli, 25 dekabr 2019-cu il tarixli qətnaməsi “iddiaçı Cavabdeh MTK-nın cavabdehlər Azərbaycan Respublikası XXXnə, Azərbaycan Respublikası XXX2, İddiaçı qarşı “hərrac protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi barədə tələbinin təmin edilməməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

34. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6082/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) c avabdeh (iddiaçı) Cavabdeh MTK-nın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-382/2019 saylı 25 dekabr 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddia tələbi qismən təmin edilmiş, İddiaçı ünvan 4 ünvanında yerləşən sahəsi 14.9 kv.m. olan qeyri-yaşayış ilə təmin edilmə öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

35. Məhkəməsi kollegiyası hesab etmişdir ki, iddia tələbi, yəni həmin qeyriyaşayış sahəsinin yerləşdiyi 16.5 kv.m.torpaq sahəsi ilə təmin edilmə öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulması hissəsində iddia tələbi təmin edilə bilməz. Belə ki, 13 mart 2018-ci il tarixdə keçirilən hərracda yalnı z qeyri-yaşayış sahəsi satılmış və torpaq sahəsi həmin hərracın predmeti olmamışdır. İddiaçı adına verilmiş hüquqların X3 daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışda da mübahisəli qeyri-yaşayış sahəsinə aid 0,00165 ha torpaq sahəsinin dövlət mülkiyyətində olması qeyd olunmuşdur. Həmin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı XXXnin sərəncamının 17 mart 2017-ci il tarixdə, yəni həmin tikilinin sökülməsindən daha əvvəl verilməsi isə mübahisəyə təsir etmir. Çünki həmin əmlak hərracda satılana qədər dövlətə məxsus olub və həmin dövrdə baş vermiş hadisələrə də məhz dövlətin adından çıxış edən qurumlar istinad edə bilərlər.

36. Eyni zamanda iddiaçı maddi ziyan üçün 15000 manat pulun tutulması tələb edir. Lakin iddiaçı öz iddiasının əsasını, cavabdeh tərəfin hansı məbləğdə ona maddi zərər vurduğuna və həmin zərərin nədən ifadə olunduğuna dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, həmin halları sübut etmək vəzifəsi MPMnin 77.1-ci maddəsinə əsasən məhz iddiaçının üzərinə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» 02.10.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

37. Bundan başqa, iddiaçı mənəvi ziyan üçün 8000 manat məbləği ndə pulun cavabdehdən tutulmasını tələb edir.

38. Məhkəmə kollegiyası “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında, o cümlədən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq hesab etmişdir ki, iddiaçının bu tələbi də rədd edilməlidir.

39. Qətnamədən Cavabdeh MTK kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

40. Cavabdeh MTK apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kas sasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, AR ƏMDK dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunu pozaraq mövcud olmayan əmlakı özəlləşdirməyə çıxarmış və İddiaçı mülkiyyətinə vermişdir. İddiaçı yaşayış sahəsi söküldükdən 1 il sonra ortaya çıxaraq, göstərilən qeyri-yaşayış sahəsini hərrac vasitəsilə aldığını bildirmişdir. Texniki pasportda obyektin vəziyyəti düzgün göstərilməmişdir. Alğısatqı obyekti nə mülkiyyətə verilməmiş, nə də qəbul edilmişdir. Hərrac keçirilən vaxt obyekt artıq sökülmüşdü, sökülmüş əmlaka isə mülkiyyət hüququ itirilmiş hesab edilməlidir. Dövlət reyestrində qeydə alınma qanunsuz olmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

42. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

43. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

44. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

45. Maddə. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyə n edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

54. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin göstərişlərinə riayət etməklə, ətraflı araşdırma aparmış, iş üzrə gəldiyi nəticəni qanunvericiliyin tələblərinə müvafiq əsaslandırmaqla qərardad çıxarmaqla Cavabdeh MTK-nın iddiasının inzibati məhkəmədə baxılmalı olan tələb olduğu üçün həmin hissədə qətnaməni ləğv edərək iş üzrə icraata xitam vermişdir. İddiaçı həmin qərardaddan şikayət verməmişdir.

55. Apellyasiya Məhkəməsi eyni zamanda Ali Məhkəm ənin göstərişlərinə uyğun olaraq İddiaçı iddiası ilə bağlı yenidən araşdırma apararaq iddianı həmin hissədə qismən təmin etmişdir.

56. Apellyasiya məhkəməsi kassasiya məhkəməsinin göstərişlərinə uyğun olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara, qanunun tələblərinə və iş materiallarına əsasən müəyyən etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ dövlət proqramı”na uyğun olaraq, ƏMDK-nin 17 mart 2017-ci il tarixli 68 saylı sərəncamı ilə Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, 25/27 ünvanında, ümumi sahəsi 14.9 kv.m və torpaq sahəsi 0.00165 hektar olan və Bakı şəhəri İcra Hakimiyyəti MKTD, Nəsimi rayonu MKTB-nin balansında olan, bir mərtəbəli qeyri-yaşayış binası, 13 mart 2018-ci il tarixində hərraca çıxarılmış, İddiaçı həmin hərracda iştirak edərək hərracın qalibi olmuş və Azərbaycan Respublikası XXXnin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi 25/27 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli reyestr kitabının 7726 nömrəli vərəqində, 31 may 2018-ci ildə qeydiyyata alınmışdır (10/05 saylı hərrac protokolu və çıxarış iş materiallarına əlavə edilmişdir).

57. Məhkəmə həmin Çıxarışın qüvvədə olmasını nəzərə alaraq mülkiyyətin müdafiəsinə dair maddi hüquq normalarını tətbiq etməklə sökülən əmlakın əvəzi olaraq həmin ölçüdə qeyri-yaşayış sahəsinin verilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verməmişdir.

58. Apellyasiya məhkəməsi maddi və mənəvi ziyanın ödənilməsinə münasibətdə hesab etmişdir ki, sübutetmə yükü İddiaçı üzərinə düşsə də, o, həmin hissədə iddiasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

59. Eyni zamanda məhkəmə iddiaçının qeyri-yaşayış sahəsinin yerləşdiyi 16.5 kv.m.torpaq sahəsinin ona verilməsi ilə tələbi ilə bağlı da dəyərləndirmə apararaq qeyd etmişdir ki, həmin öhdəliyin Cavabdeh MTK-nın üzərinə qoyulması hissəsində iddia tələbi təmin edilə bilməz. Belə ki, 13 mart 2018-ci il tarixdə keçirilən hərracda yalnız qeyriyaşayış sahəsi satılmış və torpaq sahəsi həmin hərracın predmeti olmamışdır.

60. Cavabdeh MTK-nın kassasiya d əlilləri qətnamənin ləğv olunması üçün əsas ola bilməz. İlk növbədə ona görə ki, məhkəmələr müəyyən etmişlər ki, iddiaçı mülkiyyətçidir, onun həmin hüququ hal-hazırda mübahisələndirilmir, cavabdehin qarşılıqlı iddiaçı üzrə icraata xitam verilmişdir. İddiaçı tələbi Cavabdeh MTK-nın iddiasının təmin olunması halında rədd edilə bilərdi. Ona görə Apellyasiya Məhkəməsinin gəldiyi nəticə əsaslı hesab olunmalıdır.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olu nması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MTK-nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6082/2021 nömrəli, 18.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Vüqar Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar