Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6123/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia tələbinə, Cavabdeh ididaçılar İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: şərəfi, ləyaqət və ya işgüzar nüfuzu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunması, məlumatların həqiqətə uyğun olmayan hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh vəkili Vəkil Sucahət oğlunun işti rakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-464/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh 21 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər naziri X1 müraciət ünvanlamışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə şikayət ünvanlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergilər naziri Mikayıl Cabbarova ü nvanlan 21.11.2018-ci il ci il tarixli müraciətdə Azərbaycan Respublikası Konstitusiyasmm 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasına müdaxilə edilərək onlar barəsində həqiqətə uyğun olmayan, şərəflərini, ləyaqətlərini və işgüzar nüfuzlarını ləkələyən ifadələrdən istifadə edilərək onlara maddi və mənəvi ziyan vurulduğu üçün Cavabdeh üzərinə Azərbaycan Respublikası Vergilər nazirinə ünvanladığı həmin tarixli müraciətdə göstərilən xüsusatların həmin orqana müraciət yazaraq təkzib edilməsi, həmçinin onun üzərinə vergi orqanına yazdığı müraciətdə onlardan üzr istəməsi, o cümlədən notariat qaydasında təsdiq edilmiş ərizə ilə onlardan üzr istəmək vəzifəsinin qoyulması, təqsirsizlik prezumsiyasına müdaxilə edərək onların şərəfilərinə, ləyaqətlərinə, işgüzar nüfuzuna xələl gətirdi yinə görə 50000 manat maddi, 50000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 100030 manat pul vəsaitinin Cavabdeh alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Həmçinin, Cavabdeh, qarşılıqlı iddia verərək, onun barəsində Azərbaycan Respublikası Tibb Universitetinin rektoru Gəray Gərabəyliyə ünvanlanmış həqiqətə uyğun olmayan, şər və böhtan xarakterli ərizə yazaraq şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna xələl gətirdiklərinə, ona mənəvi və maddi ziyan vurduqlarına görə İddiaçı1 və İddiaçı2 üzərinə onun barəsində ərizədə göstərilən xüsusatları həmin orqanlara yazaraq təkzib etmələri və yazdıqları ərizədə ondan üzr istəmək vəzifəsinin qoyulması, bundan başqa onun şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna xələl gətirdiklərinə görə 50000 ma nat maddi ziyanın, 50000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 100030 manat pul vəsaitinin İddiaçı1 və İddiaçı2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2019-cu il tarixli 12906 nömrəli rəyinə əsasən Ekspertizaya təqdim edilmiş, mülki iş materiallarının 47-ci vərəqəsində Cavabdeh tərəfindən Vergilər Nazirliyinə ünvanlanan müraciətdə istifacə edilən “Yəqin ki busaxta audit və ekspertiza rəylərini Məmmədovdan aldığı rüşvət qarşılığında edir” cümləsindəki İddiaçı1 rüşvət verərək saxta sənədhazırlaması fikri böhtan olaraq söylənildiyi və həmin müraciət həqiqətən yayılmışhesab edildiyi təqdirdə İddiaçı1 şərəf və lə yaqətir ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakılar yanında nüfuzdan salar məlumatlar sayılır. Ekspertizaya təqdim edilmiş, mülki iş materiallarının 47-ci vərəqəsindəki Cavabdeh tərəfindən Vergilər Nazirliyinə ünvanlanan müraciətdə istifadə edilən “Onlar bu hazırladıqları saxta ekspertiza rəylərini...” cümləsindəki İddiaçı2 saxta sənəd hazırlaması fikri böhtan olaraq söylənildiyi və həmir müraciət həqiqətən yayılmış hesab edildiyi təqdirdə İddiaçı2 Əhməc oğlunun şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakılar yanında nüfuzdan salan məlumatlar sayılır. Ekspertizaya təqdim edilmiş, İddiaçı1 və İddiaçı2 tərəfindən Azərbaycan Respublikası Tibb Universitetinin rektoruna ünvanlanmış şikayət ərizəsində istifadə edilən “...etibar və etimadından vicdans ızcasına sui-istifadə edərək özbaşınalıqlar etmiş,..”, “...əsassız formada mənimsəyərək varlanmışdır”, “...uzun müddət göstərilmiş etimad və etibardan sui- istifadə edərək...”, “müxtəlif instansiyalara şər və böhtan xarakterli şikayət ərizələri təqdim edir”, “...külli miqdarda mənfəəti mənimsədiyinə görə..." cümləiərində Cavabdeh insanların etibarından sui-istifadə etməsi, külü-miqdarda pul mənimsəməsi, insanlara şər və böhtan atması kimi fikirlər böhtan olaraq söylənildiyi və həmin şikayət ərizəsi həqiqətən yayılmış hesab edildiyi təqdirdə Cavabdeh şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakılar yanında nüfuzdan salan məlumatlar sayılır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Solmaz Mustafayeva) 19 avqust 2019-cu il tarixli qətnaməsi ilə ilkin və qar şılıqlı iddialar rədd edilmişdir. Məhkəmə hazırda mübahisələndirilən hissədə (qarşılıqlı iddia tələbinin rədd olunması) gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh qarşılıqlı iddia tələbində iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Azərbaycan Respublikası Tibb Universitetinin rektoruna yazdıqları ərizədə göstərilənlərin yalan, həqiqətə uyğun olmayan məlumatlar olduğuna görə onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələdiyini bildirisə də, Cavabdeh məhkəmə baxışı zamanı öz iddia tələbini sübuta yetirə bilməmiş, göstərilənlərlə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfində n ona maddi və mənəvi ziyan vurulması ilə bağlı məhkəməyə hər hansı tutarlı sübutlar təqdim edilmədiyindən və iddiaçıların təqsirləri, hüquqa zidd hərəkətləri müəyyən edilmədiyindən qarşılıqlı iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi hissəsində də təmin edilə bilməz. Tərəflər ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Ziya Şirinov - sədrlik edən və məruzəçi, Fuad Talışinski, Rafael Eyvazov) 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razıla şaraq qeyd etmişdir ki, qarşılıqlı iddia şərəf və ləyaqətin müdafiəsi, vurulmuş zərərin ödənilməsi ilə bağlı olduğuna görə, tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələri nəzərdən keçirilmişdir. Həmin maddələrə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoy ula bilər. Göründüyü kimi, tələbin hüquqi əsası kimi qeyd olunan normaların tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyrihüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bundan əlavə, Mülki Məcəllənin 23.1-ci maddəsinə görə, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14.05.1999-cu il tarixli qərarının 3-cü bəndində tövsiyyə olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlum at hesab edilir. Baxılan işdə Cavabdeh bildirir ki, İddiaçı1 və İddiaçı2 tərəfindən onun barəsində Azərbaycan Respublikası Tibb Universitetinin rektoru Gəray Gərabəyliyə ünvanlanmış şikayətə onun şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzlarına toxunan (müxtəlif hüquqazidd əməllər tərətməsi barəsində) məlumatlar daxil edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən hər iki iddianın düzgün həlli üçün və bu halların müəyyən edilməsi xüsusi bitlik tələb etdiyindən məhkəmə-linqvistik eskpertizası təyin olunmuş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2019-cu il tarixli 12906 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, “...ekspertizaya təqdim edilmiş, İddiaçı1 və İddiaçı2 tərəfindən Azərbaycan Respublikası Tibb Universitetinin rektoruna ünvanlanmış şikayət ərizəsind ə istifadə edilən “...etibar və etimadından vicdansızcasına sui-istifadə edərək özbaşınalıqlar etmiş,..”, “...əsassız formada mənimsəyərək varlanmışdır”, “...uzun müddət göstərilmiş etimad və etibardan sui-istifadə edərək...”, “müxtəlif instansiyalara şər və böhtan xarakterli şikayət ərizələri təqdim edir”, “...külli miqdarda mənfəəti mənimsədiyinə görə..." cümlələrində Cavabdeh insanların etibarından sui-istifadə etməsi, külü-miqdarda pul mənimsəməsi, insanlara şər və böhtan atması kimi fikirlər böhtan olaraq söylənildiyi və həmin şikayət ərizəsi həqiqətən yayılmış hesab edildiyi təqdirdə Cavabdeh şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakılar yanında nüfuzdan salan məlumatlar sayılır. Göründüyü kimi, ekspert tərəfindən mübahisə predmeti olan İddiaçı1 və İd diaçı2 tərəfindən Azərbaycan Respublikası Tibb Universitetinin rektoruna ünvanlanmış şikayət ərizəsində qeyd olunmuş yazıların böhtan xarakterli olduğu və yayılması faktı müəyyən edildiyi halda cavabdehin şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakılar yanında nüfuzdan salan məlumatlar sayılacağı bildirilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Buna baxmayaraq, işdə olan sənədlərdən görünür ki, cavabdeh sözügedən məlumatların böthan olmasını və yayılmasını, iddia etdiyi zərəri v ə zərərlə cavabdehin hərəkəti arasındakı uyğun səbəbli əlaqəni təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki, sübutetmə yükü baxımından həmin halları sübut etmək cavabdehin üzərinə düşür (qarşılıqlı iddia tələbi üzrə). Mülki-Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non ne ganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırıl masına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, Cavabdeh qarşılıqlı iddia tələbi üzrə Mülki Məcəllənin 1096-cı maddəsinin dispozisiya şərtini sübuta yetirə bilməmişdir. Belə olan halda, birinci instansiya məhkməsinin hər iki iddianın rədd etməsi barədə gəldiyi nəticə əsaslıdır. Cavabdeh (Vəkil Sucahət oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinin rədd edilməsi hissədə ləğv edilməsini və q arşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 və Məmməd Əhmədov, onun barəsində təhqir və böhtan xaraketrli, heç bir əsası olmayan ərizələrlə Azərbaycan Respublikası Tibb Universitetinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edərək, onun şərəf və ləyaqətinə və işgüzar nüfuzuna zərbə vurmuşdur. Nəticədə, Cavabdeh iş yerində əvvəlki mövqeyini itirmiş, keçirdiyi dərin psixoloji gərginlik nəticəsində onun səhhətində problemlər yaranmağa başlamışdır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 13.06.2019-cu il tarixli rəyindən də görünür ki, İddiaçı1 və İdd iaçı2 tərəfindən Azərbaycan Respublikası Tibb Universitetinin rektoruna ünvanlanmış şikayət ərizəsində istifadə edilən “...etibar və etimadından vicdansızcasına sui-istifadə edərək özbaşınalıqlar etmiş...”, “əsassız formada mənimsəyərək varlanmışdır”, “...uzun müddət göstərilmiş etimad və etibardan sui-istifadə edərək...”, “müxtəlif instansiyalara şər və böhtan xarakterli şikayət ərizələri təqdim edir”, “...külli miqdarda mənfəəti mənimsədiyinə görə...” cümlələrində Cavabdeh insanların etibarından sui-istifadə etməsi, külli miqdarda pul mənimsəməsi, insanlara şər və böhtan atması kimi fikirlər böhtan olaraq söylənildiyi və həmin şikayət ərizəsi həqiqətən yayılmış hesab edildiyi təqdirdə onun şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakılar yanında nüfuzdan sal an məlumatlar sayılır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçılar gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (m addə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan işdə ilk iddia və qarşılıqlı iddia tələbləri birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş, hər iki tərəf qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Hazırda qətnamədən yalnız cavadeh kassasiya şikayəti verdiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız mübahisələndirilən hissədə – yəni, qarşılıqlı iddia tələbinin rədd edilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fizik i şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə - mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün mübahisələndirilən hissədə qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilm ədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-464/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6123/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6123/2021
22.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver