Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6119/2022 26.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın qanunsuz sahiblikdən geri alınması, əmlak hüquqlarının müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)4314/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh (vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayət inə 26 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 20 sentyabr 2005-ci il tarixli, 224 nömrəli qərarı və torpaqların alğı-satqısına dair akta əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsində yerləşən 321 kv metr torpaq sahəsi alğı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmişdir.
2. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsindəki tikilidən ət dükanı (qəssabxana) kimi istifadə edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsində yerləşən 321 kv metr torpaq sahəsindən və onun üzərində yerləşən 3 yaşayış otağı və 1 qaraj tipli tikilidən cavabdehin qanunsuz sahibliyinə və istifadəsinə xitam verilməsi və əmlakın boşaldılaraq iddiaçıya qaytarılması, cavabdeh tərəfindən qeyd edilən əmlaka 5 ay qanunsuz sahiblik və istifadə nəticəsində dəymiş ziyanın və məhkəməyə müraciət edilməsi üçün göstərilmiş hüquqi xidmətlərin, həmçinin bu müddətdə əmlakına mülkiyyət hüququnun həyata keçirə bilməməsi nəticəsində iddiaçının keçirtdiyi ağır psixoloji vəziyyətin əvəzi olaraq 10000 manat və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 20 sentyabr 2005-ci il tarixli, 224 №-li Qərarı əsasında onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsində yerləşən 321 kv metr torpaq sahəsi və onun üzərində yerləşən 3 yaşayış otağı və 1 qaraj tipli tikili cavabdehlə aralarında olan şifahi razılaşma əsasında ət kəsimi və satışı ilə məşğul olması üçün onun tərəfindən 10 il bundan əvvəl cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. 2021-ci ilin yanvar ayından etibarən o, cavabdehin istifadəsində olan əmlakı boşaltmasını bildirmişdir. Əvvəlcə cavabdeh əmlakı boşaltmaq üçün fevral ayının sonunadək vaxt istəmiş, sonradan bu müddəti mart ayınadək uzatmışdır. Daha sonra isə öz fəaliyyətini həyata keçirmək üçün hazırki əmlak kimi istifadəyə uyğun əmlak tapmadığından əmlakı boşaltmaqdan imtina etm işdir. Qeyd edilən halla bağlı iddiaçı tərəfindən ərizə ilə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət edilmiş, Polis Şöbəsi tərəfindən materialın mülki xarakterli olması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bütün bunlara baxmayaraq artıq 5 aydır ki, cavabdeh faktiki olaraq ona məxsus qeyd edilən əmlak üzərində qanunsuz olaraq sahiblik və istifadəni həyata keçirir. Bunun nəticəsində iddiaçı əmlakına mülkiyyət hüququnu həyata keçirməkdən məhrum olduğu üçün əhəmiyyətli ziyana məruz qalmışdır. Belə ki, yuxarıda qeyd edilən texniki göstəricilərə malik əmlakı iddiaçı hazırkı bazar şərtlərində minimum 1000 manat məbləğində icarəyə verə biləcəyi təqdirdə cavabdehin qanunsuz sahibliyi və istifadəsi nəticəsində bu imkandan məhrum olmuşdur.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(001)5162/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Günel Abbasova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsində yerləşən 321 kv metr torpaq sahəsi və onun üzərində yerləşən 3 (üç) yaşayış otağı və 1 (bir) qaraj tipli tikilidən çıxarılması, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsində yerləşən 321 kv metr torpaq sahəsi və onun üzərində yerləşən 3 (üç) yaşayış otağı və 1 (bir) qaraj tipli tikilinin boşaldılaraq İddiaçı faktiki sahibliyinə və istifadəsinə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur.
6. Məhkəmə araşdırma nə ticəsində müəyyən etmişdir ki, Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsində yerləşən 321 kv metr torpaq sahəsi və onun üzərində yerləşən 3 yaşayış otağı və 1 qaraj tipli tikilini qanunsuz olaraq zəbt etmiş, dəfələrlə müraciət etməsinə baxmayaraq, torpaq sahəsini tərk etməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi hüquq müəyyən edici sənədlər əsasında iddiaçıya məxsusdr, lakin cavabdeh həmin torpaq sahəsini boşaltmaqdan imtina etdiyinə görə iddiaçı torpaq sahəsindən istifadə edə bilmir. Torpaq sahəsinə cavabdehin hər hansı hüququnun olması müəyyən edilmir. Ona görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
8. Məhkəmənin maddi və mənəvi ziyan tələbi ilə bağlı m övqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ona maddi və mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun maddi və mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, iddia tələbi bu hissədə rədd olunmalıdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 157.8, 164.1 və 164.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələri və Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar işlər üzrə hüquqi mövqelərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verər ək, Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5162/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclaslarının yeri və vaxtı barədə ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməmiş və məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Bundan başqa məhkəmə iddiaçının həmin deyilən torpaq sahəsinə və üzərində olan tikiliyə hər hansı hüquqmüəyyənedici sənəd tələb etmədən, araşdırma aparmadan Azərbaycan Respublikasının qanunvercilik aktlarını və beynəlxalq məhkəmələrin qərarlarının formal sadalayaraq heç bir əsaslandırma, hazırki mülki iş ilə həmin qərarların nə əlaqəsi olmasını qeyd etmədən qanunsuz və əsassız qətnamə qəbul etmi şdir. Mübahisəli yer əslində ət kəsiminin və satışının həyata keçirildiyi qarajdan ibarətdir. Həmin qaraj onun tərəfindən 10 ildən çox bundan əvvəldən icarəyə götürülmüş, təmir etdirilmiş, standartlara cavab verəcək vəziyyətə gətirilərək bugünə kimi istifadə olunur. İstifadə olunduğu müddətdə İddiaçı Cəlal oğluna aylıq icarə haqqı ödənilmişdir. İddiaçının hazırkı tələblərlə ona qarşı məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmamasının yoxlanmaması da məhkəmə tərəfindən yol verilmiş kobud pozuntudur.
12. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) göstərmişdir ki, cavabdeh təqribən 10 il əvvəl şifahi razılaşma əsasında mübahisəli daşınmaz əmlakı ət kəsimi və satışı məqsədilə icarəyə götürmüş, aylıq icarə haqqı 300 manat müəyyən ed ilmişdir. Keçən müddət ərzində cavabdeh daima icarə haqqını ödəmiş, öhdəliyini pozmamışdır. Eyni zamanda həmin sahəni təmir etdirmiş və ora təqribən 15000 manat xərc çəkmişdir. 2021-ci ilin fevralında iddiaçı cavabdehdən həmin sahəni boşaltmasını tələb etmiş, bu səbəbdən də aralarında narazılıq yaranmışdır. Cavabdeh uzun müddət orada ət kəsimi və satışı ilə məşğul olduğundan müştəriləri də həmin ərazi yaxınlığında yaşayır və onu tanıyırlar. Onun hazırki vəziyyətdə oradan çıxarılması fəaliyyətinə mənfi təsir göstərəcəkdir. Həmin ərazi qaraj sahədən, onun arxasında yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən ibarətdir. Torpaq sahəsinə və evə giriş yolu məhz qaraj tərəfdəndir.
13. Məhkəmə iclasında iddiaçı tərəf isə qeyd etmişdir ki, tərəflər arasında şifahi razılıq əsasında icarə m ünasibətləri yaransa da, cavabdeh son vaxtlar icarə haqqını ödəməmiş, tərəflər arasında narazılıq yaranmış, eyni zamanda torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə iddiaçının özünün ehtiyacı yarandığından 2021-ci ilin yanvar ayında cavabdehdən həmin sahəni boşaltmasını xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Hazırki vaxtadək iddiaçıya məxsus əmlakdan qanunsuz istifadə etməkdə davam edir, bununla da iddiaçının əmlak hüquqları pozulur.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4314/2022 nömrəli iş üzrə 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəm əsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında olan şifahi razılaşmaya görə təqribən 10 il əvvəl mübahisəli sahənin ət kəsimi və satışı məqsədilə cavabdehin icarəsinə verilməsi, həmin vaxtdan etibarən cavabdehin həmin sahədən istifadə etməsi işin mübahisə olunmayan hallarıdır. Yəni, cavabdeh də bu halları təsdiq etdiyi halda, apellyasiya şikayətində iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüquqlarının olmamasını, əmlaka da hüquq müəyyənedici sənədlərinin olmamasını qeyd etmişdir. Halbuki, işin qeyd edilən halları ilə yanaşı, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 20 sentyabr 2005-ci il tarixli, 224 nömrəli qərarının, torpaqların alğı-satqısına dair aktın və ərazinin planının notarial qaydada təsd iq olunmuş surətlərindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsində yerləşən 321 kv metr torpaq sahəsi alğı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmiş, cavabdehin həmin torpaq sahəsinə yəvə orada yerləşən tikililərələ hər hansı hüququnun olması müəyyn edilmir.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqlara malikdir. Belə olan halda isə cavabdeh hazırki vaxtda iddaçıya məxsus daşınmaz əmlakdan istifadə etməsinin qanuni əsasını sübut etmək yükünü daşıyır. Lakin, cavabdeh bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh etirazının əsası kimi keçən müddət ərzində mübahisəli əmlaka 15000 manat pul xərcləməsini qeyd etsə də, bu hal özü-özlüyündə iddianın əsassız olmas ı ilə nəticələnə, həmin dəlil üzrə hazırki icraat çərçivəsində araşdırma aparıla və ona hüquqi qiymət verilə bilməz. Çünki, iddiaçı bununla bağlı müstəqil tələb (qarşılıqlı iddia) verməmişdir, çəkilmiş xərclərlə (yaxşılaşdırma və s.) bağlı tələb hüququnu özündə saxlayır.
17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 178.1, 152.1, 157.8, 427.4, 697.1 və 700.1-3, Torpaq Məcəlləsinin 49, 59 və 66-cı, Mülki Prosessual Məcəllənin 77.1, 81, 106.1, 218.3 və 385.2ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar işlər üzrə hüquqi mövqelərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (vəkili Vəkil2) Bakı Apel lyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4314/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin rədd edilməsi barədə qərar və ya yenidən araşdırılması üçün apelyasiya instansiyasına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə 13, 1-ci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllə
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Prosessual Məcəllə
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğ un əsaslandırılmalıdır.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq y oxlanılmalıdır.
31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
35. Kassasiya şikayətinin dəlillərinə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər bi rinci instansiya və apellyasiya instansiyası məhkəmələrində işə baxılan zaman da cavabdeh tərəfindən irəli sürülmüşdür, apellyasiya məhkəməsi həmin dəlilləri obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmaqla araşdırmış və hüquqi qiymət vermişdir. Kassasiya instansiyası məhkəməsi bu qiymətləndirmə ilə razılaşır.
36. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4314/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.